Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə27/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   23   24   25   26   27   28   29   30   ...   51

Devid qızının göstərdiyi yerdə, fermanın uzaq küncündə çuxur qazır.  
Altı böyük it üçün qəbir: torpaq təzəcə şumlansa da, çuxuru qazmağa bir saat vaxt lazım olur. İş 
qurtardıqdan sonra Devidin beli, əlləri sızıldayır, biləyi yenidən ağrımağa başlayır. O, ölü itləri əl arabası 
ilə gətirir. Çiyni yaralı it hələ də qanlı dişlərini ağardır. Çəlləkdəki balıqlara atəş açmaqdan fərqi yoxdur – 
Devid düşünür. Ürəkbulandırıcı, eyni zamanda insanı gümrahlaşdıran  məşğələdir, xüsusilə uzaqdan qara 
dərili insanın iyini hiss edən kimi mırıldamağa başlayan it cinslərinin yetişdirildiyi bir ölkədə. Bütün 
intiqamlar kimi, əhval ruhiyyəni qaldıran nəşəli bir məşğuliyyət. O, itləri bir-birinin ardınca çuxura qoyub, 
üstlərinə torpaq tökür.     
Evə qayıdanda, Devid Lüsinin azuqə saxladığı kiçik, kif qoxulu anbarda yataq hazırladığını görür.  
Kimin üçündü? – o soruşur.  
Mənim üçün.  
Niyə boş otaqda yox?  
Oranın tavanı damır.  
Bəs arxadakı böyük otaq?  
Dondurucu çox səs-küy salır.  
Yalandı. Arxa otaqdakı dondurucu sakit işləyir. Lüsi dondurucunun içindəkilərə görə orada yatmaq 
istəmir: içalat, sümüklər, itlər üçün daha gərək olmayacaq ət parçaları.   
Devid: - Mənim otağıma keç. Mən burada yataram.- deyib dərhal əşyalarını gətirməyə gedir. 
Doğrudanmı, o, künclərinə boş mürəbbə bankaları ilə dolu yeşiklər düzülmüş, cənuba baxan kiçik bir 
dəlikdən başqa pəncərəsi olmayan bu darısqal otaqda yatmaq istəyir? Əgər Lüsini zorlayanların qara 
kölgəsi hələ də yataq otağında çəkilməyibsə, deməli onları oradan sıxışdırıb çıxartmaq lazımdır.  Yataq 
otağına da yiyələnməklərinə yol vermək olmaz. Əşyalarını Lüsinin otağına daşıyır.  
Gecə düşür. Devid və Lüsi aclıq hiss eləməsələr də, yeyirlər. Şam yeməyi – ritualdır. Rituallar isə həyatı 
yüngülləşdirir.     
O, bacardıqca mülayim bir səslə qızından soruşur:  
- Lüsi, əzizim, niyə danışmaq istəmirsən? Axı cinayətin qurbanı olmaqda utanmalı heç nə yoxdur. Axı 
bunu sən özün seçməmisən. Sənin günahın yoxdur. 
Masa arxasında atasının qarşısında əyləşən Lüsi dərin nəfəs alıb özünü toplamağa çalışır, sonra nəfəsini 
buraxıb səssiz-səmirsiz başını silkələyir. 
Mənə nəyisə xatırlatmaq istəyirsən, elə deyil? – Devid soruşur.  
Nəyi xatırlatmaq istəyirəm?   


Qadınların kişilərin əlində nələr çəkdiyini.  
Heç ağlıma da gəlməyib. Səninlə heç bir əlaqəsi yoxdur, Devid. Niyə şikayət eləmədiyimi bilmək 
istəyirsən? Bir daha bu mövzunu açmayacağına söz versən, səbəbini deyərəm. Başıma gətirilənlər mənim 
şəxsi işimdir. Başqa zamanda, başqa yerdə bunu cəmiyyətin maraqlarına toxunan bir hal hesab etmək 
olardı. Amma indi və burda yox. Bu mənim yalnız mənim öz işimdir.  
Bura, yəni hara?  
Bura – Cənubi Afrika.  
Düz demirsən. Səninlə qətiyyən razı deyiləm. Yəni burada baş verənlər sənin üçün imtahan olub? Bu 
sınağa tab gətirdikdən sonra diplom, gələcəyə buraxılış vərəqəsi alacaqsan? Lüsi intiqam belə olmur. 
Lüsi, intiqam yanğın kimidir. Nə qədər yandırırsa, aclığı bir o qədər artır. 
Bəsdir, Devid! Yanğın haqqında cəfəngiyata qulaq asmaq istəmirəm. Mən sadəcə öz canımı qurtarmağa 
çalışmıram. Əgər belə düşünürsənsə, deməli heç nə başa düşməmisən.   
Kömək elə, başa düşüm. Fərdi qurtuluş planı hazırlayırsan? İndiki zamanda əzab çəkməklə keçmişin 
günahlarını yumaq istəyirsən?  
Yox. Hələ də səhv eləyirsən. Günah- qurtuluş – mücərrəd fikirlərdi. Özün başa düşməyə çalışmadıqca, 
sənə kömək eləyə bilmərəm.  
Devid etiraz eləmək istəsə də, Lüsi sözünü ağzında qoyur.  
Devid, razılaşdığımız kimi bu söhbəti davam etdirmək istəmirəm.  
Ata və qızı hələ bir-birlərinə qarşı  bu qədər amansız, bir-birlərindən bu qədər uzaq olmamışdılar. Devidi 
dəhşət bürüyür. 
 
 
 
XIV 
 
 
Yeni bir gün. Ettinger zəng vurub onlara “hələlik” silahını verməyi təklif edir.  
Təşəkkür edirəm. – Devid cavab verir- Fikirləşərik.  


O, Lüsinin alətlərini götürüb mətbəxi əlindən gələn qədər qaydaya salmağa çalışır. Ettinger kimi fermaya 
çəpər çəkmək, möhkəm darvazalar qoymaq lazımdır. Ferma qəsrə çevrilməlidir. Lüsi tapança almalı, 
atmağı öyrənməlidir. Doğrudanmı o, axıra qədər bu cür susmağa davam edəcək? Lüsi torpağı və qədim 
həyat tərzini sevdiyi üçün burdadır. Amma bu həyat tərzinin məhvi qaçılmazdırsa, daha burada sevilməli 
nə qalır? 
Nəhayət, Ketini gizləndiyi yerdən çıxarıb, mətbəxə gətirmək mümkün olur. Buldoq evin içində səssiz-
səmirsiz, qorxa-qorxa gəzir, Lüsini daban-dabana izləyir. Həyat hər an dəyişir. Heç bir an əvvəlkinə 
bənzəmir. Ev onlara yadlaşıb, ləkələnib. Qulaqları daim səsdədir.        
Sonra Petras qayıdıb gəlir. Köhnə yük maşını inildəyə-inildəyə çala – çuxurlu yolu ötüb, tövlənin yanında 
dayanır. Əyninə dar kostyum geyinmiş Petras kabinədən çıxır, onun ardınca isə maşından arvadı və 
sürücü düşür. Kişilər karton yeşikləri, sinklənmiş dəmir lövhələri və nəhayət, Petrasın çəpərin sütununa 
bağladığı iki cavan qoyunu maşından endirirlər. Yük maşını tövlənin yanından ötür, sonra şose yoluna 
burulub, tezliklə gözdən itir. Petras arvadı ilə birlikdə tövləyə girir. Ocağın asbest borusunun üstündən 
havaya tüstü qalxır.     
Devid onları müşahidə eləməyə davam edir. Bir azdan Petrasın arvadı tövlədən çıxıb yeyin hərəkətlərlə 
zibil vedrəsini boşaldır. Gözəl qadındır, - o düşünür- kənd dəbinə uyğun olaraq uzun köynək geyinmiş, 
saçlarını səliqə ilə yığıb, başına örpək bağlamış gözəl qadın və bəxti gətirmiş kişi. Bəs hara yox 
olmuşdular?    
- Petras qayıdıb – o, Lüsiyə deyir. – Çoxlu tikinti materialı ilə.  
Yaxşı  
Gedəcəyini sənə niyə xəbər verməyib? Sənə qəribə gəlmirmi ki, o məhz həmin gün yoxa çıxdı?  
Petrasa göstəriş verə bilmərəm. Onun ağası deyiləm.  
Məntiqli deyil, amma mübahisə eləməyəcəyəm. – O, ümumiyyətlə, bir müddət Lüsi ilə mübahisə 
eləməmək qərarında gəlib. 
Lüsi özünə qapanıb, heç nəyə maraq göstərmir. Fermerlik haqqında heç nə bilməyən Devid ördəkləri 
hindən çıxarmalı, suvarma sistemini işə salmalı, bostanı sulamalıdır. Lüsi saatlarla yatağında uzanıb, 
tavana ya da köhnə jurnallara baxır. O, jurnalları səbirsizliklə vərəqləyir, sanki orada olmayan nəyisə 
axtarır. “Edvin Drud” daha gözə dəymir.     
Devid kombinezon geyinib işləyən Petrası müşahidə edir. Qəribədir ki, bu adam hələ də Lüsiyə baş çəkib 
onunla salamlaşmayıb. Devid Petrasa yaxınlaşır, salamlaşırlar. 
 –Eşitmiş olarsınız, siz burda olmayanda, çərşənbə günü evə basqın eləmişdilər. 
Hə, - Petras deyir. - Eşitmişəm. Dəhşətdir. Amma indi yaxşısınız. 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə