Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə16/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   12   13   14   15   16   17   18   19   ...   136

www.vivo-book.com 

 

79 



–  Gəl  balaca  bir  Henri  düzəldək!  Bir  düĢün,  balaca 

Henri Çinaski. 

– Gəl bir az gözləyək. 

– Mən uĢağı elə indi istəyirəm! 

– Gəl bir az gözləyək. 

– Bizim elədiyimiz də elə budur: yatırıq, yeyirik, harda 

gəldi  sərələnirik  və  sonra  seviĢirik.  Lap  ilbizlər  kimiyik. 

Ġlbiz sevgisi, bax mən bunu belə adlandırıram. 

– Bu ad xoĢuma gəlir. 

–  Sən  əvvəllər  burada  da  yazardın.  Sən  bir  Ģeylə 

məĢğul  idin.  Sən  bura  mürəkkəb  gətirərdin  və  Ģəkillər 

çəkərdin.  Ġndi  isə  evinə  gedirsən  və  bütün  maraqlı  Ģeyləri 

orada eləyirsən. Burda isə sadəcə, yeyirsən, içirsən, yatırsan 

və  səhər  açılar-açılmaz  çıxıb  evinə  gedirsən.  Bu 

axmaqlıqdır. 

– Bu mənim xoĢuma gəlir. 

– Gör neçə aydır ki, səninlə heç bir qonaqlığa getmirik! 

Ġnsanlar  ilə  görüĢmək  çox  xoĢuma  gəlir!  Artıq  bezmiĢəm! 

Elə  bezmiĢəm  ki,  az  qalıram  ağlımı  itirim!  Nəsə  eləmək 

istəyirəm! RƏQS etmək istəyirəm! YaĢamaq istəyirəm!  




www.vivo-book.com 

 

80 



– Amannnn! Bütün bunlar boĢ Ģeylərdi. 

– Sən çox qocasan. Sən yalnız bir yerdə oturub qalmağı 

və bir də hamını və hər Ģeyi tənqid etməyi xoĢlayırsan. Sən 

heç nə eləmək istəmirsən. Heç nə sənin üçün kifayət qədər 

yaxĢı deyil.  

Mən  çevrilərək  yataqdan  çıxdım  və  ayağa  qalxdım. 

Köynəyimi geyinməyə baĢladım. 

– Sən nə edirsən? – Lidiya soruĢdu. 

– Burdan cəhənnəm olub gedirəm. 

– Ġstədiyin yerə gedə bilərsən, yol açıqdır! Nəsə bir Ģey 

sənin  dediyin  kimi  olmayanda,  tez  yerindən  atılıb  aradan 

çıxırsan.  Sən  heç  nə  haqqında  oturub  danıĢmaq  istəmirsən. 

Evinə  gedib  o  zəhrimara  qalmıĢı  cırılanacan  içirsən,  sonra 

da  səhərisi  gün  özünü  elə  pis  hiss  edirsən  ki,  deyirsən  bir 

azdan  canın  çıxacaq.  Bircə  o  vaxt  sənin  yadına  düĢürəm, 

bircə o hala düĢəndə mənə zəng vurursan! 

– Mən burdan cəhənnəm olub gedirəm!  

– Niyə axı? 

– Ġstənmədiyim yerdə qalmaq istəmirəm. Sevilmədiyim 

yerdə qalmaq istəmirəm.  




www.vivo-book.com 

 

81 



Lidiya bir müddət dinməyərək susdu və sonra dedi:  

– YaxĢı. Gəl yerinə gir. Gəl iĢıqları söndürək və sakitcə 

birlikdə uzanaq. 

Ġndi bir müddət mən susdum və sonra dedim: 

– YaxĢı, qoy sən deyən olsun. 

Mən  əynimdəki  paltarların  hamısını  soyunub  odeyalın 

və  mələfənin  altına  girdim.  Mən  öz  budumu  Lidiyanın 

buduna  sıxdım.  Ġkimiz  də  arxası  üstə  uzanmıĢdıq.  Sisəy 

böcəklərinin  səsini  eĢidirdim.  Bu  ətraflar  çox  gözəldir.  Bir 

neçə dəqiqə keçdi. Sonra Lidiya dedi: 

– Mən dahi birisi olacam. 

Mən heç nə demədim. Bir neçə dəqiqə də keçdi. Sonra 

Lidiya  sıçrayaraq  yerindən  qalxdı.  Birdən  o  əllərini  tavana 

tərəf qaldırıb havada oynada-oynada ucadan bağırdı: 

–  MƏN  HƏQĠQƏTƏN  DAHĠ  BĠRĠSĠ  OLACAM! 

NECƏ BĠR DAHĠ OLACAĞIMI HEÇ KĠM BĠLMĠR! 

– YaxĢı, – mən dedim. 

Sonra o alçaq səslə əlavə etdi: 

– Sən heç nə anlamırsan. Mən dahi olacağam. Mənim 

potensialım səninkindən böyükdür!  




www.vivo-book.com 

 

82 



–  Potensial,  –  mən  dedim,  –  heç  nə  demək  deyil.  Sən 

nəsə bir iĢ görməlisən. Bəlkə də beĢikdə yatan hər körpənin 

potensialı mənimkindən çoxdur. 

– 

Amma 



mən 

bunu 


EDƏCƏYƏM! 

MƏN 


HƏQĠQƏTƏN DAHĠ BĠRĠSĠ OLACAM! 

– YaxĢı, – mən dedim. – Hələlik isə gəl yerinə gir.  

Lidiya  yenə  yatağa  qayıtdı.  Biz  bir-birimizi  heç 

öpmədik  də.  Sekslə  də  məĢğul  olmayacaqdıq.  Özümü  çox 

yorğun  hiss  edirdim.  Sisəy  böcəklərinə  qulaq  asırdım.  Nə 

qədər  vaxt  keçdiyi  haqqında  heç  bir  fikrim  yox  idi.  Lidiya 

qəfildən qalxıb yataqda oturanda, tam olmasa da, demək olar 

ki,  yuxuya  getmiĢdim.  Və  birdən  o  bağırdı.  Bu  qıĢqırığın 

səsi çox ucadan oldu. 

– Yenə nə olub? – deyə ondan soruĢdum. 

– Səsin çıxmasın. 

Mən  yerində  uzanıb  gözləməyə  baĢladım.  Lidiya  isə 

tərpənmədən  yerində  oturmuĢdu,  məncə,  təxminən  on 

dəqiqə. Sonra özünü yenidən yastığın üstünə atdı.  

– Mən Allahı gördüm, – o dedi, mən elə indicə Allahı 

gördüm. 



www.vivo-book.com 

 

83 



– Bura bax, səni qancıq, sən, deyəsən, məni dəli eləmək 

fikrindəsən! 

Mən yerindən qalxıb paltarlarımı geyinməyə baĢladım. 

Bərk  qəzəblənmiĢdim.  Qısa  tumanımı  heç  cür  tapa 

bilmirdim.  Cəhənnəm  olsunlar,  deyə  düĢündüm.  Hara 

atmıĢamsa,  qoy  elə  orda  da  qalsınlar.  Əynimi  tamam 

geyinəndən 

sonra  stulda  oturub  yalın  ayaqlarıma 

ayaqqabılarımı geyinirdim. 

– Sən nə edirsən? – Lidiya soruĢdu.  

Ona cavab verə bilmədim və ön otağa keçdim. Mənim 

paltom  stulun  söykənəcəyindən  asılmıĢdı.  Onu  götürüb 

geyindim.  Lidiya  qaçaraq  ön  otağa  əynində  mavi  penuar, 

qısa  tumanda,  özü  də  ayağı  yalın  gəlmiĢdi.  Onun  topuqları 

çox iri idi. Onları gizlətmək üçün o adətən ayağına çəkmələr 

geyinərdi.  

–  SƏN  HEÇ  YERƏ  GETMƏYƏCƏKSƏN!  –  deyə 

Lidiya nəyi var bağırdı. 

– Zəhrimar, – mən dedim, mən burdan gedirəm. 

O qəfildən mənim üstümə atıldı. O, adətən, mən sərxoĢ 

olanda  mənim  üstümə  hücum  çəkirdi.  Amma  indi  mən 



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə