Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi



Yüklə 489,01 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix29.01.2018
ölçüsü489,01 Kb.
#22857
1   2   3   4   5   6   7   8   9   ...   14

 

  



Xanım  Sevda  Məmmədəliyeva  yekun 

sözündə  qeyd  etmişdir  ki,  Azərbaycan  tərəfi 

layihənin  həyata  keçirilməsi  ilə  bağlı  lazımi 

tədbirləri  görməyə  hazırdır  və  materiaların 

toplanılması  ilə  bağlı  arxivlərdə  müvafiq 

şərait  yaradılacaqdır. Çıxışın sonunda bütün 

tərəflərin  ən  başlıca  məqsədi  filmin  yüksək 

keyfiyyətlə  yaradılmasına  inandığını  xüsusi 

qeyd etmişdir.

 

 



23  may  2016-

cı  il  tarixində  mədəniy

-

yət  və  turizm  nazirinin  müavini  Sevda 



Məmmədəliyeva  Alman  kinorejissoru  Fridhelm  Brüknerin  rəhbərlik  etdiyi  nümayəndə 

heyəti ilə görüşmüşdür.

 

Görüşdə Azərbaycanda mövcud olan alman irsi haqqında film çəkilişlərinin aparılması ilə 



bağlı layihənin müzakirəsi aparılmış, nümayəndə heyətinin filmin çəkilişləri ilə bağlı Bakı, 

Gəncə  şəhərlərinə  və  Gədəbəy,  Göygöl,  Şəmkir,  Ağstafa,  Tovuz,  Samux  rayonlarına 

olan səfərlərinin nəticələri haqqında fikir mübadiləsi aparılmışdır.

 

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda və digər 



Qafqaz  ölkələrində  yaşamış  almanların  irsinin  dünyaya  çatdırılmasıdır.  Bu  məqsədlə 

alman  ir

sini  işıqlandırmaqla  yanaşı,  ölkəmizdə  mövcud  olan  multikultural  mühit  və 

tolerantlıq haqqında dünya ictimaiyyətinin məlumatlandırılması üçün ölkəmizə səfər təşkil 

olunmuşdur.

 

Görüşdə  nazir  müavini  Sevda  Məmmədəliyeva  almanların  ölkəmizdə  məskunlaş



-

masının


 

tarixindən, həyat tərzindən, onların müxtəlif sahələrdə gördükləri işlər haqqında 

məlumat vermişdir. Həmçinin, nazir müavini Almanların ölkəmizdə yaratdıqları memarlıq 

nümunələrindən  və  gördükləri  uğurlu  işlərindən  bəhs  etmiş  və  qeyd  etmişdir  ki, 

Azərbaycanda  alman  irsininin  qorunması,  təbliği  üzrə  işlər  aparılır,  müxtəlif  konfranslar, 

tədbirlər və s. təşkil olunur.

 

Sevda Məmmədəliyeva bu istiqamətdə görülən işlərdən biri kimi Göygöldə yerləşən 



Alman icmasının tarixi Muzeyini xüsusilə qeyd etmiş və bu kimi

 

mədəniyyət obyektlərinin 



iki xalq arasında möhkəm dostluq nümunəsi olduğunu vurğulamışdır.

 

Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva 



Maria  Aux  səfərin  təşkilindən  böyük  məmnunluq  duyduğunu  ifadə  etmiş  və  ilin  son

una 


qədər  çəkilməsi  planlaşdırılan  filmin  həm  Azərbaycan,  həm  də  Alman  cəmiyyəti  üçün 

mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.

 

Səfərdə  iştirak  edən  səfir  və  dilomatlar  üçün  keçirilən  proqram  direktoru  Ortvin 



Hennig  isə  Azərbaycana  dəvət  olduğuna  və  göstərilən  isti  qəbula  görə  minnətdarlığını 

bildirmişdir.  O  qeyd  etmişdir  ki,  Azərbaycan  xalqı  qonaqpərvərlik  və  səmimiyyəti  ilə 

yanaşı,  tolerantlıq  və  multikultural  dəyərlərə  verdiyi  böyük  önəmə  görə  onda  geniş 

təəssüratlar yaratmışdır.

 

Alman  kinorejissoru  F



ridhelm  Brükner  layihənin  həyata  keçirilməsi  halda 

Azərbaycanın həm Almaniyada, həm də Avropada tanınmasına böyük təsir göstərəcəyini 

bildirmişdir.  Kinorejissor  qeyd  etmişdir  ki,  filmin  Almaniyanın  bir  neçə  televiziya 

kanallarında  yayımı  nəzərdə  tutulur.  Filmin  hazırlanmasının  əsas  məqsədlərindən  biri 




 

olan Azərbaycanın turizm sektorunun tanıdılmasını qeyd edən Fridhelm Brükner cari ilin 



sentyabr ayından filmin çəkilişlərin başlanacağını bildirmişdir.

 

Filmdə  Azərbaycanda  Alman  izləri  ilə  yanaşı,  ölkəmizin  tarixi,  tolerantlığı  və 



multikulturalizm  ənənələrinə  həsr  olunmuş  ənənlərin  çəkiləcəyi  barədə  məlumat 

verilmişdir.

 

Sonda nazir müavini Sevda Məmmədəliyeva görüşdə müzakirə olunan məsələlərin 



əhəmiyyətini qeyd  etmiş və Almaniya və Azərbaycan arasında əməkdaşlıq ənənələrinin 

inkişafına  mühüm  töhvə  olacaq  layihənin  birgə  fəaliyyət  nəticəsində  uğurlu  olacağını 

bildirmişdir.

 

Məlumat  üçün  bildiririk  ki,  2016



-2017-

ci  illərdə  YUNESKO

-

nun  yubileylər  proqramı 



çərçivəsində  Cənubi  Qafqazda  alman  yaşayış  məntəqələrinin  salınmasının  (1817)  200 

illik  yubileyinin  qeyd  olunması  ilə  bağlı  qəbul  olunmuş  qərara  əsasən  Azərbaycanda 

mövcud olan alman irsi haqqında film

 

çəkiləcəkdir.



 

Alman  irsi  Azərbaycanın  təşəbbüsü  ilə  YUNESKO

-

nun  mədəniyyət  abidələri 



siyahısına  daxil  edilib:  "Azərbaycan  hökuməti  Azərbaycanda  alman  abidələrinin 

qorunması üçün bərpa işləri aparır. Məndə olan son məlumata görə, 4 kilsə bərpa edilib. 

Almanların  yaşamış  olduğu  kənd  və  qəsəbələr  təmir  olunub”.  Bununla  yanaşı, 

Mədəniyyət  və  Turizm  Nazirliyi  almaniyalı  həmkarları  ilə  birlikdə  ölkəmizin  müxtəlif 

regionlarında  məskunlaşan  alman  mühacirlərin  həyatını  əks  etdirən  "Azərbaycanda 

Alman  Məskənləri”  adlı  layihə  hazırlayıb.  Layihənin  tərkib  hissəsi  kimi  aşağıdakı 

tədbirlərin  həyata  keçirilməsi  planlaşdırılıb.  Bu  tədbirlər 

Gədəbəydə  "Siemens” 



muzeyinin abadlaşdırılması, Şəmkirdə Alman İrsi Mərkəzinin bərpası, Göygöldə Regional 

Muzeyin  təmir  edilməsidir.  Azərbaycanla  münasibətlərdən  danışan  Ştaynmayer  köhnə 

alman  kəndlərinin  bərpasını  və  xalqların  sıx  əməkdaşlığını  olduqca  məmnunluqla 

qarşılayıb: "Təşəkkür edirəm ki, Azərbaycan bu kəndlərin  bərpası üçün aktivlik göstərir. 

Biz birlikdə çalışacağıq”.

 

 



 

Qafqaz almanları

 

 

 



B

akıdakı  lüteran  Xilaskar  Kilsəsi.

 

Kilsə  1897



-

ci  ildə  tikilib.  Bu  günlər  konsert  zalı 

kimi fəaliyyət göstərir.

 

Qafqaz  almanları  (alm.  Kaukasiendeutsche)  —



 

almanların  Qafqaz  bölgəsində 

məskunlaşan  bir  subetnik  qrupudur.  Onlar  əsasən  XVIII

-

XIX  əsrlərdə  indiki  Şimali 



Qafqaz,  Gürcüstan,  Azərbaycan,  Ermənistan  və  Qars  (bu  günlər  Türkiyənin  şərq 

illərindən  biri)  ərazisinə  köçüb  gəlmişlər.  1941

-

ci  ildə  İkinci  dünya  müharibəsinin 



başlanmasıyla  onların  çoxsu  Sovet  hakimiyyəti  tərəfindən  "təhlükəli  element"  kimi 

Qazaxıstana  və  Sibirə  sürgün  edilmişdir.  Qafqazda  qalan  almanlar  əsasən  qeyri

-

almanlarla nigah bağlamış



 

qadınlar idi.

 

Şimali Qafqazın ilk alman sakinlərin  Rusiyanın Volqaboyu bölgəsinlər köçənlər idi. 



Çar hakimiyyəti 1774

-

cü  ildə Osmanlı imperiyasından  alınan və əhalisi  olduqca  az olan 



Kubana  mümkün  qədər  çox  Rusiya  vətəndaşı  yerləşdirməyə  çalışırdı.  Lakin  bölgənin 

iqlimi, inkişaf etdirilməmiş infrastrukturu və yerli hərbi hissələrin qeyri

-

ruslara qarşı mənfi 



münasibəti  alman  mühacirətinə  mane  olurdu.  XIX  əsrin  ikinci  yarısında,  Rusiyanın 

kapitalist sisteminə addımlaması dövründə Şimali Qafqaza almanların sayı olduqca artdı. 

 



Yüklə 489,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə