Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə67/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   64   65   66   67   68   69   70   71   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
120                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
yon  nəfərə  yaxın  adam  yaşasa  da,  əhali  qabaq-
cadan  köçürüldüyündən,  ölənlərin  sayı  çox  az 
olmuşdur. Qış yuxusuna getmiş ilanların dekabrın 
ortalarında  öz  yuvalarından  çıxıb,  buz  üzərində 
donub  ölmələrinin  aşkar  edilməsi  diqqəti  ən  çox 
cəlb  edən  xəbərdarlıqlardan  biri  oldu.  Əsas 
təkanlar  baş  verməmiş  aydan  qabaq  «yüzlərlə, 
minlərlə»  adam  heyvanların  qəribə  davranışı 
haqqında məlumat verdiklərindən zəlzələ həyəca-
nı  daha  da  artırdı;  zəlzələnin  episentrində  məs-
kunlaşmış  bu  adamların  dedikləri  sonra  özünü 
doğrultdu… 
Kaliforniya  Texnologiya  İnstitutunun  bir 
geofizik  əməkdaşı  qeyd  edir  ki,  yerin  deforma-
siyaya uğraması, su səviyyəsinin aşağı düşməsi və 
yerin  geomaqnit  sahəsinin  dəyişməsi  kimi  fiziki 
hadisələr  zəlzələni  qabaqcadan  müəyyənləşdi-
rməyə köməklik göstərir. Haiçenq zəlzələsinin baş 
verəcəyi  qabaqcadan  aşkar  edilmişdi.  Lakin 
çinlilər  1976-cı  il  iyunun  28-də  baş  vermiş  dağı-
dıcı zəlzələnin verəcəyi ziyanı azaltmaq üçün heç 
bir  tədbir  görə  bilmədiklərindən,  Tanqşan  kimi 
böyük  şəhər  yerlə  yeksan  olmuş  və  təqribən  850 
minə qədər adam ölmüşdür. 
Çində  heyvanların  qeyri-normal  davranışı 
ilə zəlzələnin baş verə biləcəyi arasındakı əlaqənin 
üç min illik tarixi vardır. XYII əsrdə Yaponiyada 
belə  bir  rəvayət  vardı:  nəhəng  naqqa  balıqları  
yerin altında öz iri gövdələrini tərpətməklə zəlzələ 
yaradırlar… Görünür ki, bu xalq rəvayətinin mü-
əyyən  əsası  varmış.  Naqqabalığı,  adətən,  suyun 
dibində  yaşayır;  lakin  zəlzələqabağı  bu  balıqların 
sudan qırağa sıçradıqlarına təsadüf etmişlər… Bu 
onu  göstərir  ki,  balıqlar,  təhlükəsizlik  xatirinə 
sualtı relyefdən uzaqlaşırlar. 
1930-cu  illərdə  Yaponiyada  bir-birinin  ar-
dınca  xeyli  zəlzələ  baş  verdi;  bu  ərəfədə  alimlər 
naqqabalığının  zəlzələni  qabaqcadan  xəbərvermə 
hissiyyatını  sınaqdan  keçirmək  imkanı  tapdılar. 
Asamuşi  Dəniz  Bioloji  Stansiyasında  işləyən  iki 
tədqiqatçı  alim  mexaniki  təsir  və  ardıcıllıqla  baş 
verən  zəlzələ  ilə  naqqabalığının  hissiyyatı 
arasında  bir  əlaqə  olduğunu  aşkar  etmişlər. 
Naqqabalıqlarını yerli körfəzdən götürülmüş su ilə 
dolu akvariumlara salmışlar. Tədqiqatçılar akvari-
umları taxta stulların üstünə qoymuş və gündə üç 
dəfə taqqıldatmışlar. Onların apardıqları tədqiqat-
lar göstərmiş ki, naqqabalıqları taqqıltıya reaksiya 
vermirlərsə,  deməli,  yer  tərpənməsi  baş  verməyə-
cəkdir.  Əgər  naqqabalıqları  zəlzələnin  baş  verə-
cəyini hiss edib sudan havaya tullanırlarsa, demə-
li, altı-səkkiz saatdan sonra zəif zəlzələ olacaqdır. 
Tədqiqatçılar  müəyyən  etmişlər  ki,  naqqa  balı-
ğının  zəlzələ  olacağına  verdiyi  reaksiya  80  faiz 
özünü doğruldur. Naqqa balıqları ən zəif titrəyişə 
belə həssasdırlar… 
Yaponların  apardıqları  sonrakı  eksperi-
mentlərdə  naqqabalığının  elektrik  sahələrində 
həssaslığı yoxlanmışdır. Akvariumlara elektrodlar 
salınmış  və  balığın  ətrafında  elektrik  sahələri 
yaradılaraq  ona  təsir  göstərilmişdir.  Naqqabalığı-
nın  mikroamper  qədər  ani  elektrik  dəyişmələrinə 
belə  həssas  olduqları  aşkar  edilmişdir.  Beləliklə, 
yerin  elektrik  sahəsində  əmələ  gəlmiş  dəyişiklik 
zəlzələ hadisəsinin göstəricisi kimi çıxış edə bilər. 
1930-cu illərdə başqa bir yapon alimi Toki-
onun  cənub-şərqində, İzu əyalətində balıq ovu ilə 
seysmik fəallıq arasındakı əlaqəni tədqiq etmişdir. 
6  illik  məlumatı  diqqətlə  nəzərdən  keçirdikdən 
sonra o,  belə  qənaətə  gəlmişdir  ki,  karankas  balı-
ğının  bol  ovu  ilə  seysmik  fəallıq  arasında  sıx 
əlaqə  vardır.  Onun  zənnincə,  seysmik  təkanlar 
balıq  ovlanan  sahələrə  daha  çox  balıq  gəlməsinə 
və miqrasiya edən plankton növünün dəyişməsinə 
səbəb  ola  və  ya  da  dəniz  yatağının  deformasiyası 
nəticəsində dəniz suyunun kimyəvi tərkibinə təsir 
göstərə  bilər.  1933-cü  ildə  böyük  Sanriku  zəlzə-
ləsindən bir gün əvvəl bir yapon ixtioloqu dənizin 
yuxarı  qatlarında  məskunlaşmış  stavrida  balıqla-
rının  mədəsində  dərinliklərdə  yaşayan  diatomlara 
rast  gələndə  çox  təəccüb  etdi.  Zəlzələdən  üç  gün 
sonra  sardina  balıqları  öz  mədələrini  yenə  də 
yuxarı qatlarda yaşayan planktonlarla doldurmuş-
dular.  Bundan  başqa,  zəlzələlərdən  bir  neçə  saat 
sonra  dərinliklərdə  yaşayan  nadir  balıqların  tutul-
ması belə bir inam yaradır ki, dəniz yatağında baş 
verən  seysmik  qasırğalar  dərinlik  sakinlərinin 
yuxarı qatlara miqrasiya etməsinə səbəb olur… 
Çin  alimləri  göyərçinlərin  zəlzələni  qabaq-
cadan  xəbər  verə  bilmə  imkanlarını  Pekində 
sınaqdan  keçirmişlər.  Onlar  göstərirlər  ki,  göyər-
çinin  ayaqlarındakı  xırda  ellipsoid  hissəciklər  bir 
mikrondan  da  kiçik  amplitudalı  titrəyişlərə  həs-
sasdırlar.  Bu  xırda  hissəciklər  bir-birinə  əsəb 
telləri  ilə  bağlıdır.  Zəlzələ  xəbərvericilərini  bu 
hissəciklərin aşkar edə bilməsini eksperiment yolu 
ilə  müəyyənləşdirmişlər;  belə  ki  göyrəçinlərin 
bəzilərində  hissəcikləri  birləşdirən  əsəb  telləri 
kəsilmiş,  bəzilərində  isə  onlar  toxunulmamış  qal-
mışdı. Əl vurulmamış quşlar 4 bal gücündə olacaq 
zəlzələdən  qabaq  dəli  kimi  uçmuş,  əsəb  telləri 
kəsilmiş  quşlar  isə  zəlzələdən  xəbər  tutmadığın-
dan sakit qalmışlar… 
Heyvanların  öz  həyatları  boyunca  güclü 
seysmik  təsirlərə  məruz  qala  bilməsi  ehtimalı  hə-
qiqətdən  uzaqdır;  odur  ki,  onlarda  zəlzələ 
siqnallarını  aşkar  etmək  üçün  xüsusi  sistemlərin 
inkişaf etdiyini demək çətindir. Güman ki, zəlzələ 
hadisəsinin  xəbərvericilərini  heyvanlar  ətraf  mü-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə