Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə13/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   9   10   11   12   13   14   15   16   ...   136

www.vivo-book.com 

 

64 



– Əlbəttə. Hər iki tərəf üçün də doğrudur. 

Mən  Lillini  öpdüm.  Bu  çox  gözəl  oldu,  elə  mən 

təsəvvür  etdiyim  kimi.  Gül  formalı  ağız  açıq  idi.  Biz  bir-

birimizə  sarıldıq,  mən  onun  diĢlərini  sorurdum.  Sonra 

ayrıldıq.  

–  DüĢünürəm  ki,  siz,  –  o,  böyük  gözləri  ilə  mənə 

baxaraq  dedi,  –  bu  günümüzün  ən  yaxĢı  iki,  ya  da  üç 

yazarından birisiniz. 

Mən  cəld  yatağın  yanındakı  lampanı  söndürdüm.  Bir 

müddət onu öpdüm, onun döĢləri və bədəni ilə oynaqladım, 

sonra  isə  onun  üstünə  çıxdım.  Mən  sərxoĢ  idim,  amma 

düĢünürəm  ki,  hər  Ģeyin  öhdəsindən  əla  gəlmiĢdim.  Ondan 

sonra  daha  mən  baĢqa  Ģey  edə  bilmirdim.  Elə  hey  onun 

üstündə  atılıb  düĢürdüm.  ġeyim  bərkimiĢ  olsa  da,  mən  heç 

cür  qurtara  bilmirdim.  Nəhayət  yorularaq  onun  üstündən 

düĢdüm və yuxuya getdim... 

Səhər  Lilli  arxası  üstə  yayılaraq  uzanmıĢdı  və 

xoruldayırdı.  Mən  hamamxanaya  getdim,  iĢədim,  diĢlərimi 

fırçaladım və əl üzümü yudum. Sonra yenə ehmalca siviĢib 

yatağıma girdim. Onu özümə tərəf çevirdim və onun bədən 




www.vivo-book.com 

 

65 



hissələri ilə oynamağa baĢladım. Səhər-səhər içki xumarlığı 

zamanı  mən  həmiĢə  istəkli  oluram  –  özü  də  yemək  üçün 

yox,  seviĢmək  üçün.  SeviĢmək  içki  xumarlığına  qarĢı  əla 

əlacdır.  Yenə  hər  tərəfim  qıcıqlanmağa  baĢladı.  Onun 

ağzından  elə  pis  iy  gəlirdi  ki,  daha  bu  gül  formalı  ağıza 

yaxınlaĢmaq  istəmirdim.  Onun  üstünə  çıxdım.  O  astadan 

inildədi.  Mənə  görə,  hər  Ģey  çox  yaxĢı  idi.  Məncə,  heç 

iyirimi dəfə ora-bura itələməmiĢ qurtardım.  

Bir müddət sonra onun yerindən qalxıb hamamxanaya 

keçdiyini eĢitdim. O geri qayıdanadək artıq arxamı ona tərəf 

çevirmiĢdim və demək olar ki, yuxuya getmiĢdim.  

Təxminən  15  dəqiqə  sonra  o  yataqdan  qalxıb 

geyinməyə baĢladı. 

– Nə olub? –mən soruĢdum. 

– Mən burdan getməliyəm. UĢaqları məktəbə aparmaq 

lazımdır. 

Lillian qapını bağladı və pilləkənlər ilə yuxarı qaçdı. 

Mən  yerimdən  qalxdım,  hamamxanaya  keçdim  və  bir 

müddət güzgüdə öz əksimə baxdım. 



www.vivo-book.com 

 

66 



Səhər  saat  onda  qəlyanaltı  üçün  yuxarı  mərtəbəyə 

qalxdım. Pit və Selmanın da orada olduğunu gördüm. Selma 

Ģahanə  görünürdü.  Selma  kimi  gözəlləri,  görəsən,  bunlar 

haradan  tapırdılar?  Bu  dünyanın  itlərinə  Selma  kimilər 

qismət  olmur.  Ġtlərin  qismətinə  elə  özləri  kimi  itlər  düĢür. 

Selma bizə səhər yeməyi verdi. O çox gözəl qadın idi və ona 

bir  nəfər sahiblənmiĢdi, kollec professoru.  Bilmirəm  nədən, 

amma  bu  mənə  heç  də  ədalətli  gəlmədi.  Ziyalı  bambılılar, 

zirək  həriflər.  Təhsil  yeni  ilaha,  ziyalılar  isə  istismarçı 

torpaq sahiblərinə çevrilmiĢdilər. 

–  Bu  inanılmaz  dərəcədə  gözəl  qəlyanaltı  idi,  –  mən 

onlara söylədim. – Çox sağ olun. 

– Lilli necə idi? – Pit soruĢdu. 

– Lilli möhtəĢəmdi. 

–  Bu  axĢam  yenə  qiraət  eləməlisən,  bilirsən.  Daha 

balaca və daha konservativ kollecdə. 

– YaxĢı. Mən diqqətli olaram. 

– Nə oxumağa hazırlaĢmısan? 

– Yəqin ki, nəsə köhnə Ģeylərdən. 



www.vivo-book.com 

 

67 



Biz  kofemizi  bitirdik  və  ön  otağa  keçib  oturduq. 

Telefon  zəng  çaldı,  Pit  cavab  verdi,  bir  qədər  danıĢandan 

sonra mənə tərəf dönüb dedi: 

– Yerli qəzetimizin müxbiridir, səndən müsahibə almaq 

istəyir. Ona nə deyim?  

– De ki, yaxĢı. 

Pit mənim cavabımı ona çatdırdı, dəstəyi asandan sonra 

yaxınlaĢıb mənim son kitabımı və bir qələm götürdü. 

–  DüĢündüm  ki,  bəlkə  burada  Lilli  üçün  nəsə  yazmaq 

istəyərsən. 

Kitabın  titul  vərəqini  açdım.  “Əziz  Lilli”,  –  mən 

yazdım.  “Sən  həmiĢə  mənim  həyatımın  bir  parçası 

olacaqsan!..  

Henry Çinaski”.  



 

Lidiya  ilə  mən  hər  zaman  dalaĢırdıq.  O  çox 

yüngülxasiyyət  qadın  idi və bu da  məni  əsəbiləĢdirirdi.  Bir 

evdən  kənarda  yemək  yeyəndə,  mən  əmin  idim  ki,  o, 

gözlərini  yeməkxananın  o  biri  ucunda  oturmuĢ  hansısa 



www.vivo-book.com 

 

68 



kiĢiyə  zilləyib.  Dostlarım  yanıma  gələndə  və  Lidiya  da 

mənim  evimdə  olanda,  onun  söhbətlərinin  necə  intim  və 

seksual  xarakter  aldığını  eĢidə  bilirdim.  O  həmiĢə  mənim 

dostlarıma  mümkün  olduqca  yaxın  oturmağa  çalıĢırdı. 

Lidiyanı  isə  mənim  əyyaĢlığım  acıqlandırırdı.  O  seksi  çox 

sevirdi, 

mənim 

əyyaĢlığım  isə  bizim  seviĢməmizi 



əngəlləyirdi.  

– Ya axĢamlar seviĢmək üçün sən çox içmiĢ olursan, ya 

da bunu səhərlər etmək üçün özünü çox pis hiss edirsən, – o 

həmiĢə  deyərdi.  Hatta  onun  yanında  bir  ĢüĢə  pivə  açanda 

belə Lidiya qəzəbindən əsim-əsim əsirdi. Ən azı həftədə bir 

dəfə  biz  onunla  “HəmiĢəlik”  ayrılırdıq,  lakin  hər  dəfəsində 

biz  necəsə  barıĢmağa  müvəffəq  olurduq.  O  mənim  baĢımın 

heykəlini  yapıb  bitirəndən  sonra,  onu  mənə  bağıĢladı.  Biz 

hər dəfə onunla ayrılanda, mən baĢımın heykəlini maĢınımın 

ön  oturacağına  qoyub  onun  evinə  gedər  və  kəlləni  onun 

qapısının  önündə,  artırmanın  üstündə  tərk  edərdim.  Sonra 

yaxınlıqdakı  telefon  avtomatından  ona  zəng  edər  və 

deyərdim:  



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə