Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə69/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   64   65   66   67   68   69   70   71   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
122                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
baş  verən  kimi  tənək  quşları  öz  orientasiyasını 
dəyişir.  Bir    Avropa  alimi  göstərir  ki,  birəbitdən 
quşları  da  maqnit  sahəsinə  həssasdırlar.  Quşlar 
miqrasiya  zamanı  istiqaməti  fəslə  görə  olduğu 
kimi, maqnit sahəsinə görə də seçirlər. 
Son  çöl  tədqiqatları,  birbaşa  olmasa  da, 
laboratoriya  tədqiqatlarının  nəticələrini  bir  daha 
təsdiq  edir.  Aparılmış  axtarışlardan  birində  gecə 
miqrasiya  edən  sərçə  dəstəsindən  olan  quşlar 
izlənilmiş və onların səmti itirmələri maqnit sahə-
sindəki pozulma ilə əlaqələndirilmişdir. Tədqiqat-
çılar  ehtiyatla  bildirirlər  ki,  maqnit  sahəsində 
pozulma  quşlara,  ola  bilsin,  birbaşa  deyil,  yerin 
maqnit  fəaliyyətinə  görə  dəyişən  hava  nümunə-
lərinin vasitəsilə təsir göstərir. 
Başqa  bir  çöl  tədqiqatına  əsasən  müəyyən 
edilmişdir  ki,  insanın  yaratdığı  elektromaqnit 
sahəsindəki  dəyişikliklər  gecə  miqrasiya  edən 
quşları  geri  qayıtmağa  və  yüksəkliyi  dəyişməyə 
vadar  edir.  Deməli,  quşlar  elektromaqnit  sahəsin-
dəki  dəyişikliyi  tez  aşkar  edirlər…  Antena  siste-
mini  dövrədən  açmaq,  dövrəyə  qoşmaq  və  cərə-
yanı  dəyişməklə  alimlər  uçuş  yollarını  radarla 
izləmiş  və  qeydə  almışlar. Xətti  yollardan  ən  çox 
yayınma  antena  dövrəyə  qoşularkən  və  ya  da 
cərəyan dəyişərkən baş vermişdir… Tədqiqatçılar 
əmindirlər ki, quşlar bir neçə saniyənin içində al-
çaqtezlikli elektromaqnit variasiyalarını aşkar edə 
və  yerli elektromaqnit sahəsinin köməyi ilə səmti 
dəyişə bilirlər. 
Beləlilklə,  toplanılmış  dəlillər  göstərir  ki, 
quşlar maqnit sahələrindəki kiçik dəyişmələri hiss 
etməyə  qabildirlər.  Kornel  Universitetində  poçt 
göyərçinləri  üzərində  təcrübə  aparmış  biheverist 
Uilyam  T.  Keton  əmindir  ki,  eksperiment  araş-
dırmalar quş və arıların yer sahəsinin amplitudun-
dan  zəifölçülü  dəyişiklikləri  aşkar  etməyə  qabil 
olduqlarını  üzə  çıxarda  bilər.  Daha  sonra  Keton 
göstərir  ki,    poçt  göyrəçinləri  havanın  təzyiqində 
baş verən kiçik dəyişikliyi duyur və həm də tama-
milə  alçaqtezlikli  səsləri  –  zəlzələləri  müşayiət 
edən fiziki hadisələri aşkar edə bilirlər. 
Quş və arıların öyrənilməsi onların zəlzələ-
lərə olan həssaslığını üzə çıxarmağa yönəldilməsə 
də,  gələcəkdə  bu  istiqamətdə  axtarışlar  aparılma-
sının  bəhrə  verəcəyinə  ümid  bəsləmək  olar.  Ba-
lıqların  hissi  qavrayışına  aid  aparılmış  son 
tədqiqatlar  da  zəlzələni  qabaqcadan  hiss  etməyin 
öyrənilməsinə  yönəldilməmişdir.  Buna  baxmaya-
raq, quş və arılar kimi, balıqlar da zəlzələ xəbər-
vericilərinə  cavab  verə  biləcək  hissi  qabiliyyətə 
malik olduqları aşkar edilmişdir. Balıqlar yan xətt 
sistemi  adlanan  xüsusi  sensor  orqana  malikdirlər; 
o,  balığın  bədəninin  yanları  ilə  aşağı  uzanan 
kanallardan  ibarətdir.  Sensorlar  ətraf  suların  hə-
rəkətində  baş  verən  dəyişiklikliyi  və  alçaqtezlikli 
titrəyişləri  aşkara  çıxarır.  Balıqların  bəzilərinin 
sensorlarında  başqa  bir  funksiya,  elektroqavrayış 
da  inkişaf  etmişdir.  Bu  maraqlı  atribut  elektrik 
gərginliyində  baş  verən  çox  zəif  dəyişikliyi  üzə 
çıxarır.  Balıqlar  öz  bədənlərinin  ətrafında  sabit 
bioelektrik  sahələr  əmələ  gətirir.  Bəzi  dəniz  hey-
vanları  bu  sahələrə  həddindən  artıq  həssasdırlar. 
Məsələn,  köpək  və  skat  balıqlarının  Lorenzin 
ampulu  adlanan  kiçik  kisəyəbənzər  reseptorları 
vardır.  Şikar  axtararkən  onlar  bu  reseptorlardan 
istifadə edirlər. Böyük dəqiqliklə aparılmış bir sıra 
təcrübələr  göstərir  ki,  görmə,  kimyəvi  və 
mexaniki  siqnallar  olmadan  da  köpək  və  skat 
balıqları  qumun  altında  gizlənmiş  kambala  ba-
lığını bioelektrik sahəyə əsasən aşkar edə bilir… 
Heyvanların  çoxunun  zəlzələləri  müşayiət 
edən  müxtəlif  xəbərverici  fiziki  hadisələrə  həd-
dindən artıq həssas olmaları bir faktdır; lakin zəl-
zələlərin  proqnozunu  vermək  üçün  bundan  necə 
istifadə  etmək  məsələsi  həll  olunmamış  qalır. 
Reaksiya əmələ gətirən oyadıcını öyrənmək müm-
kündürmü? Bunu qəbul edən həssas cihazlar icad 
edə  bilərikmi?  Xəbərverici  hadisələr  əsas  təkan-
lardan  kifayət  qədərmi  qabaq  baş  verir?  Bu  cür 
cihazlarla belə,  uzunmüddətli proqnoz vermək və 
bunun əsasında çoxlu miqdarda  əhalini köçürmək 
mümkündürmü?  Bu  suallara  yalnız  gələcək  axta-
rışlar cavab verəcəkdir. 
 
 
İngilis dilindən çevirəni: Zahid Əhmədov
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 123 
 
ŞAHVƏLƏD BİNNƏT OĞLU XƏLİLOV – 75 
10 oktyabr 2014-
cü  il  tarixində  AMEA 
akad.  Həsən  Əliyev 
adına Coğrafiya İnstiti-
tunda  tanınmış  alim, 
AMEA-nın  müxbir  üz-
vü,  coğrafiya  elmləri 
doktoru, professor Şah-
vələd Xəlilovun anadan 
olmasının 75 illik yubi-
leyinə  həsr  edilmiş  xa-
tirə günü  keçirildi. 
Tədbiri giriş sözü ilə Coğrafiya Institutunun 
direktoru,  akademik  Ramiz  Məmmədov  açaraq 
bildirdi ki, Ş.Xəlilov coğrafiya elminə dəyərli töh-
fələr  vermiş  görkəmli  tədqiqatçı  alim  olmuşdur. 
O,  Azərbaycan  coğrafiyaçıları  içərisində  birinci 
olaraq  yeni  su  anbarlarının  səmərəli  yerləşdiril-
məsinin  əsas  ekoloji-coğrafi  prinsiplərini    işləyib 
hazırlamış,  mövcud  su  anbarlarının  ətraf  mühitə 
neqativ təsirlərinin, o cümlədən onların lillənməsi 
və  sahillərinin  dinamikasının  intensivliyi  proqno-
zunu vermişdir. 
Sonra  institutun  Coğrafi  fikir  tarixi  şöbəsi-
nin  müdiri,  c.ü.f.d.  Habil  Haqverdiyev  alimin 
həyat  və  yaradıcılığı  haqqında  geniş  məruzə  ilə 
çıxış etdi. O bildirdi ki, Ş.Xəlilov coğrafiyaşünas 
alim  olmaqla  bərabər,  eyni  zamanda,  ictimai 
xadim  olmuş,  Azərb.EA  partiya  komitəsinin  ka-
tibi, Bakı Şəhər Sovetinin deputatı seçilmiş, Azər-
baycan  müstəqillik  əldə  etdikdən  sonra  isə  YAP 
Yasamal  rayon  təşkilatının  əsas  təşkilatçılarından 
biri,  AR  Prezidenti  yanında  AAK  Ekspert 
Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. 
BDU-nun  coğrafiya  fakultəsinin  dekanı, 
c.e.d.,  professor  Fərda  İmanov,  dekan  müavini, 
dosent  Şəkər  Məmmədova,  Təbiəti  mühafizə  ka-
fedrasının müdiri, c.e.d., professor Şövqi Göyçay-
lı,  İqtisadi  coğrafiya    kafedrasının  müdiri,  c.e.d., 
professor  Tapdıq  Həsənov,  BDU  Həmkarlar  Ko-
mitəsinin sədri, dosent Fikrət Şiriyev, ADPU-nun 
Coğrafiya  fakültəsinin  dekanı,  c.ü.f.d.  Mətanət 
Əsgərova,  Coğrafiya  İnstitutunun  Ekocoğrafiya 
şöbəsinin müdiri, a.e.ü.f.d., dosent Ənvər Əliyev, 
Qurunun  hidrologiyası  şöbəsinin  müdiri,  c.e.d. 
Rəna  Qaşqay,  institutun  elmi  katibi  Luiza  Sala-
yeva    və  başqaları  Ş.Xəlilovla  bağlı  xatirələrini 
görüş iştirakçıları ilə bölüşdülər. Alimin oğlanları 
və nəvəsi də tədbirdə iştirak etmişlər. 
Sonda Ş.Xəlilovun oğlu tədbiri təşkil etdik-
lərinə  görə  ailəsi  və  qohumları  adından  institut 
rəhbərliyinə öz təşəkkürünü bildirdi. 
 
 
 
YUBİLEYLƏR VƏ TƏDBİRLƏR
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə