Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə110/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   106   107   108   109   110   111   112   113   ...   136

www.vivo-book.com 

 

583 



–  ALLAH  SƏNƏ  LƏNƏT  ELƏSĠN!  –  deyə  ucadan 

bağırdım. 

– Nə olub axı? – Sara soruĢdu. 

– HEÇ NƏ EġĠDƏ BĠLMĠRƏM! 

– Nə? 

–  SƏN  BU  SĠKĠLMĠġ  STEREONUN  SƏSĠNĠ  LAP 



ÇOX 

AÇMISAN! 

HƏDĠ, 

DEDĠKLƏRĠMĠ 



ANLAMIRSAN? 

– Nə? 


– MƏN GEDĠRƏM! 

– Yox! 


Mən  çevrildim  və  setka  qapını  zərblə  çırparaq  evdən 

çıxdım.  Folksvagenə  yaxınlaĢanda,  gördüm  ki,  xiyar-

pomidorları maĢında unutmuĢam. Onları götürüb cığırla geri 

qayıtdım.  Biz  üz-üzə  gəldik.  Torbanı  onun  əlinə 

dürtüĢdürdüm. 

– Al. 


Sonra dönüb getməyə baĢladım.  

– Səni iyrənc, iyrənc, iyrənc əclaf! – o arxanca qıĢqırdı. 




www.vivo-book.com 

 

584 



Sara  torbanı  arxamca  tolazladı.  Ġçi  dolu  torba  düz 

kürəyimin  ortasından  dəydi.  O  geri  çevrilərək  evə  qaçdı. 

Mən  ayın  iĢığında  yerə  səpələnmiĢ  xiyar  və  pomidorlara 

baxdım.  Bir  anlıq  onları  yerdən  yığmaq  haqqında 

düĢündüm. Sonra isə dönərək çıxıb getdim. 

 

93 

Vankuverdə  bədii  qiraətlə  çıxıĢ  etdim,  500  dollar 

qazanc,  üstəgəl  təyyarə  bileti  və  orada  qalmaq.  Sponsorum 

Bart  MakintoĢ  sərhəddinin  keçilməsi  ilə  bağlı  narahat  idi. 

Mən Sietlə uçmalıydım, orada o məni qarĢılayacaqdı, sonra 

isə  onun  maĢınında  sərhəddi  keçməli  olacaqdıq,  qiraəti 

bitirəndən  sonra  isə  Vankuverdən  təyyarə  ilə  birbaĢa  Los-

Ancelesə  uçacaqdım.  Bütün  bunların  nə  anlama  gəldiyini 

baĢa düĢməsəm də, onun təklifi ilə razılaĢdım. 

Beləliklə,  mən  yenə  havada  idim  və  ikiqat  araq-7 

içirdim.  Təyyarədə  kommivoyajorlar  və  biznesmenlərlə 

birlikdə  oturmuĢdum.  Ġçində  ehtiyat  köynəklər,  alt  paltarı, 

corablar, 3-4 Ģeir kitabı, üstəgəl makinada çap edilmiĢ on-on 

iki  yeni  Ģeir  vərəqləri  olan  balaca  çemodanım  da 




www.vivo-book.com 

 

585 



yanımdaydı.  DiĢ  fırçası  ilə  diĢ  pastasını  da  götürməyi 

unutmamıĢdım.  ġeir  oxuyacağına  görə  sənə  pul  ödəmələri 

üçün  harasa  getmək  mənə  çox  gülməli  gəlirdi.  Bu  mənim 

heç  xoĢuma  gəlmirdi.  Və  bunun  necə  axmaq  bir  iĢ  olması 

fikrini baĢımdan heç cür çıxara bilmirdim. Əlli yaĢına qədər 

mənasız və aĢağı iĢlərdə qatır kimi iĢləyəsən və sonra birdən 

əlində  içki  qədəhi  tutmuĢ  bir  mozalan  kimi  uçaraq  bütün 

ölkəni ayaqdan salasan. 

MakintoĢ  məni  Sietldə  gözləyirdi.  Biz  onun  maĢınına 

mindik.  Səfərimiz  əla  alındı.  Səbəbi  sadə  idi.  Heç  birimiz 

yol boyu boĢboğazlıq etmədik. Bədii qiraət gecəsi özəl Ģəxs 

tərəfindən  maliyyələĢdirilirdi  və  mən  universitetlərin 

sponsorluq  etdiyi  qiraət  gecələrindənsə,  buna  üstünlük 

verirdim.  Universitetlə  elə  bil  nədənsə  qorxurdular;  baĢqa 

Ģeylərlə  yanaĢı,  onlar  aĢağı  təbəqələrdən  olan  Ģairlərdən 

qorxurdular,  digər  tərəfdən  isə  belə  Ģairlərə  məhəl 

qoymamaq  üçün  onlar  həddən  artıq  hər  Ģeylə 

maraqlanırdılar.  

Sərhəddə  çox  gözləməli  olduq.  Yüzlərlə  maĢın 

yığılmıĢdı.  Sərhədçilər  isə,  deyəsən,  heç  tələsmək  fikrində 




www.vivo-book.com 

 

586 



deyildilər.  Onlar  ara-sıra  cərgənin  içindən  köhnə  bir  maĢını 

çıxarır,  yalnız  bir-iki  sual  verməklə  kifayətlənir,  sonra  da 

maĢının  yoluna  davam  etməsi  üçün  əllərini  yelləyirdilər. 

Bütün  bu  prosedurla  bağlı  MakintoĢun  keçirdiyi  təlaĢı  heç 

cür anlaya bilmirdim. 

– Dostum, – o mənə dedi, biz sərhəddi keçdik! 

Vankuver  sərhəddən  çox  da  uzaq  deyildi.  MakintoĢ 

maĢını  mehmanxananın  önündə  saxladı.  Bina  pis 

görünmürdü.  Düz  suyun  yanında  yerləĢirdi.  Biz  nömrənin 

açarını  aldıq və  yuxarı qalxdıq.  Otaq  qəĢəng  idi.  Ġçində bir 

soyuducu da vardı, Hansısa mərhəmətli bir ürək sahibi onun 

içinə pivə də qoymuĢdu.  

– Götür birisini aĢır, – mən ona dedim. 

Biz oturub pivə içməyə baĢladıq. 

– Keçən il Krili bura gəlmiĢdi, – o mənə dedi. 

– Eləmi? 

– Bura bir növ kooperativ Ġncəsənət Mərkəzidir, özü də 

öz  xərclərini  ödəyən.  Bu  qurumda  üzvlük  haqları  çox 

yüksəkdir.  Yeri  icarəyə  götürürlər  və  sair  və  ilaxır.  Sənin 

çıxıĢın  üçün  biletlər  artıq  satılıb.  Silver  deyir  ki,  əgər 




www.vivo-book.com 

 

587 



biletlərin  qiymətini  bir  az  qaldırmıĢ  olsaydı,  yaxĢı  pul  tuta 

bilərdi.  

– Silver kimdir? 

– Mayron Silver. Direktorlardan biri.  

Söhbətin maraqsız hissəsinə girmiĢdik. 

– Səni Ģəhərdə gəzdirə bilərəm, – MakintoĢ mənə təklif 

etdi. 

– Problem deyil. Özüm də gəzib dolaĢa bilərəm. 



–  Nahar  haqqında  nə  düĢünürsən?  Pulunu  müəssisə 

ödəyir. 


– Sadəcə, buterbrod. Elə də ac deyiləm. 

Belə  düĢünürdüm  ki,  əgər  onu  burdan  bayıra  çıxara 

bilsəm,  yeməyi  bitirəndən  sonra  onu  tərk  edə  bilərəm.  Ona 

görə  yox  ki,  o  pis  adam  idi,  sadəcə,  insanlar  məni 

maraqlandırmırdı.  

Üç-dörd  məhəllə  aralıda  bir  yer  tapdıq.  Vankuver  çox 

təmiz  bir  Ģəhər  idi  və  buranın  insanlarının  çöhrəsindən 

böyük  Ģəhərlərin  sakinlərinə  xas  olan  zəhrimar  yağmırdı. 

Restoranı  bəyəndim.  Lakin  menyuya  baxanda  buradakı 

qiymətlərin  Los-Ancelesin  mənim  yaĢadığım  rayonu  ilə 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə