Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə22/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   18   19   20   21   22   23   24   25   ...   51

Səncə bu yerlərdə yaşaya bilərdin? – Lüsi gözlənilmədən soruşur.  
Niyə? Təzə it baxıcısı lazımdı?  
Ona görə demirəm, amma sözsüz ki, Rod universitetində iş tapa bilərsən, yəqin ki orda, ya da Port-
Elizabetdə tanışların var.  
Yox, Lüsi. Daha mənə tələbat yoxdu. Rüsvayçılıq getdiyim hər yerdə məni təqib edəcək. Yox, iş axtarsam, 
gözə çarpmayan bir iş (əgər hələ də beləsi varsa) tapmalı, məsələn hesabdar olmalı, ya da it damlarını 
təmizləməliyəm.   
Bəs söz söhbətə son qoymaq üçün mübarizə aparmaq lazım deyil? Axı sənin qaçışın dedi-qoduları artırır. 
 Uşaqlıqda Lüsi sakit, nəzərə çarpmamağa çalışan bir qız idi. Devid onu müşahidə edirdi, heç vaxt heç bir 
fikir söyləməzdi. İndi ömrünün üçüncü onilliyində qızı dəyişməyə başlayıb. İtlər, bostanla çarpışma, 
astrologiya kitabları, kişi libasları. Onun hər addımında düşünülmüş və ölçülüb-biçilmiş müstəqilliyini 
təsdiq etmək cəhdi duyulur. Kişilərsiz keçinmək cəhdi də diqqətdən yayınmır. O, atasının kölgəsindən 
çıxaraq öz həyatını özü qurur. Əla! Devid ikiəlli razıdır!   
Səncə, mən cinayət yerindən qaçmışam? – o soruşur. 
Sən özünü kənara çəkmisən. Əslində burda o qədər də böyük fərq yoxdu. 
Bir məqamı unudursan, əzizim. Mənə arzuladığın qələbə artıq mümkün deyil. İndiki dövrdə yox. Hətta 
cəhd eləsəydim də, heç kim mənə qulaq asmazdı!  
Düz demirsən. Hətta dediyin kimi, mənəvi dinozavr da olsan, axı dinozavrın danışdıqlarını eşitmək 
maraqlıdır. Məsələn, mənə maraqlıdır. Eşitmək istəyirəm.      
Devid tərəddüd edir. Doğrudanmı, qızı onun intim həyatının təfərrüatları ilə maraqlanır? 
Hadisənin mahiyyətində insanın arzulamaq hüququ dayanır, hətta kiçik quşları da belə məqamlarda 
titrəməyə məcbur edən Allahın iradəsi duyulur.- Devid deyir.  
O, özünü Melaninin mənzilində görür; küçədə yağış yağır, küncdəki qızdırıcıdan ətrafa parafin iyi yayılır. 
Devid dizi üstə dayanıb Melanini soyundurur, qızın qolları ölü əlləri kimi sallanır. “Mən Erosa nökərlik 
edirdim” – o demək istəyir. Bu sözləri dilinə gətirəcək qədər həyasını itiribmi? “Məni Allah özü 
yönləndirirdi”. Şöhrətpərəstlik də olsa, bu sözlərdə müəyyən həqiqət payı da var. Bu iyrənc əhvalat boş-
boşuna yaranmamışdı, Melani ən gözəl çiçəklərə can verən bərəkətli, məhsuldar bir torpaqda 
böyümüşdü. Əgər onda vaxtının bu qədər az olduğunu bilsəydi!          
Devid yenidən ağır-ağır danışmağa çalışır – Sən uşaq olanda, biz hələ Kenilvortda yaşayanda, 
qonşumuzun iti, qızılı retriveri vardı. Yadındadır?  
- Dumanlı şəkildə xatırlayıram.  


- Erkək idi. Yaxınlıqda dişi bir it peyda olan kimi, həyəcanlanır, nəzarətdən çıxırdı, sahibləri onu 
müntəzəm fasilələrlə kötəkləyirdilər. Bu, yazıq heyvan daha nə edəcəyini bilməyənə qədər davam elədi. 
O, dişi köpək iyi alan kimi bağda çapalamağa, qulaqlarını qısıb, quyruğunu ayaqlarının arasına basıb, 
zingildəyə- zingildəyə gizlənməyə yer axtarırdı. - susur.  
– Başa düşmürəm- Lüsi deyir. 
Doğrudan da nə demək istəyir?  
- Bu, o qədər biabırçı bir mənzərə idi ki! Məncə, iti hansısa hərəkətinə görə, məsələn ayaqqabını 
gəmirdiyinə görə cəzalandırmaq olar. Bu cəza itə də ədalətli görünər. Amma cinsi instinkt başqa şeydir. 
Heç bir heyvan instinktlərinə görə cəzalandırılmağı ədalətli saymaz.    
 - Deməli, erkəklərin heç bir sərhəd tanımadan öz instinktlərinə tabe olmaqlarına göz yummalıyıq?   
- Yox. Məni məyus edən bu idi ki, yazıq heyvan öz təbiətinə nifrət eləməyə başlamışdı. Daha onu 
döyməyə ehtiyac qalmamışdı. O, özü özünü cəzalandırmağa hazır idi. Güllələnsəydi, bundan yaxşı idi.  
- Ya da axtalasaydılar.  
- Bəlkə də. Amma məncə, o, ürəyinin dərinliklərində güllələnməyi üstün tutardı. Təklif olunanlar arasında 
ən yaxşısı bu idi: bir tərəfdə öz təbiətindən imtina, digər tərəfdə isə qalan günlərini qonaq otağında ah 
çəkə-çəkə, pişiyi iyləyib piylənə-piylənə keçirmək məcburiyyəti.    
- Devid, həmişə belə fikirləşmisən?  
- Yox, həmişə yox. Bəzən tamamilə əksini düşünür, cinsi istəyi tamamilə gərəksiz və ağır yük hesab 
edirdim.  
- Etiraf eləməliyəm ki – Lüsi deyir- ikinci fikirlə daha çox razılaşıram.  
Devid Lüsinin sözünə davam etməyini gözləyir, amma qızı daha heç nə demir.  
Mövzumuza qayıdaq, - Lüsi deyir – Səndən uğurla yaxalarırını qurtarıblar. Nə qədər ki, günah keçisi 
səhrada gəzir, həmkarların rahat nəfəs ala bilərlər.   
Fikir, yoxsa sual? Doğrudanmı, Lüsi onu günah keçisi hesab edir?   
- Bilmirəm, “günah keçisi” demək düzdümü? – o, ehtiyatla cavab verir. – Günah keçiləri inancın qüdrəti 
ilə əməli fayda gətirirdilər. Şəhərin bütün günahlarını belinə yükləyib keçini səhraya göndərirdilər, 
vəssalam şəhər təmizlənirdi. Bunun xeyri olurdu, çünki Tanrılar daxil olmaqla hamı bu ritualın mənasını 
bilirdi. Sonra tanrılar öldülər və məlum oldu ki, şəhəri yuxarılardan kömək almadan təmizləmək, rəmzləri 
həqiqi əməllərlə əvəz etmək lazım gələcək. Romada “senzura” sözü yarandı. Hər kəsin bir birinə nəzarəti 
şüara çevrildi. - Devid yenə də mühazirə oxumağa başladığını hiss edir. – Hər halda, - sözünü 
yekunlaşdırır, -  şəhərə vida eləyib səhralıqda nə edirəm? İtləri müalicə eləyirəm. Axtalama və evtanaziya 
üzrə ixtisaslaşmış bir qadının yanında əvəzedilməz köməkçi rolunu oynamağa çalışıram. 


 Lüsi gülür.  
– Bev? Səncə, Bev istismar mexanizminin bir hissəsidir? O sənə dərin hörmətlə yanaşır! Sən axı 
professorsan. O, birinci dəfədir, əsl, hörmətəlayiq bir professor görür. Sənin yanında qrammatik səhv 
eləməkdən qorxur.  
Qarşıdan üç kişi onlara tərəf gəlir, daha doğrusu iki kişi və bir cavan oğlan. Onlar bütün kəndlilər kimi 
yeyin, iri addımlarla hərəkət edirlər. İtlər addımlarını yavaşıdıb tüklərini qabardırlar.  
 Narahat olmalıyıq? – Devid burnunun altında soruşur.  
Bilmirəm.  
Lüsi dobermanların ipini qısaldır. Kişilər onlara yaxınlaşır, başları ilə salam verdikdən sonra yanlarından 
ötüb gedirlər.  
Onlar kimdir? – Devid soruşur.  
Birinci dəfədir, görürəm. 
Devid və Lüsi fermaya qayıdırlar. Yabançılar gözə dəymirlər. Evə yaxınlaşdıqca qəfəsdəki itlərin bərkdən 
hürdüyünü eşidirlər. Lüsi addımlarını yeyinlədir. Üç kişi onları gözləyir. Kişilər kənarda dayanıb, cavan 
oğlan isə itlərə sarı fısıldayır, qəfil, hədələyici hərəkətlər edir. İtlər dayanmadan hürür, dişlərini 
şaqqıldadırlar. Dobermanlar iplərindən xilas olmağa çalışırlar. Hətta Devidin artıq özünün hesab elədiyi 
qoca buldoq da astadan mırıldayır.   
Petras, – Lüsi çağırır. Amma Petras gözə dəymir. – İtlərdən uzaqlaş! – Lüsi oğlana qışqırır – Hamba!   
Yastı ifadəsiz sifəti olan, çoşqa gözlü cavan oğlan tələsmədən it damından uzaqlaşıb yoldaşlarına qoşulur. 
O, əyninə güllü köynək, torba şalvar geyinib, başına sarı həsir papaq qoyub. Yoldaşları kombinezon 
geyiniblər. Aralarında boyca hündür olan, yaraşıqlı, son dərəcə yaraşıqlıdır - açıq alın, sanki qələmlə 
çəkilmiş almacıq sümüklər, qabarıq burun dəlikləri.    
Lüsi yaxınlaşanda, itlər sakitləşirlər. O, üçüncü volyeri açıb itləri içəri buraxır. Cəsarətli addımdır- Devid 
düşünür- amma doğrudanmı ağıllı hərəkətdir?  
Lüsi kişilərə deyir: - Nə istəyirsiniz?  
Cavan oğlan dillənir. – Zəng vurmalıyıq.  
Niyə zəng vurmalısınız?  
Onun bacısının – nədənsə oğlan barmağı ilə arxanı göstərib deyir,- vəziyyəti pisdir.  
Pisdir? 
Hə, çox pis.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə