Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə31/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   27   28   29   30   31   32   33   34   ...   59

www.vivo-book.com 
 
154 
–  Qəm  çəkmə.  Niyə  tələsək?  İstridyələrin  dalınca  nə 
qədər  uzağa  getsək, kisələri  daşımaq  üçün  bir  o  qədər  artıq 
vaxt  sərf  ediləcək.  Bu  vaxt  onlar  dolu  kisələri  yerdə  qoyub 
gedəcəklər  ki,  su  qabaranda  qayıqlarda  gəlib  onları 
aparsınlar. 
Yarım saatdan çox vaxt keçmişdi, su get-gedə çoxalırdı, 
bu  vaxt  biz  işə  başladıq.  Soyğunçuları  iş  başında  qoyub, 
oğrunca qayıqlara yaxınlaşıb, onları bir-birinin dalınca suya 
salıb yöndəmsiz gəmi dəstəsini tələsik yan-yana düzdük. Öz 
yalikimizi  – axırıncını suya itələyəndə dəniz quldurlarından 
biri  yaxınlaşdı.  Bu  Berçi idi.  O  bizə tələsik bir  nəzər salan 
kimi  bir  anın  içində  vəziyyətdən  düzgün  baş  çıxartdı,  düz 
üstümüzə  atıldı,  ancaq  biz  onu  bərk  itələyib  irəli  getdik,  o 
suya  düşdü.  Dayaz  yerə  sürünüb  çıxan  Berçi  tez  qışqırıq 
salıb onları təhlükədən xəbərdar etdi. 
Biz var gücümüzlə avar çəkirdik, ancaq buksirdə çoxlu 
qayıq  olduğundan  ləng  hərəkət  edirdik.  Dayaz  yerdən  atəş 
səsləri – biri, ikincisi, üçüncüsü eşidildi, sanki əsl güclü top 
atəşinə  çevrildi.  Güllələr  ətrafımıza  tappıltıyla  düşürdü.  Sıx 


www.vivo-book.com 
 
155 
buludlar  ayın  üzünü  tutmuşdu,  bulanıq  qaranlıqda  atışma 
səsləri nizamsız idi. Bizə ancaq təsadüfən güllə dəyə bilərdi. 
Nəfəsim təngiyə-təngiyə pıçıldadım: 
– Kaş ki, bizim buxarla işləyən bir katerimiz olaydı. 
Nikolas ağır-ağır nəfəs alaraq dilləndi: 
– Heç olmasa, ay daha çıxmayaydı. 
Tələsmədən  gedirdik,  ancaq  hər  avar  səsi  bizi  dayaz 
yerdən daha uzaqlara aparır, sahilə yaxınlaşdırırdı. Nəhayət, 
atışma  səsləri  kəsildi,  ay  təzədən  buludların  arasından 
boylananda  biz təhlükədən  uzaq  idik. Tezliklə bizi sahildən 
səslədilər,  hərəsinin  göyərtəsində  üç  avar  çəkən  iki  admiral 
şlyupkası  sürətlə  bizə  doğru  gəlirdi.  Çarli  şən-şən 
gülümsünürdü, əllərimizi sıxaraq qışqırırdı: 
– Afərin! İkinizə də əhsən! 
Biz  gəmi  dəstəsini  sahilə  apardıq,  o  dəqiqə  mən, 
Nikolas,  gözətçilərdən  biri  admiral  şlyupkasına  keçib  avar 
çəkməyə başladıq. Çarli də gəminin arxa tərəfinə keçdi. İki 
başqa  şlyupka  dalımızca  gəlirdi,  indi  ay  yaxşıca  işıq 
saldığından  çətinlik  çəkmədən  uzaq  dayaz  yerlərdəki 
istridyə ovlayan dəniz quldurlarını çətinlik çəkmədən axtarıb 


www.vivo-book.com 
 
156 
tapırdıq.  Ancaq  biz  yaxın  gələn  kimi,  dəniz  quldurları  öz 
tapançalarından  atəş  açmağa  başladılar,  biz  tez-tələsik 
təhlükəsiz sahəyə çəkildik. 
–  Bizim  tələsməli  yerimiz  yoxdur.  Su  sürətlə  artır.  Su 
boğazlarına çatanda atışma yadlarına düşməyəcək. 
Qabarma  öz  işini  görüncə  biz  avarları  qurudurduq. 
Dəniz  quldurlarının  vəziyyəti  pisləşirdi.  Su  möhkəm 
çəkilmədən  sonra  artır,  sanki  dəyirman  daşının  novundan 
sürətlə  geri  qayıdırdı,  dünyanın  ən  mahir  üzgüçüləri  belə 
axına  qarşı  üç  mili  üzə  bilməzdi.  Sahilə  olan  yolu  biz 
kəsmişdik,  qaça  bilməzdilər,  çünki  qayıqlarımız  sahillə 
dayaz  yer  arasında  idi.  Su  bu  ara  sürətlə  dayaz  yerləri 
doldururdu,  bir  neçə  saatdan  sonra  hökmən  dəniz 
quldurlarının boğazından yuxarı qalxacaqdı. 
Möhkəm  sakitlik  idi;  ayın  bərq  vuran  ağ  işığında 
durbinlə  dəniz  quldurlarına  göz  qoyurduq.  Çarliyə 
“Meqqi”də  üzməyimizdən  danışırdıq.  Gecə  saat  bir,  iki 
oldu;  soyğunçular  dayaz  yerin  ən  uca  nöqtəsinə  yığılıb 
qurşağacan suda dayanmışdılar. 
Çarli dedi: 


www.vivo-book.com 
 
157 
– Yadında saxla, fərasət yaxşı şeydir. Neçə illərdi Taft 
çalışırdı  ki,  onları  ələ  keçirsin,  ancaq  heç  bir  şeylə 
hesablaşmadan iş görürdü, heç bir nəticəsi də olmurdu. Biz 
isə kəllə işlətdik... 
Bu  vaxt  suyun  şappıltısı  güclə  eşidildi,  əlimi  qaldırıb 
işarə  etdim  ki,  sussunlar,  dönüb  suyun  ləpələnən  yerini 
göstərdim, su iri dairələr şəklində yayılırdı. Bu bizim demək 
olar  ki,  əlli  futluğumuzda  baş  verdi.  Sonra  nələr  olacağını 
gözləyərək yerimizdə donub qaldıq. Bir dəqiqədən sonra su 
bizim altı futluğumuzda aralandı, ay işığında qara baş və ağ 
çiyinlər 
göründü. 
Kimsə 
təəccüblə 
donquldandı, 
ciyərlərindəki  havanı  buraxdı,  bir  göz  qırpımında  baş  və 
çiyinləri  suyun  altında  görünməz  oldu.  Avarları  bir  neçə 
dəfə suya salıb-çıxarmaqla irəli düşdük, axınla üzdük. Dörd 
cüt  göz  suyun  səthinə  zilləndi,  buna  baxmayaraq  suyun 
üstündə nə dairələr, nə qara baş, nə də ağ çiyin göründü. 
Nikolas dedi: 
–  Bu  Delfindir.  Onu  günün  günortaçağı  belə  tutmaq 
çətin işdir. 


www.vivo-book.com 
 
158 
Üçə  on  beş  dəqiqə  qalmışdı  ki,  dəniz  quldurları 
zəiflədiklərini  ilk  dəfə  büruzə  verdilər.  Biz  köməyə  çağıran 
səs  eşitdik,  o  dəqiqə  Qırxayağı  səsindən  tanıdıq,  yaxına 
gələndə  daha  bizi  atəşə  tutmurdular.  Qırxayağın  vəziyyəti, 
doğrudan  da,  çıxılmaz  idi.  Axın  onları  yıxmasın  deyə  bir-
birindən  yapışmışdılar,  təkcə  başları  və  çiyinləri  sudan 
yuxarı  idi.  Bir  iş  vardı  ki,  Qırxayağın  qıçları  suyun  dibinə 
çatmırdı,  o  demək  olar  ki,  yoldaşlarının  çiyinlərindən  asıla 
qalmışdı. 
Çarli şən-şən dedi: 
–  Hə, uşaqlar,  bu dəfə  ələ keçmisiniz.  İndi  daha  qaçıb 
canınızı  qurtara  bilməzsiniz.  Müqavimət  göstərsəniz,  sizi 
burda  qoyub  çıxıb  gedəcəyik,  su  axırınıza  çıxacaq.  Sözə 
qulaq  assanız,  sizi  gəmiyə  mindirərik,  sözsüz  ki,  növbə  ilə 
mindirərik, hamı xilas olunar. Buna nə sözünüz var? 
Soyuqdan  dişləri  bir-birinə  dəyən  quldurlar  xorla 
xırıltılı səslə dilləndilər: 
– Razıyıq. 
– Onda, bir-bir yaxınlaşın, əvvəlcə balacaboylular. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə