Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə23/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   19   20   21   22   23   24   25   26   ...   136

www.vivo-book.com 

 

116 



Di  Di  öz  Mersedesini  dəbdəbəli  bir  restoranın 

qarĢısında  saxladı.  Orada  stullar  və  masalar  qoyulmuĢ 

günəĢli bir terras vardı. Ġnsanlar burada oturub yemək yeyir 

və  qəhvə  içə-içə  bir-biri  ilə  söhbət  edirdilər.  Biz  ayağına 

çəkmə, əyninə cins geyinmiĢ və boynuna ağır gümüĢ zəncir 

sarınmıĢ  bir  zəncinin  yanından  keçdik.  Onun  motosikl 

dəbilqəsi,  gözlükləri  və  əlcəkləri  masanın  üstündə  idi. 

Yanında  əyninə  yaĢıl  rəngli  kombinezon  geyinmiĢ  və  öz 

balaca  barmağını  soran  arıq,  sarıĢın  bir  qız  vardı.  Bu  yer 

müĢtəri  ilə  dolu  idi.  Burdakılar  hamısı  cavan,  səliqəli  və 

nəzakətli  görünürdülər.  Heç  kim  gözünü  bərəldib  bizə 

baxmırdı. Hamı asta səslə söhbət edirdi. 

Biz içəri girdik və əyninə dar gümüĢü rəngli Ģalvar və 

parıldayan  qızılı  rəngli  köynək  geyinmiĢ,  belinə  8  düylük 

qadaqlı  remen  taxmıĢ,  dar  sağrılı,  solğun  bənizli  arıq  bir 

oğlan bizə masamızı göstərdi. Onun qulaqları deĢilmiĢdi və 

qulaqlarından  balaca  mavi  sırğalar  asılmıĢdı.  Qələmlə 

çəkilmiĢ kimi nazik bığları bənövĢəyi rəngə çalırdı.  

– Di Di, – o dedi, – nə baĢ verir? 

– Qəlyanaltı, Donni. 




www.vivo-book.com 

 

117 



– Bir də içməyə bir Ģey, Donni, – mən dedim. 

–  Ona  nə  lazım  olduğunu  mən  bilirəm,  Donni.  Ona 

“Qızıl Gül” gətir, özü də ikiqat. 

Biz səhər yeməyi sifariĢ elədik və Di Di dedi: 

– Yeməyi hazırlamaq üçün onlara bir qədər vaxt lazım 

olacaq. Burada onlar hər Ģeyi sifariĢə görə hazırlayırlar. 

– Çox pul xərcləmə, Di Di. 

– Bütün xərclərimiz cari xərclər hesabına yazılacaq. 

Di Di balaca bir qara bloknot çıxardı. 

–  Hə,  gəl  baxaq.  Bu  gün  kimi  səhər  yeməyinə  dəvət 

eləmiĢəm? Elton Con? 

– O, Afrikada deyilmi?.. 

– Ah, düz deyirsən. Bəs onda Kat Stivens necə? 

– Bəs o kimdir? 

– Sən onu tanımırsan? 

– Yox. 


– Onu mən kəĢf eləmiĢəm. Bu gün sən Kat Stivens ola 

bilərsən. 

Donni  içkini  gətirdi  və  Di  DĠ  ilə  söhbət  eləməyə 

baĢladı. Belə anladım ki, onların çoxlu ortaq tanıĢları vardı. 




www.vivo-book.com 

 

118 



Mən  isə  onların  tanıdıqlarından  heç  kimi  tanımırdım.  Məni 

heyrətə  gətirmək  elə  də  asan  iĢ  deyildi.  O  adamlar  mənim 

vecimə deyildi. Nyu-Yorkdan da xoĢum gəlmirdi. Holivudu 

da 


sevmirdim. 

Rok 


musiqisi 

də 


mənlik 

deyildi. 

Ümumiyyətlə, mənim heç nədən xoĢum gəlmirdi. Bəlkə də 

qorxurdum, ona görə. Hə düz tapmıĢdım – mən qorxurdum. 

Mən  pərdələri  də  qapanmıĢ  bir  otaqda  tək-tənha  oturmaq 

istəyirdim.  Bax  bundan  həqiqi  həzz  alırdım.  Mənim  ağlım 

çatmır. Mən əbləhin biriyəm. Lidiya isə çıxıb getmiĢdi. 

Mən öz içkimi bitirən kimi, Di DĠ birini də sifariĢ etdi. 

Özümü alfons kimi hiss etməyə baĢladım. Və bu çox əla bir 

hiss idi. Ġçimdəki kədəri dağıtmağa kömək edirdi. Sevgilinlə 

ayrılmaqdan  və  sevdiyin  qadının  səni  atıb  getməsindən  pis 

Ģey ola bilməz. Nə içməyə bir Ģeyin olur, nə də iĢin. Sadəcə, 

otaqda  oturub  divarlara  baxmaqdan  və  düĢünməkdən  baĢqa 

əlindən  bir  Ģey  gəlmir.  Bax,  qadınlar  beləcə  səni  pis  günə 

qoyurlar,  lakin  bundan  onlar  özləri  də  əziyyət  çəkir  və 

zəifləyirlər. Bəlkə də bunun belə olduğuna inanmaq, sadəcə, 

mənim xoĢuma gəlir. 



www.vivo-book.com 

 

119 



Səhər  yeməyi  əla  idi.  Müxtəlif  meyvə  xuruĢları  ilə 

yumurta... ananas, Ģaftalı, armud... bir azca üyüdülmüĢ qoz, 

ədviyyat.  Həqiqətən,  qəlyanaltımız  əla  alınmıĢdı.  Biz 

yeməyimizi  bitirdik  və  Di  DĠ  mənim  üçün  daha  bir  içki 

sifariĢ elədi. Mən, hələ də içimdən çıxara bilmədiyim Lidiya 

haqqında düĢündüm, amma Di Di də qəĢəng qadın idi. Onun 

söhbətləri  qəti  və  əyləndirici  idi.  O  məni  gülməyə  məcbur 

edə  bilirdi.  Əslində,  mənə  də  elə  bu  lazım  idi.  Mənim 

gülüĢüm bütünlüklə içimdə həbs olunmuĢdu və qəhqəhə ilə 

bayıra  çıxacağı  anı  gözləyirdi:  HAHAHAHAHA,  ah,  aman 

allahım,  aman,  HAHAHAHAHA.  Bu  baĢ  verəndə  mən 

özümü elə yaxĢı hiss elədim ki. Di Di həyat haqqında bəzi 

Ģeyləri  çox  gözəl  bilirdi.  Di  Di  bilirdi  ki,  birimizin  baĢına 

gələn  Ģey  bizim  əksəriyyətimizin baĢına gəlib. Sürdüyümüz 

həyat  tərzləri  bir-birindən  elə  də  fərqlənmirdi  –  bunun  belə 

olmadığını 

düĢünməyi, 

belə 


olmadığına 

özümüzü 


inandırmağa çalıĢmağı xoĢlasaq belə. 

Ağrı  çox  qəribə  bir  hissdir.  QuĢu  öldürən  piĢik, 

avtomobil  qəzası,  yanğın…  Ağrı  qəfildən  gəlir,  TARAP  və 

budur  o  artıq  sizin  içinizdə  oturub.  O  realdır.  Və  sizi 




www.vivo-book.com 

 

120 



müĢahidə edən hər kəs üçün siz axmaq kimi görünürsünüz. 

Elə  bil  siz  qəfildən  əbləhə  çevrilmisiniz.  Bunun  əlacı 

yoxdur.  Əlbəttə  ki,  əgər  sizin  keçirdiyiniz  bu  hissləri 

anlayan  və  sizə  necə  kömək  ediləcəyini  bilən  birisini 

tanımırsınızsa. Biz maĢının yanına qayıtdıq. 

–  Sənin  ovqatını  düzəltmək  üçün  səni  hara  aparmaq 

lazım  olduğunu  bilirəm,  –  Di  Di  dedi.  Mən  ona  cavab 

vermədim. Mənə elə qulluq olunurdu, elə bil mən əlil idim. 

Əslində, mən elə əlil idim. 

Di  Didən  xahiĢ  etdim  ki,  maĢını  bir  barın  yanında 

saxlasın.  Onun  sevdiyi  yerlərdən  birində.  Barmen  onu 

tanıyırdı.  

– Bura, – biz bara daxil olanda, o dedi, – bir çox ssenari 

yazarlarının  toplaĢdığı  yerdir.  Və  bir  də  xırda  özfəaliyyət 

teatrlarının üzvlərindən bəzi insanlar burada toplaĢırlar. 

Onların  hamısından  dərhal  zəhləm  getdi.  Çünki  bu 

insanlar  hamısı  özlərinə  ağıllı  görkəm  verib  boĢ-boĢ 

oturmuĢdular.  Onlar  bir-birini  heçə  sayırdılar.  Bir  yazar 

üçün  ən  pis,  ən  dözülməz  Ģey  bir  baĢqa  yazarı  tanımaqdır. 



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə