Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə18/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   14   15   16   17   18   19   20   21   ...   51

Lüsinin ayrı –ayrı kisələrə yığılmış kartofları tərtəmiz yuyulub. Koos və Myemsin kartofları isə palçıqla 
örtülüb. Lüsi həmin səhər təxminən beş yüz rand qazanır. Güllər yaxşı satılır. Aaat 11-ə yaxın qızı qiyməti 
endirib qalan gülləri də satır. Ət və süd satanların alveri də yaxşı gedir. Amma gülümsəmədən, heykəl 
kimi yanaşı oturan qarı və qocanın işləri o qədər də ürəkaçan deyil. Alıcıların çoxu Lüsini adı ilə çağırır. 
Əsasən də, Lüsinin uğuruna öz uğurları kimim baxan orta yaşlı qadınlar. Lüsi hər dəfə atasını təqdim edir: 
- atamla tanış olun, Devid Luri. Keyptaundan qonaq gəlib.   
Yəqin ki, qızınızla fəxr edirsiniz, Mister Luri. – onlar deyirlər.  
 Bəli. Çox fəxr edirəm. – o cavab verir.  
Bevin heyvan sığınacağı var – Lüsi belə tanışlıqlardan birindən sonra deyir. – bəzən ona kömək əlimi 
uzadıram. Etiraz eləmirsənsə, evə qayıdanda ona baş çəkərik.  
Güclü-qüvvətli, boyunsuz, bəstəboy, dərisi çilli, cod saçları qısa vurulmuş narahat təbiətli Bev Şou 
Devidin xoşuna gəlmir. Onun cəlbedici görünmək üçün heç bir cəhd göstərməyən qadınlardan xoşu 
gəlmir. O, daha əvvəl də Lüsinin rəfiqələrinə bu cür qərəzlə yanaşmışdı. Fəxr ediləsi olmasa da, bu əsassız 
fikir beyninə girib və orada özünə möhkəm yer eləyib. Devidin beyni getməyə başqa yeri olmayan avara, 
möhtac, qoca fikirlər üçün sığınacağa çevrilib. Onları qovalamaq, beynin içinin süpürüb təmizləmək lazım 
idi. Lakin o buna cəhd eləmir, ya da yetərincə cəhd eləmir.  
Bir vaxtlar Qrehemstaunda olduqca fəal olan Heyvanları Müdafiə Cəmiyyəti hal-hazırda öz fəaliyyətini 
dayandırıb. İndi azsaylı könüllü qrup Bev Şounun rəhbərliyi altında klinikanı qoruyub saxlamağa çalışır. 
Devid Lüsinin həmişə aralarında olduğu heyvansevərlərin əleyhinə deyil. Şübhəsiz ki, onlar olmasaydı, 
dünya daha dözülməz bir yer olardı. Buna görə də, Bev Şou giriş qapısını açanda, pişik sidiyinin, qotur 
itlərin iyindən diksinsə də, üzünə gülümsər bir ifadə qondurur.        
   Ev tamamilə onun təsəvvür elədiyi kimidir: köhnə mebel, hər tərəfə səpələnmiş bəzək-düzək əşyaları 
(çini çoban heykəlcikləri, inək zınqırovları), radio qəbuledicinin iniltisi, qəfəslərdəki quşların civiltisi və 
hər yanda pişik.  Mətbəx stolunun arxasında çay içən, ev sahibəsi kimi güclü-qüvvətli, bənizi çuğundur 
rənginə çalan, əyninə uzun yaxalı sviter geyinmiş, gümüşü saçlı Bill Şou da evdədir.  
–Əyləşin, əyləşin Deyv – o deyir. – Bir fincan qəhvəyə qonaq olun. 
Səhər çox uzun çəkib. Tamamilə yorulub əldən düşmüş Deyvin bu insanlarla kübar söhbətlərə girişməyə 
qətiyyən həvəsi yoxdur, Lüsiyə baxır. 
 – Qalmayacağıq, Bil – Lüsi deyir. – Bəzi dərmanları götürməyə gəlmişəm.  
Pəncərədən arxa bağça görünür: qurdlu meyvələri yerə tökülmüş alma ağacı, başlı-başına qalmış alaq 
otları, sink çəkilmiş təbəqə dəmirdən düzəldilmiş darvaza, aralarında toyuqların eşələndiyi köhnə şinlər 
və bu mənzərə ilə qətiyyən səsləşməsə də, bir küncdə mürgüləyən kəkilli antilop.      
Nə düşünürsən? – Lüsi maşında ondan soruşur.  


Kobudluq eləmək istəməzdim. Şübhəm yoxdur ki, bu da ayrıca bir submədəniyyətdir. Uşaqları yoxdur? 
Yox, uşaqları yoxdur. Bevin əhəmiyyətini kiçiltmək olmaz. O çox faydalı işlər görür, artıq uzun illərdi ki, 
klinikadadır, əvvəl Cəmiyyətdə işləyirdi, indi isə təkbaşına.  
Yəqin zərər eləyir.  
Elədi. Daha heç kim onu maliyyələşdirmir. Dövlətin vacib hesab elədiyi məsələlərin siyahısında 
heyvanların adı yoxdur.    
Yəqin, o da sən də çox məyus olmusunuz.  
Hə. Yox. Fərqi nədir? Bevin kömək elədiyi heyvanlar məyus olmayıblar. Onlar böyük yüngüllük hiss 
edirlər.  
 Elə isə sözüm yoxdur. Bağışla, qızım, sadəcə mən başa düşmürəm. Onun da, sənin də elədiklərin çox 
gözəldir, amma məncə, heyvanların müdafiəçiləri xristianların ayrıca bir növünü təşkil edirlər. Hamısı o 
qədər gümrah, o qədər xeyirxahdılar ki, müəyyən bir müddət sonra insan kimisə zorlamaq, soyub talan 
etmək, ya da hansısa pişiyə təpik vurmaq istəyir. 
Ağzından çıxan sözlər Devidin özünü də təəccüblənir. Əslində əhval-ruhiyyəsi heç də pis deyil.  
Səncə, daha vacib işlərlə məşğul olmalıyam? – Lüsi deyir. Artıq şose yola çıxıblar. Lüsini maşını sürür və 
atasına baxmır. – Sırf sənin qızın olduğuma görə,  həyatımı daha yaxşı qurmalıyam.  
Devid başını silkələməyə başlayıb.  
Yox... yox... yox – o, burnunun altında mızıldanır.  
Natürmort çəkməli, rus dilini öyrənməliydim. Bev və Bill kimi dostlarımdan ona görə xoşun gəlmir ki, 
onlar məni kübar həyata yönləndirə bilməzlər.  
Düz demirsən, Lüsi.  
Düz deyirəm. Onları məni kübar həyata yönləndirə bilməzlər. Səbəbsə çox sadədir: burda nə kübar 
cəmiyyət nə də kübar həyat var. Burada mümkün olan yeganə həyat budur. Və biz bu həyatı heyvanlarla 
bölüşürük. Bu Bev kimi insanların nail olmağa çalışdıqlarının bir örnəyidir.  Mən bu nümunədən 
öyrənməyə çalışıram. İnsanlara məxsus olan bəzi üstünlükləri heyvanlarla bölüşdürmək istəyirəm. Mən 
yenidən it və ya donuz cildində dünyaya qayıdıb, itlərin və donuzların bizim yanımızda yaşadığı həyatı 
yaşamaq istəmirəm.   
Lüsi, əzizim, incimə. Bəli razıyam ki, burada mümkün olan yeganə həyat tərzi budur. Bəli, heyvanlara 
qarşı mərhəmətli olmalıyıq. Lakin gəlin hədəqəni aşmayaq. Biz heyvan deyilik, biz onlardan fərqli 
varlıqlarıq. Üstün yox, sadəcə fərqli. Odu ki, əgər heyvanlara mərhəmətlə yanaşırıqsa, bunun yeganə 
səbəbi günah hissi, yaxud cəzalandırılmaq qorxusu yox, bizim alicənablığımız olmalıdır.  


Lüsi dərindən köks ötürür. Sanki bir anlıq onun mühazirəsinə cavab vermək istəyir, sonra fikrindən 
daşınır. Evə çatana qədər daha heç nə danışmırlar. 
 
 
 
IX 
 
 
O, qonaq otağında əyləşib futbola baxır. Hesab heç-heçədir. Görünür, heç bir komanda qələbəyə can 
atmır. Oyuna növbə ilə iki dildə - suto və kosa- dilində şərh verilir. O, heç bir dildə bir kəlmə də başa 
düşmür. Televizorun səsini anlaşılmaz pıçıltıya çevrilənədək azaldır. Cənubi Afrikada şənbə axşamı: kişi 
əyləncələrinin əsl vaxtı. Devid mürgüləməyə başlayır və oyananda, Petrasın əlində bir şüşə pivə ilə 
yanında oturduğunu görür. O, televizorun səsini artırıb. 
- Başbaks – Petras deyir – Mənim komandam. Başbaks və Sandauns.  
Sandauns künc zərbəsi vurur. Futbolçular cərimə meydançasına toplanıblar. Petras ah çəkib, əli ilə başını 
tutur. Toz çəkiləndə, qapıçının topu çənəsinin atında tutub yerə uzandığı görünür. 
 – Əhsən! Əhsən! Petras deyir – Yaxşı qapıçıdır. Onu heç yana buraxmaq olmaz.    
Oyun heç-heçə bitir. Petras kanalı dəyişir. Boks iki balaca idmançı (o dərəcədə balaca ki, boyları hakimin 
sinəsinəcən güclə çatır) bir-birlərini yumruqlaya-yumruqlaya, atıla-atıla rinqdə dövrə vururlar.  
Devid ayağa qalxıb, evin o biri başına yeriyir. Lüsi çarpayısında uzanıb kitab oxuyur.  
– Nə oxuyursan?- o soruşur.  
Lüsi üzündə anlaqsız ifadə ilə Devidə baxır, sonra qulaqlıqlarını çıxarır.  
- Nə oxuyursan? – Devid təkrar edir, sonra əlavə edir. – Deyəsən, alınmır, hə? Çıxıb gedim?    
Lüsi gülümsəyib, kitabı kənara qoyur. “Edvin Drudun sirri”. Heç ağlına da gəlməzdi.  
Otur, -qızı deyir. 
O, çarpayının kənarında əyləşib, tələsmədən Lüsinin çılpaq ayağını sığallayır. Qızının ayaqları biçimli və 
gözəldir. Anası kimi yaxşı sümükləri var. Ömrünün çiçəklənən çağını yaşayan, ağırlığına, xoşagəlməz 
geyiminə baxmayaraq, cəlbedici bir qadın.   


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə