Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi



Yüklə 489,01 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix29.01.2018
ölçüsü489,01 Kb.
#22857
1   2   3   4   5   6   7   8   9   ...   14

11 

 

Ölkəmizdə alman məskənləri



 

        


 

Multikulturalizm  və  tolerantlıq  ictimaiyyət  üçün  yeni  məfhum  olsa  da,  onun 

mahiyyətinə  min  illərdir  ki,  ölkəmizdə  əməl  edilir:  dinindən,  dilindən,  milliyyətindən  asılı 

olmayaraq,  hamı  qarşılıqlı  hörmət  şəraitində  yaşayır.  Azərbaycan  Prezidenti  İlham 

Əliyevin    qeyd  etdiyi  kimi,  ölkəmizdə  bu  sahədə  nadir  təcrübə  əldə  edilib.  Tolerantlıq 

xalqımızın  artıq adi həyat tərzinə və dövlət siyasətinə çevrilmişdir.

 

Bu bəşəri dəyərlərin 



Azərbaycanda  həyat  tərzi  olması  barədə  fikrini  bildirən  dövlət  başçısı    2014

-

cü  il 



oktyabrın  2

-

də  IV  Bakı  Beynəlxalq  Humanitar  Forumunun  rəsmi  açılış  mərasimində 



deyib:  “Düzdür,  bu  termin  nisbətən  yenidir.  Ancaq  əsrlər  boyu  Azərbaycanda 

multimədəniyyətli  cəmiyyətlər  mövcud  olub.  Xalqlar  arasındakı  dostluq  və  həmrəylik 

bunun  bariz  nümunəsidir.  Biz  bu  gün  də  çalışırıq  ki,  öz  təşəbbüsümüzlə  regionda  və 

dünyada gedən proseslərə müsbət təsirimizi göstərək”.

 

 

Çoxmədəniyyətli  Azərbaycanda    artıq  əsrlərdir  ki,  dinc  və  yanaşı,  sülh  və  əmin



-

amanlıq  şəraitində  yaşayan  xalqların  nümayəndələrindən  biri  də  almanlardır.  Əlverişli 

coğrafi  şəraitə,  təbii  resurslara  malik  ölkəmizdə  çoxəsrlik  multikulturalizm  ənənələri  də 

qorunub saxlanır və bu,  artıq nəinki  Cənubi Qafqazda,  yaxud Avropada,  hətta dünyada 

nümunəyə çevrilib. Bu təbii amillər və xalqımızın qonaqpərvərliyi sayəsində  Azərbaycan 

zaman-


zaman azsaylı xalqların üz tutduğu və könül verdiyi,  sevərəkdən məskən saldığı 

məkan kimi tanınır.

 

 

On  doqquzuncu  yüzilliyin  əvvəllərində  almanların  da  Avropadan,  daha  doğrusu,  



Vürtemberq krallığından köç edərək, ölkəmizə pənah gətirmələrinə səbəb məhz yuxarıda 

söylədiyimiz amillər olub. Gələn il onların Cənubi Qafqaza, əsasən də Azərbaycana köç 

etmələrinin  200  ili  tamam  olacaq.  Sözün  əsl  mənasında  xalqımıza,  vətənimizə  üstünlük 

verərək  bizimlə birgə yaşamaq mədəniyyəti və tolerantlıq budur!

 

Azərbaycan,  Gürcüstan  və  Almaniyanın  təşəbbüsü  ilə  bu  tarix  UNESCO



-

nun  yubileylər 

proqramında  öz  əksini  tapıb.  Həmin  əlamətdar  tarixi  hadisənin  qeyd  edilməsi  üçün  

Azərbaycan  Prezidenti  İlham  Əliyev  30  avqust  2016

-

cı  ildə  “Cənubi  Qafqaz  regionunda 



alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalamışdır.

 

 



Azərbaycan

-

alman  xalqları  arasında  əlaqə  və  münasibətlərin  kökləri  çox  d



    

ərinliklərdədir. 1817

-1818-

ci illərdə Almaniyanın Vürtemberq vilayətindən alman kəndliləri 



Rusiya  çarı  I  Aleksandrın  razılığı  ilə  imperiyanın  cənubuna 

-  Qafq


aza  köçürülərək, 

Gürcüstanla  Azərbaycan  ərazilərində  məskunlaşdırılıb.  Bir  ildən  sonra  ölkəmizdə  ilk 

alman koloniyası kimi tanınan Helenendorf (bugünkü Göygöl şəhəri) salınmışdır.

 

Çox az 



zaman  ərzində,  cəmi  bir  ildə  Qazax,  Şəmkir,  Tovuz,  Ağstafa  rayonları  ərazisində 

almanların  məskunlaşmaları  üçün  müxtəlif  yaşayış  məntəqələri  (Annenfeld,  Qrünfeld, 

Qeorqsfeld, Traunbenfeld, Eyqenfeld) yaradılmışdir.

 

 



Belə  dinc  məskunlaşmanın  nəticəsində  1939

-

cu  ilin  siyahıyaalınmasında  göstərilir 



ki, ölkəmizdə yaşayan almanların sayı 23 min nəfərdir.

 

Almaniya  ilə  keçmiş  SSRİ  arasında  1941



-

ci  ildə  müharibə  başlayanda  Azərbaycanda, 

ümumiyyətlə,  Volqaboyu,  Krım  və  Cənubi  Qafqazda  yaşayan  almanların  da  taleyi  sual 

altına düşüb: onları Qazaxıstan və Sibirə deportasiya ediblər.

 

        


Əlbəttə, zaman ötdükcə, xalqlar və dövlətlər arasında münasibətlər yeni müstəviyə 

keçdikcə öz yurdlarından, ölkələrindən uzaq düşmüş almanlar da vətənlərinə dönüblər.

 



12 

 

        



Almanların  Azərbaycanda  məskənləri  bu  gün  də  qalmaqdadır.  İki  dövlətin 

arasındakı  mövcud  tarixi  dostluq  ənənələrinin  davam  etdirilməsi  nəticəsində  onların 

Azərbaycandakı  evləri, Bakı, Göygöl və Şəmkirdəki lüteran kilsələri və özlərinə məxsus 

memarlıq nümunələri olan tikililəri qorunub saxlanmaqdadır.

 

       


Almanların  ölkəmizdə  məskunlaşmasının  iki  əsrlik  tarixinin  yubiley  səviyyəsində 

keçirilməsi  üçün    tərtib  edilən  layihədə  “Azərbaycanda  alman  məskənləri”  turizm 

marşrutunun  da  fəaliyyət  göstərməsi  istiqamətində  tədbirlər  planı  tərtib  olunmuşdur.

 

Mədəniyyət  və Turizm  Nazirliyi  tərəfindən  beynəlxalq  mədəni  və  yerli  turizm  marşrutları 



vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan layihə ölkənin bu sahəsinin inkişafı üçün də 

mühüm əhəmiyyət kəsb edir.

 

        


Almaniyanın ölkəmizdəki səfirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyə

tinin 


dəstəyi ilə  bu istiqamətdə bir sıra tədbirlər görülür. Yeni turizm  marşrutunun 2017

-

ci ildə



 

adıçəkilən  yubiley  tədbirləri  çərçivəsində  təqdim  edilməsi  nəzərdə  tutulub.  Turizm 

marşrutuna Gəncə şəhəri ilə yanaşı, Göygöl, Şəmkir, Gədəbəy və Tovuz rayonları, eləcə 

də almanların ölkəmizdə tikdiyi bir sıra tarixi

-

mədəni abidələr, ekskursiyalar da daxildir.



 

        


Layihədə nəzərdə tutulan  tədbirlərdən biri də Azərbaycan və Gürcüstandakı alman 

irsi haqqında filmin çəkilməsidir. Alman rejissoru Fridhelm Brükner və onun həmkarlarının  

Gürcüstana və ölkəmizə bu günlərdə etdiyi səfər də bu məqsədi daşıyır. Filmin ölkəmizdə 

bir neçə tarixi məkanda çəkilməsi planlaşdırılmışdır.

  

        


Onu  da  qeyd  edək  ki,  yubileylə  bağlı  Gədəbəydə  “Simens  qardaşları”  muzeyinin

Göygöldə  qədim  alman  evləri  üslubunda  hotelin,  Alman  irsi  muzeyinin  (2006



-

cı  ildə 

Göygöldə  vəfat  etmiş  sonuncu  alman  Viktor  Klayın  ev

-

muzeyi  əsasında),  Şəmkirdə  isə 



alman irsi mərkəzinin yaradılması bu qəbildən olan tədbirlərdəndir.

 

 



                                                           

Məhəmməd Nərimanoğlu

“Azərbaycan”



 

                                                                                                           

A

zərbaycanda  müxtəlif  millətlərin  nümayəndələri  ilə  yanaşı,  ayrı



-

ayrı  dinlə

rin 

təmsilçiləri də yaşayır. Onlar heç bir qadağalara məruz qalmadan sərbəst şəkildə öz dini 



ibadətlərini  həyata  keçirə,  mədəniyyətlərini  nəsildən

-

nəsilə  ötürə  bilirlər.  Azərbaycanda 



lüteranların  sayı  çox  olmasa  da,  protestantlığın  başlıca  istiqamətlərindən  sayılan 

lüteranlığın  dini  icması  var.  "Report"un  əməkdaşları  üzvlərinin  əksəriyyəti  mənşəyində 

almanlarla  qohumluq  əlaqəsi  olan  Xilaskar  Yevangelik  Lüteranların  Bakı  dini  icmasının 

ofisində olub, icma sədri və üzvləri ilə yaxından tanış olmuşlar.

                             



Alman hesabı ilə istifadə edilən elektrik enerjisi

 

 



Qurumun  sədri  Vera  Viktorovna  Nestereva  və  icmanın  bir  neçə  üzvü  bizi  qapıda 

qarşılayırlar.  Binanın  blokunda  giriş  qaranlıq  olsa  da,  icmanın  yerləşdiyi  mənzilin 

qarşısına ayaq qoyanda işıqlar yanır. V.Viktorovna elektrik enerjisindən alman hesabı ilə 

istifadə etdiklərini deyir: "Lazım olmayanda sönür" (gülür).

 

Əksəriyyəti  babası  və  ya  nənəsi,  xalası,  bibisi  vasitəsilə  almanlara  bağlı  olan  bu 



insanlar  olduqca  mehriban,  gülərüzlü  və  sadədirlər.  Bir  neçə  otaqdan  ibarət  ofislərinə 

daxil  olanda  təmirsiz  bir  məkanda  divarlara  asılan  maraqlı  şəkillər,  müxtəlif  dini 

aksessuarlar, pəncərə qarşısına yığılan dibçəklər insanın ruhuna sakitlik verir.

 

Vera  xanım  mənzilə  daxil  olan  kimi  tələsik  bağlı  stullardan  açıb  düzür,  başqa  biri 



çay  qoymaq  üçün  mətbəxə  keçir,  digəri  isə  dibçəkdəki  güllərin  qayğısına  qalır.  Buranı 


Yüklə 489,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə