Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə19/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   15   16   17   18   19   20   21   22   ...   51

- Devid, məncə, çox gözəl alınır. Yaxşı ki, burdasan. Kənd həyatının ritminə öyrəşmək vaxt aparır. Başını 
qatmağa iş tapdıqdan sonra, əvvəlki kimi darıxmayacaqsan.  
Devid fikirli-fikirli başını tərpədir. Cəlbedici olsa da, kişilər üçün itirilmiş bir qadın – o düşünür. Özünü 
məzəmmət etməlidirmi, yoxsa hər şey elə bu cür də olmalı idi? Doğulduğu gündən o, qızına qarşı 
səmimi, qarşısıalınmaz sevgidən başqa heç nə hiss eləməyib. Lüsi bunu hiss etməyə bilməzdi. Bəlkə 
övladına qarşı sevgisi həddən artıq böyük olub? Bəlkə bu sevgi Lüsi üçün ağır bir yükə çevrilib. Bəlkə o bu 
sevgiyə başqa xoşagəlməz bir məna verib.      
Maraqlıdır- o düşünür- Görəsən, Lüsi məşuqları ilə necə davranıb? Bəs məşuqları onunla necə rəftar 
ediblər? Lüsi ehtiraslı bir qadındırmı? Duyğular aləmində onu cəlb edən, yaxud özündən itələyən nədir? 
Bir-birləri ilə bu haqda danışa bilərlərmi? Lüsi heç vaxt qatı himayə altında yaşamayıb. Niyə də açıq 
danışmasınlar? Nəyə görə aralarına indiki dövrdə daha heç kimin əhəmiyyət vermədiyi pərdələr 
çəkməlidirlər?     
Başımı qatmağa iş tapanda, - o, nəhayət, fikirdən ayılıb soruşur. – nə təklif edirsən?  
İtlərə baxmağa kömək edə bilərsən. İtlər üçün ət doğraya bilərsən. Bu iş mənim üçün həmişə çətin olub. 
Sonra Petras da var. İndi o öz torpaq sahəsini qaydaya salır. Ona kömək əlini uzada bilərdin.  
Petrasa kömək əli uzatmaq. Pis deyil. Bu ifadədə tarixi bir incəlik duyuram. Bəs necə bilirsən, əməyimin 
əvəzində mənə pul verəcək?  
Özündən soruş. Güman ki, verər. İlin əvvəlində Əkinçilik idarəsindən  məndən bir hektardan bir az artıq 
torpaq almağa kifayət edəcək qədər qrant alıb. Sənə deməmişəm? Sərhəd xətti dəhnədir. Dəhnə hər 
ikimizə məxsusdur. Dəhnədən sonra bostana qədər ərazi onundur. Bir inəyi var, yazda buzovlayacaq. iki 
arvadı, yaxud da arvadı və bir rəfiqəsi var. İşini yaxşı qura bilsə, ev tikib tövlədən köçmək üçün ikinci dəfə 
qrant ala bilər. Şərqi Keyp miqyasında imkanlı adam sayıla bilər. Xahiş elə, işinin haqqını ödəsin. İmkanı 
çatar. Amma bundan sonra da onun xidmətlərindən istifadə edə biləcəyimdən əmin deyiləm.   
Yaxşı əti doğrayaram. Petrasdan torpağını şumlamaq üçün icazə istəyərəm. Sonra?  
Klinikaya köməyin dəyə bilər. Könüllü işçiyə çox ehtiyac var. 
Yəni Bev Şouya kömək eləyim?  
Hə. 
Çətin ki, onunla yola gedə biləm.  
Onunla yola getmək heç lazım da deyil. Sadəcə ona kömək elə. Amma ödəniş gözləməyə dəyməz. Bu 
işləri yalnız mərhəmətli bir insan olduğun üçün görəcəksən.   
Bilmirəm, Lüsi. Bu, lap ictimai işi xatırladır, keçmiş günahların yuyulması cəhdinə bənzəyir. 
Devid, heç bir şübhə yoxdur ki, bu haqda düşünmək klinikadakı heyvanların heç ağlına da gəlməyəcək. 
Onlar sənə heç bir sual verməyəcəklər. Onlar üçün fərqi yoxdur.  


Yaxşı, o işlə də məşğul olaram. Ancaq bir şərtlə, sonda indi olduğumdan daha yaxşı bir insana 
çevrilməməliyəm. İslah olunmağa hazır deyiləm. Necə varam elə də qalmağa üstünlük verirəm. – O, əlini 
hələ də Lüsinin ayağından çəkməyib, qızın dizini möhkəm sıxır. – Aydındır?    
Lüsi onun şirin təbəssümdən başqa ad verilə bilməyəcək gülümsəmə ilə mükafatlandırır.  
– Deməli, pis adamlığından əl çəkmək istəmirsən. Dəli, pis və ətrafı üçün təhlükəli. Söz verirəm ki, heç 
kim səndən dəyişməyi xahiş eləməyəcək.  Bir vaxtlar Rozalinda da ona bu cür sataşardı. Lakin sözsüz ki, 
qızının daha incə zəkası var. Ağıllı qadınlar onu həmişə cəlb eləyib. Gözəllik və ağıl. Nə qədər istəsə də, 
Melanidə axtardığı iti zəkanı tapa bilməmişdi. Gözəlliyinə isə söz ola bilməzdi. Yenə də bədənində həmin 
yüngül şirin titrəyişi hiss edir. Devid qızının diqqətlə onu müşahidə elədiyini bilir. Görünür, hələ də bu 
titrətməni gizlətməyə nail ola bilməyib. Maraqlıdır. O, ayağa qalxıb həyətə çıxır. Cavan itlər Devidi 
gördüklərinə sevinir, volyerdə o baş bu başa qaçır, səbirsizliklə zingildəyirlər. Qoca dişi buldoq isə, demək 
olar, yerindən tərpənmir. Devid onun volyerinə daxil olub arxasınca qapını bağlayır. İt başını qaldırıb ona 
baxır. Sonra başını təzədən döşəməyə qoyur.   
O, dizi üstə çöməlib buldoqun qulağının arxasını qıdıqlayır?  
- İkimiz də atılmışıq, elə deyil?- İtin yanında çılpaq betonun üstünə uzanıb tutqun səmaya baxır, 
oynaqlarına istirahət verir.   
İtlərin yanına yaxınlaşan Lüsi atasını uzanmış vəziyyətdə tapır. Görünür, yuxuya gedib. Birinci onu başa 
düşür ki, qızı əlində su bankası qəfəsdədir, buldoq ayağa qalxıb Lüsinin ayaqlarını iyləyir.  
Özünə dost tapmısan? – Lüsi soruşur.  
Onunla dost olmaq asan deyil- Devid cavab verir.  
Yazıq qoca Keti yas içindədir. Bilir ki, heç kim onu istəmir. Gülməlisi budu ki, böyük ehtimalla şəhər 
kənarında onun çoxlu nəvə-nəticələri var və onlardan hər biri Keti ilə öz damını bölüşməkdən xoşbəxt 
olardı. Lakin onu dəvət etmək əllərində deyil. Onlar evdəki mebellərin, təhlükəsizlik siqnalizasiyasının bir 
hissəsidilər. İnsanlara Allah kimi yanaşmaqla, bizə ehtiram göstərirlər, bizsə əvəzində onlara əşya kimi 
baxırıq.  
Devid və Lüsi qəfəsdən çıxırlar. Buldoq yerə sərilib, gözlərini yumur.  
Ruhanilər uzun müddət müzakirə apardıqdan sonra qərar aldılar ki, onların ruhu yoxdur – Devid deyir – 
heyvanların ruhu bədənlərinə bağlıdır. Bədən öldükdən sonra ruh da ölür.     
Lüsi çiyinlərini çəkir:  
- Ruhum olduğuna inanmıram. Hətta gözümlə görsəm də, ruhun mövcudluğunu qəbul eləməzdim.  
- Düz demirsən. Sən ruhsan. Biz hamımız ruhuq. Hələ doğulmamışdan əvvəl də ruh idik.  
Lüsi atasına nəsə qəribə baxır.  


— Onu neynəyəcəksən? – Devid soruşur.  
Ketini deyirsən? Lazım gəlsə, öz yanımda saxlayacağam.  
Heyvanları zəhərləmirsən?  
Mən yox. Bev. Heç kim bu işi görmək istəmir. Odu ki, Bev bunu öz boynuna götürüb. Bu, ona çox pis təsir 
edir. Bev barədə səhv fikirdəsən. O, sənin düşündüyündən dəfələrlə maraqlı adamdı. Hətta sənin 
meyarlarına görə də maraqlı insandır.  
Onun meyarları: hansı meyarlar? O enlikürək balaca çirkin qadın məhəl qoyulmamağa layiqdirmi? Devidi 
qəfil kədər hissi bürüyür: Ketiyə, özünə, hər şeyə görə, dərindən ah çəkir: 
Bağışla məni, Lüsi.  
Bağışlayım? Nəyə görə? – O, istehza ilə gülümsəyir.     
Çünki mən səni dünyaya gətirən iki fani insandan biriyəm və sənə heç də yaxşı bələdçi ola bilməmişəm. 
Amma mən gedib Bev Şouya kömək edəcəyəm. Bir şərtlə ki, onu “Bev” çağırmalı olmayım. Bu ad çox 
axmaq səslənir. Bu adı eşidəndə, sürü yadıma düşür. Nə vaxt başlamaq olar?  
Ona zəng vuraram.  
 
 
 

 
 
Klinikanın qapısından asılmış lövhədə yazılıb: “Heyvanları Müdafiə Cəmiyyəti. Filial 1529”. Bir vaxtlar 
lövhənin aşağı hissəsində qəbul saatları yazılırmış, indi həmin sətir pozulub. Qapının qarşısında uzun 
növbə var. Növbəyə dayananların bəziləri özləri ilə heyvanlarını gətiriblər. Maşından enən kimi bir dəstə 
uşaq Devidi əhatələyə alır, bəziləri pul dilənirlər, qalanları sadəcə baxırlar. O, uşaqların arasından sıyrılıb 
mırıldayan, bir-biri ilə boğuşan itlərin gözlənilməz kakofoniyasının arasından keçir, sahibləri itləri zorla 
geri çəkirlər. 
Kiçik, mebelsiz qəbul otağı ağzınacan doludur. Devid içəri keçə bilmək üçün kiminsə ayağını tapdalamalı 
olub. 
Missis Şou haradadır? – o soruşur.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə