Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə14/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   10   11   12   13   14   15   16   17   ...   136

www.vivo-book.com 

 

69 



–  Sənin  qayırdığın  zibilə  qalmıĢ  kəllə  qapının 

önündədir.    

Bu kəllə elə beləcə ora-bura gedib gələrdi... 

Biz  yenə  ayrıldıq  və mən  kəlləni  aparıb onun  qapısına 

qoydum.  Ġstədiyim  kimi  içirdim,  çünki  artıq  azad  bir  insan 

idim.  Mənim  Bobbi  adında  cavan  bir  dostum  vardı,  kifayət 

qədər yumĢaq xasiyyətli, nəzakətli oğlan idi. O, pornoqrafik 

kitab  dükanında  iĢləyirdi,  əlavə  qazanc  üçün  isə  boĢ 

vaxtlarında fotoqraflıq edirdi. Məndən bir neçə məhəllə aralı 

yaĢayırdı.  Bobbinin  həm  özü,  həm  də  arvadı  Valeri  ilə 

problemləri  vardı.  Bir  axĢam  mənə  zəng  edib  dedi  ki,  gecə 

bizdə qalması üçün Valerini mənim evimə gətirir. Bu xəbər 

mənim qulağıma xoĢ gəldi. Valerinin cəmi 22 yaĢı vardı. O 

çox sevimli, uzun sarıĢın saçlı, dəlisov mavi gözlü və gözəl 

qamətli  bir  qadın  idi.  Lidiya  kimi  o  da  bir  müddət 

dəlixanada  yatmıĢdı.  Çox  keçmədən  onların  maĢınının 

mənim  həyətimin  önündəki  çəmənliyə  gəldiyini  eĢitdim. 

Valeri  maĢından  düĢdü.  Birdən  Bobbinin  Valerini  ilk  dəfə 

öz valideynləri ilə tanıĢ etməsi haqqında mənə danıĢdıqlarını 

xatırladım.  Bobbinin  valideynləri  Valerinin  paltarını  çox 




www.vivo-book.com 

 

70 



bəyəndiklərini  deyəndə,  Valeri  onlara  –  Aha,  bəs  mənim 

qalan  hissələrim  necə?  –  demiĢ  və  paltarının  ətəklərini 

qaldırıb  onlara  ombalarını  göstərmiĢdi.  Sən  demə  onun 

əynində qısa tuman yox imiĢ.  

Valeri  qapını  döydü.  Bobbinin  uzaqlaĢan  maĢınının 

səsini  eĢitdim.  Mən  qapını  açıb  onu  içəri  buraxdım.  O  çox 

gözəl görünürdü. Mən  su ilə  iki  skoç  süzdüm.  Nə  o,  nə də 

mən  bir  söz  deyirdim.  Biz  içkilərimizi  içdik  və  mən  bir  də 

süzdüm. Sonra dedim:  

– Gəl bara gedək. 

Biz  mənim  maĢınıma  mindik.  “Kley  MaĢını”  barı  düz 

tində  yerləĢirdi.  Həmin  həftə  bir  neçə  gün  öncə  mənə  daha 

içki  satılmayacağı  haqqında  əmr  verilmiĢ  olsa  da,  biz  içəri 

daxil olanda, heç kimdən səs çıxmadı. Biz masalardan birinə 

oturduq və içki sifariĢ etdik. Biz hələ də danıĢmırdıq. Mən, 

sadəcə,  o  dəlisov  mavi  gözlərin  içinə  baxırdım.  Biz  yan-

yana oturmuĢduq və mən onu öpdüm. Onun dodaqları sərin 

və bir balaca aralı idi. Mən onu bir də öpdüm və ayaqlarımız 

bir-birinə  qısıldı.  Bobbinin  çox  gözəl  arvadı  vardı.  Onu 



www.vivo-book.com 

 

71 



kiminlə  gəldi  paylaĢdığına  görə,  Bobbi  ağlını  itirmiĢ 

olmalıydı.  

Biz nahar  eləmək  qərarına gəldik. Hər ikimiz  də  steyk 

sifariĢ  elədik  və  yeməyin  gətirilməsini  gözlədiyimiz 

müddətdə gah içdik, gah da öpüĢdük. Bufetçi qadın dedi: 

– Ah, siz aĢiqlərsiniz! – və biz hər ikimiz də gülüĢdük. 

Steyklərimiz gələndən sonra Valeri dedi: 

– Mən özümünkünü yemək istəmirəm.  

– Mən də özümünkünü yemək istəmirəm, – deyə cavab 

verdim.  

Təxminən  bir  saat  da  orada  oturub  içəndən  sonra  evə 

qayıtmağa qərar verdik. MaĢını həyətin önündəki çəmənliyə 

döndərəndə,  giriĢ  yolunda  bir  qadının  durduğunu  gördüm. 

Bu,  Lidiya  idi.  O,  əlində  bir  zərf  tutmuĢdu.  Valeri  ilə  mən 

maĢından düĢdük və Lidiya bizə tərəf baxdı. 

– Bu kimdir? – Valeri soruĢdu. 

– Sevdiyim qadın, – deyə cavab verdim.  

– Bu fahiĢə kimdir? – Lidiya var gücü ilə bağırdı. 




www.vivo-book.com 

 

72 



Valeri  geri  dönüb  yolun  kənarındakı  səki  ilə  qaçmağa 

baĢladı.  Onun  hündürdabanlı  ayaqqabılarının  çıxardığı  səsi 

eĢidirdim.  

–  Hə,  içəri  gəl  görüm,  –  mən  Lidiyaya  səsləndim.  O 

mənim arxamca evə girdi. 

–  Sənə bu  məktubu vermək  üçün  buraya  gəlmiĢəm  və 

belə görürəm ki, lap vaxtında gəlmiĢəm. O qadın kim idi? 

– Bobbinin arvadı. Biz, sadəcə, dostuq. 

– Sən onu sikmək fikrində idin, düz demirəmmi? 

–  Bir  dayan  görüm,  ona  səni  sevdiyimi  dediyimi  öz 

qulaqlarınla eĢitdin ki. 

– Sən onu sikmək fikrində idin, düz deyirəm?  

– Bir dayan, qulaq as əzizim... 

Qəfildən  o  məni  itələdi.  Mən  divanın  qarĢısında 

qoyulmuĢ qəhvə masasının önündə durmuĢdum. Mən arxası 

üstə  qəhvə  stolunun  və  qəhvə  stolu  ilə  divanın  arasındakı 

boĢluğa  yıxıldım.  Qapının  zərblə  çırpıldığını  eĢitdim. 

Yerdən  qalxmağa  macal  tapmamıĢ,  Lidiyanın  maĢınının  iĢə 

düĢən  mühərrikinin  səsini  eĢitdim.  Sonra  o  maĢını  sürüb 

getdi. 



www.vivo-book.com 

 

73 



Qancıq  oğlu,  deyə  düĢündüm,  gah  sənin  iki  qadının 

olur, gah da növbəti an heç biri də. 



 

 

10 

Növbəti gün  səhər  Eypril  mənim  qapımı  döyəndə, çox 

təəccübləndim.  Eypril  Harri  Askotun  məclisində  iĢtirak 

edən,  amfetamin  narkomanı  ilə  məclisdən  gedən  və  pəhriz 

saxlayan o qadın idi. Səhər saat 11 olardı. Eypil içəri girdi 

və oturdu.  

– Sizin iĢlərinizə həmiĢə heyran olmuĢam, – o dedi.  

Bir pivə ona, birini də özümə açdım. 

– Allah göylərdə qarmaqdır, – o dedi. 

– YaxĢı, – mən dedim. 

Eypril Ģaqqa-bədən olsa da, həddən artıq piyli deyildi. 

Onun  iri  ombaları  və  çox  böyük  sağrıları  vardı,  saçları  isə 

dümdüz  aĢağı,  arxasına  tökülürdü.  Ölçülərində  nəsə 

qəribəlik vardı. Adama elə gəlirdi ki, nahamar bədəni ilə o, 

lap meymunun da öhdəsindən gələr. Onun ağıldan bir balaca 

əskik  olması  da  məni  özünə  cəlb  edirdi,  çünki  o,  oyun 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə