Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə16/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   12   13   14   15   16   17   18   19   ...   51

Musiqini özün yazmaq istəyirsən?   
Musiqini başqalarından borc götürə bilərəm. Buna görə vicdan əzabı çəkmirəm. Əvvəl belə düşünürdüm 
ki, mövzu orkestrə uyğunlaşdırılmağı tələb edir. Deyək ki, Ştraus kimi. Amma başa düşdüm ki, bu işin 
öhdəsindən gələ bilmərəm. İndi ən adi müşayiətlə kifayətlənmək istəyirəm – skripka, violonçel, qoboy ya 
da faqot. Amma hələlik ancaq fikirləşirəm. Hələ bir not da yazmamışam, başım qarışıq idi. Yəqin başıma 
gələnləri eşitmisən.  
Roz telefonda bir az danışıb.  
Gəl, indi bu haqda danışmayaq. Başqa vaxt söhbət eləyərik.   
Universiteti birdəfəlik atmısan?  
İşdən azad olunmaq haqqında ərizə yazmışam. Məndən ərizə yazmağı xahiş elədilər. 
Universitet üçün darıxacaqsan?  
Darıxacağammı? Bilmirəm. O qədər də mükəmməl bir müəllim deyildim. Tələblərlə bir-birimizi getdikcə 
daha az başa düşürdük.  Demək istədiklərimə qulaq asmaq zəhmətinə tablaşmaq istəmirdilər. Ona görə 
də, yəqin darıxmayacağam. Əksinə, azad olduğuma görə sevinəcəyəm.    
Qapının qarşısında mavi kombinezonlu, rezin çəkməli, yun papaqlı bir kişi dayanıb.  
Petras, içəri gəl, atamla tanış ol, - Lüsi deyir.   
Petras çəkmələrini təmizləyib, içəri keçir, Devidlə əl verib görüşür. Qırışmış, küləkdən çatlamış sifət, 
nüfuzedici baxışlar. Qırx? Qırx beş?   
Petras Lüsiyə tərəf çevrilir. Aerozol – o deyir. -Aerozol aparmağa gəlmişəm.  
Kombidədir. Gözlə gətirim.  
O, Petrasla tək qalır. – İtlərə siz baxırsınız? – Devid səssizliyi pozmaq üçün deyir.  
- İtlərə baxıram, bostanda işləyirəm. Hə- Petras gülümsəyir. – mən bağban və it baxıcısıyam- O, bir anlıq 
fikrə gedib sonra – it baxıcısı- deyə ləzzətlə təkrarlayır. 
- Keyptaundan təzə gəlmişəm. Hərdən qızım burada tək olduğuna görə narahat oluram. Bura çox 
kimsəsiz yerdi.  
- Hə- Petras deyir- təhlükəlidir. - Səssizlik- İndi hər yer təhlükəlidir. Amma burada nisbətən sakitlikdir.- O, 
ikinci dəfə gülümsəyir.    
Lüsi əlində kiçik bir şüşə ilə geri qayıdır. Bilirsən də, on litr suya bir çay qaşığı.  
- Hə, bilirəm. – Petras başını azca əyib alçaq qapıdan həyətə çıxır.  


 - Petras yaxşı adama oxşayır- Devid deyir.  
- Ağlı başındadır.  
- Sənin fermanda yaşayır?  
- Arvadı ilə birlikdə köhnə tövlədə yaşayır. Ora işıq çəkdirmişəm, kifayət qədər rahatdır. Onun daha bir 
arvadı Adelaidedə bəziləri artıq həddi-buluğa çatmış uşaqları ilə yaşayır. Petras vaxtaşırı ora gedib, 
onlarla da vaxt keçirir. 
Devid Lüsini işləri ilə baş-başa qoyub Kenton yoluna qədər gəzintiyə çıxır. Soyuq qış günüdür, günəş artıq 
üstündə seyrək parlaq otların bitdiyi qırmızı təpələrə doğru enir. Kasıb torpaqlardır- o düşünür. Yalnız 
keçilər üçün yararlıdır. Doğrudanmı, Lüsi bütün həyatını burada keçirmək fikrindədir? Kaş bu, ötəri həvəs 
olaydı.      
 
 
Məktəbdən evə gedən bir dəstə uşaq Devidin yanından ötür. O, uşaqlara, uşaqlar da ona salam verirlər. 
Kənd adəti. Keyptaun artıq keçmişə çevrilməyə başlayıb.  
Melani haqqında xatirələr heç bir xəbərdarlıq etmədən geri qayıdır: ucları yuxarı meyllənmiş kiçik hamar 
döşlər, dümdüz sürüşkən qarın. Yenə də Devidin bədənindən bir anlıq üşütmə keçir. Görünür, qıza qarşı 
hiss etdikləri hər nə idisə, hələ bitməyib.  
Devid evə qayıdıb. Əşyalarının qalanını da yerləşdirir. Uzun müddətdən bəri ilk dəfədir ki, o, qadınlı bir 
evdə yaşamağa hazırlaşır, ehtiyatlı hərəkət etməli, səliqəli olmalıdır.  
“Genişlənib” Lüsi üçün tərifli sözdür. Tezliklə, Lüsi tamamilə ağırlaşacaq. Sevgi sərhədlərindən uzaqlaşmış 
hər kəs kimi o da özünə diqqət yetirməyəcək. Qu'est devenu ce front poli, ces cheveux blonds, sourcils 
voutes?  
Çox sadə şam yeməyi: şorba və çörək, sonra batat. Devid Batat xoşlamasa da, Lüsinin yeməyə qatdığı 
limon qabıqları, yağ və mixək iştahını açır.  
Çox qalacaqsan? – qızı soruşur.  
Bir həftə? Bir həftə deyəkmi? Mənə bu qədər dözə biləcəksən?  
İstədiyin qədər qala bilərsən. Sadəcə qorxuram, darıxasan.  
Darıxmaram.  
Bəs bir həftədən sonra hara gedəcəksən?  
Hələ bilmirəm. Bəlkə bir az, ya da uzun müddət avaralanaram. 
 Burda qalmağına şad olaram.  


Bunu eşitmək xoşdur, əzizim, amma səninlə dost qalmaq istəyirəm. Uzun müddətli görüşlər dostluğu 
möhkəmləndirmir.  
Bəlkə buna görüş yox, sığınacaq deyək? Qeyri-müəyyən müddətə sığınacaq almağa razısanmı?  
Sığınacaq? Lüsi, vəziyyətim o qədər də pis deyil. Mən sürgün edilməmişəm.  
Roz dedi ki, çox iyrənc bir ab-hava yaranıb. 
Öz günahımdı. Mənə qarşılıqlı güzəşt təklif elədilər, imtina elədim.  
Necə güzəşt? 
Yenidən tərbiyə. İslah olunma. Psixoterapiya. 
Özünü kiçik bir kursdan keçə bilməyəcək qədər mükəmməl hesab edirsən?  
Bütün bunlar mənə Çindəki Mao dövrünü xatırladır: təcrid olunma, özünü tənqid ictimai üzrxahlıq. Mən 
köhnə dəbli adamam, Divara dirənib güllələnməyə üstünlük verərdim. Gəl, bu haqda danışmayaq.  
Güllələnmək? Tələbə ilə eşq macərasına görə? Bir az ağır cəza olmazdımı, Devid? Onda, güllələnməmiş 
müəllim qalmazdı ki! Belə şeylər yəqin ki, hər gün baş verir. Hər halda mən tələbə olanda belə idi. Əgər 
hər hadisəyə görə həngamə qaldırsaydılar, müəllimlik peşəsi tamamilə sıradan çıxardı.        
O, çiyinlərini çəkir.  
- Puritanlıq dövründə yaşayırıq. Şəxsi həyat ictimaiyyətin malına çevrilib. Hər kəsin həyatı ilə 
maraqlanmaq azarı və sentimentallıq isə hörmətəlayiq məziyyətlərə çevrilib. Tamaşa görmək istəyirdilər: 
sinəmi yumruqlamalı, peşman olmalı, bacarsam ağlamalı idim. Qısası, televiziya şousu. Onlara belə bir 
zövq vermək istəmədim.  
Əslində, məni axtalamaq istəyirdilər – o demək istəyir. Amma yox, bu sözləri qızına deyə bilməzdi. 
Üstəlik bu sözlər başqasının qulaqlarında çox melodramatik, təmtəraqlı səslənə bilərdi.  
- Yəni nə sən, nə də onlar öz dediklərindən döndülər? Devid, belə məğrurluq olmaz. Bu, qəhrəmanlıq 
deyil. Hələ fikrindən daşınmaq üçün vaxtın var? 
Yox yekun qərar verilib.  
Apelyasiya hüququn yoxdur?  
Yoxdur. 
Şikayət eləmirəm. Əxlaqsızlıqda günahkar olduğunu etiraf edib özünə qarşı mərhəmət gözləmək 
mənasızdı. Hər halda müəyyən yaş həddinə çatdıqdan sonra bu, mümkün deyil. Bu yaşdan sonra insan 
məlahətini itirir. Bircə qalır, möhkəm dayanıb, ömrünün sonunu gözləmək. Mənə bir az da yemək çək.    
Heyf. Hansı səbəbdən olur-olsun, mənimlə istədiyin qədər yaşaya bilərsən. 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə