Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi



Yüklə 489,01 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix29.01.2018
ölçüsü489,01 Kb.
#22857
1   2   3   4   5   6   7   8   9   ...   14

 

      



Azərbaycan Prezidenti AFR 

in Ermənistan 



Azər


-

baycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müvafiq 

fəaliyyətinə  ümid  etdiyini  deyib:  "...Ümidvarıq  ki,  Minsk 

qrupunun  üzvü  kimi  Almaniya  bizim  üçün  əsas  məsələ 

olan 

Ermənistan



-

Azərbaycan 

münaqişəsinin 

həlli 


sahəsində 

Azərbaycanın  Ermənistan  tərəfindən  işğal 



edilmiş  20  faiz

 

torpaqlarının  azad  olunması  və  işğal 



edilmiş  torpaqlardan  qaçqın  düşmüş  azərbaycanlıların  öz 

yerlərinə

-

yurdlarına qayıtması sahəsində bundan sonra fəaliyyətini daha da artıracaqdır."



 

Almaniyanın  xarici  işlər  naziri  Yoşka  Fişer  təmsil  etdiyi  ölkənin  Dağlıq

 

Qarabağ 


məsələsində imkanları daxilində kömək göstərəcəyini vəd etmişdir.

 

      



         24-26 avqust 2004-

cü ildə Prezident İlham Əliyev Almaniya Prezidentinin dəvəti ilə 

bu ölkəyə rəsmi səfər edib. Almaniya Prezidenti Horst Köler və Federal kansler Gerh

ard 


Şröderlə  keçirilən  görüşlərdə  ölkələrimiz  arasında  ikitərəfli  münasibətlərin  inkişafı, 

qarşılıqlı  siyasi  əlaqələrin  vəziyyəti,  regional  və  beynəlxalq  məsələlər  ətrafında  fikir 

mübadiləsi aparılmışdır.

 

        14-16  fevral  2007-



ci  il  tarixli  Almaniya  səfəri  zamanı  Prezident  İlham  Əliyev 

Almaniyanın  Kansleri  Angela  Merkellə  görüşüb,  ölkələrimiz,  eləcə  də  Azərbaycanla 

Avropa İttifaqı arasında  mövcud olan əlaqələrin inkişaf perspektivləri, ölkəmizdə iqtisadi 

islahatların  uğurla  həyata  keçirilməsi,  Ermənista

n-

Azərbaycan  Dağlıq  Qarabağ 



münaqişəsi barədə müzakirə aparılmışdır.

 

        



Prezident  İlham  Əliyev  04

-06  fevral  2010-

cu  il  tarixdə  Almaniyada  növbəti  rəsmi 

səfərdə  olub.  Səfər  çərçivəsində  İlham  Əliyev  Almaniyanın  Kansleri  Angela  Merkelle 

görüşüb.  Almaniyanın  Azərbaycana  müxtəlif  sahələrdə  dəstək  verməyə  hazır  olduğunu 

diqqətə  çatdıran  xanım  Angela  Merkel  bildirib  ki,  neft

-

qaz  ölkəsi  olan  Azərbaycan 



Almaniya  üçün  vacib  tərəfdaşdır.  İlham  Əliyev  isə  müasirləşmə  dövrünü  yaşayan 

ölkəmizdə  alman  texnologiyalarına  tələbat  olduğunu,  Azərbaycanın  Avropanın  enerji 

təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməyə hazır olduğunu bildirmişdir.

 

 



             

Azərbaycan 

- Almaniya 

İqtisadi münasibətləri

 

 

 



Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  1

-4  iyul  1996-

cı  il  tarixli  Almaniya  səfəri 

Azərbaycanla Almaniya arasında iqtisadi münasibətlərin inkişafında mühüm rol oynayıb. 

Prezident  Heydər  Əliyev  Almaniyanın  iri  iqtisadi  mərkəzi  olan  Köln  şəhərində  AFR

-in 


işgüzar dairələrinin nümayəndələri, iri şirkət rəhbərləri, maliyyə

-

bank sektorunda çalışan 



iş  adamları  ilə  görüşmüşdür.

 

O,  Azərbaycan  iqtisadiyyatının  potensial  imkanları  və 



beynəlxalq  biznes  üçün  yaradılan  şəraitdən  bəhs  edərək  alman  iş  adamlarını 

Azərbaycana  sərmayə  qoymağa  çağırıb.  Bu  səfər  Azərbaycana  xarici  in

vestisiya 

qoyuluşlarının və beynəlxalq kreditlərin cəlb edilməsində mühüm rol oynamışdır

Hal-


hazırda  Azərbaycanda  100

-

ə  yaxın  alman  müəssisəsi  fəaliyyət  göstərir. 



Bunlardan  "Simens",  "Ferrosstal",  "İnterselekt",  "Mersedes  Bens"  kimi  iri  şirkətlər 

Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. Almaniya ilə Azərbaycan arasında illik 

ticarət  dövriyyəsi  təxminən  350

-

400  milyon  avro  təşkil  edir.  Almaniyadan  Azərbaycana 



əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir.

 



 

Azərbaycan  və  Almaniya  arasında  bağlanan  gəlirlərə  və  əmlaka  görə  vergilərə 



münasibətdə  ikiqat  vergitutmanın  aradan  qaldırılması  haqqında  25  avqust  2004  tarixli, 

Azərbaycan  Respublikası  Hökuməti  və  Almaniya  Federativ  Respublikası  Hökuməti 

arasında  Maliyyə  Əməkdaşlığı  haqqında,  İqtisadi  İnkişaf  Nazirliyi  və  Almaniya  İnkişaf 

Bankı  arasında  "Kreditlərin  Zəmanəti  Fondu"nun  yaradılması  üçün  maliyyə  yardımı 

ayrılması  haqqında  Maliyyələşdirmə  Müqaviləsi,  həmin  Müqaviləyə  dair  Xüsusi 

Razılaşma,  Həvalə  Müqaviləsi  və  Mübahisələrin  Münsiflər  Məhkəməsində  araşdırılması 

haqqında  14  avqust  2006  tarixli  müqavilələr  iqtisadi  münasibətlərin  möhkəmləndiril

-

məsinə xidmət edir.



 

 

Azərbaycan 



-  Almaniya m

ədəni münasibətləri

 

 

 



Azərbaycan  və  Almaniya  arasında  mədəni  əlaqələr  intensiv  şəkildə  inkişaf  edir. 

Azərbaycan ilə Almaniya arasındakı mədəni əlaqələrin inkişafı 22 dekabr 1995

-ci il tarixli 

mədəni əməkdaşlıq  haqqında Sazişlə bağlıdır. Bu sazişlə  yaradılan Azərbaycan–

Alman 

Qarışıq komissiyasının 4



-6  fevral  1997-

ci il və 4

-6  noyabr  2002-

ci il tarixlərində  iclasları 

keçirilmişdir.

 

 



ATƏT

-

in  İstanbul  Zirvə  görüşündə  iştirak  edən  Azərbaycan  Respublikasının 



Prezidenti  Heydər  Əliyev  1999

-

cu  il  noyabrın  19



-

da  "Çırağan  sarayı"nda  Almaniya 

Federativ  Respublikasının  kansleri  Herhard  Şröderlə  görüşüb.  Görüş  çərçivəsində 

Prezident  Heydər  Əliyev  1947

-

ci  ildə  Azərbaycana  gətirilmiş  Bremen  qalereyası 



rəsmlərinin  Almaniyaya  qaytarılması  haqqında  sərəncamı  və  məktubu  AFR  kanslerinə 

təqdim  edib. 

"Cənab  kansler,  biz  bu  iki  əsəri  və  Nyu



-

Yorkda  məhkəmə  orqanlarının 

sərəncamında  olan  əsərləri  sizə  veririk.  Mən  1947

-

ci  ildən  muzeyimizdə  saxladığımız 



həmin əsərlərlə bağlı sənədləri də sizə təqdim edirəm."

 

       Almaniyada  2008-



ci  il  Azərbaycan  ili  elan  edilib.  Bu  məqsədlə  Azərbaycan 

mədəniyyət  və  turizm  nazirinin  rəhbərliyi  ilə  120  nəfərlik  nümayəndə  heyəti  Almaniyaya 

səfər edib.  Mədəniyyət tədbirləri Berlində  bir həftə davam  edib. İl boyu isə Almaniyanın 

Münhen,  Hamburq,  Mayns,  Ştutqart  və  digər  iri  şəhərlərində  Azərbaycan  mədəniyyəti 

təbliğ  olunub.  Almaniyada

 

Azərbaycan  ili  çərçivəsində  12  iyun–



15  iyul  2008

ci  il 



tarixlərində  Drezden  Qalereyasında  "Azərbaycan  müasir  incəsənət  sərgisi"  keçirilib. 

Sərgidə tanınmış Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilmişdir.

 

        


Almaniya Avropa və dünya ölkələri  arasında kifayət qədər siyasi nüfuza və güclü 

iqtisadiyyata  sahib  olan  ölkələrdən  biridir.  Bu  baxımdan  Almaniya  ilə  iqtisadi,  siyasi  və 

mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə 

Almaniya üçün neft

-

qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir.



 

                                              

Azərbaycan almanları

 

 



       

Cənubi  Qafqazda  ilk  alman  koloniyası  bu  günkü  Gürcüstan  ərazisində  salınıb. 

1818-

ci  ilin  sentyabrında  rus  çarı  I  Aleksandrın  himayəsilə  Gürcüstana  köçən  alman 



kəndlilər Tiflis yaxınlığında Marienbaum adında şəhərcik salıblar. Bir il sonra Avropadan 

köçüb gələn almanların Gürcüstanda daha 5 koloniyası yaranmışdır.

 

       


Almanların  Azərbaycana  ilk  kütləvi  köçü  1819

-

cu  ilə  təsadüf  edir.  Həmin  ilin 



yayında  Tiflisdən  Azərbaycanın  Yelizavetpol  qəzasına  (indiki  Gəncə)  köçən  194  alman 


Yüklə 489,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə