Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə20/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   16   17   18   19   20   21   22   23   ...   51

Qoca bir qarı başı ilə divardakı plastik pərdə çəkilmiş qapı yerini göstərir. Qarı boynuna keçirdiyi qısa ipin 
köməyi ilə keçisini yanında saxlamağa çalışır. Keçi əsəbi halda gözlərini bərəldib, baxışlarını itlərdən 
çəkmədən, dırnaqlarını sərt döşəməyə çırpır. Bev Şou sidik qoxusu çökmüş içəri otaqda alçaq dəmir 
stolun yanında işləyir. O, kiçik fənərdən işıq sala-sala  ricbeklə çaqqalın mələzinə bənzəyən bir itin 
boğazına baxır. Gərək ki, itin sahibi olan ayaqyalın oğlan birbaşa stolun üstündə diz çöküb, heyvanın 
başının qoltuğunda sıxaraq, çənəsini açıq saxlamağa çalışır.  
İtin güclü ombaları gərilib, boğazından boğuq, tondan tona keçən mırıltı çıxır. Devid naqolay hərəkətlərlə 
mübarizəyə qoşulur, arxa pəncələrini bir – birinə birləşdirib, üstündən basmaqla iti oturmağa məcbur 
edir.  
- Sağ olun – Üzü pörtmüş Bev Şou deyir. – Ağıl dişi irinləyib. Antibiotikim yoxdu, ona görə... möhkəm 
tutun.   
Bev lanseti itin ağzına salır. İt onların əlindən xilas olmağa çalışaraq, demək olar oğlanın qucağından 
qurtularaq, qorxu içində dartınır. Devid stolun üstündən atılmağa can atan bədbəxt itin pəncələrini 
təzədən şüşəyə sıxır; bir anlıq itin qəzəb və qorxu dolu gözləri onun baxışları ilə toqquşur.    
Yanı üstə. Bax belə - Bev Şou deyir. - O, burnunun altında mızıldana-mızıldana bacarıqla iti tutub yanı 
üstə uzadır. – Kəmər – Bev deyir. Devidin itin bədəninə keçirdiyi kəməri Bev bərkidir. – Belə - o deyir. – 
Gözəl şeylər- güc, sağlamlıq haqqında düşünün. Nə fikirləşdiyinizi hiss edə bilirlər. 
Devid bütün ağırlığı ilə itin üstünə yıxılır. Bir əlinə köhnə parça sarımış oğlan itin çənəsini təzədən aralaya 
bilir. İtin gözləri hədəqəsindən çıxır. “Fikirlərinizi oxuya bilirlər”... Cəfəngiyata bax! - Sakit, sakit!- Devid 
burnunun altında mırıldanır. Bev lanseti itin ağzına salır. Əvvəl it çətinliklə nəfəs alır, sonra ip kimi gərilir 
və nəhayət rahatlaşır.  
- Belə- Bev deyir. – İndi isə təbiət özü onu müalicə eləməlidir. – O, kəməri açır, oğlana kosa dilində 
duruxa-duruxa, bir neçə söz deyir. Döşəməyə düşürdülən it stolun altına girir. Stolun dəmir səthi qana, 
ağız suyuna bulaşıb. Bev stolu silir. Oğlan iti stolun altından çıxmaq üçün dilə tutmağa çalışır.      
- Sağ olun, mister Luri. Lap vaxtında gəldiniz. Hiss edirəm ki, heyvanları sevirsiniz.  
 - Heyvanları sevirəmmi. Sevməkdən çox mən onlarla qidalanıram. Deməli, heç olmasa, bəzi növlərini 
sevirəm.  
Bevin xırda buruqlu gur saçları var. Maraqlıdır görəsən, saçını özü burur? Çətin ki, buna saatlarla vaxt 
tələb olunardı. Bu cür teksturanı Devid heç vaxt yaxından görməyib. Bevin qulaqlarının damarları qızılı-
bənövşəyi filiqranı xatırladır. Elə burnunun damarları da. Və göyərçinin çinədanı kimi birbaşa sinəsində 
bitmiş buxaq. Bir sözlə, son dərəcə çirkin birləşmədi.  
Bevsə, görünür, Devidin dedikləri haqqında düşünür.  
Hə, bizim ölkəmizdə çox heyvan yeyirlər. – o deyir. – Amma bu, bizə çox xeyir gətirmir. Bilmirəm, onların 
qarşısında özümüzə necə bəraət qazandıracağıq. Növbəti xəstəyə keçək?  


“Bəraət qazandırmaq” Nə vaxt? Qiyamət günündə. Bu haqda daha çox eşitmək maraqlı olardı, amma 
indi vaxtı deyil.     
Keçi çətinliklə yeriyir, sarı-bənövşəyi rəngə çalan xayalığının yarısı şar kimi şişib, yarısı isə qan və çirklə 
örtülüb. – İtlər eləyiblər- qarı izah eləyir. Ümumiyyətlə isə, keçi kifayət qədər gümrah, şən və döyüşkən 
təsir bağışlayır. Bev Şou müayinə eləyənədək, keçi döşəməyə qısa fasilələrlə bir neçə qığ düzür. Qarı 
buynuzundan tutub yalandan keçini söyür. Bev Şou pambıqla heyvanın xayalığına toxunur. Keçi şıllaq 
atır.  
Bev:- Ayaqlarının bağlaya bilərsiniz? – deyə soruşub Devidə onu necə bağlamalı olduğunu göstərir.          
Devid keçinin ön ayağını arxa ayağına bağlayır. İndi keçi şıllaq atmağa çalışsa da, yalnız yerində yırğalana 
bilir. Bev pambıqla yaranı silir. Keçi titrəyir, mələyir: boğuq, xırıltılı xoşagəlməz bir səs.    
Çirk təmizləndikdən sonra , Devid yaranın içində ağ qurdların qaynaşdığını görür.  Gördüyü mənzərədən 
əti ürpərir. 
- Ət milçəyi – Bev dillənir – Azı bir həftəlik-  dodaqlarının bir- birinə sıxır. – Çoxdan gətirmək lazım idi- 
qarıya deyir.     
- Hə- qarı cavab verir.- itlər onu tamam əldən salıblar. – Heyf! Heyf! Belə erkəyi beş yüz randdan ucuza 
almaq olmaz.  
Bev dikəlir. – Heç bilmirəm, neyləmək olar? Amputasiya eləməyə təcrübəm çatmaz. Çərşənbə axşamları 
doktor Ostheyzen xəstələri qəbul edir, amma yazıq heyvan onsuz da dölsüz qalacaq.  Qarı buna çətin 
razılaşar. Bir də antibiotik məsələsi var. Yiyəsi antibiotiklərə pul xərcləmək istəyəcəkmi?   
Bev  keçinin yanında diz çöküb boğazına toxunur. Keçi titrəsə də, sakit dayanıb. Bev əlinin hərəkəti ilə 
qarıya keçinin buynuzlarının buraxmağı əmr edir. Keçi hərəkətsiz dayanıb.  
Bev pıçıldayır: - nə deyirsən, dostum? – nə deyirsən? Bəs eləyər?  
Keçi hipnoz edilmiş kimi hərəkətsiz dayanıb. Bev Şou onu başı ilə oxşayır, sonra özünü toplayıb ayağa 
qalxır “Təəssüf ki, çox gecdi” – o qarıya deyir. – mən onu sağalda bilmirəm. Doktor Ostheyzeni gözləyə, 
ya da keçini burada qoya bilərsiniz. Mənim yanımda əzabsız ölər. Hə? Qalsın?  
Qarı bir az tərəddüd etdikdən sonra başını bulayıb keçini qapıya tərəf dartmağa başlayır.  
Daha sonra onu mənim yanıma gətirə bilərsiniz – Bev Şou deyir. – ona ölməyə kömək eləyəcəyəm, 
vəssalam. Bev özünü ələ almağa çalışsa da, səsində məyusluq duyulur.   
Bevin səsini eşidən keçi dartınır, azca əyilib, şıllaq ata-ata ipindən qurtulmağa çalışır. Sağalmaz şiş 
quyruğunun altında silkələnir. Qarı ipi boşaldıb keçini kənara çəkir, çıxıb gedirlər.  
- Qarıyla nə danışırdınız? – Devid soruşur.    
Bev Şou əlləri ilə üzünü tutub burnunu çəkir.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə