Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə24/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   20   21   22   23   24   25   26   27   ...   51

Nəhayət, qapının açarı burulur. Devid qapını açana qədər Lüsi ona arxasını çevirməyə macal tapır. Qızı 
ayaqyalındır, əynində xələt var, saçları yaşdır. O, Lüsinin dalınca, soyuducunun qapılarının taybatay açıq 
olduğu, bütün ərzağın ətrafa səpələndiyi mətbəxə gedir. Lüsi it damlarında törədilən qətliamın 
nəticələrinə baxa-baxa arxa qapıda donub qalır. Devid onun pıçıltı ilə “mənim əzizlərim, mənim 
əzizlərim” dediyini eşidir. Lüsi birinci volyerin qapısını açıb içəri girir. Çiynindən yaralanmış it hansısa 
möcüzə nəticəsində hələ də nəfəs alır. Lüsi yaralıya tərəf əyilib bir neçə söz deyir. İt yüngülcə quyruğunu 
bulayır.   
Lüsi! – Devid yenə qızını çağırır və o, bayaqdan bəri birinci dəfə çevrilib atasına baxır, üzü daha da 
tutqunlaşır. 
Aman Allah, sənə neyləyiblər? – o deyir.  
Qızım! – Devid deyir və volyerə girib Lüsini qucaqlayır. Lüsi atasını yüngülcə, amma qətiyyətlə geri 
itələyir.   
Qonaq otağı alt-üst edilib. Bəzi əşyalar yoxa çıxıb: gödəkcə, nisbətən yeni ayaqqabılar. Sözsüz ki, 
bunlardan başqa da çox şey oğurlanıb.   
Devid güzgüyə baxır: saçının yerində qəhvəyi küldən başqa heç nə yoxdur. Külün altından qıpqırmızı 
qızarmış dəri görünür. Başına toxunur, artıq qan axmağa başlayıb. Göz qapaqlarından biri şişib, qaşları da 
kirpikləri də yanıb.  
Devid vanna otağına gedir, amma qapı bağlıdır.  
- Gəlmə - Lüsinin səsi eşidilir.  
- Yaxşısan? Yaralanmamısan?  
Axmaq suallardır; Lüsi cavab vermir.  
O, stəkandan su tökə-tökə mətbəx çanağında başının külünü yumağa çalışır. Su belindən süzülür, o, 
soyuqdan titrəməyə başlayır. Belə hadisələr ölkənin müxtəlif yerlərində hər gün, hər saat, hər dəqiqə baş 
verir – Devid öz –özünə deyir. Hesab elə ki, bəxtin gətirib, sağ qalmısan, indi naməlum istiqamətdə 
uzaqlaşan öz maşınında girov deyilsən. Hesab elə ki, Lüsinin də ilk növbədə Lüsinin bəxti gətirib.   
Nəyəsə - maşına, bir cüt ayaqqabıya, bir paket siqaretə sahib olmaq təhlükəsi. Maşın, ayaqqabı, siqaret 
hamıya bəs eləmir. İnsanların sayı həddən artıq çoxdur, əşyalarsa həddindən azdır. İnsanların sahib 
olduqları mütləq dövr eləməlidir ki, hər kəsin, heç olmasa bir gün xoşbəxt olmaq imkanı olsun. Nə insan 
qəlbində kök salmış pislik, nə mərhəmət, nə də faciə ilə heç bir əlaqəsi olmayan dövretmə sistemi. Bu 
ölkədəki həyata belə baxmaq lazımdır. Yoxsa dəli olarsan. Maşınlar, ayaqqabılar və qadınlar. Sistemdə 
başlarına gətirilənlərə görə qadınlar üçün bir daldalanacaq yeri olmalıdır.     
Lüsi arxadan Devidə yaxınlaşır. İndi qızının əynində enli şalvar və yağmurluq var, saçını arxaya darayıb, 
üzü təmiz və ifadəsizdir. Devid qızının gözlərinin içinə baxır, “Əzizim, əzizim…”  deyib qəfil göz yaşlarına 
boğulur.   


Lüsi atasını sakitləşdirməyə çalışmır.  
Başın çox pis görünür – o deyir. – vanna otağındakı şkafda uşaq kremi var. Başına sürt. Maşınını 
apardılar?  
Hə. Məncə, Port-Elizabet tərəfə getdilər. Polisə zəng vuracağam.  
Telefonu sındırıblar.  
Lüsi onu otaqda tək qoyur. O, divanda əyləşib gözləyir, ədyala bürünsə də, titrəməsi dayanmır. Nəbzi 
döyündükcə şişmiş biləyi sızıldayır. Biləyinin necə zədələndiyini xatırlamır. Hava qaralır. Günün ikinci 
yarısı bir göz qırpımında keçib getdi. 
Lüsi qayıdır.  
O: - kombinin təkərləri deşilib. Ettingerin yanına gedirəm. Tez gələrəm. – deyib bir müddət susduqdan 
sonra yenidən dillənir:  
- Devid, soruşan olanda, yalnız öz başına gələnləri danış, yaxşı?  
Devid başa düşmür.   
— Sən öz başına gələni danışırsan, mən öz başıma gələni – Lüsi izah edir.  
- Səhv eləyirsən, - Devid çox tez xırıltıya keçən bir səslə deyir.   
- Yox, səhv eləmirəm, - Lüsi cavab verir.  
- Qızım, mənim qızım! – o, əllərini qızına tərəf uzadıb deyir.  
Lüsi irəli bir addım da atmır, ona görə də Devid ayağa qalxıb ədyalı üstündən atır və qızını qucaqlayır. 
Lüsi atasının qucağında heykəl kimi daşlaşıb hərəkətsiz dayanır.  
 
 
 
XII 
 
 
Ettinger qəsdən nəzərə çarpdırdığı alman ləhcəsi ilə ingiliscə danışan qaşqabaqlı qoca bir kişidir. Arvadı 
ölüb, uşaqları Almaniyaya qayıdıblar, təkcə o, Afrikada qalıb. Qoca və yanında əyləşmiş Lüsi kiçik pikapda 
gəlib çıxır, maşının mühərrikini söndürmədən gözləyirlər.   


- Hə, hə, mən “beretta”sız  bir addım da atmaram. – Ettinger Qrehemstaun yolunda, əlini belindəki 
qobura aparıb deyir. – Ən yaxşısı öz özünü xilas eləməkdi. Onsuz da polis səni xilas eləməyəcək, indiki 
zəmanədə yox.   
Ettinger haqlıdırmı? Tapançası olsaydı, Lüsini xilas edə bilərdimi? Çətin ki. Tapançası olsaydı, indi yəqin 
ki, ölü olardılar, o da, Lüsi də.  
Devid əllərinin azca əsdiyini hiss eləyir. Lüsi isə əllərini qoltuğunda gizlədib. Deməli, onun əlləri də əsir? 
Devid Ettingerin onları polis məntəqəsinə aparacağını gözləyirdi. Lakin məlum olur ki, Lüsi ondan 
xəstəxanaya getməyi xahiş edib.  
Mənə ya sənə görə? – o, qızından soruşur.  
Sənə görə.  
Məgər polis mənimlə danışmaq istəməyəcək?  
Sənin danışıb mənim danışa bilməyəcəyim heç nə yoxdur. – Lüsi cavab verir. – Var?  
Xəstəxanada Lüsi birbaşa “Bədbəxt hadisələr” yazılmış lövhənin asıldığı qapıya yönəlir, atasının adından 
blankı doldurub onu qəbul otağına aparır. Lüsinin bütün varlığından güc və qətiyyət yağır, onun isə bütün 
bədəni əsim-əsim əsir.    
Səni evə buraxsalar, burda gözlə – Lüsi atasına göstəriş verir. - Dalınca gələcəyəm. 
Bəs sən?  
Lüsi çiyinlərini çəkir. O, hətta titrəyirsə də, zahirən bunu anlamaq çətindir. Devid, ehtimal ki, tibb bacıları 
olan iki yekəpər qızın (qızlardan birinin qucağında uşaq inildəyir) və əlindəki sarğısı qan içində olan bir 
kişinin yanında əyləşir.   
Devid növbədə on ikincidir. Divardakı saat 5:45-i göstərir. O, sağlam gözünü yumub qulağında tibb 
bacılarının pıçıltı səsləri ilə bihuşluğa qərq olur. O, oyandıqdan sonra da saat 5:45-i göstərir. Sınıb? Yox. 
Nəhayət, dəqiqə əqrəbi dartılıb 5:46-nı göstərir.   
Tibb bacısı onun adını çağırana qədər iki saat keçir, nəhayət buradakı yeganə növbətçi həkimi, gənc hindi 
qadını görmək növbəsi çatana qədər bir az da gözləmək lazım gəlir.  
- Baş dərisindəki yanıqlar – həkim deyir – ağır deyil, infeksiyadan qorunmaq lazımdır.  
Gənc qadın Devidin gözünə daha çox vaxt sərf edir. Yuxarı və aşağı göz qapaqları bir-birinə bitişib. Sən 
demə, göz qapaqlarının bir-birindən ayrılması çox ağrılı olurmuş. 
- Bəxtiniz gətirib- həkim müayinəni bitirib deyir – Göz zədələnməyib. Üstünüzə benzin töksəydilər, halınız 
lap ağır olardı.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə