Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə18/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   14   15   16   17   18   19   20   21   ...   136

www.vivo-book.com 

 

89 



–  Əslində,  sən  zəng  vuranda,  mən  elə  indicə  “Katti 

Sark”  ĢüĢəsinin  sellofanını  qoparırdım.  Əla  içkidi.  Onun 

necə gözəl olduğunu görməliydim! 

O  yenə  dəstəyi  atdı.  Mən  özüm  üçün  bir  içki  də 

qarıĢdırdım. Radioda gözəl bir musiqi çalınırdı. Mən arxaya 

söykəndim. Özümü əla hiss edirdim.  

Qapım  zərblə  açıldı  və  Lidiya  qaça-qaça  otağa  daxil 

oldu.  O,  güclə  nəfəs  alıb,  tövĢüyə-tövĢüyə  otağın  ortasında 

dayanmıĢdı.  Ġçki  ĢüĢəsi  qəhvə  masasının  üstündəydi.  Ġçki 

ĢüĢəsini görən kimi, Lidiya cəld bir hərəkətlə onu qamarladı. 

Mən  isə  yerimdən  sıçrayaraq  Lidiyanı  qamarladım.  Mən 

sərxoĢ,  Lidiya  isə  qəzəbindən  ağlınıitirmiĢ  vəziyyətdə 

olanda,  biz  demək  olar  ki,  tən  gələrdik.  Lidiya  ĢüĢəni 

məndən  uzaq  tutmaq  üçün  onu  boyu  çatdığı  qədər  yuxarı 

qaldırıb  ĢüĢə  ilə  birlikdə  qapıdan  bayıra  çıxmaq  istəyirdi. 

Mən  onun  ĢüĢə  tutan  qolundan  yapıĢdım  və  ĢüĢəni  onun 

əlindən almağa çalıĢdım.  

–  SƏNĠ  FAHĠġƏ!  SƏNĠN  BUNA  HAQQIN 

YOXDUR! O LƏNƏTƏ GƏLMĠġ ġÜġƏNĠ MƏNƏ VER!  



www.vivo-book.com 

 

90 



Sonra  bir  beləcə  güləĢə-güləĢə  artırmaya  çıxdıq. 

Pilləkənlərdə  ayaqlarımız  iliĢdi  və  səkiyə  yıxıldıq.  Butulka 

zərblə  yerə  dəyib  çilik-çilik  oldu.  Lidiya  cəld  ayağa  qalxıb 

qaçdı.  Onun  maĢınının  iĢə  düĢdüyünü  eĢitdim.  Mən  isə 

yerdə  uzanıb  sınmıĢ  butulkaya  baxırdım.  SınmıĢ  butulka 

məndən cəmi bir addım aralıda idi. Lidiya  maĢınını sürərək 

getdi.  Ay  hələ  də  səmada  parlayaraq  iĢıq  saçırdı.  SınmıĢ 

ĢüĢədən  qalan  qırığın  dibində  bir  udum  skoç  qaldığını 

gördüm.  Yerdə  uzanmıĢ  vəziyyətdə  əlimi  uzadıb  onun 

götürdüm və ağzıma yaxınlaĢdırdım. Qırığın dibində qalmıĢ 

skoçu  içəndə,  qırıq  ĢüĢənin  uzun  ucu  az  qala  gözümü 

çıxarmıĢdı.  Sonra  yerimdən  qalxıb  içəri  keçdim.  Ġçimdə 

dözülməz  bir  susuzluq  hiss  edirdim.  Otaqda  gəzə-gəzə  boĢ 

pivə ĢüĢələrini yığır, onların içində qalan damcıları içirdim. 

BoĢ  pivə  ĢüĢələrindən  birisini  baĢıma  çəkəndə  ağzıma 

siqaret  külü  getdi.  Bəzən  onlardan  külqabı  kimi  də  istifadə 

edirdim. Saat artıq səhər 4:14-ü göstərirdi. Mən oturub saata 

baxırdım. Elə bil yenə poçt idarəsində iĢləyirdim. Zaman elə 

bil  dayanmıĢ,  varlıq  isə  nəbz  kimi  döyünən  dözülməz  bir 

Ģeyə çevrilmiĢdi. Mən isə gözləyirdim. Mən isə gözləyirdim. 




www.vivo-book.com 

 

91 



Mən isə gözləyirdim. Mən isə gözləyirdim. Nəhayət ki, saat 

səhər  6  oldu.  Özümü  döngədəki  Ģərab  dükanına  çatdırdım. 

Satıcı  dükanı  yenicə  açırdı.  O  məni  içəri  buraxdı.  Mən  bir 

dənə də “Katti Sark” skoç ĢüĢəsi aldım. Sonra evə qayıtdım, 

qapını kilidlədim və Lidiyaya zəng vurdum. 

– Burada mənim bir dənə də “Katti Sark” ĢüĢəm var və 

elə  indi  onun  sellofanını  cırıram.  Oturub  yaxĢıca  içəcəm. 

ġərab dükanı isə hələ bundan sonra 20 saat açıq olacaq. 

O,  dəstəyi  atdı.  Bir  qədəh  skoç  içdim,  sonra  isə  yataq 

otağına  keçib  çarpayıya  uzandım  və  elə  əynimdəki 

paltarlarla da yuxuya getdim.  

 

13 

Bir  həftə  sonra  yanımda  Lidiya  ilə  maĢınımı  Hollivud 

Bulvar  ilə  sürürdüm.  O  zaman  Kaliforniyada  çıxan  həftəlik 

əyləncə  jurnalından  mənə  Los-Ancelesdə  yazarın  həyatı  ilə 

bağlı  bir  məqalə  yazmaq  sifariĢ  edilmiĢdi.  Mən  həmin 

məqaləni  yazmıĢdım  və  onu  redaksiyaya  vermək  üçün 

gedirdim.  Biz  maĢını  Mosli  Skverdə  dayanacağa  qoyduq. 

Mosli 


Skver 

musiqi 


nəĢriyyatçılarının, 

agentlərin, 




www.vivo-book.com 

 

92 



antreprenörlərin  və  onlara  bənzər  baĢqa  insanların  bahalı 

bunqalolardan ofis kimi istifadə etdikləri bir məhəlləydi. Bu 

məhəllədə icarə haqları çox yüksək idi.  

Biz  bunqalolardan  birinə  daxil  olduq.  Masanın 

arxasında  çox  gözəl  bir  qız  oturmuĢdu  –  o,  təhsilli  və 

soyuqqanlı görünürdü. 

–  Mən  Çinaskiyəm,  –  dedim,  –  və  bu  da  mənim 

məqaləm. 

Yazını masanın üstünə atdım. 

–  Ah,  mister  Çinaski,  mən  həmiĢə  sizin  yazılarınıza 

valeh olmuĢam! 

– Burda içmək üçün bir Ģey tapılarmı? 

– Bircə dəqiqə... 

O, xalı döĢənmiĢ pilləkənlərlə üst mərtəbəyə qalxdı və 

əlində bahalı bir qırmızı Ģərab ĢüĢəsi ilə geri qayıtdı. ġüĢəni 

açdı və xəlvəti-bardan bir neçə qədəh çıxardı. Onunla yatağa 

girə  bilsəm,  nə  gözəl  olardı,  deyə  düĢündüm.  Amma  bu 

imkansız görünürdü. Bununla belə, kimsə onunla müntəzəm 

olaraq yatağa girirdi.  

Biz oturub Ģərablarımızdan balaca udumlar alırdıq.  




www.vivo-book.com 

 

93 



– Biz tezliklə sizə məqalə haqqında məlumat verəcəyik. 

Onu  qəbul  edəcəyimizə  mən  əminəm...  Lakin  siz  mənim 

təsəvvürümdə canlandırdığım kimi deyilsiniz... 

– Bununla nə demək istəyirsiniz? 

–  Sizin  necə  mülayim  səsiniz  var.  Siz  necə  də 

yaraĢıqlısınız. 

Lidiya güldü. Biz Ģərabımızı bitirəndən sonra oranı tərk 

etdik.  Biz  mənim  maĢınıma  tərəf  addımlayarkən  kiminsə 

məni arxadan səslədiyini eĢitdim. 

– Henk! 


Mən  dönüb  ətrafa  baxdım  və  birdən  yeni  bir 

mersedesin içində Di Di Bronsonun oturduğunu gördüm.  

– ĠĢlər necədir, Di Di? 

–  Pis  deyil.  “Kapital  Rekordz”dan  istefa  etdim.  Ġndi 

bax  oradakı  yerə  rəhbərlik  edirəm,  –  deyərək  Di  Di  əli  ilə 

bizə  göstərdi.  Bu,  daha  bir  musiqi  Ģirkəti  idi,  həm  də  çox 

məĢhur. BaĢ ofisi də Londonda. Di Di əvvəllər öz oğlanı ilə 

mənim evimə tez-tez gələrdi. O zamanlar bizim hər ikimizin 

də  Los-Ancelesin  gizli  qəzetlərindən  birində  köĢələrimiz 

vardı.  



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə