CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin


Müstəzad.  Mövzu  və  məzmunca qəzəl



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə72/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   68   69   70   71   72   73   74   75   ...   85

 
 
228 
Müstəzad.  Mövzu  və  məzmunca qəzəl və qəsidəyə  yaxındır. 
Həcmi 20-40 misra arasındadır. 
 
Bir nimtənə kim, ta оla zərbəftü nikutər, 
Diba оna möhtac, 
Mətnində tamam rabitə mövzunu sərasər, 
Tək haşiyə qıyqac; 
Üstündə оnun aşiqü məşuq müsəvvər, 
Dil şövqünə minhac; 
Ulduza şəbih nəqşi, yеri göy kimi əxzər, 
Nəzzarəsi bəhhac; 
Tiri-nəzəri-əhli-təmaşayə müqərrər, 
Hər butəsi amac; 
İçində оnun şölə vеrə tələti-dilbər, 
Ta bəndеyi-vəhhac; 
Görən dеyə bu mahdır, оl çərxi-pürəxtər
Ya bəhri-pürəmvac; 
Kəbə еvinin örtüyünə duta bərabər, 
Simasını hüccac; 
Gər düşsə ətəyi ələ, əlbəttə, tеz еylər, 
Bizdən qəmi ixrac; 
Əndişə nə itdir, çıxa bir də çəkə ləşkər
Könlü еdə tarac. 
Bеhəmdülla ki, Vaqif həsrətindən öldü qurtuldu, 
Uçurdum can quşun, еy gül, sizin gülzarə göndərdim. 
 
Müəşşərlər.  Müəşşərin  hər bəndi 10  misradan  ibarətdir.  İlk 
bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 9 misrası öz 
aralarında,  son  misrası  isə  birinci  bəndlə qafiyələnir.  Az 
yayılmış şeir formasıdır. 
 
Güllər açılmış, bu gün еyşü nişatın vəqtidir, 
Guşеyi-gülzardə fərşi-büsatın vəqtidir, 
Tazədən təcdidi-üqdi-irtibatın vəqtidir, 
Bəzmi-еydi-vəslə tərtibi-nişatın vəqtidir, 


 
 
229 
İnqizayi-fəsli-güldən еhtiyatın vəqtidir, 
İlləti-еşqə ilaci-buqratın vəqtidir, 
Rövzеyi-rizvan üçün sеyri-siratın vəqtidir, 
Aşiqü məşuq ara xоş inbisatın vəqtidir, 
Hər zaman şirin-şirin ixtilatın vəqtidir, 
Еy büti-tutizəban gəl ki, məqalın istərəm! 
 
XXX 
 
Molla Pənah Vaqiflə Molla Vəli Vidadi arasında müaşirə 
Müaşirə bədahətən söylənilir. 
Vaqif 
Еy Vidadi, sənin bu puç dünyada 
Nə dərdin var ki, zar-zar ağlarsan? 
Ağlamalı günün axirətdədir, 
Hələ indi səndə nə var, ağlarsan? 
 
Vidadi 
Vaqif, nə çоx yan, baş-ayaq atarsan 
Mənə dеrsən, nə bu qədər ağlarsan? 
Sənin də başında məhəbbət bеyni 
Əgər оlsa, еylər əsər, ağlarsan! 
Vaqif 
Ta cəsədin cüda оlmayıb candan, 
Bil özünü artıq sultandan, xandan, 
Qəriblik, ayrılıq nədir ki, оndan 
Bu qədər çəkibən azar, ağlarsan?.. 
 
Vaqif 
Ta cəsədin cüda olmayıb candan, 
Bil özünü artıq sultandan, xandan, 
Habelə ayrılıq nədir ki, ondan 
Bu qədər çəkibən azar, ağlarsan? 
 


 
 
230 
Vidadi 
Ağlamaq ki, vardır, məhəbbətdəndir, 
Şikəstəxatirlik mərhəmətdəndir, 
Əsil bunlar cümlə mürüvvətdəndir, 
Olsa ürəyində, betər ağlarsan!... 
 
Bu deyişmə tam mənası ilə “Vaqif və Vidadi dastanı” adlandırıla 
bilər Ankara, 2 mart, АZƏRTAC 
Ankarada  Beynəlxalq  Türk  Mədəniyyəti  Təşkilatı  (TÜRKSOY) 
tərəfindən  XVIII  əsr  Azərbaycan  poeziyasının  parlaq  siması,  görkəmli 
şairi,  məşhur  siyasi  və  dövlət  xadimi  Molla  Pənah  Vaqifin  anadan 
olmasının 300 illiyi münasibətilə 2017-ci ilin “Molla Pənah Vaqif ili” elan 
edilməsi münasibətilə anma mərasimi təşkil olunmuşdur. 
Beynəlxalq  Türk  Mədəniyyəti  Təşkilatının,  Azərbaycanın  və 
Türkiyənin  Mədəniyyət  və  Turizm  nazirliklərinin,  Azərbaycan  Milli 
Kitabxanasının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə 
təşkilatçılığı  ilə  TÜRKSOY-un  qərargahında  keçirilən  mərasimdə 
rəsmi  şəxslər,  diplomatlar,  Ankara  ictimaiyyətinin  tanınmış  nüma-
yəndələri, elm və mədəniyyət xadimləri, şeirsevərlər və digər şəxslər 
iştirak ediblər. 
Əvvəlcə  Azərbaycanın  TÜRKSOY-dakı  rəsmi  təmsilçisi  Elçin 
Qafarlı  “Molla  Pənah  Vaqif  ili”  və  bu  münasibətlə  təşkil  olunan 
mərasimlər barədə məlumat verimişdir. 
TRT-nin  Ankara  radiosu  Xorunun  ifasında  Vaqifin  “Durnalar” 
şeirinə  bəstələnmiş  mahnı  səsləndirildikdən  sonra  Azərbaycan  Milli 
Kitabxanasının arxiv fondunda 
saxlanılan  M.P.Vaqifin,  onun  haqqında  yazılmış,  başqa  dillərə 
tərcümə olunmuş əsərlərdən ibarət sərginin açılışı olmuşdur. 
Rəsmi açılış mərasimində TÜRKSOY-un baş katibi Düsen Ka-
seinov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, 
Azərbaycanın  Ankaradakı  səfiri  Faiq  Bağırov,  Beynəlxalq  Türk 
Mədəniyyəti  və  İrsi  Fondunun  prezidenti  Günay  Əfəndiyeva  və 
Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nihat Gül çıxış 
ediblər. 


 
 
231 
Çıxışlarda böyük şair Molla Pənah Vaqifin poeziya yaradıcılığı, 
onun diplomatik səyləri, dövlət işlərindəki uğurları və digər məqam-
lardan bəhs olunub. TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirən 
çıxışçılar  əminliklə  ifadə  ediblər  ki,  türk  xalqlarının  tarixi  şəx-
siyyətlərinin,  o  cümlədən  görkəmli  ədəblərin  həyat  və  fəaliyyətinin 
tanıdılmasına göstərilən diqqət türkdilli xalqları daha möhkəm tellərlə 
bağlayır və qarşılıqlı olaraq tanıdır. 
D.Kaseinov və N.Gül TÜRKSOY-un həyata keçirdiyi layihələ-
rin əhəmiyyətindən, qarşıda duran vəzifələrdən bəhs ediblər. Qeyd olu-
nub ki, türk dünyasının parlaq  ədəbi simalarından olan Molla  Pənah 
Vaqifin yaradıcılığına və şəxsiyyətinə göstərilən diqqət bütün türkdilli 
ədiblərə olan qayğının tərkib hissəsi və davamıdır. Onun yaradıcılığı 
təkcə  Azərbaycan  xalqının  yox,  bütün  türk  dünyasının  ədəbiyyat 
xəzinəsi  üçün  tükənməz  sərvətdir.  Mədəniyyət  və  turizm  nazirinin 
birinci müavini Vaqif Əliyev, Azərbaycanın 
Ankaradakı səfiri Faiq  Bağırov ölkəmizdə M.P.Vaqif  yaradıcı-
lığına və şəxsiyyətinə həmişə böyük ehtiram göstərildiyini ifadə edib-
lər. Diqqətə çatdırılıb ki, 1982-ci il yanvarın 14-də ulu öndər Heydər 
Əliyevin  bilavasitə  təşəbbüsü  və  iştirakı  ilə  Azərbaycanın  qədim 
mədəniyyət  mərkəzi  Şuşa  şəhərində  şairin  məzarı  üzərində  məqbərə 
ucaldılıb.  Təəssüflə  qeyd  olunub  ki,  1992-ci  il  mayın  8-də 
Ermənistanın  silahlı  quldur  dəstələri  tərəfindən  işğal  olunan  Şuşada 
bütün  maddi-mədəniyyət  abidələri,  o  cü  mlədən  Vaqifin  məzarı  və 
məqbərəsi amansızcasına dağıdılmışdır. 
Vaqifin yaradıcılığının həmişə böyük məhəbbətlə sevildiyini diq-
qətə çatdıran Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti 
G.Əfəndiyeva  bildirib ki, onun  yaradıcılığı təkcə  Azərbaycanın  deyil, 
bütün türk dünyasının ortaq sərvətidir. Prezident İlham Əliyevin Molla 
Pənah Vaqifin 300 illik yubileyi barədə məlum Sərəncamı böyük şairin 
şəxsiyyətinə göstərilən ehtiramdır. Azərbaycanın təşəbbüsü, Türkiyə və 
Qazaxıstanın dəstəyi ilə Molla Pənah Vaqif UNESCO-nun “2016-2017-
ci  illər  üçün  görkəmli  şəxslərin  və  əlamətdar  hadisələrin  yubileyləri 
proqramına”  daxil  edilməsi  onun  yaradıcılığına  verilən  yüksək 
qiymətdir.  Beynəlxalq  Türk  Mədəniyyəti  və  İrsi  Fondu  da  türk 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə