Clubfoot: Ponseti Management [Azeri]


Ponseti metodu ilə müalicə edilən əyripəncəli körpələrdə nəzərdə tutulan nəticə nədir?



Yüklə 343,72 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix30.12.2017
ölçüsü343,72 Kb.
#18760
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

 



Ponseti metodu ilə müalicə edilən əyripəncəli körpələrdə nəzərdə tutulan nəticə nədir?

 

Tək tərəfli əyripəncəli xəstələrdə xəstə olan tərəf  normal tərəfə nisbətən daha qısa (ortalama 1.3sm) və incədir (ortalama 0.4sm) 



Alt ətrafların uzunluqları eynidir, amma xəstə tərəfin çevrəsi normal tərəfə görə kiçikdir (ortalama 2.3sm). Ayaq güclü, elsatik və ağrısız ol- 

malıdır. Bu düzəlmə xəstənin həyatı boyu davam etməsi üçün nəzərdə tutulur. Bu müalicə ilə uşaqlıq dövrü üçün  normal funksiyaya malik  

 və yetkinlik dövrü üçün ağrısız, hərəkətli ayaq təmin olunur. 

Valideynlərində də əyripəncəlik  olan uĢaqlarda bu patologiyanın görülmə sıxlığı necədir?

 

Valideynlərdən birində bu patologiya olubsa, uşaqda görülmə ehtimalı 3%-4%-dir. Valideynlərdən hər ikisində bu patologiya rastlanıbsa  



onda, uşaqlarda görülmə ehtimalı 30%-ə qədər yüksəlir.  

Cərrahi müdaxilə və Ponseti metodunun nəticələri arasındakı fərqlər nədir?

 

Cərrahi müdaxilə ayağın ilkin görünüşünü düzəltməsinə baxmayaraq, residivlərin qarşısını ala bilmir. Ayaq və ayaq biləyi cərrahları   



cərrahi metodlarla düzəldilən ayaqların yetkinlik dövründə zəif, sərt və tez-tez ağrılı olduğunu qeyd edirlər. 

Ponseti metodunun effektiv olmadığı vəzyiyyətlər hansı sıxlıqda rastlanır?

 

Uğurlu müalicə ayağın sərtliyindən, cərrahın təcrübəsindən və ailənin diqqətindən asılıdır. Əksəriyyət hallarda, xəstələrin 95%-indən 



çoxunda uğurlu nəticə əldə edilir. Uğursuzluq daha çox ayaq altında və ayaq biləyi üstündə görülən dərin qırışı olan, ağır kavusu və qısa,    

 

fibrozisə uğramış baldırın üçbaşlı əzələləsi olan sərt ayağa malik xəsətlərdə görülür . 



Ponseti metodu digər əzələ-sümük sistemi problemləri olan əyripəncəli körpələrdə də faydalıdırmı?

 

Ponseti metodu artroqripozis, mielomeninqosel, Larsen sindromu və digər sindromlu uşaqlara da tətbiq edilə bilər. Düzəlmə daha uzun  



çəkdiyi üçün müalicə daha çətindir. Xüsusilə mielodisplaziya kimi hiss qüsuru olan uşaqlarda dəridə yaralar əmələ gətirməmək üçün   

diqqətli olmaq lazımdır. 



Əvvəlcə digər metodlarla müalicə edilmiĢ əyripəncəlikdə Ponseti müalicə metodu faydalıdırmı?

 

Ponseti metodu eyni zamanda təcrübəsi olmayan həkimlər tərəfindən əvvəlcədən manipulyasiya və gips sarğıları tətbiq edilən ayaqlarda 



da faydalıdır.. 

Ponseti metodunun müalicə mərhələləri nələrdir?

 

Əyripəncəliyin çoxu qısa manipulyasiya və sonra maksimum düzəlmiş vəziyyətdə gips sarğısıyla düzəldilə bilər. Təqribən beş ardıcıl  



tətbiq edilən gips sarğısı sonrası kavus, adduksiya və varus düzəldilir. Ekin deformasiysının düzəldilməsi üçün dəri üzərindən axil 

tenotomiyası demək olar ki, bütün hallarda tətbiq edilir və ayaq sonuncu dəfə 3 həftəlik gips sarğısına alınır. Bu düzəlmə ayaq abduksiya 

cihazına [2] qoyularaq gecə şinalaması ilə qorunur və uşaq 2-4 yaşına çatana qədər davam etdirilir. Bu metodla müalicə edilən ayaqların 

normal yerimə imkanı yaradacaq qədər güclü, elastik və ağrısız olduğu göstərilmişdir. 



1

 

 



2

 

7

 



 

 

 



 

 

 



 

 

Əyripəncəliyin müayinəsi

 

1

 

Diaqnozun qoyulması

 

Skrininq

 

Bütün səhiyyə işçilərini [1] yeni doğulmuşların və südəmər uşaq-  



ların ayaq deformasiyaları [2] və digər problemlərinin [3] müayinəsi üçün hə- 

vəsləndirin. Problemi olan uşaqlar əyripəncəlyin müalicəsi ilə məşğul olan 

xəstəxanalara göndərilə bilər. 

Təsdiqləmə

  Müyinə zamanı müəyyən olunan deformasiyalara diaqnoz ancaq 

sümük-əzələ sistemi xəstəlikləri ilə məşğul olan mütəxəssis tərəfindən qoyula 

bilər. Əyripəncəliyin səciyyəvi xüsusiyyətləri kavus, varus, adduksiya və 

ekinizmdir [4]. 

Bu müayinə zamanı metatarsus adduktus və bəzi sindromlar da aşkar 

oluna bilər. Bundan başqa əyripəncəlik bir neçə ayrı kateqoriyaya bölünür. 

Bu təsnifat  proqnozu müəyyən etmə və müalicə planı üçün lazımdır. 



2

 

 



Əyripəncəliyin təsnifatı

 

Tipik əyripəncəlik

 

Bu klassik əyripəncəlikdir  və normal uşaqlarda görünür. Ümumiyyətlə bu de- 



formasiya beş gips sarğısı ilə düzəldilə bilir və Ponseti metodu ilə müalicənin  

nəticələri  yaxşı və ya əladır. 

Bəzən deformasiya çok elastik olur və bətndaxılı 

Pozisional əyripəncəlik

 

sıxışma ilə əlaqədar əmələ gəldiyi düşünülür. Düzəlmə adətən bir iki gips sarğı- 



sıyla əldə edilir. 

6 aylıqdan böyük uşaqlarda. 



Gec müalicə edilmiş əyripəncəlik

 

Ponseti metodu və ya digər metodlarla 



Tipik əyripəncəlik residivi

 

müalicə nəticəsində əmələ gələ bilər. Deformasiyanın residivi Ponseti metodu 



3

 

ilə müalicə sonrası daha az görülür və müalicə sonrası abduksiya cihazının erkən 



çıxarılmasına bağlıdır. Residiv zamanı öncə dinamik olan və sonra vaxt  keçdikcə  

sərtləşən supinasiya və ekinizm görülür. 

Ponseti metodundan başqa və ya 

Alternativ yolla müalicə edilən əyripəncəlik

 

 cərrahi metodlarla müalicə olmuş ayaqlar daxildir. 



Atipik əyripəncəlik

 

Bu kateqoriyaya daxil olan əyripəncəli uşaqlarda başqa problemlər də var. Ponseti 



metodu ilə müalicəni başlayın. Düzəlmə tipik əyripəncəliyə nəzərən daha çətindir. 

ayaq arıq və ya tosqun ola bilər. 



Sərt və ya rezistent atipik əyripəncəlik

 

Tosqun ayaqları müalicə etmək daha çətindir. Bu ayaqlar sərt, qısa, kök olur.  



4

 

Ayaq altından və ayaq biləyi arxasından keçən dərin büküş var. Birinci ayaq daraq  



arxası sümük daha qısadır və ayaq daraq arxası falanqa oynağı hiper ekstensiyada- 

dır (22-ci səh.). Bu deformasiya normal ayaqda da ola bilər. 

Digər anadangəlmə anomaliyalarla birgə görü- 

Sindroma bağlı əyripəncəlik 

 

lür (23-cü səh.). Əyripəncəlik sindromun bir hissəsidir. Ponseti metodu stan- 



dart müalicə üsuludur, ancaq daha çətindir və müalicəyə necə cavab verməyi   

qabaqcadan təhmin edilə bilmir. Nəticə əyripəncəlikdən çox sindromdan ası- 

lıdır. 

– anadangəlmə ayaq daraqarxası sinxondrozu. 



Teratoloji əyripəncəlik

 

– meninqomielosel kimi nevroloji xəstəliklərlə 



Nevroloji əyripəncəlik

 

əlaqədardır. 



    – Striter displaziyası ilə əlaqədardır. 

Qazanılmış əyripəncəlik

 

8

 



Yüklə 343,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə