Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə12/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   8   9   10   11   12   13   14   15   ...   136

www.vivo-book.com 

 

59 



Səhnə  arxasında,  mənim  səhnəyə  çıxmağımdan  bir  az 

öncə, Pit su qrafinini vodka və portağal Ģirəsi ilə doldurdu.  

–  Qiraət  gecəsinə  qoca  bir  qadın  rəhbərlik  edir.  Əgər 

qiraətdən  öncə  sənin  içdiyindən  xəbəri  olsaydı,  altını 

batırardı.  O pis qarı deyil,  amma  hələ də poeziyanın qürub 

və göydə süzən göyərçinlər haqqında olduğunu düĢünür. 

Mən  səhnəyə  çıxdım  və  oxumağa  baĢladım.  Mənim 

naxıĢım  hələ  də  iĢləyirdi.  Onların  da  baĢqa  dinləyicilərdən 

fərqi  yox  idi:  yaxĢı  Ģeirlər  eĢidəndə  nə  edəcəklərini 

bilmədikləri  kimi,  baĢqa  Ģeirlərə  qulaq  asanda  da  lazım 

olmayan  yerlərdə  gülürdülər.  Mən  qiraətə  davam  edir  və 

qrafindən özümə içki süzürdüm. 

– O içdiyin nədir elə? 

–  Bu,  –  mən  cavab  verdim,  –  həyat  gücü  ilə 

qarıĢdırılmıĢ portağal suyudur. 

– Sizin rəfiqəniz varmı? 

– Mən bakirəm. 

– Siz nə üçün yazar olmaq istədiniz? 

– Növbəti suala keçin lütfən. 



www.vivo-book.com 

 

60 



Mən  bir  az  da  oxudum.  Mən  buraya  Kapitan 

SərxoĢqafa  ilə  gəldiyim  və  “Həftənin  Oyunu”na  baxdığım 

haqqında onlara danıĢdım. Bir də onlara dedim ki, ovqatım 

xoĢ olanda, mən bir boĢqab yeməyin hamısını yeyib dərhal 

onu yuyuram. Onlara bir neçə Ģeir də oxudum. Qrafinin dibi 

quruyana  qədər  Ģeirlər  oxudum.  Sonra  bədii  qiraət 

axĢamının  baĢa  çatdığını  elan  etdim.  Dinləyicilərə  bir  neçə 

avtoqraf  verəndən  sonra  Piterin  evində  düzənlənmiĢ 

qonaqlığa getdik... 

Mən  öz  hindu  rəqsimi,  göbək  rəqsimi  və  Utanmasan-

Oynamağa-Nə-Var-Ki rəqsini ifa etdim. Rəqs edə-edə içmək 

çox  çətindir.  Və  içərkən  də  rəqs  etmək  çətindir.  Piter  nə 

etdiyini  çox  gözəl  bilirdi.  Rəqs  edənləri  içki  içənlərdən 

ayırmaq üçün o, divan və stulları xüsusi formada düzmüĢdü. 

Bir baĢqasını narahat etmədən hər kəs öz iĢi ilə məĢğul ola 

bilərdi. 

Pit  mənə  yaxınlaĢdı  və  otaqdakı  bütün  qadınlara  göz 

gəzdirdikdən sonra dedi:  

– Onlardan hansını istəyirsən?  

– Yəni bu belə asandır? 




www.vivo-book.com 

 

61 



– Bu, sadəcə, cənublu qonaqpərvərliyidir. 

Qadınlardan  birini  gözaltı  eləmiĢdim.  Digərlərindən 

daha yaĢlı və diĢləri önə çıxan birisini. Amma onun diĢləri 

elə qəĢəng önə çıxırdı ki, elə bil o dodaqlar ehtirasla açılmıĢ 

bir gül idi. Mən öz ağzımın o ağıza qovuĢmasını istəyirdim. 

Onun  əynində  çox  qısa  bir  ətək  vardı  və  kolqotkaları  gözəl 

qıçlarının formasını büruzə verirdi. Qadın gülüb danıĢdıqca 

bu qıçlar gah çarpazlaĢır, gah da yan-yana gəlirdi. Arada bir 

qısa  ətəyini  nə  qədər  aĢağı  dartsa  da,  paltar  heç  cür  aĢağı 

çəkilmək istəmirdi. Mən onun yanında oturdum. 

– Mən, – deyərək sözə baĢladım... 

– Sizin kim olduğunuzu mən bilirəm. Sizin bədii qiraət 

gecənizdə var idim. 

– Sağ olun. Mən sizin amınızı yemək istərdim. Mən bu 

iĢdə bir xeyli təcrübəliyəm. Sizi dəliyə döndərə bilərəm.  

– Allen Ginzberq haqqında nə düĢünürsünüz? 

–  Bura  baxın,  məni  yolumdan  çaĢdırmağa  çalıĢmayın. 

Mən sizin ağzınızı, qıçlarınızı və sağrılarınızı istəyirəm. 

– YaxĢı, – deyə qadın cavab verdi. 



www.vivo-book.com 

 

62 



–  Onda  görüĢənədək.  Mən  aĢağı  mərtəbədəki  yataq 

otağında olacam. 

Mən  yerimdən  qalxıb  ondan  uzaqlaĢdım  və  bir  qədəh 

də  içki  içdim.  Boyu  ən  azı  1,95  metr  olan  bir  cavan  oğlan 

mənə yaxınlaĢdı  

– Bura bax, Çinaski, mən sənin xarabalıqda yaĢadığın, 

bütün  norkotik  alverçilərini,  sutenyorları,  fahiĢələri, 

uybalaları,  qumarbazları,  küçə  döyüĢçülərini  və  əyyaĢları 

tanıdığın haqqında söylənən boĢ sözlərə inanmıram. 

– Qismən də olsa, söylənilənlər doğrudur. 

–  BoĢ  sözdür,  –  o  dedi  və  məndən  uzaqlaĢdı.  Ədəbi 

tənqidçi. 

Sonra  gözünə  sağanaqsız  eynək  taxmıĢ  təxminən  19 

yaĢında  bir  sarıĢın  qız  üzündə  xoĢ  təbəssümlə  mənə 

yaxınlaĢdı. Onun üzündən təbəssüm heç əskilmirdi.  

–  Mən  səni  qayırmaq  istiyirəm,  –  qız  dedi.  –  Məni 

sizdə cəlb edən Ģey üzünüzdür.  

– Mənim üzümə nə olub ki? 

– O çox vüqarlıdır. Mən onu öz amımla məhv eləmək 

istiyirəm.  




www.vivo-book.com 

 

63 



– Birdən hər Ģey sənin dediyinin əksinə olsa? 

– Sizin yerinizdə olsaydım, bu qədər əmin olmazdım. 

– Sən haqlısan. Amları məhv eləmək mümkün deyil. 

Mən  yenə  divandakı  yerimə  döndüm  və  əyninə  qısa 

ətək geyinmiĢ Lillianın qıçları və gül ləçəyinə bənzər nəmli 

dodaqları ilə oynamağa baĢladım.  

Qonaqlıq  baĢa  çatdı  və  mən  Lillia  ilə  birlikdə  aĢağı 

mərtəbəyə  endim.  Biz  əynimizi  soyunduq  və  yastıqlara 

dirsəklənmiĢ bir vəziyyətdə oturub vodka və vodka kokteyli 

içməyə  baĢladıq.  Otaqda  radio  vardı  və  o  oxuyurdu.  Lilli 

mənə  öz  hekayəsini  danıĢdı,  danıĢdı  ki,  əri  kolleci  bitirə 

bilsin deyə uzun illər iĢləmək məcburiyyətində olmuĢ, əri isə 

professor vəzifəsi alan kimi onu boĢamıĢdır.  

– Çox pis edib, – mən dedim. 

– Siz evli olubsunuzmu? 

– Bəli. 


– Bəs, nə baĢ verdi? 

–  BoĢanma  haqqında  Ģəhadətnamədə  yazıldığına  görə, 

“mental qəddarlıq” 

– Bu dorudurmu? – o soruĢdu. 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə