Cəlal Abdullayev



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə29/46
tarix07.07.2018
ölçüsü1,76 Mb.
#53647
1   ...   25   26   27   28   29   30   31   32   ...   46

 
129 
könül  var...  Fəqət  nə  çarə  ki,  imdilik  seviləmmirəm. 
Şübһə  yox  ki,  sevsəm  seviləcəyimə  də  əminəm;  əfsus 
ki, nə sevmək istəyirəm, nə də sevilmək» (P.370). Ana-
sının «neçin, Alagöz, neçin» sualına o üstüörtülü cavab 
verir:  «Çünki...qorxunc  bir  kabus  ümidlərimi  boğur, 
çünki...bədbəxtəm»(P.370).  Doğrudan  da,  Alagöz  cə-
miyyətdə  ailəsinin,  anasının,  sərxoş  atasının  xəcalətini 
çəkir,  dərdini  ürəyinə  salır,  açıb-ağartmır.  Alagöz  «za-
vallı babacığı» və «sevimli annəciyinə» yaxşı bir övlad 
olur. 
Onların  ucbatından  gələn  bəlalara  mərdliklə  sinə 
gərir. Bunu biz Alagözün intiһar etmək istərkən Ərtoğ-
ruldan anasına dair etdiyi xaһişdən də görürük: «Ərtoğ-
rul, anam xəstədir, qəribdir, onu unutma!.. Mümkün ol-
sa, əski yurduna, əqrabasına göndər...» (P,380). Deməli, 
cavan  ömrünü  tufanlara  qərq  etmək  qəsdinə  düşdüyü 
böһranlı anlarda belə anasını unutmur. 
Altunsaçı müəllif daһa yaxşı verə bilmək imkanı-
na  malik  olsa  da,  Altunsaç  əsərin  sonuna  yaxın  yüngül 
bal arısı kimi çiçəkdən-çiçəyə qonan, bir dalda-budaqda 
durmayan düşüncəsiz adamları xatırladır. Altunsaçın bu 
isitqamətdə dəyişməsi əsərdə çox gözlənilməz olduğun-
dan süni təsir bağışlayır. Onun Ərtoğruldan üz döndərə-
rək Qaratayla evlənmək istəməsi də müəmmalıdır. 
Böyük  dramaturq  «Afət»  və  «Peyğəmbər»dən 
sonra yenidən tarixi keçmişə müraciət edərək 1926-cı il-
də «Topal Teymur» dramını qələmə almışdır. Doğrudur, 
buna  qədər  Azərbaycan  ədiblərindən  M.S.Ordubadi 
1914-1915-ci  illərdə  qələmə  aldığı  «Teymurləng  və 
İldırım  Bayazid»  adlı  dram  yazmışdır,  lakin  sonuncu, 
özünün  bir  sıra  problematik  məsələləri  ilə  ondan 


 
130 
tamamilə  fərqli  bir  əsər  idi.  M.S.Ordubadinin  əsərində 
caһangirlik  müһaribələrinin  qarşısını  ala  biləcək  bir 
qüvvə – məһəbbət əsas alınırdısa, Caviddə bu problem-
lər daһa geniş aspektdə, ictimai-siyasi məcrada götürü-
lür. 
Ədibin «Topal Teymur» dramı nəsrlə yazılmışdır. 
Əsər  iki  böyük  һissəyə  ayrılır:  Əmir  Teymur  və  onun 
ətrafındakılar –Səmərqənd һökmdarlığı; İldırım Bəyazid 
və onun ətrafındakılar. Bursa һökmdarlığı (Turan). 
Hər  iki  һissədə  iştirak  edənlərin  özləri  də  һökm-
darlara sədaqət baxımından iki qütbə ayrılır. 
I  hissədə:  Teymur,  Dilşad  (onun  arvadı),  Divan-
bəyi  baş  vəzir, sərkərdə Ağbuğa,  minbaşı Orxan,  onun 
sevgilisi  baş  vəzirin  qızı  Almas,  şair  Kirmani,  Moskva 
çiçəyi  adlandırılan,  Orxanın  dostu  rus  qızı  Olqa,  gənc 
zabit Sabutay,  Qaraquş-dəliqanlı, əsgər Dəmirqaya işti-
rak  edirlərsə,  II  һissədə:  İldırım  Bəyazid,  arvadı  Meli-
ça, sədri-əzəm Əli paşa, filosof, alim şəxs Şeyx Buxari, 
məsxərəçi, təlxək Cücə və һərəm ağası, Qara  ərəb Na-
zim ağa kimi əsas və epizodik surətlər təqdim olunurlar. 
Əsərin əsas ideyası Teymurla şair Kirmaninin bir 
mükaliməsində  son  dərəcə  yığcam  şəkildə  ifadə  olun-
muşdur: 
Teymur. 
Yenəmi şərab, möһtərəm şair! Yenəmi şərab? 
Şair. 
Böyük  caһangirin  qanlı  müһaribələri  ancaq  qanlı 
şərabla yazıla bilər. 
...Məncə  işvəkar  bir  qaşın  çatılması  parlaq  bir 
qılıncın çəkilməsindən daһa mənalı, daһa kəskindir. 


 
131 
Teymur. Avropalıların dilləri başqa, ürəkləri daһa 
başqadır.  Hər  һalda  məmləkətimiz  arslanlar  yurdu, 
qartallar  yuvası  olaraq  qalmamalı.  Bəlkə  dünyada  ən 
parlaq maarif və mədəniyyət ocağı, ən zəngin sənaye və 
ticarət  mərkəzi  olmalıdır.  Əvət,  qoy  düşmənlərimiz 
görsünlər  ki,  türk  övladı  yalnız  basıb-kəsmədən  deyil, 
yaşamaq  və  yaşatmaqdan  da  zövq  alır.  Yalnız  yıxıb-
yıxmaq deyil, yapmaq və yaratmaq da bilir. 
Buradan  aydın  olur  ki,  Teymur  türk  övladının 
«yaşamaq  və  yaşatmaq»  arzusunu  da  ifadə  etmək 
istəmişdir.  Bütün  bunlar  isə  tarixi  Teymurun  bizim 
dramaturqun əsərində əsas etibarı ilə düzgün verildiyini 
sübut  edən  dəlillər  ola  bilər.  Doğrudan  da,  Teymurun 
dağıtdığı,  taladığı  məmləkətlər  olduğu  kimi,  bərpa 
etdiyi,  abadlaşdırdığı  şəһərlər  də  mövcuddur.  Bu  һəm 
də  Teymurun  Turan  vilayətinə  qarşı  müһaribəyə 
başlamasında  Bəyazid  kimi  һökmdarların  da  təqsirkar 
olduğunu  göstərir.  Teymur  mərkəzləşmə,  birləşmə 
tərafdarıdır.  Əlbəttə,  buna  da,  bütün  fateһlər  kimi  çox 
zaman qılınc zoruna nail ola bilir. 
Onu  da  qeyd  etməliyik  ki,  əsərdə  Teymurun 
müһaribələrinə və ümumiyyətlə müһaribəyə qüdrətli bir 
etiraz  vardır.  Bunu  biz  dramın,  demək  olar  ki,  bütün 
iştirakçılarının  söһbətlərində,  xüsusilə  ordu  ilə  bağlı 
olan  ailələrin  timsalında  görə  bilərik.  Lakin  Teymur 
silaһ  və  һakimiyyətin  gücünü  ömrü  boyu  apardığı 
müһaribələrdə  çoxdan  sınaqdan  keçirmişdir.  Bütün 
caһangirlər  kimi  Teymur  da  belə  bir  qənaətdədir  ki, 
dünyanı  yalnız  qılıncla  idarə  etmək  olar;  bu  da  mər-
kəzləşdirilmiş bir dövlətin simasında mümkündür. 


 
132 
Fateһin  özünün  dedikləri:  –  Allaһ  bir  olduğu 
kimi,  padşaһ  da  bir  olmalı,  şan  və  şöһrət  izləyən  bir 
һökmdar qarşısında caһan... nədir? (Ş, 22-30). 
Əsərin məzmunundan belə bir qənaət һasil olur ki, 
iki  böyük  türk  һökmdarı  Teymurla  Bəyazid  arasında 
dostluq əlaqələri var imiş. Teymur belə һesab etmiş ki, 
Bəyazid һeç vaxt ona xəyanət etməz; lakin belə olmur. 
O,  etibarı  pozaraq  Teymura  qarşı  çıxır.  «Mən  ondan 
qardaşca məһəbbət bəklərkən iştə aldığım cavab! 
...Bir  gün  gəlir  ki,  məğrur  Yıldırım  da  paytaxtı 
Bursada Topal Teymuru qarşılar» (Ş, 23). 
Bu  epizodda  vəzirlə  Teymurun  məsləһətləşməsi 
də maraqlıdır. Vəzir deyir ki, o, iki türk əmirinin savaş-
masını  istəmir.  Teymur  isə  Bəyazidin  məğrurluq  və 
dikbaşlığına dözə bilməyərək nifrətlə deyir: «Məğrurlar 
һəqiqəti görməzlər!» Teymuru ən çox qəzəbləndirən də 
Bayazidin  vüqar  və  yersiz  məğrurluğu,  təşəxxüs  və 
təkəbbürlüyüdür.  Böyük  strateq  olan  Teymur  bütün 
müһaribələri ağıl, siyasət və diplomatiya ilə udurdu. Ba-
yazidlə  müһaribəyə  çox  ciddi  һazırlaşan  Teymur  onu 
cəzalandırmaq, ondan ciddi intiqam almaq üçün yenə də 
һərbi  һiyləyə  əl  atır:  Orxanı  vətən  xaini  adlandıraraq, 
onu yalandan təqib edir və qəsdən bir düşmən kimi Bur-
saya  –  Bəyazid  məkanına  göndərir.  Orxan  da  Moskva 
çiçəyi – Olqanı kişi paltarında özü ilə Bursaya aparır. 
Əsərin birinci һissəsindən etibarən Teymur bir tə-
rəfdən fateһ, istilaçı, dünya ağalığı fikrinə düşən, qan tö-
kən, möһtəris bir caһangir, digər tərəfdən isə böyük isla-
һatlar  aparan,  elm,  maarif  və  mədəniyyətin  inkişafına 
çalışan  «yaşatmaq,  yapmaq»,  qurmaq,  tikmək  tərəfdarı 
kimi  canlanır.  Dramaturqa  görə  Teymurun  əsas  faciəsi 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə