Civildağin yuxusu ( Doğulmamış uşaqlar için yazılmışdır, ölülərin oxuması kəsinliklə yasaqdır.)


Cıvıldağın belə qalınlığa varmasını yoldaşımız uca səslə kəsdi



Yüklə 120,81 Kb.
səhifə5/6
tarix04.02.2018
ölçüsü120,81 Kb.
#23908
növüYazı
1   2   3   4   5   6

Cıvıldağın belə qalınlığa varmasını yoldaşımız uca səslə kəsdi:

  • Boğazın qurudu, bir qurtum çaydan gubuldat, sonra dalısın basarsan. Məncə gördüyün yuxunu anlatsan daha yaxşı olar. Sənin bu dünya görüşlərin tartışmağa açıqdır. Nə yazıq bizlər gənəşməyi savaşla birgə tuturuq, bu açıdan bilimsəl yaxlaşımlarımız gerçəklərdən uzaq qalır.

Cıvıldaq soyuq çayı udumlarkən, udqunarcasına:

  • O gördüyüm yuxu da elə dünyagörüşümün yansımasıdır. Mən sürəkli yataqda bunları düşünürəm. Elin qızı da sürəkli; “ A kişi, bir gündə yataqda gərəkən işi düşünəcəyin olacaqmı, elə gərək mən sənə anımsadam” deyə donquldanar. Doğurdan da qalmışam, niyə bu düşüncələr yalnızca məni sarır? Eləbil acunun bütün işi mənə qalmış. Qağa canı inanın ha, dediklərimi özümdən üyütmürəm. Yuxuda gördüklərimi deyirəm.

Son tümcələri deyərkən gözü atırdı. Bu anda gərnəşib, iki əlini də yumuruqlayıb köksünə vurdu. Sonra çiyinlərini silkələyib əzilmişcəsinə zıqqıldadı:

  • Yorucudu e, deyirəm durub gedim.

Bu dediklərində içdən görünmürdü, sinsicə burcudurdu. Bunu anlamayan o biri yoldaşımız ayağa düşərcəsinə:

  • Yekə kişisən əşi. Soyub, soyub, quyruğunda mındarlama. İki saatdı burda başımızı yeyirsən, sonra bir sonuca vardırmırsan. De görək o Teymur kişiylə mollanın işi hara çatdı? Atalar, Vay yarımçıq əlindən , demişlər.

Cıvıldaq ilk ağır dartışmanın öcünü alarcasına çayçıdan bir çay daha istəyib, çiyinlərini atdı:

  • Ədə, niyə boş çənə tapmısan? Sonra da gedib dalımca olmazın ip bağlıyasan, özünsən!

  • İş düşsə yaramazın əlinə burcudar.İndi sən də burcut. İstisən gəvəzələ, istisən bas bayıra, özün bilərsən.

  • Yox bəylər dayanın! Qoy bir az yağ dəyişsin dalısın da yamıyar, deyib araya girdim. Qorxum yenə onların bir biriylə atışacağındandı. Ancaq nədənsə dilotu yemiş Cıvıldaq susmağı bilidi. Bu yumuşaqlığı yuxusunun dalısını yamıyacağını göstərirdi. Çayını yenilədib, dodaqlarını şapıldadaraq:

  • Yuxunu yorumlamaqda sakıncam yoxdu e . Bir gün anam deyir, aya bala işin yoxdur niyə kafir olmusan? Özünə ayrı bir iş tap. Kafirliyə toplum arasında başqa gözlə baxırlar. Anama bu sözləri kimlər gedib deyirlər? Elə söz gəzdirənlər. Doğrdan da insan bu dönəmdə də istədiyi sözləri deyə bilmiyəcəksə, haçan deyəcəkdir?

Sağ əlini çənəsinin altına qoyub, bir az düşüncəyə dalandan sonra :

  • Ölümdən qorxmaq, doğumdan qorxmaq kimidir. İnsan acgöz deyilsə ölümdən qorxmuyacaqdır. İnsanı qorxudan o dünyada da acgözlüyüdür. O dünyanın varlığına inanması da, buna bağlıdır. İnsan bu dünyada sevgi, sayqıyla yaşamağı bacardısa, gözü öndə, arxada olmaz.

Sonra duyğularla düşüncələrin etgisindən yaranmış içində olan acını dərin bir ahla eşiyə fırlatdı.

  • Nə olacaq!? Teymur kişi molla Dördəmqulunu bir minir, bir döyür. Orada olanların da heç umurunda deyildir. Kimisi baxır, kimisi də molla Dördəmqulunun baldırına bir təpik atıb gedirdi. Doğurdan da gülməli durumudu. Orda “Mollamindi” alışılmış bir işidi.

  • Görəsən bizdə haçan bu Mollamindi başlayacaqdır? Deyə yoldaşımız mızıldandı.

Cıvıldaq gülümsüyərək dedi:

  • Uslu insanlar sözdə də olsa çoxdan belə başlamışdılar. Bu Mollamindi öncə beyinlərdə, sonra bellərdə başlamalıdır. Nə yazıq bizim toplumumuzun çoxunda küllənmiş beyinləri mollalar palanlayıb minmişdirlər. Bunlar bu iyrənc işlərini sürdürmək için, Həram, kafir sözcüklərini çomaq edib, yetəni döyürlər. Artıq çağımızda toplumlar heyvanlar tekin sürü biçimində yaşayan bilgisizlərdən oluşmurlar. Bireylərin gənəl bilgiləşəməsi sonucu, alışılmış qorxulara son qoyulmuşdur. Bununla da bireylər toplumyönətimində sıraqul arxasında dayanan gücsüzlər deyilərdir. Bilik insanın ən böyük sursatıdır, bu sursatı quşanan bütün qorxulardan arınmışdır. Bu açıdan insanın insana quluğuna gəlişmiş toplumlarda son verilmişdir. Artıq birey sürünün içində olan səssiz heyvan deyil, öz səsi, öz istənci olan bir varlıqdır. Bu açıdan toplumda bütün alanlarda paylaşımcılığı bilikli olaraq ilkə edir,toplum gəlişimdə qatqılı olur. Acunun gəlişimi bireylərin özgür düşünmə, özgür yaşama istəncinə bağlıdır. Bu olanaqlarda qısıtlanma olarsa acun gəlişimində axsama olar. Gəlişmiş toplumlarda bireylər kimsəni işlətməyi eləcə də kimsəyə işləməyi ilkə etməz, orada insanlar bir birlərinin yoldaşları, əməkdaşlardıdır. Bu da insanda biliyin yüksəlişiylə olasıdır.

Cıvıldaq çaydan bir qurtum da endirib sonra yuxusuna döndü:

  • Teymur kişi mollanı eninə boyuna əzişdirir, yaşamında inanc adına edilən basqıları mollanın sallaq tüklü qulaqlarına ovurdu; “ Əlinizi ağa qarya vurmadan xanlar kimi yaşayırdınız. Bir deyil, iki deyil, beşini nəğd( kəbini deyirdi) bir sürüsün də geçıcı(siğəni deyirdi) olaraq alırdınız. Yaşamınızda aftafadan ağır nəsə tanımadınız. Ancaq it sürüsü kimi tula balaldırdınız. Onların qarnın, əynin hardan donatırdınız, itim molla!? Bir işçi, əkinçi, məmur iki uşağı saxlmaqda dəridən qabıqdan çıxarkən, sizlər onlarla uşağı ağabalası kimi böyüdürdünüz. Belmi, kərkimi, oraxmı,... olduğununu biləniniz oldu? Yezidin çörəyini yeyərkən ona lənət oxudurdunuz. Sizin o qaniçən başçınız düz deyirdi, NƏYİNİZ VARDISA KƏRBƏLƏDANdı. Olan, o uyuşduruya çevrdiyiniz olay olmasaydı, nəyin çörəyin yeyərdiniz? Toplumu o uyuşdurucuyla ağlar günə qoymuşdunuz. Ağzınızı açıb Ərəbcə farsca nəsə qar qar edən kimi toplumun göz yaşı sellənirdi. Olan ipiqırıq, sağa getdik həram, sola getdik həram, düzüne, milləmə getdik həram bə biz orada ne pox yeirdik sizin atnızın ağzıyla? Bir toplumda bundan böyük sayrılıq olarmıdı, heyvərəoğlu heyvərə!? Bunun yayıcısı siz qavatlar deyildinizmi?” Yazıq Teymur kişi söyməkdən, döyməkdən yorulmuş, it kimi tənsiyirdi. Tər bütün canını almışdı. Zadının ucundan belə tər damlırdı. Sonra mollanı ayğa qaldırıb dedi; “ Du sihdir birdə gözümə görünmə, görünsən səni o söz!” Utanmaz molla da tər qan içində yan yörəsinə baxıb donquldandı; “ Sihdirux da, qorxmurux.” Teymur kişi isə bağırdı; “Olan sizdə olan üz qancıq itdə də belə yoxdu. Üzüzün suyunu o molla işliklərində töküblər.” Sonra mollanın yaralı götünün üstünə bərk bir təpik endirib bağırdı; “ Sihtirməsən tutub...” Molla suyu süzülmüşcəsinə axsıya xsıya əkildi. Teymur kişiylə anadan gəlmə o durumda qarşılaşmamq için mən də oradan tü dabana dedim. Bütün yerlərdə kimsə nə istirdisə öz özünə deyirdi. Böyük bir söz bazarına bənzirdi. İlgimi çəkən çoxlu olaylar vardı. Bu olayların başında o dünyada yaşdıqlarının yanlışlıqları dururdu. Təpkilərin bütünü bu dünyanın dolandırıcılarınaydı. Orada inanc adamlarına, xaqanlara, siyasal kimsələrə it oyunu tuturdular. Başlarına gətirilməyəcək pis işlərdən belə çəkinmirdilər. Kimsə də onların qarşısını almırdı. Doğrusu mən belə o kimsələrin bu günə düşəcəklərinə inanmırdım. Yazıqlanma duyğusu məndə də yox olmuşdu. Ancaq bilinc altında bunların qarşısı az da olsa alınmalıdır, deyə düşünürdüm. Yeni olduğum için, quralları bilmədiyimdən təpki göstərməkdən çəkinirdim. Az gəzdim, üz gəzdim, bir an qarşımda “ Nə yayda Şahgölü gördüm, nə qışda kürsü başı, köçüb gedir bu cahandan muxlisanə sihtirirəm” deyən Tərbizli qoşuqçunu gördüm. O da başına toplaşan bir qalabalığın nəkivarına zolluyurdu ; “ Elə bə deyirdiz öləndən sonra salavatın birinə yetmiş huru verəcəklər!?” sonra ortancıl barmağını qldırıb “Alın nıx verdilər. Çevirdiyiniz salavatları kim yazdı? Yazan varsa gedin ondan hesabın sorun. Doğruydusa indi milyonlarla huri sürüləriniz olmalıydı. Olan hamınızı eşək kimi qandırıb, malınıza, namusuza o mollalar yiyələndilər. Hə canız çıxsın, deyirdiz daha təqvlı olub üstəlik HÜRİL EYN də alarsınız!? Olan köpəklər, BİR AYAĞI DOĞUDA, BİR AYAĞI BATIDA, ZADI DA MƏKKƏDƏ, YETMİŞ BOYALI PALTAR ALTINDAN İLİYİ GÖRÜNƏN HURİLEYNlə yüzaltmışlıq boyunuzla nəcə sikişəcəydiniz? Bunları orada qulaqlarınıza ovulayanda ağzınızın suyumu axırdı. Başınız yoxudu, gözünüz dəmı yoxudu göbəyinizdən yarım qarış altına baxasınız!? O HURİLEYNlə yatmaq için gərək ən azından Ekvador çizgisi boyda zadınz olmalıydı. Hardadı o ?” Orada olan kişilər göbəklərinə doğru baxıb, ucadan gülüşdülər. Birdən bir qadın ucadan səsləndi; “ Heç bu uydurmalara olduğu kimi uymurdunuz. Ac gözləriniz elə o qadının bu qadının dalındaydı. Biz birinə baxanda ləçər, siz mininə baxanda qoçu olurdunuz. Bizə inanc heç haq tanımadığı kimi, siz də tanımırdınız. Bir qadın könlünü ikinciyə qapdıran kimi inanc DAŞQALAQ, siz də nə yolla olursa olsun ölüm düşünürdünüz. Bu inancların başladığ gündən bu yana bir geçmişliyə baxın. Başında duranları belə neçə qadınlıydılar. Hərəmsaraları bu inaclar onaylamadılarmı? Varlıların kişisi də qadını da o uyğunsuz düzənlərdə EŞQ yaşırdılar. Ancaq bu haqsızlıqların bütününə özünüz mənbərlərdən düşüncə alırdınız. Mənbərlər sizi qollurdu. Birinə yan baxan kimi Ləçər olurduq. Bizə qarşı onlarla olumsuz, Qəhbə, Fahşə, Ləçər... kimi sözcüklər düzəldirdiniz, ancaq özünüzə qarşı bu sözcüklərin sayı olduqca azıdır.Bir sözlə sizin yaşadıqlarınız Eşq, bizim baxışlarımız belə Ləçərlik olurdu. Nədni isə inancların bütününün ataerkil anlayışından qaynaqlandığındandı. Uydurma 124 min yalvacın birinin qadın olduğunu deyən vardımı? Yox! Çün, QADIN USSUZDUR, TANRI DA USSUZLARA GÜVƏNMƏZMİŞ. Buna görə də mənə güvənmiyənin götünə bir təpik vurub, qoxulu atıqlığa yuvarladaram. Nədən o xınalı saqqal xoruz mollaların bu uyduruqlarına inanırdınız? Kimsə siz kişilərdən çıxıb bu inanc buluşçularına ayrıcalığın nədənini sormadı. Doğa bizi savunmacı, sizi axıncı etmişsə, bu sizə qadın haqlarını tapdalamaq yetgisi vermirdi. Yalvac deyil, molla, keşiş, xaxam yetgisini belə qadınlardan əsirgədiniz. Bizi penqivin kimi qara yeləklərə bürüyüb, öz gözlərinizə özəlləşdirdiniz. Yalnızca qoşuqlarınızda bətimləmələrdə buynumuzu oxşadınız. Artıq eşşək özüzsünüz! Eşit paylaşımlı toplumda qadın, kişi ayrıcalığı olmayacaqdır. İndi gedin millənin! Bir özüzdən deyirsinzsə, bir də bizdən deyin. Sizə bir çəkdirdilərsə, bizə min çəkdirdilər. İnanclar qonuyla bağlı suçluydularsa, onları uyğulayanlar da sizlərdiniz, sizlər də suçluydunuz. Bir kəz də ağzınızı açıb, təpki göstərmədiniz. Artıq burada bütünüylə eşitliyimizdən ödün vermiyəcəyik. Dediklərinizin qarşılığını alacaqsınız. Geçmiş düşüncələrinizin dərisin soyunun, özünüzü yeniləyin, burada əl ələ birlikdə gözlə yaşamın ilkələrini quralım.”


Yüklə 120,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə