Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə25/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   21   22   23   24   25   26   27   28   ...   136

www.vivo-book.com 

 

126 



Di  Di  hava  limanında  oğlunu  qarĢılamalı  idi.  O, 

Ġngiltərədən evə tətilə gəlirdi. Di Di mənə demiĢdi ki, onun 

oğlunun  17  yaĢı  var  və  oğlanın  atası  keçmiĢ  konsert 

pianoçusu  idi.  Di  Dinin  dediyinə  görə,  uĢağın  atası  spid 

həbləri  və  kokainə  aludə  olmuĢ  və  sonra  hansısa  qəzada 

barmaqlarını yandırmıĢdı. O, pianoda daha çala bilmirdi. Bir 

müddət olar ki, onlar ayrılmıĢdılar.  

Onun  oğlunun  adı  Renni  idi.  Trans-Atlantik  telefon 

danıĢıqları zamanı Di Di ona bir neçə dəfə mənim haqqımda 

danıĢıbmıĢ.  Renninin  gəldiyi  təyyarənin  sərniĢinləri  bayıra 

çıxanda  biz  hava  limanına  çatmıĢdıq.  Di  Di  ilə  Renni 

qucaqlaĢdılar.  O,  uzun  boylu,  arıq  və  solğun  bənizli  bir 

oğlan idi.  Saçları bir  gözünün  üstünə  düĢürdü.  Biz  əl  tutub 

görüĢdük.  

Di  Di  ilə  Renni  söhbət  etdikləri  zaman  mən  baqajı 

almağa getdim. O, Di Diyə “Anacan” deyə müraciət edirdi. 

Biz  maĢının  yanına  geri  qayıdanda  o,  arxa  oturacağa  keçdi 

və dedi: 

– Anacan, sən mənə velosiped almısanmı? 

– SifariĢ eləmiĢəm. Biz onu sabah götürməliyik. 




www.vivo-book.com 

 

127 



–  YaxĢı  velosipeddirmi,  anacan?  Mən  on  sürət 

ötürücülü,  əl  əyləcli  və  pedallarında  bəndləri  olanından 

istəyirəm.  

– Mənim sifariĢ etdiyim də yaxĢı velosipeddir, Renni. 

– Onun sabah hazır olacağına əminsənmi? 

Biz  maĢınla  geri  qayıdırdıq.  Mən  gecəni  onlarda 

qaldım. Renninin öz yataq otağı vardı.  

Ertəsi  gün  səhər  tezdən  hamımız  birlikdə  yemək  üçün 

ayrılmıĢ  küncdə  oturub  xadimənin  gəliĢini  gözləyirdik. 

Nəhayət,  Di  Di  yerindən  qalxdı  və  bizim  üçün  qəlyanaltı 

hazırlamağa baĢladı. Renni dedi: 

– Anacan, sən yumurtanı necə sındırırsan? 

Di  Di  mənə  tərəf  baxdı.  Mənim  nə  düĢündüyümü  o 

bilirdi. Mən səsimi çıxarmadım. 

– YaxĢı, Renni yanıma gəl, sənə göstərim. 

Renni sobanın yanına  yaxınlaĢdı. Di Di  əlinə bir dənə 

yumurta aldı. 

–  Görürsənmi,  sadəcə,  yumurtanın  qabığını  tavanın 

qırağına vurub sındırırsan... bax belə... sonra da yumurtanın 



www.vivo-book.com 

 

128 



içindəki  mayenin  tavaya  düĢməsinə  imkan  verirsən...  bax 

belə... 


– Aaaa... 

– Bu çox asandır. 

– Bəs onu necə biĢirirsən? 

– Biz onu qızardırıq. Yağda. 

– Niyə? 

– Çünki onun sarısı dağılıb! 

Di  Di  geri  çevrilərək  mənə  baxdı.  Onun  gözləri  mənə 

yalvarırdı: “Henk, bir lənətə gəlmiĢ söz belə demə...” 

Bir  neçə  gün  sonra  biz  yenə  yemək  üçün  ayrılmıĢ 

küncdə toplaĢmıĢdıq. Xadimə mətbəxdə öz iĢləri ilə məĢğul 

ikən, biz yeməyimizi yeyirdik. Di Di Ronniyə dedi: 

– Ġndi sənin velosipedin var. Mən istəyirəm ki, bu gün 

sən,  nə  vaxt  istəsən,  6  paket  koka-kola  alasan.  Mən  evə 

gələndə, bir-iki koka-kola içmək istəyirəm.  

– Anacan, o koka-kolalar elə ağır olur ki! Onları özün 

ala bilməzsənmi? 

– Renni, mən bütün günü iĢləyirəm və yorğun oluram. 

Ona görə də kolaları gərək sən alasan. 




www.vivo-book.com 

 

129 



–  Amma  anacan,  orada  yoxuĢ  var.  YoxuĢu  qalxmaq 

üçün pedal fırlatmalı olacam. 

– Heç bir yoxuĢ zad yoxdur. Nə yoxuĢ? 

–  Bilirsənmi,  onu  gözlərinlə  görmək  olmur,  amma 

yoxuĢ var... 

– Renni, o kolaları alacaqsan, məni anladınmı? 

Renni yerindən qalxıb öz yataq otağına getdi və qapını 

da zərblə çırpdı. Di Di kənara baxırdı. 

–  O  məni  diĢinə  vurur.  O  bilmək  istəyir  ki,  onu 

sevirəm, ya yox. 

– Kolaları mən alaram, – mən dedim. 

– Yox, lazım deyil, – Di Di dedi, – özüm alaram. 

Nəticə etibarı ilə onu heç birimiz də almadıq... 

Bir  neçə  gün  sonra  Di  Di  ilə  mən  ətrafa  baxmaq  və 

poçtu götürmək üçün mənim evimə getmiĢdik və həmin vaxt 

telefonum zəng çaldı. Zəng edən Lidiya idi.  

– Salam, – o dedi, – mən Yutadayam. 

– ĠsmarıĢını almıĢam, – mən dedim.  

– Necəsən? – o soruĢdu. 

– Hər Ģey qaydasındadır. 




www.vivo-book.com 

 

130 



– Yayda Yuta çox gözəl olur. Sən bura gəlməlisən. Biz 

təbiətin  qoynunda  gəzintiyə  çıxar,  düĢərgə  salardıq.  Mənim 

bacılarımın hamısı burdadır.  

– Ġndi gələ bilmərəm. 

– Niyə? 

– Bilirsənmi, mən indi Di Di ilə birlikdəyəm. 

– Di Di? 

– Hə, Di Di ilə... 

–  O  telefon  nömrəsinə  zəng  edəcəyini  bilirdim,  – 

Lidiya  dedi.  –  Sənə  demiĢdim  axı,  o  nömrəyə  zəng 

eləyəcəksən! 

Di Di mənim yanımda dayanmıĢdı.  

–  Lütfən,  ona  de  ki,  –  Di  Di  dedi,  –  mənə  sentyabr 

ayına qədər vaxt versin. 

–  Onu  yaddan  çıxar,  –  Lidiya  dedi.  –  Qoy  cəhənnəm 

olsun. Bura gəl və mənimlə görüĢ. 

–  Sən  mənə  zəng  vurmusan  deyə,  mən  burda  hər  Ģeyi 

ata  bilmərəm  axı.  Bundan  əlavə,  –  mən  dedim,  –  sentyabr 

ayına qədər Di Dinin yanında olmalıyam. 

– Sentyabr? 




www.vivo-book.com 

 

131 



– Hə. 

Lidiya  qulaqbatırıcı  bir  səs  çıxardı.  Bu  çox  uzun  bir 

bağırtı idi. Sonra o dəstəyi asdı. 

Ondan sonra Di Di məni evimə getməyə qoymurdu. Bir 

dəfə  mənim  evimdə  oturub  poçtumu  nəzərdən  keçirəndə, 

telefonun dəstəyinin kənara qoyulduğunu gördüm. 

– Bir də heç vaxt belə eləmə, – mən ona dedim. 

Di  Di  məni  sahilboyu  aĢağı-yuxarı  uzun  gəzintilərə 

aparırdı.  O  məni  dağ  səyahətinə  də  aparmıĢdı.  Biz  onunla 

qarajların  hərracına,  kinoya,  rok  konsertlərə,  kilsələrə, 

dostlarımızın  yanına,  nahar  və  qəlyanaltılara,  illüzionist 

tamaĢalarına,  pikniklərə  və  sirk  tamaĢalarına  getmiĢdik. 

Onun dostları bizim birgə fotoĢəkillərimizi çəkmiĢdilər. 

Katalinaya  səfərimiz  çox  pis  olmuĢdu.  Di  Di  ilə 

limanda gözləməli olmuĢduq. Ġçkinin xumarlığından əziyyət 

çəkirdim. Di Di mənim üçün “Alka-Zeltser” və bir bardaq su 

tapdı.  Mənim  bu  ağır  vəziyyətimə  kömək  edən  bir  Ģey 

vardısa  da,  o  da  bizdən  bir  azca  aralıda  oturmu  gənc  qız 

oldu.  O,  əyninə  qısa  ətək  geyinmiĢdi.  Onun  çox  qəĢəng 

bədəni  və  uzun  gözəl  qıçları  vardı.  Qısa  ətəyin  altında  qız 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə