Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə11/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   7   8   9   10   11   12   13   14   ...   136

www.vivo-book.com 

 

54 



Bura motel otağına bənzəyirdi. Mən yerimdən qalxıb qapını 

açdım.  Bayırda  hər  yan  qar  və  buz  altında  idi.  Qapını 

bağladım  və  ətrafa  göz  gəzdirdim.  Bunun  heç  bir  izahı 

yoxdu.  Harada  olduğum  haqqında  heç  bir  təsəvvürüm  yox 

idi.  Dünənki  içkinin  xumarlığı  hələ  keçməmiĢdi  və  özümü 

çox  əzgin  hiss  edirdim.  Mən  telefonun  dəstəyinə  tərəf 

uzandım  və  Los  Ancelesə,  Lidiyaya  Ģəhərlərarası  zəng 

sifariĢ etdim. 

– Əzizim, harada olduğumu bilmirəm! 

– Mən elə bilirdim sən Kanzas Sitiyə getmisən?  

–  Hə,  elədir.  Lakin  indi  harada  olduğumu  bilmirəm, 

baĢa  düĢürsənmi?  Mən  qapını  açıb  baxdım  və  donmuĢ 

yollardan, qardan və buzdan baĢqa heç nə görmədim! 

– Səni harada yerləĢdirmiĢdilər? 

–  Son  yadımda  qalan  Ģey,  qadınlar  yataqxanasında 

mənə bir otaq vermiĢdilər. 

–  Hə,  yəqin  sən  öz  eĢĢəkliyini  göstərmisən,  onlar  da 

səni  bir  motelə  köçürüblər.  Narahat  olma.  Yəqin  sənin 

qayğına qalmaq üçün kimsə gələr.    



www.vivo-book.com 

 

55 



–  Ġlahi,  mənim  düĢdüyüm  bu  vəziyyətə  görə  içində 

mənə qarĢı azacıq da olsa Ģəfqət duymursanmı? 

–  Özünü  eĢĢək  kimi  aparmısan.  Sən,  adətən  həmiĢə 

özünü eĢĢək kimi aparırsan. 

– “Adətən həmiĢə” deyəndə, nəyi nəzərdə tutursan? 

– Sən, sadəcə, yaramaz əyyaĢsan, – Lidiya dedi. – Ġsti 

duĢ qəbul elə. 

Lidiya dəstəyi asdı.   

Mən  isə  gedib  çarpayıma  uzandım.  Çox  qəĢəng  motel 

otağı  olsa  da,  elə  bil  nəsə  çatmırdı.  Əgər  duĢa  girsəm, 

məndən  pis  adam  yoxdur.  Televizoru  qoĢmaq  haqqında 

düĢündüm. 

Nəhayət, yuxuya getdim… 

Kimsə  qapını  döyürdü.  Kandarda  məni  hava  limanına 

aparmaqdan  ötrü  iki  gülərüzlü  kollecli  oğlan  hazır 

dayanmıĢdı.  Ayaqqabılarımı  geyinmək  üçün  çarpayının 

kənarına oturdum.  

–  UçuĢdan  öncə  hava  limanının  barında  bir-iki  qədəh 

girlətmək  üçün  bizim  vaxtımız  olacaqmı?  –  deyə  mən 

onlardan soruĢdum. 




www.vivo-book.com 

 

56 



– Əlbəttə, mister Çikanski, – deyə onlardan birisi cavab 

verdi, – ürəyiniz nə istəsə, edə bilərik. 

–  YaxĢı,  –  mən  dedim,  –  onda  gəlin  burdan  arxamıza 

baxmadan  elə  cəhənnəm  olaq  ki  heç  izimiz-tozumuz  da 

qalmasın. 

 

 

Mən  evimə  geri  döndüm.  Lidiyanı  bir  neçə  dəfə 

qayırdım,  onunla  dalaĢdım  və  bədii  qiraət  etmək  üçün  Los 

Ancelesin  beynəlxalq  hava  limanından  Arkanzasa  uçdum. 

Bəxtim  əməlli-baĢlı  gətirmiĢdi,  yanımdakı  yerlər  tamamilə 

boĢ idi. Təyyarənin kapitanı, əgər səhv eĢitmədimsə, özünü 

sərxoĢqafa  deyə  təqdim  etdi.  Stüardessa  yanımdan  keçəndə 

özümə bir qədəh içki sifariĢ etdim. 

Stüardessalardan  birisini  tanıdığıma  əmin  idim.  O 

Lonq-Biçdə  yaĢayırdı,  mənim  bir  neçə  kitabımı  oxumuĢdu, 

hətta mənə içinə öz Ģəklini və telefon nömrəsini də qoyduğu 

bir  məktub  da  göndəribmiĢ.  Mən  onu  Ģəklindən  tanıdım. 

Onunla  görüĢmək  mənə  heç  vaxt  müyəssər  olmamıĢdı, 



www.vivo-book.com 

 

57 



amma  ona  bir  neçə  dəfə  zəng  vurmuĢdum  və  sərxoĢ 

gecələrimin 

birində 

bir-birimizin 

üstünə  telefonda 

bağırmıĢdıq.  

Mən  gözlərimi  onun  sağrılarına,  baldırlarına  və 

döĢlərinə  zilləyərək  baxanda,  o  qamətini  dik  tutaraq  özünü 

məni görmürmüĢ kimi göstərməyə çalıĢırdı.  

Biz  qəlyanaltı  etdik.  “Həftənin  Oyunu”na  baxdıq. 

Qəlyanaltıdan  sonra  Ģərab  boğazımı  qaĢındırdığından  iki 

qədəh “Qanlı Meri” sifariĢ etdim. 

Arkanzasa enəndən sonra iki motorlu sınıq-salxaq kiçik 

bir  zibilə  mindim.  Təyyarənin  pərləri  iĢə  düĢəndə,  onun 

qanadları vibrasiya etməyə və silkələnməyə baĢladı. Adama 

elə gəlirdi ki, elə bil qanadlar bu saat qırılıb yerə düĢəcəklər. 

Biz  havaya  qalxdıq  və  stüardessa  bizdən  içki  istəyib-

istəmədiyimizi  soruĢdu.  Həmin  anda  artıq  hamımızın  içki 

ehtiyacı vardı. O, oturacaqların arasındakı keçiddə iliĢə-iliĢə, 

ora-bura  ləngər  vura-vura  içki  satırdı.  Sonra  o  ucadan  elan 

etdi: 

– ĠÇKĠNĠZĠ BĠTĠRĠN! ĠNDĠ YERƏ ENƏCƏYĠK! 




www.vivo-book.com 

 

58 



Biz içkimizi bitirdik və təyyarə yerə endi. Təxminən on 

beĢ  dəqiqə  sonra  biz  yenə  havaya  qalxmıĢdıq.  Stüardessa 

yenə  bizdən  içki  istəyib-istəmədiyimizi  soruĢdu.  Həmin 

anda da hamımızın içki qəbul etməyə ehtiyacı vardı. Sonra o 

ucadan elan etdi: 

– ĠÇKĠNĠZĠ BĠTĠRĠN! ĠNDĠ YERƏ ENƏCƏYĠK! 

Professor  Piter  Cams  və  onun  arvadı  Selma  məni 

qarĢılamaq üçün hava limanında idilər. Selma kino ulduzuna 

bənzəyirdi, amma onda daha çox kübarlıq hiss olunurdu.  

– Siz çox əla görünürsünüz, – Piter dedi. 

–  Burada  əla  görünən  birisi  varsa,  o  da  sənin 

arvadındır. 

– Qiraətə qədər sənin iki saat vaxtın var.  

Pit maĢını öz evlərinə sürdü. Onların iki mərtəbəli evi 

vardı,  qonaq  otağı  birinci  mərtəbədə  yerləĢirdi.  AĢağı 

mərtəbədə mənə yataq otağımı göstərdilər.  

–  Sən  yeməyə  bir  Ģey  istəyirsənmi,  –  deyə  Piter 

soruĢdu. 

– Yox, sağ ol. Mənim ürəyim bulanır.  

Biz yuxarı mərtəbəyə qalxdıq. 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə