Cek london oyun



Yüklə 4,58 Kb.

səhifə32/59
tarix25.07.2018
ölçüsü4,58 Kb.
1   ...   28   29   30   31   32   33   34   35   ...   59

www.vivo-book.com 
 
159 
Hamıdan  əvvəl  Qırxayağı  gəmiyə  mindirdik,  polis 
nəfəri əlini qandallayanda etiraz etməyə başlasa da, həvəslə 
qabağa  düşdü.  Sonra  suda  çox  qalmaqdan  fağırlaşıb  lap 
itaətkar olan Berçini dartıb gəmiyə saldılar. On nəfəri qayığa 
mindirib  uzaqlaşdıq,  dəniz  quldurları  ikinci  şlyupkaya 
dırmaşmağa  başladılar.  Üçüncü  şlyupkaya  ancaq  doqquz 
əsir düşdü, bütün qənimətimiz iyirmi doqquz adamdan ibarət 
idi. 
Qırxayaq sevincək dilləndi: 
– Delfini ki tuta bilmədiniz. 
Guya  Delfinin  qaçıb  aradan  çıxması  bizim 
müvəffəqiyyətimizi heçə endirirdi. 
Çarli güldü: 
–  Arxayın  ol,  gördük.  Donquldanırdı,  sahilə  üzürdü, 
axtalanmış donuz kimi xortuldayırdı. 
Soyuqdan  tir-tir  titrəyən  fağırlaşmış  quldur  dəstəsini 
sahildən  istridyə  anbarına  gətirdik.  Çarli  qapını  döyən  kimi 
qapı taybatay açıldı, içəridən ürəklərə yayılan isti gəldi. 
Hamımız evə doluşanda Çarli dedi: 
– Üst-başınızı burda qurudub, isti qəhvə içə bilərsiniz. 


www.vivo-book.com 
 
160 
Əlində buğlanan qəhvə ilə dolu parç olan Delfin ocağın 
qırağında  sakitcə  oturmuşdu,  Nikolasla  mən  Çarliyə  nəzər 
saldıq. 
O şən-şən gülüb dedi: 
– Buna da fərasət lazımdır. Bir şeyə baxanda gərək hər 
tərəfdən  nəzər  salasan.  Yoxsa  xeyri  olmaz.  Mən  sahilə 
baxdım,  ona  görə  də  orda  iki  polis  nəfəri  qoydum  ki,  qoy 
nəzarət eləsinlər. Vəssalam, şüd tamam. 
 
 


www.vivo-book.com 
 
161 
“LANKAŞİR KRALİÇASI”NIN MÜHASİRƏYƏ 
ALINMASI 
 
Çarli  Le  Qrantla  mənim  balıqçı  patrul  dəstəsində 
xidməti  dövrümüzdə  iri  dörddorlu  ingilis  gəmisini 
mühasirədə  saxlamağımız  ən  çətin  iş  idi.  Axırdan-axıra  bu 
bizim üçün həlli çətin məsələyə çevrildi, ancaq quru təsadüf 
bizə bu məsələnin də həllini tapmaqda kömək etdi. 
İstridyə  ovlayan  dəniz  quldurlarının  dərisini  verəndən 
sonra  biz  Oklendə  qayıtdıq,  ancaq  Neyl  Partinqtonun  xəstə 
arvadı təhlükədən xilas olunca iki həftə də keçdi. Beləliklə, 
bizim  “Şimal  maralı”mız  ancaq  bir  aydan  sonra  Benişyada 
göründü.  Atlar  öləndə  itlərin  bayramıdır;  bu  bir  ay  ərzində 
balıqçılar lap cızıqlarından çıxmışdılar, qanunu çəkinmədən 
pozurdular.  Biz  Pedro  burnunun  yanından  ötəndə  istridyə 
ovlayanlar içərisində canlanma hiss etdik. San-Pablo körfəzi 
boyunca Yuxarı körfəzdən üzüb gəlmiş, bizi görəndə sudan 
torlarını çəkib çıxaran, yelkənləri qaldıran balıqçı barkasları 
üzüb keçdilər. 


www.vivo-book.com 
 
162 
Bütün  bunlar  bizi  şübhəyə  salmaya  bilməzdi.  Biz 
ordaca  təhqiqata  başladıq,  ələ  keçirdiyimiz  yeganə  qayıqda 
siyənək  balığı  ovlamaq  üçün  qadağan  olunmuş  tor  gördük. 
Qanuna görə torun  ilgəkləri  arasındakı  məsafə  yeddi  yarım 
düymdən  az  olmamalı  idi.  Halbuki  bizim  ələ  keçirdiyimiz 
torun ilgəkləri arasındakı məsafə üç düym idi. Bu, qanunun 
islahedilməz  pozulması  idi, biz  qayıqdakı  iki  balıqçını  həbs 
etdik.  Onlardan  birini  Neyl  Partinqton  “Şimal  maralı”nın 
göyərtəsinə  götürdü  ki,  o  bizim  patrul  dəstəsinin  rəisinə 
gəmini  sürməkdə  kömək  etsin,  Çarli  ilə  mən  ikincini 
özümüzlə tutduğumuz barkasda irəli apardıq. 
Bu  ara  siyənək  balığı  ovlayan  qayıqlar  var  gücləri  ilə 
San-Pablo  körfəzindən  keçib  Petaluma  sahillərinə  yol  aldı 
və  biz  daha  bir  də  balıqçı  görmədik.  Bizim  əsirimiz  – 
gündən  qaralmış,  saqqallı  yunan  qaşqabağını  sallayaraq, 
torunun üstündə oturmuşdu, biz isə onun gəmisini sürürdük. 
Bu,  qızıl  balıq  ovlamaq  üçün  qayırılmış  Kolumbiya  çayı 
barkası idi, görünür, ilk dəfə idi səfərə çıxmışdı, bu gəmini 
idarə etmək adama ləzzət verirdi. Bizim əsirimiz ağzını açıb 
bir söz demədi. Çarli onun barkasını tərifləyəndə belə, sanki 


www.vivo-book.com 
 
163 
bizi görmədi, tezliklə biz onunla daha maraqlanmadıq, belə 
qərara gəldik ki, o həddindən artıq qaradinməz adamdır. 
Biz  Karkinez  boğazını  keçdik,  dənizin  sakit  olduğu 
Terner  tərsanəsi  yanındakı  körfəzə  girdik.  Orada,  Böyük 
Alekin  tutulduğu  həmin  yerdə  qəflətən  nərə  balığı  tutmaq 
üçün  Çin  tilovu  və  içərisində  iki  italiyalı  olan  bir  yalik  və 
yeni  məhsulun  buğdasını  gözləyən  bir  neçə  dəmir  korpuslu 
ingilis  yelkən  gəmisi  dayanmışdı.  Bu  tamamilə  bizim  üçün 
də,  onlar  üçün  də  gözlənilməz  oldu:  onlar  heç  özlərinə 
gəlməmişdilər  ki,  biz  başlarının  üstünü  kəsdirdik.  Çarliyə 
qayığı küləyə tərəf döndərmək, onların dalına keçmək nəsib 
oldu.  Mən  irəli  qaçıb  burazı  atdım,  əmr  etdim  ki, 
ləngitmədən  onu  bərkitsin.  İtaliyalılardan  biri  burazı  taxta 
mıxa  sarımağa  başladı,  mən  də  tələsik  yelkəni  yığdım. 
Barkas yaliki ardınca dartaraq geriyə can atdı. 
Çarli gəminin burun tərəfinə keçdi ki, əsir tutduğumuz 
gəmiyə  atılsın,  ancaq  mən  yaliki  yaxına  çəkmək  üçün 
burazdan yapışanda italiyalılar qaçmağa üz qoydular. Su bizi 
külək tutan yerə atdı, bu ara onlar bir cüt avar tapıb özlərinin 
yüngül  gəmilərini  düz  küləyə  qarşı  sürdülər.  Bu  hərəkət 


www.vivo-book.com 
 
164 
əvvəl bizi çaşdırdı, çünki biz özümüzün iri, ağır yüklənmiş 
qayığımızda  onlara  çata  bilməzdik.  Birdən  əsirimiz 
dadımıza  çatdı.  Onun  qara  gözləri  parıldadı,  özünü  ələ 
almağa  çalışsa  da  sifəti  pörtmüşdü.  O  siyirtmə  gili
50
  aşağı 
saldı,  bir  sıçrayışla  özünü  gəminin  burnuna  verib  yelkəni 
dikəltdi. 
Çarli gülə-gülə dedi: 
– Nahaq demirlər ki, yunanların italiyalıları görən gözü 
yoxdur! – belə deyib özünü gəminin dal tərəfindəki rumpelə 
tərəf atdı. 
Əvvəllər  ömrümdə  görməmişdim  ki,  bir  nəfər  belə 
bizim əsir kimi bu təqib vaxtı başqasını tutmaq istəsin. O elə 
coşmuşdu  ki,  sanki  gözləri  hədəqəsindən  çıxacaqdı,  burun 
pərələri isə qəribə bir tərzdə açılıb örtülürdü. Çarli sükanı, o 
isə yelkəni idarə edirdi. Çarli pişik kimi əldən iti, çevik olsa 
da,  yunan  öz  hövsələsizliyinin  qarşısını  çətinliklə  alırdı. 
İtaliyalılar sahilə çıxa bilməzdilər, ən azı bir miləcən yolları 
qalmışdı.  Əgər  onlar  birbaşa  sahilə  üz  tutsaydılar,  biz  də 
                                                 
50
Gil – gəmi gövdəsinin alt hissəsinin əsasını təşkil edən və gövdə uzununa qoyulan 
tir (Tərc. qeydi).
 




Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə