Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi



Yüklə 489,01 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix29.01.2018
ölçüsü489,01 Kb.
#22857
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

15 

 

       



Müqəddəs  İttifaq Avropa  monarxlarının milli

-

azadlıq  hərəkatlarına  qarşı yaradılmış 



birləşmiş  ittifaq  idi.  Həmin  ittifaqı  erkən  yaranmış  beynəlxalq  təşkilatlardan  ən  irticaçısı 

hesab  etmək olar. Onun yeganə  məqsədi hər yerdə “ inqilabı qiyamı”n qarşısını almaq, 

onu dağıtmaq və məhv etməkdən ibarət olmuşdur.

 

        



Ayrı

-

ayrı  knyazlıqlara  və  hersoqluqlara  parçalanmış  alman  dövlətçiliyi  feodal 



özbaşınalığı və istibadının ən qaba formalarından biri idi. XIX əsrin əvvəllərində Almanya 

üçün feodalizmin  inkişafının böhranı xarakterik idi. Feodal

 

rejiminə vurulan birinci  zərbə 



1801-1811-

ci  illərdə  kəndlilərin  torpaqsızlaşması  prosesini  dərinləşdirən  bir  –

birinin 

ardınca qəbul edilmiş islahatlar oldu. 1816

-

cı ildə verilmiş islahata görə pay torpaqlarının 



irsi  icarədarları  istifadələrində  olan  torpaq  sahəsinin  13  hissəsini,  varislik  hüququ 

olmayan icarədarların isə yarısını sahibkarlarına güzəştə getməsi müəyyənləşdirildi

        


Torpaqsızlaşmadan  əziyyət  çəkən  və  XIX  əsrin  əvvəllərində  bir  –birinin  ardınca 

baş  verən  qıtlıq,  kəndliləri  şəhərə  qovurdu.  Lakin  zəif  inkişaf  etmiş  sənayə  sahələrinə 

onların  ehtiyacı  yox  idi.  Ölkədə  sənaye  istehsalı  manufaktura  müəssisələrinə  və 

sənətkarlıq  emalatxanalrına  əsaslanırdı.  Belə  olan  vəziyyətdə  də  kəndlilər  mühacirət 

etməyə məcbur olurdular

        



Onları  mühacirətə  vadar  edən  səbəblərdən  biri  də  lüteranlarla  katolik  kilsəsi 

arasındakı qarşıdurma idi.

 

XIX əsrin əvvəllərində Almaniyanı minlərlə alman tərk etmişdi. Onlar əsasən Amerikaya 



və Rusiyaya köçməyə üstünlük verirdilər.

 

Özünü  alman  xalqının  dostu  kimi  qələmə  verməyə  çalışmış  çar  I  Aleksandr  I  Pyotrun 



     

“ Avropa ölkəri arasında fitnə

-

fəsad törətmək, ziddiyət salmaq və bu işdə  onların  biri ilə 



əlbir  olmaq  lazımdır.  Xüsusilə  alman  xalqı  arasındakı  ictimailəşmələrdə  fəal  mövqe 

tutmağa  çalışmalı,  çünki,  onlar

 

bizimlə  həmsərhəd  və  bitişikdir  “



 

vəsiyyətini  müəyyən 

mənada  yerinə  yetirə  bilmişdi.Digər  tərəfdən  vürtemberqlilər  üçün  Bibliya  əfsanələrinə 

görə Qafqaz bəşəriyyətin yenidən doğulduğu, Allahın zühur etdiyi əhd yeri hesab edilirdi. 

Bu  dövrdə  Almaniyada  Qafqazı  İsa  peyğembərin  zühur  yeri  kimi  təsvir  edilən  bir  sıra 

fəlsəfi əsərlər meydana çıxmağa başlayırdı.

 

       1818-



ci ilin baharında 500 ailə Qafqaza doğru istiqamət götürmüşdü. Artıq 1818

-ci 


ildə Cənubi Qafqazda 8 alman koloniyası yaradılmışdı

       Az



ərbaycanda  alman  koloniyalarının  yaranması  tarixi  XIX  əsrin  əvvəllərindən 

başlayır. XVIII əsrin sonu XIX əsrin əvvələrində Rusiya imperiyası Qafqaz uğrunda açıq 

mübarizəyə başlayır və bölgədə dominantlığı ələ keçirmək məqsədi ilə, XIX əsrin birinci 

otuzill


iyində  Azərbaycan  torpaqlarına  təcavüz  edir.  İşğal  prosesi  boyu  müsəlman 

ölkəsində özünün siyasi hakimiyyətinin dayaqlarını möhkəmlətmək və xristian elementini 

Azərbaycan  əhalisinin  etnokonfessional  nomenklaturasına  gətirmək  məqsədini  əsas 

götürən Rusiya imperiyası xristian etnosları ölkədə yerləşdirməyə başlayır. Birinci olaraq 

Azərbaycan  torpaqlarına  almanlar  köçürülürlər.  Məhs  bu  dövrdə  almanların  Cənubi 

Qafqaza,  o  cümlədən  Azərbaycana  köçürülməsi  nəticəsində  ilk  alman  koloniyaların 

təməli  qoyulur.  Bu  faktlar  Arxivin  müxtəlif  fondlarında  saxlanılan  sənədlərdə  öz  əksini 

tapır.


 

       


XIX əsrin əvvələrindən etibarən Azərbaycan torpaqlarının işğalına başlamış Rusiya 

imperiyası  1804

-

cü  ilin  əvvələrində  Gəncə  xanlığını  ləğv  etmiş  və  yeni  inzibati  qurum 



Yelizavetpol  dairəsi  yaratmışdı.  1819

-cu  ilin 

yazında  Yelizavetpol  dairəsində  iki  alman 

koloniyası  yaradılmışdı:  Yelenendorf  və  Annenfeld.  Yelenenodorfda  127  ailə  sakin 

olmuşdur.  Bu  koloniya  ilə  eyni  vaxtda  ondan  40  verst  aralıqda  köçkünlər  Yelizavetpol 

quberniyasında  ikinci  alman  koloniyasının 

-  Anne


nfeldin  əsasını  qoydular.  Annenfelddə 

67  ailə  yaşayırdı.  Borçalı  distansiyasında  isə  Yekaterinfeld  yaşayış  məskəni  salınmışdı 

ki,  əhalisi  116  aildən  ibarət  idi

Arxivdə  Gəncə  dairəsində  alman  koloniyalarının 



yaradılması və inkişafı haqqında müxtəlif sənədlər saxlanılır.

 



16 

 

         



XIX  əsrin  ortalarına  qədər  Şimali  Qafqazda  almanların  məskunlaşmasının  ləng 

getməsinin  səbəblərinə,  şübhəsiz,  bu  işdə  dəqiq  təşkilatçılığın  olmaması,  kolonistlərin 

yeni  miqrasiyası  ilə  bağlı  zəif  maarifləndirilməsi,  Şimali  Qafqazın  mülki  və  hərbi  dövlət 

orqanlarının bu regiona almanların köçürülməsinə  mənfi münasibəti və sair kimi amilləri 

aid  etmək  olar.  Ancaq  bütün  busadaladıqlarımız  ikinci  dərəcəli  məsələlər  idi.  Qeyd 

etdiyimiz  kimi,  Qafqaz  müharibəsi  dövründə  çar  hökuməti  Şimali  Qafqaza,  əsasən 

slavyanların  kütləvi  şəkildə  yerləşdirilməsi  xəttini  həyata  keçirirdi

.   


XIX  əsrin  ikinci 

yarısında  Azərbaycanda  alman  koloniyalarının  inkişafının  ikinci  mərhələsi  başlayır: 

iqtisadi inkişaf və çiçəklənmə. Artıq alman kolonistləri buraya uygunlaşıb, yerli əhali ilə də 

qaynayıb  qarışmışlar.

 

Alman  kolonistləri  əsasən  kənd  təsərrufatı  ilə  məşqul  olub. 



Koloniyalarda  gedən  iqtisadi  inkişaf  kolonistlərin  say  dinamikasını  yüksələn  xəttə  aparır 

və yeni koloniyalar meydana gəlir. Nətıcədə XX əsrin əvvəllərində Azərbaycanda alman 

koloniyalarının  artması  müşahidə  olunur  və  onların  sayı  səkkizə  çatır.  1928

-ci  ilin  1 

yanvar məlumatına görə, Yelenendorfda 2115 (520 ailə), Georgiyevskidə 903 (241 ailə), 

Annenfelddə  110  (20  ailə),  Grinfilddə  400,  Traubenfelddə  400,  Alekseyevkada  380, 

Yelizavetində 156, Eygenfelddə 175 nəfər alman yaşayırdı

 . 


       

Arxivdə  alman  koloniyalarını  müxtəlif  istiqamətlərdə  inkişafı  ilə  yanaşı,  kənd 

təsərrufatı  sahəsində  inkişafı  haqqında  da  bir  çox  sənədlər  mövcuddur.  Dövlət 

ekspedi


siyası tərəfindən almanların Cənubi Qafqazda məskunlaşdırılmasına 697428 rubl 

xərclənmişdi.  Bundan  əlavə  hər  ailəyə  3000  rubl  məbləğdə  uzunmüddətli  ssuda 

verilmişdi. Alman köçkünləri 1818

-1819-


cu illərdə Cənubi Qafqazda məskunlaşdırılarkən, 

onlara  xeyli  mi

qdarda  torpaq  payı  verilmişdi.  Hər  köçkün  ailəsinə  təsərrüfat  aparmaq 

üçün meşələrdən və otlaq yerlərindən təmannasız istifadə hüququ verilməklə 35 desyatin 

yararlı  torpaq  sahəsi  ayrılmışdı.  Bununla  belə  onlara  bir  sıra  müxtəlif  güzəştlər  də 

verilmişdi

       


Manifestlər, fərmanlar və danışıqlar əsasında verilmiş güzəştlər, mükəlləfiyyətlər və 

imtiyazlar  1842-

ci  ildən  başlayaraq,  nəşr  edilmiş  qanunlar  külliyatında,  koloniyalar 

haqqında  xüsusi  nizamnamədə  göstərilir

 

.  Həmin  nizamnaməyə  görə  bütün  imperiya 



d

axilində  yaşayan  kolonistlərə  və  onların  nəsillərinə  təkcə  koloniya  daxilində  deyil, 

həmçinin  bütün  imperiyanın  istənilən  yerində  vətəndaşlıq  hüququ  verilirdi.  Onlar  habelə 

dövlət  daxilində  özlərinin  şəxsi  mülklərini  dolandırmaq  səlahiyyətlərindən  tam  müstəqil 

istifadə  edə  bilər,  “istədikləri  kimi”  maneəsiz  ticarət  edə  bilər,  gildiyaya  və  sexlərə  daxil 

ola bilər, kəndlərdə “şəxsi təşəbbüsü ilə” yarmarka və ticarət obyektləri aça

 

bilərlər


       


Bütün  bu  güzəştlər  sonralar  Azərbaycanda  imkanlı  alman  kapitalistlərin  meydana 

çıxmasına  əlverişli  şərait  yaratmışdı.  Yeizavetpol  quberniyasının  təbii  şəraiti  üzümün 

yetişdirilməsi  üçün  daha  əlverişli  olduğundan  üzümçülük  ilk  vaxtlardan  Yelenendorf 

koloniyasının  təsərüffat  həyatında  mühüm  rol  oynamışdı.Kolonistlər  Gəncə  çayı  boyu 

uzanan  yaşıl  dərənin  döşündə  və  yaxınlığındakı  yamaclarda  yerli  üzüm  sortlarını 

becərməyə başlamışdılar. 

 

        


Azərbaycanda  üzümçülüyün  və  şərab  sənayesinin  inkişafında  alman 

koloniyaçılarının müstəsna xidmətləri olub. Üzümün şərabçılıq məqsədilə becərilməsində 

böyük  işlər  görən  almanlar  Yelenendorfda  (indiki  Göygöl  şəhəri)  1828

-

ci  ildən 



məşhurlaşmağa başlayıblar. O vaxta qədər  yerli əhali tərəfindən üzümün bir neçə sortu 

əkilib  becərilsə  də,  ondan  daha  çox  yemək  üçün  istifadə  edilib.  Demək

  olar  ki,  alman 

Xristofer Forer və Xristian Hummelin xidmətləri sayəsində Azərbaycan şərabları dünyada 

geniş şöhrət qazanıb, özünə layiqli yer tutub.

 

     1856-



cı ildə fransız  ipəkçiləri Şəkidən barama toxumu alıb qayıdarkən  Gəncədə bir 

neçə  günlük  qonaq  olurlar.  Onlar  Azərbaycan  xörəklərindən  yedikdən  sonra  şərab  da 

dadmaq  istəyirlər.  Lakin  müsəlman  etiqadlı  şəhər  sakinlərindən  şərab  tapmaq  mümkün 

olmadığından gəncəlilər fransızlara  yaxınlıqda  yerləşən Yelenendorfa getməyi  məsləhət 

bilirlər. Fransızlar Forerin evinə gələrək şərabın dadına baxdıqdan sonra “sizin şərabınız 



Yüklə 489,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə