Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi



Yüklə 489,01 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix29.01.2018
ölçüsü489,01 Kb.
#22857
1   2   3   4   5   6   7   8   9   ...   14

 

ailəsi  Şamxor  (indiki  Səmkir)  yaxınlığında  Helenendorf  (indiki  Xanlar  rayonu)  və 



Annenfeld  adlı  iki  koloniya  saldılar.  Yaşayış  məntəqəsi  plan  üzrə  salınırdı.

 

Həmin 



kəndlərdə geniş küçələr, aynabəndli, taxtapuşlu, zirzəmili və eyvanlı evləri tikilirdi.

 

     



Sonralar  Gəncə  və  Qazax  qəzalarında  almanların  yeni  koloniyaları

-  Georqsfeld 

(indi  Şəmkirin  Çinarlı  qəsəbəsidi),  Alekseyevka,  Qrünfeld  (indi  Ağstafanın  Həsə

nsu 


kəndidi),  Ayxenfeld  (indi  Şəmkirin  İrmaşlı  kəndidi),  Traubenfeld  (indi  Tovuz  şəhəri), 

Yelizavetinka ( indi Agstafa şəhəri) və Marksovka yaranmışdır.

 

     


XIX əsrin sonu

-

XX əsrin əvvəlində Azərbaycanda yaşayan almanlarının əksəriyyəti 



protestantlığa  etiqad  edirdilər.  Ölkəmizdə  protestant  kilsəsi  1857

-

ci  ildə  məhz 



Helenendorfda (Xanlar ərazisində) tikil

m9

şdir.



 

Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir 

ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verilmişdir.

 

    



Almanların  Azərbaycana  yerləşdirilməsindən  sonra

-

əlli  il  ərzində  Gəncə  ətrafında 



iki, Şəmkirdə üç, Tovuzda bir, Ağstafada üç alman  yaşayış məntəqəsi salındı və alman 

ailələrinin sayı 3400

-

ü ötdü.


 

      


Tarixi  qaynaqların  da  məlumat  verdiyi  kimi,  almanların  Azərbaycanın  Qərb 

bölgələrinə  gəlişi  ilə  doğrudan  da  o  yerlərin  kənd  həyatında  böyük  mədəni  dəyişikliklər 

baş  verdi.  Onların  məskunlaşmasından  sonra  qərb  bölgəsində  yaşayan  yerli 

azərbaycanlı  kəndlilər  də  almanlar  kimi  altı  zirzəmili,  üstü  çardaqlı,  damı  kirəmitli  evlər 

tikməyə başladılar. O dövrədək həmin bölgələrdə zirzəmili və çardaqlı evlər olmayıb. Bəzi 

məlumatlara görə, kənd təsərrüfatında işlədilən dördçarxlı at arabalarının düzəldilməsi də 

almanların gəlişindən sonraya təsadüf edir.

 

      



Cins inəkləri də ilk dəfə Azərbaycana almanlar gətiriblər. Sənaye  üsulu ilə pendir 

və  yağ  istehsalı  da  məhz  onlara  məxsusdur.  Azərbaycanda  ilk  yağ

-pendir  zavodu 

Ziqanter adlı alman tərəfindən Yelenendorfda (Şəmkirdə) tikil

mi

şdir.


 

 

Almanlar  kənd  yerlərində  elektrik  enerjisindən  istifadənin,  elektrik



 

dəmir  yolunun, 

indiki Şəmkirin Dəllər qəsəbəsindən Gədəbəyədək uzanan neft kəmərinin ilk yaradıcıları 

olublar. 

       

Gədəbəy  misəritmə  zavodlarının  əsasını  da  Azərbaycanda  yaşamış  Simens 



qardaşları qoymuşdur.

 

Xanlar Şampan Şərabı Müəssisəsinin əsasını da



  onlar  qoyublar. 

Sonralar  Bakendorfun  rəhbərlik  etdiyi  alman  firmaları  isə  Bakıda 

Balaxanıda, 



Suraxanıda,  Ramanada,  Sabunçuda  sənaye  üsulu  ilə  ilk  neft  çıxaran  firmalardan 

ol

muşdur. Rəfibəyov qardaşları almanlara zamin durmuşlar.



 

      


Azərbaycandakı  alman  kaloniyaları  azərbaycanlılarla  çox  mehriban  və  səmimi 

yaşayıblar.  Bir  hadisəni  qeyd  etmək  yerinə  düşər:  1914

-

cü  ildə 



I  Dünya  müharibəsi 

başlayanda rus çarı  I  Nikolay Krım,  Moldova, Şimali Qafqaz və Volqaboyunda  yaşayan 

almanların  Sibirə  köçürülməsini  əmr  edib.  Bu  zaman  yalnız  Gəncə  quberniyasındakı 

almanlar köçürülmmişdir.

 

O zaman Gəncə ictimaiyyəti, xüsusən də Rəfibəyov qardaşları 



Qafqaz  canişininin  yanına  gedərək  almanlara  zamin  durub  və  onların  köçürülməsinə 

imkan verməyiblər. 1918

ci ildə bütün Azərbaycandakı koloniyalarda yaşayan almanların 



sayı  6  min  nəfərə  yaxın 

idi. 


O  zaman  onların  əsas  peşəsi  əkinçilik  və  şərabçılıq  idi. 

Məlumatlara  görə,  həmin  dövrdə  helenendorflu  Forer  və  Hummel  qardaşlarının  istehsal 

etdiyi  çaxır  bütün  Qafqaz  bölgəsində  hazırlanan  çaxırın  58  faizini  təşkil  edirdi.

  Alman 


uşaqları  idmanla məşğul olurdular.

 



10 

 

      



Azərbaycan  Demokratik  Respublikası  dövründə  (1918

-1920-


c  illər)  almanlar  ilk 

koloniyanın salınmasının 100 illiyini təntənə ilə qeyd etmişlər.

  

     1941-ci  ilin  senty



abrında  Stalinin  əmri  və  Mikoyanın  təşəbbüsü  ilə  təqribən  20 

mindən  çox  Azərbaycan  vətəndaşı  olan  almanlar  heç  bir  tutarlı  dəlil  olmadan  Sibirə  və 

Qazaxıstana sürgün ediliblər. Onların abad evlərinin çoxuna Mikoyanın havadarlığı ilə isə 

ermənilər  yerləşdir

il

mişdir.


 

Tarixdən  də  məlumdur  ki,  1941

-

ci  ildə  almanları  Xanlardan 



sürgün  edilənədək  rayon  ərazisində  bir  nəfər  də  erməni  yaşamayıb.  Almanlar  sürgün 

olunduqdan sonra  azərbaycanlılar  onların evlərində  yaşamağı özlərinə sığışdırmayıblar. 

Ermənilər  isə  bütün

 

evləri  zəbt  ediblər.  Ölkəmizdə  alman  arxitektorlarin  layihələri 



əsasında  inşa  olunan  tikililər  çoxdur.  Xanlar,  Şəmkir,  Daşkəsən,  Gədəbəy  rayonlarında 

xeyli yaşayış məntəqəsi onlar tərəfindən salınmışdır.

 

      A


lman kirxası (alman kilsəsi)

 

II Dünya Müharibəsində ruslara əsir düşən almanların 



bir  hissəsi  Azərbaycana  gətirilərək  tikinti  sahəsində  işlədilib.  Dövlət  İncəsənət  Muzeyi, 

Hökumət  Evi,  Səhiyyə  Nazirliyinin  binası  məhz  almanlar  tərəfindən  tikilib.  1940

-

cı  ildə 



Mingəçevir Su Elektrik Stansiyasının əsası qoyulub. 1941

-

ci ildə stansiyanın tikintisinə 10 



minə yaxın alman hərbi əsir cəlb edilib. Gəncədəki məşhur alman kilsəsi XIX əsrdə tikilib. 

Tikintidə  əsasən  tuf  daşından  istifadə  edilib.  1915

-

ci  ildə  almanlar  Gəncə  şəhərindən 



köçən zaman bina Pravoslav kilsəsinin istifadəsinə verilib. Hazırda burada Gəncə Dövlət 

Kukla  Teatrı  fəaliyyət  göstərir.  Məlumatlara  görə,  Almaniyadan  Azərbaycana  gətirilmiş 

əsirlərin ölkəmizdə dəfn olunduğu beş qəbiristanlıq vadır

      



Erməni  millətçiləri  almanlara  da  dağ  çəkmişlər.

 

Erməni  millətçilərinin  uzun  illər 



azəri  türklərinə  qarşı  apardığı  terror  və  soyqırımı  siyasətindən  Azərbaycanda  yaşayan 

almanlar  da  zərər  çəkiblər.  1905

-

ci  ildən  1907



-

ci  ilin  avqustunadək  «Daşnaksütyun» 

partiyasının  Gəncədə  yerli  təşkilatının  rəhbəri  Koryun  partiya  silahdaşları  Arutyunov 

qardaşları  ilə  birlikdə  Helenendorf  (Xanlar)  almanlarını  partiyanın  xəzinəsinə  xərac 

verməyə məcbur ediblər, o cümlədən şərab istehsalçıları olan Forer və Qurrdan hərəyə 

30  min  rubl  pul  tələb  ediblər.  Qurr  bu  məbləği  ödəyə  bilmədiyi  üçün  qətlə  yetirilib. 

Sovetləşmədən sonra ermənilər Azərbaycan almanlarına

 

«antisovetçi» damğası vuraraq 



onların bir hissəsinin güllələnməsinə nail olublar.

 

      Xanlar  rayonunda 



yaşamış və 2007

-

ci il  martın 29



-

da vəfat etmiş sonuncu alman 

V

iktor  Klayn  sovetləşmədən  sonra  «antisovetçi»  damğası  vurularaq  güllələnməyə 



məhkum  edilənlərin  qətlinin  canlı  şahidlərindən  olub.  Yeri  gəlmişkən,  Almaniyanın 

Azərbaycandakı  səfirliyi  Viktor  Klaynın  Xanlardakı  evini  muzeyə  çevirib.  Qeyd  etdiymiz 

kimi,  Azərbaycan  almanlarının  inşa  etdikləri  məşhur  tiklilərin  bəziləri  Bakıda  yerləşir. 

Bakıda


-

28 may küçəsində yerləşən alman kilsəsi

-kirxa onlardan biridir.       

Azərbaycanda 

yaşayan alman icması hər bazar günü bu kilsəyə gəlib, öz dualarını oxuyur, ibadət edir 

və  söhbət  aparırlar.  Kirxanın  yanında  daha  bir  bina  var.  Kapelhauz  adlanan  bu  bina 

Alman  mədəniyyət  mərkəzidir.  Bu  bina  Almaniya  hökuməti  tərəfindən  99  illiyə  icarəyə 

götürülüb..  Hazırda  Azərbaycanda  çox  az  alman  yaşayır.  Onların  böyük  əksəriyyəti 

yaşlıdır

 

və demək olar ki, alman dilini bilmirlər.



 

 

                                          



 

                            A

zərbaycan

.-  2011.- 21 mart 

 



Yüklə 489,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə