Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə70/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   64   65   66   67   68   69   70   71   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
124                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
AKADEMIK RAMİZ MAHMUD OĞLU MƏMMƏDOV – 65 
015-ci 
il 
fevralın 
3-də 
AMEA 
akad. 
H.Ə.Əliyev  adına 
Coğrafiya  İnstitu-
tunun 
kollektivi 
institutun direktoru 
–  görkəmli  alim, 
akademik 
Ramiz 
Məmmədovun 
anadan  olmasının 
65, 
elmi 
fəa-
liyyətinin  45  illik  yubileyini  qeyd  etmək  üçün 
Elmi Şuranın xüsusi iclasını keçirmişdir. Tədbirdə 
əlaqədar  institut  və  müəssisələrdən  qonaqlar  da 
iştirak etmişdir. İclasa sədrlik edən Coğrafiya İns-
titutunun  direktor  müavini,  AMEA-nın  müxbir 
üzvü  Elbrus  Əlizadə  iştirakçıları  salamladıqdan 
sonra  bugünkü  yubiley  iclasının  bu  səpkili  başqa 
tədbirlərə  oxşamadığını,  tədbirin  yenilik  tərəfdarı 
olan  səbəbkarın  ənənədən  kənara  çıxaraq  özünün 
“Tamamlanmamış  yekunlar”  adı  altında  keçi-
rəcəyi təqdimatla başlayacağını bildirdi. 
Alimin  həyat  yolunu  təvazökarlıqla  əkset-
dirən fotoşəkil, diaqram, düstur və xəritələrlə zən-
gin və daha çox elmi hesabatı xatırladan təqdimat 
iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. 
Sonra E.Əlizadə R.Məmmədovun elmi fəa-
liyyəti  haqqında  qısa  məlumat  verərək  vurğuladı 
ki,  300-ə  yaxın  elmi  məqalənin,  11  monoqrafiya, 
1  coğrafi  atlas    və  20-yə  qədər  beynəlxalq  elmi 
layihənin  müəllifi  olan  akademik,  texnika  elmləri 
doktoru,  professor  Ramiz  Məmmədov  Azərbay-
canda  və  beynəlxalq  miqyasda  Xəzər  dənizinin 
öyrənilməsi  üzrə  tanınmış  ekspert-alimdir.  Onun 
çoxcəhətli tədqiqatları coğrafiya elminin müxtəlif 
istiqamətlərini − Xəzər dənizi, okeanologiya, eko-
logiya, səhralaşma, landşaft planlaşdırılması və s. 
sahələri əhatə edir. R.Məmmədov elmin ən aktual 
və  çətin  problemləri  ilə  məşğul  olmuş,  sonrakı 
fəaliyyətində də bu ənənəni davam etdirməkdədir.  
Kür-Araz  hövzəsinin  transsərhəd  su  problemləri, 
ətraf  mühitin  mühafizəsi  də  alimin  əsas  tədqiqat 
istiqamətlərindəndir.  30-dan  çox  xarici  ölkədə  el-
min  aktual    sahələri  üzrə  etdiyi    məruzələri  bey-
nəlxalq  miqyasda  Azərbaycan  coğrafiya    elminin 
nüfuzunu artırmışdır. 
E.Əlizadə daha sonra Ramiz Məmmədovun  
bir  rəhbər  kimi  innovativ  və  təşəbbüskar    xarak-
terə  malik  olduğunu  bildirərək,  onun  institutda 
müasir informasiya-kommunikasiya  texnologiya-
larının  geniş  miqyasda  tətbiqinə  nail olmasından, 
əməkdaşların  müasir  texnologiya  vasitələri  ilə 
işləməsini  qismən  həyata  keçirməsindən,    elmi-
tədqiqat  işlərində  coğrafi  informasiya  sistemlə-
rinin  (GİS)  tətbiqinə  üstünlük  verməsindən,  çöl-
tədqiqat  işlərinin  müəyyən  qədər  bərpa  olunma-
sından,  institut  əməkdaşlarının  müxtəlif  səviyyəli  
qrant  layihələrində  iştirakına  və  bununla  da  on-
ların  maddi  rifah  halının  xeyli  yüksəlməsinə  nail 
olmasından söhbət açdı. 
BDU-nun professoru, c.e.d. Neron Babaxa-
nov  öz çıxışında R.Məmmədovla birlikdə ekspe-
disiyada  iştirak  edərkən  onu  coğrafiyaçı-tədqi-
qatçı  alim  kimi  yenidən  kəşf  etdiyini  və  Atlantik 
və Sakit okeanlarında elmi tədqiqatların iştirakçısı 
olmaqla,  dənizləri  öyrənən  azərbaycanlı  alimlər 
arasında birinci olduğunu bildirdi. 
BDU-nun  İqtisadi  və  sosial  coğrafiya  ka-
fedrasının  müdiri,  c.e.d.,  professor  Tapdıq  Həsə-
nov Ramiz  müəllimin həyat yolunun gənc coğra-
fiyaçılar üçün örnək olduğunu, elmin daşlı-kəsəkli 
yollarından keçib coğrafiyanın ən yüksək zirvəsi-
nə  çatan  alimdən  çox    şey  öyrənməyin  mümkün-
lüyünü  söylədi. 
Geologiya  və  Geofizika  İnstitutunun  direk-
tor müavini, g.m.e.d. Dadaş Hüseynov, həmin ins-
titutun  şöbə  müdiri,  akademik  Hətəm  Quliyev, 
Bakı  Dövlət  Universitetinin  Coğrafiya  fakültə-
sinin  dekanı,  c.e.d.,  professor  Fərda  İmanov  və 
başqaları  çıxış  edərək  akademik  R.Məmmədovun 
sadəlik, təvazökarlıq, qayğıkeşlik kimi insani key-
fiyyətlərindən,  elmi-texniki  potensialından,  bir 
rəhbər  kimi  müsbət  cəhətlərindən  söhbət  açdılar, 
yubilyara öz xoş arzularını bildirdilər. 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 125 
 
AZƏRBAYCAN COĞRAFİYA CƏMİYYƏTİNİN IX QURULTAYI 
2014-cü  il  aprelin  30-da  Azərbaycan  Coğ-
rafiya  Cəmiyyətinin  IX  qurultayı  keçirildi.  ACC-
nin vitse-prezidenti, AMEA-nın müxbir üzvü, tex-
nika  elmləri  doktoru,  professor  Ramiz  Məmmə-
dov  iclası  giriş  sözü  ilə  açaraq  sonuncu  qurul-
taydan  keçən  dövr  ərzində  ACC-nin  hesabatını 
təqdim  etdi.  Bu  dövr  ərzində  həyata  keçirilmiş 
layihə  və  konfranslar,  cəmiyyətin  filialları, 
nəşrləri, beynəlxalq əlaqələri  və s. haqqında ətraf-
lı məlumat verdi. 
Qurultayın  proqramına  uyğun  olaraq  çıxış-
lar  dinlənildi.  BDU-nun  professoru,  c.e.d.  N.Ba-
baxanov  coğrafi  problemlərdən  danışaraq  Xəzər 
sahillərinin  mənimsənilməsi  zamanı  dənizin  sə-
viyyə  tərəddüdünün  nəzərə  alınmamasını  xüsusi 
vurğuladı.  BDU-nun  coğrafiya  fakultəsinin  de-
kanı,  c.e.d.  Fərda  İmanov  çıxışında  cəmiyyətin 
maddi bazasının zəif olmasından söz açdı, maarif-
ləndirmə  işlərinin  gücləndirilməsinin  vacib  oldu-
ğunu vurğuladı. ADPU-nun coğrafiya fakültəsinin 
dekanı,  k.t.ü.f.d.  M.Əsgərova  ACC-nin  universi-
tetdəki  fililalının  fəaliyyətindən  danışdı.  Hidro-
meteorologiya 
Elmi-Tədqiqat 
İnstitutunun 
direktoru,  c.e.d.,  professor  R.Mahmudov  Rəyasət 
Heyətinə  gənclərin  seçilməsini  və  regionlarda 
koordinasiya  məsələlərinin  genişləndirilməsini 
təklif 
etdi. 
Daha 
sonra 
c.e.d., 
professor 
Ç.İsmayılov, c.e.d., professor Ş.Göyçaylı, c.ü.f.d., 
dosent  N.Bababəyli,  t.e.d.,  professor  M.Qoca-
manov  və  s.  coğrafiyafiyaçı  alimlər  məruzə  ilə 
çıxış etdilər. 
Qurultayda ACC-nin 17 nəfərdən ibarət ye-
ni  Rəyasət  Heyəti  seçildi. AMEA-nın  müxbir  üz-
vü,  texnika  elmləri  doktoru,  professor  Ramiz 
Məmmədov  Coğrafiya  Cəmiyyətinin    prezidenti, 
c.e.d.,  professor  Elbrus  Əlizadə,  c.e.d.,  professor 
Fərda  İmanov  və  k.t.ü.f.d.  Mətanət  Əsgərova  isə 
vitse-prezident vəzifələrinə seçildilər. 
Coğrafiya  İnstitutu  və  ACC-nin  birgə  təsis 
etdiyi  jurnalın  nəşr  olunması  barədə  qərar  qəbul 
edildi və  redaksiya heyəti seçildi. 
Daha  sonra  ACC  saytının  təqdimatı  keçi-
rildi.  Qurultay  iştirakçıları  tərəfindən  razılıqla 
qarşılanan  və  müsbət  qiymətləndirilən  saytın  in-
formasiya  bazasının  daha  da  genişləndirilməsi 
məsləhət görüldü. 
Coğrafiya Cəmiyyətinin yeni loqosu müza-
kirələrdən sonra bəyənilib təsdiq olundu. Yekunda 
qərar layihəsi səs çoxluğu ilə qəbul edildi. 
 
    
               
 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə