Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi



Yüklə 489,01 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix29.01.2018
ölçüsü489,01 Kb.
#22857
1   ...   6   7   8   9   10   11   12   13   14

21 

 

Texnologiyalar Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında 



əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Bakı, 12 oktyabr 2009.

 

      17. 



Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsi  və  Almaniya  Federativ 

Respublikasının  Federal  Statistika  İdarəsi  arasında  statistika  sahəsində  əməkdaşlıq 

haqqında Birgə Niyyət Bəyannaməsi. Bakı, 26 aprel 2010.

 

      18. 



Azərbaycan  Respublikasının  İqtisadi  İnkişaf  Nazirliyi  və  Almaniya  Federativ 

Respublikasının  Federal  İqtisadiyyat  və  Texnologiyalar  Nazirliyi  arasında  ticarət  və 

investisiyalar  üzrə  yüksək  səviyyəli  İşçi  Qrupunun  yaradılmasına  dair  Anlaşma 

Memorandumu. Berlin, 05 may 2011. 

      19. 

Almaniya  Federativ  Respublikası  Hökuməti  və  Azərbaycan  Respublikası 

Hökuməti arasında Bakıda Alman –

 

Azərbaycan Xarici Ticarət Palatasının təsis edilməsi 



haqqında razılaşma. Bakı, 14 mart 2012.

 

 



Əsas yüksək səviyyəli səfərlər və görüşlər

 

 



  

Almaniya  Azərbaycanın  Avropada  ən  vacib  siyasi

-

iqtisadi  tərəfdaşlarından  biridir. 



Almaniya  eyni  zamanda  Avropa  İttifaqının  Şərqi  Avropa  ölkələri  ilə  sıx  əməkdaşlığını 

nəzərdə tutan Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” təşəbbüsünün 

fəal  müdafiəçisi  və  təşviqatçısıdır.  İki  ölkə  arasında  siyasi  münasibətlərin  yüksək 

səviyyəsi  qarşılıqlı  yüksək səviyyəli səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda 

öz əksini tapmışdır. 1996

-

cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, 



2004,  2006,  2007,  2009,  2010,  2012,  2015  və  2016

-

cı  illərdə  Azərbaycan 



Respublikasının Prezidenti İlham Əliyev Almaniyaya rəsmi və işgüzar səfərlər etmişdirlər.

 

 



AFR  xarici  işlər  nazirlərindən  1995

-

ci  ildə  Klaus  Kinkel,  2001  və  2004



-

cü  illərdə 

Yozef  Fişer,  2007,  2014  və  2016

-

cı  illərdə  Frank



-

Valter  Staynmayer  və  2012

-

ci  ildə 



Quido  Vestervelle  Azərbaycan  Respublikasına,  Azərbaycan  xarici  işlər  naziri  Elmar 

Məmmədyarov  2006,  2008,  2010,  2011,  2012,  2013,  2014  və  2016

-

cı  illərdə  AFR



-

ə 

rəsmi və işgüzar səfərlər etmişdirlər.



 

AFR  xarici  işlər  naziri  Frank

-

Valter  Ştaynmayer  2016



-

cı  il  30  iyun  tarixində  AR

-

a  səfər 



etmişdir. Prezident İlham Əliyev AFR Kansleri Anqela Merkelin dəvəti ilə 2016

-ci ilin 6-7 

iyun  tarixlərində  Berlində,  2016

-ci  ilin  12-

14  fevral  tarixlərində  Münhen  Təhlükəsizlik 

Konfransında iştirak etmək üçün Münhen şəhərində işgüzar səfərdə olmuşdur.  

 

 

2006-



cı  ildən  başlayaraq,  iki  ölkə  arasında  xarici  işlər  nazirinin  müavini 

səviyyəsində siyasi məsləhətləşmələr həyata keçirilir. 2016

-ci ilin 22-

23 fevral tarixlərində 

Berlində  keçirilmiş  sonuncu  siyasi  məsləhətləşmələrdə  AR  xarici  işlər  nazirinin  müavini 

Araz Əzimov AFR XİN, Kansler Administrasiyası və Bundestaqda görüşlər keçirmişdir.

 

İki dövlət arasında parlamentlərarası əməkdaşlığı Azərbaycan tərəfindən 



    

Azərbaycan

-

Almaniya  parlamentlərarası  əlaqələr  üzrə  işçi  qrupu  (rəhbəri  millət  vəkili  Rövşən 



Rzayevdir),  Almaniya  tərəfindən  isə  Almaniya

-

Cənubi  Qafqaz  parlament  qrupu  (rəhbəri 



Xristian-Demokratlar/Xristian-

Sosialist  İttiffaqı  fraksiyasının  deputatı  Karin  Ştrentsdir) 

həyata  keçirir.  Hər  iki  tərəfdən  deputatların  qarşılıqlı  olaraq  çoxlu  sayda  səfərləri  bu 

münasibətlərin  təşviq  olunmasına  mühüm  töhvə  verir.  Sonuncu  səfər  Almaniya

-

Cənubi 


Qafqaz  parlament  q

rupunun  sədri  Karin  Ştrentsin  rəhbərlik  etdiyi  nümayəndə  heyətinin 

2015-ci ilin 10-

18 may tarixlərində Azərbaycana səfəri olmuşdur.

 



22 

 

İqtisadi əməkdaşlıq



 

 

 



Azərbaycan

-

Almaniya  iqtisadi  münasibətləri  iki  ölkə  arasında  ən  dinamik  inkişaf 



edən əməkdaşlıq sahələrindən biridir.

 

 



2007-

ci ildə AFR

-

in iqtisadiyyat naziri Mixael Qlosun Azərbaycana, 2011, 2012 və 



2013-

cü  illərdə  AR  kənd  təsərrüfatı  naziri  İsmət  Abbasov,  2014

-

cü  ildə  AR  kənd 



təsərrüfatı  naziri  Heydər  Əsədov,  2013

-

cü  ildə  AR  mədəniyyət  və  turizm  naziri  Əbülfəs 



Qarayev, 2011 və 2013

-

cü illərdə AR iqtisadi inkişaf naziri Şahin Mustafayevin, 2014



-

cü 


ildə AR ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, 2015 və 2016

-

ci ildə AR 



Energetika  naziri  Natiq  Əliyevin  Almaniyaya  işgüzar  səfərləri  olmuşdur.  E

yni  zamanda 

müxtəlif  vaxtlarda  Almaniyanın  Aşağı  Saksoniya,  Baden

-

Vürtemberq,  Reynland



-Pfalts, 

Bavariya,  Şimali  Reyn

-

Vestfaliya  federal  torpaqlarının  siyasi  rəhbərliyi  altında  iqtisadi 



nümayəndə  heyətləri  Azərbaycanda  səfərdə  olmuşlar.  İki  ölkə  arasında  iq

tisadi 


mövzularda çoxsaylı tədbirlər və biznes forumları həyata keçirilmişdir.

 

 



Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya 6

-7 iyun 2016-

cı il tarixli  işgüzar 

səfəri  çərçivəsində  7  iyun  2016

-

ci  il  tarixində  AFR  İqtisadiyyat  və  Enerji  Nazirliyində 



Azə

rbaycan-


Almaniya  İqtisadi  Forumu  keçirilmişdir.  Forumun  açılışında  Azərbaycan 

Prezidenti  İlham  Əliyev  və  AFR

-in  Vitse-

Kansleri,  iqtisadiyyat  və  enerji  naziri  Ziqmar 

Qabriel iştirak etmişlər.

 

 



Azərbaycan  Almaniyanın  Cənubi  Qafqazda  ən  mühüm  iqtisadi  və  ticarət 

tərəfdaşıdır. Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin məlumatına əsasən, 

2015-

ci  ildə  Almaniyanın  Cənubi  Qafqaz  ölkələri  ilə  ticarət  dövriyyəsində  Azərbaycanın 



xüsusi çəkisi təxminən 80 faiz təşkil etmişdir.

 

 



AFR-

in  İqtisadiyyat  və  İxracın  Nəzarəti  Xidmətinin  məlumatına  istinadən, 

Azərbaycan  AFR

-

i  neftlə  təmin  edən  ölkələr  sırasında  6



-

cıdır.  2015

-

ci  ildə  Almaniyaya 



Azərbaycandan 5,3 milyon ton xam neft idxal olunmuşdur.

 

 



AR  İqtisadiyyat  Nazirliyinin  məlumatına  istinadən,  2015

-

ci  ildə  Azərbaycan 



Respublikasının Almaniya Federativ Respublikası ilə ticarət dövriyyəsinin həcmi 1.914,04 

mln.  ABŞ  dolları,  o  cümlədən  idxalın  həcmi  690,08  mln.  ABŞ  dolları,  ixracın  həcmi 

1.223,96 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 533,88 mln. ABŞ 

dolları  olmuşdur.  2015

-

ci  ildə  Almaniya  Federativ  Respublikasının  Azərbaycan 



Respublikasının  xarici  ticarət  dövriyyəsindəki  payı  9,27  faiz,  o  cümlədən  idxalda  7,48 

faiz, ixracda isə 10,71 faiz təşkil etmişdir.

 

 

İkitərəfli əməkdaşlığın digər sahələri



 

 

 



Mədəniyyət  sahəsində  əməkdaşlığa  dair.  Azərbaycan  və  alman  xalqları  arasında 

əlaqələrin  tarixiliyi  və  Azərbaycanda  alman  irsinin  mövcud  olması  iki  ölkə  arasında 

humanitar  sahədə  münasibətlərin  dinamik  inkişafı  üçün  əlverişli  zəmin  yaradır.  2008

-ci 


ildə  Almaniyada  “Azərbaycan  İli”,  2009

-

cu  ildə  isə  Azərbaycanda  Almaniya  mədəniyyət 



həftələri  keçirilmişdir.  Almaniyanın  12  şəhərində  100

-

dək  müxtəlif  məzmunlu  tədbirlərin 



keçirildiyi  “Azərbaycanın  ili”  ölkəmizin  Avropada  ilk  və  hələlik  yeganə  mədəniyyət

  ili 


olmuşdur.

 

 



2010-

cu  ildə  Berlinin  məşhur  Humboldt  Universitetində  “Azərbaycan  tarixi” 

kafedrası  açılmışdır.  Kafedranın  açılışı  ilə  əlaqədar  2010

-cu  il  29  noyabr-2  dekabr 

tarixlərində  keçirilmiş  “Azərbaycan  elm  və  mədəniyyət  həftəsi”  tədbirində  AFR

-in  o 


zamankı Federal Təhsil Naziri Anetta Şavan iştirak etmişdir. Hazırda “Azərbaycan tarixi” 

kafedrasının müdiri professor Eva Maria Auxdur.

 



Yüklə 489,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə