Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi



Yüklə 489,01 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix29.01.2018
ölçüsü489,01 Kb.
#22857
1   2   3   4   5   6   7   8   9   ...   14

 

Əsasən kənd təsərrüfatı ilə məşqul olan bu mühacirlər nəinki tək Volqaboyudan, habelə 



Qara  dəniz  sahillərindən  və  hətta  Almaniyanın  özündən  köçüb  gəlirdilər.  1917

-

ci  ildə 



burada  200-

dən  artıq  alman  koloniyası  mövcud  idi.  Sürgün  zamanı  Şim

ali  Qafqaz 

almanlarının sayı 160 mindən çox idi.

 

Cənubi  Qafqaza  gəlincə,  buranın  ilk  alman  koloniyası  bu  günkü  Gürcüstan 



ərazisində salınmışdı. 1818

-

ci ilin sentyabrın 21



-

də çar I Aleksandrın dəvətiylə Qafqaza 

köçən  Vürtemberq  kəndçiləri  və  münşəqləri  Tiflis  yaxınlığında  Marienbaum  adında 

şəhərcik  saldılar.  Növbəti  il  ərzində  Avropadan  köçən  almanlar  daha  5  koloniya 

qurmuşdu:  Elizabettal,  Yeni  Tiflis,  Aleksandrdorf,  Petersdorf  və  Katarinenfeld  (indiki 

Bolnisi). 

Tiflis və onun ətrafları Cənubi Qafqaz almanlarının qeyri

-

rəsmi mədəni mərkəzi idi. 



1906-1922-

ci illərdə burada alman dilidə buraxılan "Kaukasische Post" qəzeti çap edilirdi. 

O, Qafqazın yeganə alman ruznaməsi idi. 1918

-

ci ildə Gürcüstanda alman kəndlərin sayı 



20-

dən yuxarı idi. 1941

-

ci ildə Sovet hakimiyyəti buradan 20.423 etnik alman sürgün etdi.



 

 

 



Helenendorflu (indiki Xanlar rayonu) almanlar 

 

XIX  əsrin  sonu



-

XX  əsrin  əvvəli

  C

ənunubi  Qafqaz  almanlarının  əksəriyyəti 



etirazçılığa  (protestantlığa)  etiqad  edirdi.  Azərbaycanın  ilk  etirazçı  kilsəsi  məhz 

Helenendorfda  1857-

ci  ildə  tikilmişdi.  Sonralar  lüteran  kilsələr  Gədəbəydə  (1868), 

Şamaxıda  (1869),  Bakıda  (1897)  və  Annenfelddə  (1911)  də  tikilmişdi.  Azərbaycan 

Demokratik Respublikası dövründə yerli almanlar ilk koloniyanın salınmasının 100

-illiyini 

təntənə  ilə  qeyd  etdilər.  1941

-

ci  ildə  Sovet  hakimiyyətinin  əmriylə  22.841  alman 



Azərbaycandan  çıxarılıb  SSRİ

-nin  Asiya 

bölgələrinə  sürgün  edilmişdi.

 

Şimali  Qafqaz  və 



Gürcüstandakı kimi, bütün alman mənşəli şəhər və kənd adları rus və Azərbaycan adları 

ilə əvəz edilmişdi.

 

Gürcüstan  və  Azərbaycandan  fərqli  olaraq  alman  mühacirləri  indiki  Ermənistan 



ərazisində  yaşayış  məntəqə  qurmamışdılar.  Əsasən  Sovet  dövründə  İrəvanda 

məskunlaşırdılar.  Tarix  boyu  bu  ölkədə  onların  sayı  500

-

dən  artıq  olmayıb.  1941



-

ci  ildə 

buradan 

212 alman köçürülmüşdü

r. 

1878-


1918  illərdə  Rusiya  tərkibində  olan  Qarsda  aktiv  mühacirət  prosesləri  baş 

verirdi.  Mühacirlərin  əksəriyyəti  ili  tərk  etmiş  müsəlmanların  yerini  alan  və  hakimiyyət 

dəstəyi  ilə  məskən  salan  məsihilər:  ermənilər,  ruslar,  aysorlar,  yunanlar,  polyaklar  və 

almanlar  idi.  1891-

ci  ildə  burada  Petrovka  adlı  ilk  alman  kəndi  yarandı.  Birinci  dünya 

müharibəsindən bir az əvvəl daha iki kənd (Vladikars və Estonka) salınmışdı. Burada baş 

verən  hərbi  əməliyyatlardan  və  təhlükən  canlarını  qurtaran  almanlar  müharibənin 

sonundan öncə Azərbaycana qaçıb, oradakı Ayxenfeld koloniyasında məskunlaşdılar.

 

Azərbaycan almanları 



Azərbaycanda yaşamış alman icmasına verilən ümumi ad. 

1817-

ci  ildə  General  Yermolov  almanların  ilk  dəstələrinin  Azərbaycana  yerləşdirilməsi 



barədə  göstəriş  vermişdir.  Azərbaycana  yerləşdirilmiş  ilk  almanların  çoxu  Vürtemburq 

krallığının sakinləri  olmuşdular. 1817 

-  1818-

ci illərdə Qafqazda təşkil olunmuş  8 alman 

kaloniyasından  ikisi  Yelenendorf  və  Annenfeld  Şimali  Azərbaycanda  yerləşirdi.  Bu 

kaloniyalardan  başqa  almanlar  Georqsfeld,  Qrünfeld,  Ayxenfeld,  Traubenfeld, 




 

Yelizavetinka  kimi  kəndlərdə  yaşayırdılar.  Qafqaz  almanları  tərəfindən  Tiflis  şəhərində 



nəşr  olunan  Kaukasische  Post  qəzetinin  hər  bir  nömrəsi  yuxarıda  göstərilən  kənd  və 

şəhərlərə çatdırılırdı

r. 

Almanlar Azərbaycanda siyasi və ictiami həyatda daim fəal olmuşdular. Azərbaycan 



Demokratik  Respublikası  parlamentinin  IX  Milli  azlıqlar  fraksiyası  dörd 

 

üzvündən  biri 



əslən alman olan Lorens Kun olmuşdur. Lorens Kun 1884

-

cü ildə Yelenendorf şəhərində 



anadan olmuş və bir müddət burada fəaliyyət göstərmişdir. 1918

-

ci ilin 7 dekabr tarixində 



AXC  parlamenti  öz  işinə  başlayanda  Lorens  Kunda  parlamentə  qoşulmuşdur.  O, 

Azərbaycan almanlarının təmsil edirdi.

 

Bakı  şəhərində  yerləşən  Alman  lüteran  kilsəsinin  xor  kollektivi 



1933-

cü  ildə 

yaradılmışdır



 

Azərbaycan–Almaniya münasibətləri

 

     



     

İki  ölkə  arasında  qarşılıqlı  münasibətlərin  başlanğıcı  XIX  əsrin  ikinci  yarısına 

təsadüf  edir.  1863

-

cü  ildə  Almaniyanın  "Simens  qardaşları"  firması



 

tərəfindən  Gədəbəy 

ərazisində  yerləşən  mis  yataqları  bazasında  iri  misəritmə  zavodları  tikimişdir.

 

XX  əsrin 



əvvəllərinədək  bu  zavodlarda  istehsal  edilən  mis  Cənubi  Qafqazda  əridilən  misin  2/3 

hissəsini  təşkil  edirdi.  Bundan  əlavə  "Simens  qardaşları"  firması  Daşkəsən  ərazisində 

kobalt  yataqları  bazasında  kobalt  zavodu  inşa  edib.  Bu  zavodların  inşası  nəticəsində 

xeyli  sayda  insan  işlə  təmin  edilib,  əhalinin  maddi  rifahı  yüksəlmişdir.

Alman 

sənayeçilərinin  bu  ərazidə  fəallığının  artması  nəticəsində  ətraf  ərazilərdə,  xüsusilə 



Azərbaycanın indiki Göygöl və Şəmkir rayonlarında alman koloniyaları yaranmışdır.

 

    



Almaniya  Azərbaycanın  müstəqilliyini  1992

-

ci  ilin  12  yanvarında  tanımışdır.



 

Azərbaycan  ilə  Almaniya  arasında  diplomatik  münasibətlər  1992

-ci  ilin  20  fevra

lında 


qurul

muşdur. 


2  sentyabr  1992-

ci  ildə  Azərbaycanın  Almaniyada  səfirliyi,  22  sentyabr 

1992-

ci  ildə  Almaniyanın  Azərbaycandakı  səfirliyi  açılmışdır.



 

Diplomatik  münasibətlərin 

yaranmasından  sonra  Azərbaycan  və  Almaniya  arasında  əlaqələr  mütəmadi  olaraq 

i

nkişaf e



t

mişdir.


 

    


Prezident Heydər Əliyev o zamankı Almaniya Prezidenti Roman Hersoqun dəvəti ilə 

1-4  iyul  1996-

cı  il  tarixdə  Almaniyada  rəsmi  səfərdə  olub.  Səfər  zamanı  Heydər  Əliyev 

Almaniyanın  prezidenti,  kansleri,  vitse

-

kansleri  və  digər  hakimiyyət  nümayəndələri  ilə 



görüşlər keçirib. Bu görüşlər zamanı ölkələr arasındakı əməkdaşlığın xüsusiyyətləri geniş 

şəkildə  müzakirə  edilmişdir.

 

Ermənistan  tərəfindən  Azərbaycan  ərazilərinin  işğalı  və 



münaqişənin  sülh  yolu  ilə  həlli  məsələləri  Azərbaycan  Prezidentinin  keçirdiyi  görüşlərin 

əsas  müzakirə  mövzusu  olmuşdur.

 

Səfər  çərçivəsində,  siyasi,  iqtisadi  və  elmi  texniki 



əməkdaşlıq  sahəsində  beş  müqavilə  imzalanmışdır.

 

Keçən  illər  ərzində  Almaniya  ilə 



Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində 

uğurlu əməkdaşlıq aparımışdır.

 

      2001-



ci  ilin  mayında  Almaniya  xarici  işlər  naziri  Yoşka  Fişer,  Bundestaqın  sədr 

müavini  Antye  Follmer  ilə  birgə  Azərbaycana  səfər  edib.  Prezident  Heydər  Əliyev 

Almaniya  nümayəndə  heyəti  ilə  görüşündə  iki  ölkənin  əməkdaşlığına  böyük  əhəmiyyət 

verdiyini,  alman  şirkətlərinin  Azərbaycanda  uğurlu  fəaliyyətindən  razı  qaldığını,  bunun 

davamlı olmasını istədiyini bildirmişdir.

 



Yüklə 489,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə