Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə19/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   15   16   17   18   19   20   21   22   ...   136

www.vivo-book.com 

 

94 



–  Aman  Allahım,  deməli,  sənin  iĢlərin  əladır,  –  mən 

dedim. 


– Hə, ancaq... 

– Ancaq nə? 

– Ancaq mənim bir adama ehtiyacım var. Özü də yaxĢı 

bir adama.  

– Elə isə öz telefon nömrəni mənə ver ki, baxım görüm 

sənin üçün belə bir adam tapa bilirəm, ya yox. 

– YaxĢı. 

Di  Di  bir  kağız  parçasına  telefon  nömrəsini  yazdı  və 

mən  onu  öz  portmanemə  qoydum.  Sonra  Lidiya  ilə  mən 

ondan aralandıq, mənim köhnə “Foksvagen”imə tərəf getdik 

və maĢına oturduq.  

–  Sən  ona  zəng  edəcəksənmi?  –  Lidiya  məndən 

soruĢdu. – Sən bu nömrəyə zəng edəcəksən? 

Mən  maĢının  mühərrikini  iĢə  saldım  və  Hollivud 

Bulvara çıxdım. 

–  Sən  bu  nömrəyə  zəng  edəcəksən,  –  Lidiya  dedi.  – 

Mən bilirəm ki, sən o nömrəyə zəng edəcəksən! 

– Bəsdi boĢ-boĢ çərənləyib baĢımı ağrıtdın! – dedim. 




www.vivo-book.com 

 

95 



Belə  görünürdü  ki,  bizi  qabaqda  daha  bir  pis  gecə 

gözləyirdi.  



 

 

14 

Yenə  dalaĢmıĢdıq.  Bir  müddət  sonra  mən  öz  evimə 

qayıtmıĢdım, amma evdə tək-tənha oturub içmək arzum yox 

idi.  Həmin  gecə  löhrəm  yeriĢli  atların  yarıĢı  vardı.  Özümlə 

bir  ĢüĢə  skoç  götürüb  yarıĢlara  baxmağa  getdim.  Oraya 

vaxtından  bir  qədər  tez  çatdığımdan  oturub  düĢünməyə, 

fikirlərimi səhmana salmağa vaxtım oldu. Birinci yarıĢ baĢa 

çatanda,  nə  qədər  təəccüblü  də  olsa,  mənim  ĢüĢəm  yarıdan 

keçmiĢdi. Ġçkini isti qəhvə ilə qarıĢdırdığımdan, o yağ kimi 

gedirdi.  

Mən  ilk  dörd  yarıĢın  üçündə  qalib  gəldim.  Bir  qədər 

sonra  ekzaktanı  (bir  yarıĢda  həm  qalibə,  həm  də  ikinci 

gələnə  pul  qoymaq)  da  qazandım  və  5-ci  yarıĢın  sonunda 

təxminən  $200  dollar  qabağa  düĢmüĢdüm.  Bara  getdim  və 

oradakı  totalizator  lövhəsindən  oynamağa  davam  etdim. 

Həmin gecə onlara mənə “yaxĢı lövhə” deyə biləcəyim Ģeyi 




www.vivo-book.com 

 

96 



vermiĢdilər.  Lidiya  bütün  bu  nağd  pulları  necə  çəkib 

apardığımı  görsəydi,  altını  batırardı.  Lidiya  mənim  cıdırda 

pul  udmağımı  heç  cür  həzm  edə  bilmirdi,  xüsusilə  də  özü 

uduzanda. 

Mən içməyə və yarıĢa pul qoymağa davam edirdim. 9-

cu yarıĢ baĢa çatanda, həm $950 dollar udmuĢdum, həm də 

lül-qəmbər  olmuĢdum.  Mən  portmanetimi  yan  ciblərimin 

birinə qoyub ləngər vura-vura maĢınıma tərəf getdim.  

MaĢına  oturdum  və  uduzanların  maĢın  duracağından 

çıxmaqlarına  tamaĢa  etməyə  baĢladım.  Duracaqdakı  maĢın 

axını  seyrələnə  qədər  gözlədim.  Nəhayət,  mühərriki  iĢə 

saldım.  Cıdırın  düz  yaxınlığında  bir  supermarket  vardı. 

Duracağın  o  biri  baĢında  iĢığı  yanan  bir  telefon  budkası 

gördüm, ona yaxınlaĢıb maĢından düĢdüm. Telefon köĢkünə 

girdim və Lidiyaya zəng vurdum.  

–  Qualq  as,  –  mən  dedim,  –  qulaq  as,  qancıq.  Mən  at 

yarıĢına  baxmaq  üçün  cıdıra  getdim  və  $950  dollar  pul 

uddum. Mən qalibəm! Mən həmiĢə qalib olacam! Sən mənə 

layiq  deyilsən,  qancıq!  Sən  mənimlə  oyun  oynayırdın!  Hə, 

indi bu oyunlar da bitdi! Daha bəsdir! Cana doydum! Daha 




www.vivo-book.com 

 

97 



nə  sən,  nə  də  sənin  lənətə  gəlmiĢ  axmaq  oyunların  mənə 

lazımsınız!  Nə  dediyimi  anladınmı?  Verdiyim  ismarıĢı 

aldınmı? Yoxsa sənin baĢın topuqlarından da qalındır? 

– Henk… 


– Nədi? 

–  Bu  Lidiya  deyil.  Bu  Bonnidir.  Lidiya  evdə 

olmadığından uĢaqlarla mən oturmuĢam. Bu gecə o gəzməyə 

gedib.  


Mən dəstəyi asdım və maĢınıma tərəf addımladım. 

 

 

15 

Səhər tezdən Lidiya mənə zəng etdi. 

–  Hər  dəfə  sən  içib  əyyaĢlıq  edəndə,  –  o  dedi,  –  mən 

rəqs  etməyə  gedəcəyəm.  Keçən  gecə  “Qırmızı  Çətir”ə 

getmiĢdim  və  kiĢiləri  rəqsə dəvət  edirdim.  Qadınların  buna 

haqqı var.  

– Sən fahiĢəsən. 

–  Hə?  Əgər  fahiĢədən  daha  pis  bir  Ģey  varsa,  o  da 

darıxmaqdır. 



www.vivo-book.com 

 

98 



–  Əgər  darıxmaqdan  daha  pis  bir  Ģey  barsa,  o  da 

darıxdırıcı fahiĢədir. 

– Əgər sənə mənim amım lazım deyilsə, – o dedi, – onu 

kimsə baĢqasına verərəm. 

– Bu sənin ixtiyarında olan bir Ģeydir. 

–  Rəqsdən  sonra  mən  Marvini  görməyə  getdim.  Mən 

onun  rəfiqəsinin  ünvanını  almaq  və  onunla  görüĢmək 

istəyirdim. Fransina ilə. Yadındadırsa, bir gecə sən özün də 

onun rəfiqəsini görməyə getmiĢdin, – Lidiya dedi. 

–  Bura  bax,  mən  o  qızı  heç  vaxt  qayırmamıĢam. 

Qonaqlıqdan  sonra  evə  getmək  üçün  mən,  sadəcə,  çox 

sərxoĢ  idim.  Biz  heç  öpüĢmədik  də.  O  mənə  divanında 

yatmağa icazə verdi və səhər tezdən mən öz evimə qayıtdım.  

–  Bunun  mənimçün  heç  bir  fərqi  yoxdur.  Amma 

Marvinin  evinə  çatanda,  Fransinanın  ünvanını  almaq 

fikrindən daĢındım.  

Marvinin valideynləri varlı adamlardılar. Onun evi düz 

sahilin  qarĢısındaydı.  Marvin  Ģeirlər  yazırdı.  Özü  də  bir 

çoxlarından yaxĢı yazırdı. Marvindən xoĢum gəlirdi.  



www.vivo-book.com 

 

99 



–  Hə,  ümid  edirəm  ki,  vaxtını  xoĢ  keçirmisən,  –  mən 

dedim və dəstəyi asdım. 

Dəstəyi  asmağımla  telefonun  yenə  zəng  çalması  bir 

oldu. Bu dəfə zəng vuran Marvin idi.  

–  Ey,  tap  görüm  dünən  gecədən  bir  xeyli  keçmiĢ  bizə 

gələn  kim  idi?  Lidiya.  O  mənim  pəncərəmi  döydü,  mən  də 

onu içəri buraxdım. O mənim Ģeyimi durğuzdu. 

– YaxĢı, Marvin. Mən hər Ģeyi baĢa düĢürəm. Səni də 

günahlandırmıram. 

– Sən mənə qəzəblənmirsən? 

– Sənə yox. 

– Onda sağ ol... 

Mən kəllə heykəlini götürüb maĢınıma qoydum. MaĢını 

düz  Lidiyanın  evinin  qabağında  saxladım  və  kəlləni  onun 

qapısının  qabağına  qoydum.  Heç  qapının  zəngini  də 

basmadım.  Elə  ordan  uzaqlaĢmaq  istəyirdim  ki,  qapıdan 

Lidiya çıxdı. 

– Sən niyə belə haramzadasan axı? – Lidiya dedi. 

Mən geri çevrildim. 



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə