Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi



Yüklə 489,01 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix29.01.2018
ölçüsü489,01 Kb.
#22857
1   2   3   4   5   6   7   8   9   10   ...   14

13 

 

doğma  evləri  kimi  əzizləyən  icma  üzləri  iki  dəqiqənin  içərisində  insanda  qonaqpərvər 



olduqlarına dair fikir yaradırlar.

 

                                  



Lüteranlığın tarixi haqqında bir neçə söz

 

 



Gələn  il  lüteranlığın  yaranmasının  500  illiyi  qeyd  olunacaq.  Lüteranlıq 

protestantlığın  başlıca  istiqamətlərindən  biridir.  1517



-

ci  ildə  (XVI  əsr)  Almaniyada 

reformasiya (islahat) dövründə yaranıb. Əsasını almaniyalı professor Martin Lüter qoyub. 

İdeya  əsasını  Bibliya,  "Razılıq  kitabı",  İncil  və  Apostol  müraciətnamələri  təşkil  edir. 

Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha 

icazə verir və s. Katolik kilsəsi lüteranların islahatla bağlı fikirlərinə nə qədər sərt reaksiya 

versə  də,  yüzə  yaxın  tezislərlə  gündəmə  gələn  lüteranlıq  qısa  müddətdə  geniş 

yayılmışdır.

 

Məzhəb qarşıdurması yalnız müsəlman aləminin problemi olmayıb



.

İcma sədri bildirir 

ki,  indi 

Almaniyada  əhalinin  yarısı  lüteran,  yarısı  isə  katolikdir.  Şimali  Avropa,  Norveç, 

İsveç, Finlandiya kimi ölkələrin əhalisinin də əksəriyyəti lüteranlardır. İrlandiyanın 99 faizi 

lüteranlardır. Cənubi Afrikada da lüteranlar var. 

 

İcmanın  üzvü  Rita  Paşayevanın  sözlərinə  görə,  almanların  yaşadqıları  müxtəlif 



ölkələrdə lüteran icmaları yaranmışdir.

 

Tarixdən  bildiyimiz  "Varfolomey  gecəsi"  lüteranlar  üçün  dəhşətli  tarixdir.  1572



-ci  il 

avqustun  24-

də  Fransada  bir  gecədə  minlərlə  insan  protestant  olduğu  üçün  qətlə 

yetiril


mişdir

Rita  xanım  deyir  ki,  Almaniyada  lüteranlar  bir



-

biri  ilə  çox  gözəl  anlaşırlar: 

"Almaniyada  lüteran  və  katolik  kilsələri  eyni  küçədə  yerləşir.  Katolik  kilsələri  daha 

böyüklüyü və zənginliyi ilə nəzərə çarpır. Katolik kilsələri daha əvvəldən ti

kil

mişdir.”


  

İcma  üzvlərinin  sözlərinə  görə,  vaxtilə  Martin  Lüter  katoliklərin  kilsələrində  bütün 

aksessuarların qızıldan hazırlandığını görüb. Nəticədə sadə adamlar bu cür zəngin yerə 

daxil  olanda  özünü  pis  hiss  edirmiş.  Ona  görə  də  lüteran  kilsələrində  ikonalar,  bahalı 

əşyalar yoxdur.Lüteranlığın daşıyıcısı almanların Azərbaycana gəlməsindən 200 il ötür

Vera  xanım  almanların  Azərbaycana  200  il  əvvəl  köçürüldüyünü  söyləyir:  "1817



-ci 

ildə  General  Yermolov  almanların  ilk  dəstələrinin  Azərbaycana  yerləşdirilməsi  barədə 

göstəriş  verib.  Almanların  Azərbaycana  ilk  kütləvi  köçü  isə  1817

-1819-


cu  illərə  təsadüf 

edir. 


Azərbaycana yerləşdirilmiş almanlar Vürtemburq krallığının sakinləri olublar. Alman 

ailələri  Şəmkir  yaxınlığında  Helenendorf  (Göygöl  rayonu)  və  Annenfeld  adlı  iki  koloniya 

salıblar.  Yaşayış  məntəqəsi  plan  üzrə  salınıb.  Bu  koloniyalardan  başqa  almanlar 

Azərbaycanda Georqsfeld, Qrünfeld, Ayxenfeld, Traubenfeld, Yelizavetinka kimi kəndlər 

də  salıblar.  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  Azərbaycanda  yaşayan  almanların 

əksəriyyəti  xristianlığın  protestantlıq  qoluna  etiqad  ediblər.  1857

-

ci  ildə  Helenendorfda 



protestant  kilsəsi  tikilib.  Sonralar  Gədəbəy,  Şamaxı,  Bakı,  Şəmkir  ərazisində  də  alman 

lüteran  kilsələri  tikilərək  istifadəyə  verilib.  Hazırda  Şəmkirdə,  Göygöldə  restavrasiya 

edilmiş  kirxalar  var.  Lüteran  kilsəsi  Göygöldə  tarix  muzeyi  kimi  fəaliyyət  göstərir. 

Şəmkirdə isə kilsə kimi qalır və ibadət etmək olar. Türkiyədə də lüteranlar var, almanlar 

və qarışıq nikahlardan doğulan insanlardır. Bu yaxında bizə qonaq da gəlmişdilər".

 

İcma sədrinin sözlərinə görə, o zaman almanların Azərbaycana gəlmələrinin səbəbi 



yaşadıqları  ərazilərdə  çətin  şərait,  torpaq  çatışmazlığı  və  s.  olub:  "Almaniyanın    həmin 

dövrdəki qanunlarına görə, valideynlərin mirası sadəcə kiçik

 

övlada qalırdı. Ailələrdə isə 



çox  uşaq  olurdu.  Dolana  bilməyən  alman  ailələri  yeni  yerlərə  köçmək  istəyirdilər. 

Almanların  Cənubi  Qafqaza  gəlməsi  də  həmin  tarixə  təsadüf  edir.  O  zaman  Cənubi 

Qafqazda  erməni  dövləti  olmadığından  almanlar  sadəcə  Gürcüstan  və  Azərbaycana 

yerləşdirilmişdi. Azərbaycan torpaqlarına yerləşdirilən almanlarla yerli əhali arasında heç 

bir qarşıdurma qeydə alınmayıb".

 



14 

 

Sədr deyir ki, 1939



-

cu ildə Azərbaycanda 13 133  nəfər  alman  yaşayırdı: "1989

-cu 

ilin  siyahıyaalınmasına  görə,  onlardan  cəmi  748  nəfəri  qalıb.  Bunun  da  134



-

ü  Bakıda 

yaşayırdı.  Hazırda  isə  ölkədə  500  nəfər  qarışıq  nikahların  törəməsi  olan  almanlar 

yaşayır".

 

                                   



Azərbaycandakı almanlar niyə azalıblar?

 

 



           1941-

ci  ilin  sentyabrında  Stalinin  əmri  və  Mikoyanın  təşəbbüsü  ilə  təqribən  20 

mindən  çox  Azərbaycan  vətəndaşı  olan  almanlar  heç  bir  tutarlı  dəlil  olmadan  Sibirə  və 

Qazaxıstana sürgün ediliblər. İcmanın üzvləri vurğulayırlar ki, sürgün vaxtı yolda ölənlər, 

sonradan  getdikləri  yerdə  aclıqdan  və  soyuqdan  tələf  olanlar  da  çox  olur.  Bir  çoxu  isə 

orada  məskunlaşdıqları  üçün  sonradan  Azərbaycana  dönmürlər.  Qeyd  edək  ki,  onların 

evlərinin çoxuna Mikoyanın havadarlığı ilə ermənilər yerləşdirilib. Tarixdən də məlumdur 

ki,  1941-

ci  ildə  almanlar  Xanlardan  (indiki  Göygöl  rayonu)  sürgün  edilənədək  rayon 

ərazisində bir nəfər də erməni yaşamayıb. Almanlar sürgün olunduqdan sonra ermənilər 

onların evlərini zəbt ediblər. Göygöl, Şəmkir, Daşkəsən, Gədəbəy rayonlarında almanlar 

tərəfindən  xeyli  yaşayış  məntəqəsi  salınıb.  Azərbaycan  almanlarının  inşa  etdikləri 

məşhur tiklilərin bəziləri Bakıda yerləşir.

 

 



Xilaskar  Yevangelik  Lüteranların  Bakı  dini  icması  dövlət  qeydiyyatına  alınmışdır.

    


Vera  xanım  bildirir  ki,  Bakıda  lüteran  dini  icması  1994

-

cü  ildə  yaradılıb  və  dövlət 



qeydiyyatından  keçib:  "Azərbaycandakı  500  alman  əsilli  vətəndaşların  yüzdən  çoxu 

icmamızın  üzvüdür.  Repressiya  illərində  lüteranların  nəinki  icması,  kilsəlsi  də  bağlanıb. 

Sovet  dövründə  tək  lüteranlara  yox,  bütün  dinlərə  qarşı  eyni  vəziyyət  sərgilənib. 

Katoliklərin kilsəsi tamamilə dağılsa da, bizim Bakıdakı kirxa təsadüf nəticəsində qalıb".

 

        1934-



cü ildə Kirov öldükdən sonra onun abidəsi kirxa çox hündür olduğu üçün orada 

hazırlandığından  emalatxana  kimi  istifadə  olunan  kilsə  sökülməyib.  Almanlar  Sibirə, 

Qazaxıstana  deportasiya  edildiyindən  həmin  kirxa  emalatxana  kimi  qalıb.  Azərbaycanın 

müstəqilliyinin  bərpasından  sonra  buradakı  almanlar  yavaş

-

yavaş  bir  araya  gəlməyə 



başlayıblar.

 

        



Müstəqilliyin  bərpasından  sonra  Azərbaycandan  gedən  almanlar  da  olub.  Amma 

onların  bəziləri  Almaniya  dövlətinin  irəli  sürdüyü  dil,  adət

-

ənənə  ilə  bağlı  tələbələrə 



istənilən şəkildə cavab verə bilmədiyindən getmək arzuları reallaşmayıb. Həm uzun illər 

Azərbaycanda  yaşayan,  burada  doğulub  böyüyən  almanlar  üçün  Azərbaycan  çoxdan 

doğma vətən olmuşdu.

 

"İbadət üçün kirayəni ödəməkdə çətinlik çəkirik"



 

       


"Lüteran  kilsəsi  hazırda  dövlətin  balansındadır,  Kamera  və  Orqan  Musiqi  Zalı  kimi 

fəaliyyət göstərir. Həftədə bir dəfə öz kilsəmizdə bir

-

iki saat ibadət etmək üçün 20 manat 



ödəməyimizdən  narahatıq.  Üzvlərimizin  çoxu  yaşlı  insanlar  olduğundan  məbləği 

toplamaqda çətinlik çəkirik. 20 il bundan əvvəl Almaniya səfirliyi ilə Mədəniyyət və Turizm 

Nazirliyi arasında müqavilə var idi və ibadət üçün ildə cəmi 1 ABŞ dolları ödəyirdik. Bu da 

simvolik  bir  məbləğ  idi.  Amma  daha  sonra  məbləğ  20  manata  yüksəldi.  Biz  sponsorlar 

axtarıb tapırıq və onlar bizə kömək edirlər", 

deyə Vera xanım bildiri



  Milli.Az 

 

A

lmanlar Azərbaycanda



 

 

        



XIX  əsrin  əvvəllərində  Avropada  tüğyan  edən  müharibələr,  siyasi  çəkişmələr 

Avropa dövlətlərinin iqtisadiyyatına və kənd təsərrüfatına ciddi  zərbə vurmuşdu. Avropa 

böhran  şəraitində  idi.  Aclıq  baş  alıb  gedirdi.  Hər  an  kəndli  çıxışları  gözlənilirdi.  Belə  bir 

şəraitdə  1815

-

ci  ilin  sentyabrında



 

çar  I  Alekasandr

Avstriya  imperatoruI  Frans  və 



Prussiya  kralı  III  Fridrix

-

Vilhelm  arasında  Müqəddəs  İttifaqın  başlanğıcını  qoyan  sənəd 



imzalandı. Sonralar bu ittifaqa Avropanın bir sıra monarxları da qoşulmuşdular




Yüklə 489,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə