Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi



Yüklə 489,01 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix29.01.2018
ölçüsü489,01 Kb.
#22857
1   ...   6   7   8   9   10   11   12   13   14

17 

 

bizim Burqund şərabına bənzəyir” deyərək, özlərinə bütün yol boyu kifayət edəcək qədər 



şərab  alırlar.  Fransızların  bu  sözü  Forerdə  öz  işinə  inam  yaradır,  gələcək  fəaliyyətini 

müəyyənləşdirməyə kömək edir. Qeyd etmək lazımdır ki, Forerlər Azərbaycanda ilk dəfə 

pivə  istehsalı  ilə  də  məşğul  olublar.  Həmçinin  XIX  əsrin  sonlarında  Avropada  çoxdan 

tanınan,  Azərbaycanda  isə  məlum  olmayan  bir  içkinin  –

 

konyakın  istehsalı  ilə  məşğul 



olmağa başlayıbla

r. 1892-


ci ildə “Forer qardaşları” Yelenendorfda Azərbaycanda ilk dəfə 

iki  spirtçəkmə  aparatı  olan  konyak  zavodu  tikiblər.  Ağıllı,  işgüzar  və  qənaətcil  olan 

Forerlər  daha  sonra  1905

-

ci  ildə  Azərbaycanda  ilk  dəfə  cecədən  spirt  çəkmək  üçün 



rektifikasiya  zavo

du  inşa  ediblər.  O  vaxtdan  100  il  keçməsinə  baxmayaraq,  həmin 

avadanlıqlar bu gün də işləyir.

 

       



Azərbaycanın  qida  sənayesi  və  kənd  təsərrüfatı  sahəsinə  özlərinin  ye

-

nilikləri  ilə 



silinməz iz qoyan “Forer qardaşları”nın istehsal etdikləri şərablar və konyaklar fəaliyyətə 

başladıqları dövrdən 1914

-

cü ilədək dünyanın 81 ölkəsində keçirilən beynəlxalq sərgi və 



dequstasiyalarda 39 dəfə qızıl, gümüş medallara, diplom və fərmanlara layiq görülüb.

 

       



Tarixi  qaynaqların  da  məlumat  verdiyi  kimi,  almanların  Azərbaycanın  Qərb 

bölgələrinə  gəlişi  ilə  doğrudan  da  o  yerlərin  kənd  həyatında  böyük  mədəni  dəyişikliklər 

baş  verdi.  Onların  məskunlaşmasından  sonra  qərb  bölgəsində  yaşayan  yerli 

azərbaycanlı  kəndlilər  də  almanlar  kimi  altı  zirzəmili,  üstü  çardaqlı,  damı  kirəmitli  evlər 

tikməyə başladılar. O dövrədək həmin bölgələrdə zirzəmili və çardaqlı evlər olmayıb. Bəzi 

məlumatlara görə, kənd təsərrüfatında işlədilən dördçarxlı at arabalarının düzəldilməsi də 

almanların gəlişindən sonraya təsadüf edir.

 

Cins inəkləri də ilk dəfə Azərbaycana almanlar gətiriblər. Sənaye üsulu ilə pendir və yağ 



istehsalı da  məhz onlara  məxsusdur. Azərbaycanda ilk yağ

-

pendir  zavodu Ziqanter adlı 



alman tərəfindən Yelenendorfda tikilmişdir.

 

       



Almanlar  kənd  yerlərində  elektrik  enerjisindən  istifadənin,  elektrik  dəmir  yolunun, 

indiki Şəmkirin Dəllər qəsəbəsindən Gədəbəyədək uzanan neft kəmərinin ilk yaradıcıları 

olublar. 

       


Gədəbəy  misəritmə  zavodlarının  əsasını  da  Azərbaycanda  yaşamış  Simens 

qardaşları  qoyub.  Xanlar  Şampan  Şərabı  Müəssisəsinin  əsasını  da  onlar  qoymuşlar.

 

Sonralar  Bakendorfun  rəhbərlik  etdiyi  alman  firmaları  isə  Bakıda 



Balaxanıda, 

Suraxanıda,  Ramanada,  Sabunçuda  sənaye  üsulu  ilə  ilk  neft  çıxaran  firmalardan 

ol

muşdur.



 

                                                 Aytac Muradova 

AMEA Tarix İnstitunun doktorantı

.                                                       

       

          



         2017-

ci  ildə  alman  icmasının  Cənubi  Qafqazda,  o  cümlədən  Azərbaycanda 

məskunlaşmasının 200 ili tamam olur. Almaniya, Azərbaycan və Gürcüstanın təşəbbüsü 

ilə bu tarix UNESCO

-nun 2017-

ci il yubileylər proqramına salınmışdır.

             Prezident 

İlham  Əliyev  30  avqust  2016

-

cı  il  tarixdə  “Cənubi  Qafqaz  regionunda  alman 



məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalayıb. Sərəncamda alman 

məskənlərinin 200 illiyinin Azərbaycanın çoxəsrlik ənənələrə malik tolerantlıq məkanı kimi 

təbliğində önəmi və bu yubileyin qeyd olunmasının əhəmiyyəti vurğulanır.

 

        



Azərbaycanda  zaman

-

zaman  müxtəlif  xalqların  nümayəndələri  məskən  salıb.  XIX 



əsrin  əvvəllərində  Avropadan,  Vürtemberq  krallığından  köç  edərək  Azərbaycanda 

məskunlaşan alman icması da tarixdə izlər qoyub. 1819

-

cu ildə Azərbaycanda ilk alman 



koloniyası 

Helenendorf (indiki Göygöl şəhəri) salındı. Sonrakı dövrlərdə Şəmkir, Qa



zax, 

Tovuz,  Ağstafa  rayonları  ərazisində  Annenfeld,  Qeorqsfeld,  Qrünfeld,  Eyqenfeld, 

Traubenfeld  - 

ümumilikdə  8  alman  koloniyası  yaranmışdı.  Sənayedə  və  təsərrüfatda 

yaxşı  mütəxəssis  olan  almanlar  bu  münbit  torpaqlarda  yeni  həyata  başlayırlar.  Onlar 

tərəfindən  inşa  edilən  körpülər,  müxtəlif  tikililər,  şərab  zavodları  indiyədək  qalır.  1941

-ci 



18 

 

ildə Almaniya ilə Sovet İttifaqı arasında müharibə başlayandan sonra Volqaboyu, Krım və 



Cənubi  Qafqazda,  o  cümlədən  Azərbaycanda  yaşayan  almanlar  Qazaxıstan  və  Sibirə 

d

eportasiya  olunublar.  Ötən  əsrin  50



-80-

ci  illərində  isə  alman  icmalarının  çoxu  sovetlər 

ölkəsini tərk edərək tarixi vətənlərinə qayıdıblar.

 

       



Azərbaycandakı  alman  icması  mədəni  həyatda  da  bir  çox  izlər  qoyublar.  Onlar 

yerli  əhali  ilə  qaynayıb

-

qarışaraq,  tolerant  mühitdə  yaşamaqla  bərabər  öz  adət  və 



ənənələrini  də  yaşadıblar.  Alman  kolonistlərinin  vaxtilə  yaşadığı  Gəncə  şəhərində, 

Şəmkir və Göygöl rayonlarında inşa etdirdiyi yaşayış evləri, kilsə (lüteran kirxası) və digər 

tikililər  Azərbaycanda  alman  memarlığının  nümunələridir.  Göygöldə  1857

-

ci  ildə  tikilmiş 



alman  kirxası  bu  gün  də  şəhərin  rəmzidir.  Şəmkirdə  1900

-

cü  ildə  tikilən  kirxa  da 



günümüzədək öz əzəmətini saxlayıb. 

 

       



Azərbaycanda alman irsinin qorunması, təbliği üzrə müxtəlif tədbirlər təşk

il olunur. 

2017-

ci  ildə  qeyd  olunacaq  yubiley  tədbirləri  çərçivəsində  Gədəbəy  rayonunda  “Simens 



qardaşları”  muzeyinin,  Göygöldə  qədim  alman  evləri  üslubunda  hotelin,  Alman  irsi 

muzeyinin  (Göygöldə  2006

-

cı  ildə  vəfat  etmiş  sonuncu  alman  Viktor  Klaynın  ev



-muzeyi 

əsasında), Şəmkirdə alman irsi mərkəzinin yaradılması planlaşdırılır. 

 

       


Bununla  yanaşı  almaniyalı  kinematoqrafçılar  Cənubi  Qafqazda  alman  tarixi 

mövzusunda sənədli film üzərində işləyirlər. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi 

layihəyə  dəstək  verir,  ötən  müddətdə  nazirlikdə  bununla  bağlı  bir  neçə  dəfə  görüşlər 

keçirilib.  Layihə  Azərbaycanın  turizm  sektorunun  (alman  irsinin  mədəni  turizm 

baxımından təqdimatı) təbliğinə də əlavə zəmin olacaqdır.

 

      



İki xalq arasında mədəni və tarixi dostluğu indiyədək lentə alınan sənədli və bədii 

filmlər də təsdiq edir. "Uzaq Qafqaz ümidi 

Azərbaycanda alman izləri" sənədli filmində 



bunun  şahidi  oluruq.  Film  Azərbaycanın  "Salnamə"  studiyası  və  Almaniyanın  "Züdost" 

informasiya  agentliyinin  birgə  istehsalıdır.  Alman  dilində  hazırlanmış  filmin  rejissoru 

Mojkan  Ehraridir.  Alman-

Azərbaycan  Cəmiyyəti  tərəfindən  hazırlanmış  "Azərbaycan

-

alman dostluq əlaqələri" sənədli filmində Drezdendə saxlanılan "Dədə Qorqud" eposunun 



əlyazması,  Mirzə  Şəfi  Vazehin  Fridrix  Bodenştedtlə  dostluğu,  Leypsiq  Kitabxanasında 

Azərbaycana  dair  kitablar,  Berlin  İncəsənət  Muzeyində  saxlanılan  qədim  musiqi  alətləri 

və  antik  geyimlər  lentə  alınıb.  Ekran  əsərində  almanların  Azərbaycanda  məskunlaşma 

tarixindən  də  bəhs  edilir.  Göstərilir  ki,  Azərbaycanda  məskunlaşan  alman  icmalarına 

həmişə  xüsusi  qayğı  göstərilmiş,  onların  mədəniyyətinə,  dininə,  adət

-

ənənələrinə 



hörmətlə yanaşılmışdır. 

 

     



Xalq  artisti,  kinorejissor  Oqtay  Mir  Qasımın  "Qisas  almadan  ölmə.  Keçmişdən 

məktublar"  bədii  filmi  də  Azərbaycan  ərazisində  yaşayan  almanlardan  bəhs  edir.  Film 

"didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur" sözləri ilə başlayır. Ekran əsəri 

Azərbaycanda yaşamış almanların 1941

-

ci ildə Orta Asiyaya sürgün olunmasından bəhs 



edir. 

    


                                                                                             

Lalə Azəri 

 

 

                                                                                       



Mədəniyyət.

-2017.-11yanvar. 

 

 

 




Yüklə 489,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə