Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə20/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   16   17   18   19   20   21   22   23   ...   136

www.vivo-book.com 

 

100 



– Sən heç seçici deyilsən. Sənə görə fərqi yoxdur kim 

olur,  olsun  –  bircə  kiĢi  olsun.  Mən  sənin  arxanca  poxlarını 

yığıĢdıran deyiləm. 

–  Mən də sənin poxlarını  yığıĢdıran deyiləm!–  deyə  o 

bağırdı və qapını çırparaq bağladı. 

Mən  maĢınıma  tərəf  getdim,  mindim  və  mühərriki  iĢə 

saldım.  Sürət  rıçaqını  birinci  pilləyə  keçirdim.  O  yerindən 

tərpənmədi. Ġkiyə  atdım.  Yenə  tərpənmədi.  Sonra  yenə  birə 

atdım.  Əyləcin  buraxıldığına  əmin  olmaq  üçün  bir  də 

yoxladım. MaĢın yenidən tərpənmidi ki tərpənmirdi. Rıçaqı 

arxaya hərəkət pilləsinə atdım. MaĢın arxaya hərəkət edirdi. 

Əyləcə  basıb  onu  saxladım  və  sürət  rıçaqını  birinci  pilləyə 

atdım.  MaĢın  yenə  tərpənmədi.  Mən  hələ  də  Lidiyaya  çox 

acıqlı  idim.  Ona  görə  də  düĢündüm  ki,  bu  lənətə  gəlmiĢ 

arabada  evə  qədər  dal-dalı  gedəcəyəm.  Sonra  yolda  məni 

saxlayacaq  və  nə  pox  yediyimi  soruĢacaq  polislər  haqqında 

düĢündüm. Hə, cənab polislər, baĢa düĢürsünüzmü, mən öz 

rəfiqəm  ilə  dalaĢmıĢam  və  evə  qayıtmağım  üçün  indi  bu 

yeganə çıxıĢ yoludur. 



www.vivo-book.com 

 

101 



Daha  Lidiyaya  o  qədər  də  acığım  tutmurdu.  MaĢından 

çıxdım  və  qapıya  tərəf  getdim.  O,  kəlləmin  heykəlini  evə 

aparmıĢdı. Qapını döydüm. Lidiya qapını açdı. 

– Bura bax, – mən dedim, – bəlkə sən cadugərsən? 

– Yox, mən fahiĢəyəm, unutmusan? 

– Sən məni evimə aparmalısan. Mənim maĢınım ancaq 

dal-dalı  gedir. Elə  bil  bu  lənətə  gəlmiĢ  dəmir  yığınına  cadu 

oxuyublar. 

– Sən nə danıĢırsan, ciddisən? 

– Mənimlə gəl, indi sənə göstərərəm. 

Lidiya mənim arxamca maĢının yanına gəldi. 

–  Sürət  qutusu  normal  iĢləyirdi.  Sonra  birdən  maĢın 

ancaq  geriyə  getməyə  baĢladı.  Mən  evə  dal-dalı  getmək 

fikrindəydim.  

MaĢına mindim. 

– Ġndi özün bax. 

Mühərriki  iĢə  saldım  və  sürət  ötürücüsünün  rıçaqını 

birinci  pilləyə  keçirib  muftanı  buraxdım.  MaĢın  qəfildən 

irəli atıldı. Rıçaqı ikinci pilləyə keçirdim. Rıçaq keçən kimi 

maĢın daha sürətlə hərəkət etməyə baĢladı. Sonra üçə atdım, 




www.vivo-book.com 

 

102 



maĢın çox  rəvan hərəkət  edirdi.  Mən sükanı  çevirib  maĢını 

döndərdim  və  geri  qayıdıb  küçənin  əks  tərəfində  saxladım. 

Lidiya maĢına yaxınlaĢdı.  

– Qulaq as, sən mənə inanmalısan. Bir dəqiqə öncə bu 

zibil yalnız geriyə hərəkət edirdi. Ġndi isə hər Ģey qaydasında 

görünür. Lütfən, mənə inan. 

– Səni inanıram, – o dedi. Bu Allahın iĢidir. Mən belə 

Ģeylərə inanıram.  

– Bunun nəsə bir anlamı olmalıdır. 

– Əlbəttə, mənası var. 

Mən  maĢından  çıxdım  və  biz  birlikdə  onun  evinə 

getdik.  

– Köynəyini və ayaqqabılarını soyun, Lidiya dedi, – və 

çarpayıya  uzan.  Əvvəlcə,  sənin  sızanaqlarını  sıxmaq 

istəyirəm.  

 

 

16 

DaĢınmaz əmlak biznesi ilə məĢğul olan keçmiĢ yapon 

güləĢçisi  Lidiyanın  evini  satdığından,  Lidiya  evi  boĢatmaq 



www.vivo-book.com 

 

103 



məcburiyyətində  qalmıĢdı.  Lidiya  ilə  birlikdə  bu  evdə 

Tonto,  Liza  və  onların  Baqbatt  adlı  iti  yaĢayırdı.  Los 

Ancelesdəki ev sahiblərinin böyük  əksəriyyəti qapıdan eyni 

niĢanı  asırdılar:  YALNIZ  YETKĠNLƏR  ÜÇÜN.  Ġki  balaca 

uĢaq  və  itlə  ev  tapmaq  çox  müĢkül  bir  iĢ  idi.  Yalnız 

Lidiyanın  cazibədarlığı  onun  karına  gələ  bilərdi.  Deməli, 

bizə erkək ev sahibi lazım idi.  

Onları maĢınıma mindirib bütün Ģəhəri gəzdirdim. Heç 

bir  xeyri  olmadı.  Çox  yerdə  mən  gözə  görünməmək  üçün 

maĢından  düĢmürdüm.  Amma  bu  priyomum  da  iĢə 

yaramadı.  Biz maĢınla Ģəhəri gəzərkən, Lidiya pəncərədən 

qıĢqırırdı: 

–  Bu  Ģəhərdə  iki  uĢağı  və  bir  iti  olan  bir  qadına  evini 

kirayə verəcək bir kimsə varmı? 

Gözlənilmədən  mənim  yaĢadığım  həyətdə  bir  boĢ  ev 

tapdıq. Ġnsanların köçdüyünü gördüm və dərhal gedib missis 

O'Kif ilə danıĢdım.  

–  Missis  O'Kif,  –  dedim,  –  mənim  rəfiqəmə  ev 

lazımdır.  Onun  iki  uĢağı  və  bir  iti  var,  amma  onlar  hamısı 



www.vivo-book.com 

 

104 



çox  tərbiyəlidirlər  və  özlərini  yaxĢı  aparacaqlar.  Onlara 

icazə verərsinizmi bu evə köçsünlər? 

– Mən o qadını görmüĢəm, – missis O'Kif dedi. – Onun 

gözlərinə diqqət vermisənmi? O dəlidir axı. 

– Onun dəli olduğunu mən də bilirəm, amma onun bu 

vəziyyətinə  biganə  qala  bilmərəm.  Onun  çox  gözəl 

xüsusiyyətləri də az deyil, həqiqi sözümdü.  

– O sənin üçün çox cavandı! O cür cavan qadın sənin 

nəyinə lazımdı?  

Bu sözləri eĢidəndə güldüm. 

Mister  O'Kif  arxadan  arvadına  yaxınlaĢdı  və  setkalı 

qapıdan mənə baxdı.  

– O, am dəlisidir, vəssalam. Burda çətin baĢa düĢüləsi 

nə var ki, o am dəlisidir. 

– YaxĢı, bəs ev necə olacaq? – mən soruĢdum. 

– YaxĢı.., yaxĢı, – mister O'Kif dedi. – Gətir onu... 

Beləliklə, Lidiya bir qoĢqu kirayələdi və mən onu təzə 

evə  köçürdüm.  Onun  əĢyaları  əsasən,  pal-paltardan, 

düzəltdiyi  baĢ  heykəlləri  və  bir  də  böyük  bir  paltaryuyan 

maĢından ibarət idi.  




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə