Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə12/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   8   9   10   11   12   13   14   15   ...   51

“Professorun seks qalmaqalı” başlıqlı məqalə üçüncü səhifədə dərc olunub. Devid ilk sətirlərə göz 
gəzdirir: “... Əleyhində cinsi təcavüz ittihamı qaldırılan professorun Komissiyanın qarşısına çıxacağı 
gözlənilir. Deyilənə görə, tələbə yataqxanalarında seks xidməti şəbəkəsinə malik, təqaüdlərin 
ödənməsində fırıldaqçılığa yol verən KTU baş verən son qalmaqalla bağlı susmağa üstünlük verir. İngilis 
şairi, təbiət nəğməkarı Vilyam Vordsvorta həsr olunmuş kitabın müəllifi Luri ilə əlaqə saxlamaq mümkün 
olmayıb” 
 
 
 
VI 
 
 
Devidin işinə Hakimin kabineti ilə qonşu otaqda baxılır. Onu otağa aparıb stolun qurtaracağında 
əyləşdirirlər. Yuxarı başda isə Təhqiqat Komissiyasına başçılıq edən dinşünaslıq elmləri doktoru Manas 
Matabane əyləşib. Ondan solda Hakim, katibəsi, gənc bir qadın, bir neçə tələbə, sağda isə komissiyanın 
daha üç üzvü əyləşib.  
Devid həyəcan hiss eləmir, əksinə özündən tamamilə əmindir. Ürəyi müntəzəm döyünür. Şöhrətpərəstlik 
– o düşünür. Qumarbazın təhlükəli şöhrətpərəstliyi. Günə qeyri-münasib əhval – ruhiyyə ilə başladığını 
başa düşsə də, vecinə deyil. Cəhənnəmə!  
O, komissiya üzvlərini başı ilə salamlayır. Komissiya üzvlərindən biri Farodia Rassul, digəri mühəndislik 
fakültəsinin dekanı Desmond Svarts, üçüncüsü isə, qarşısındakı kağızlarda yazıldığına görə, Biznes 
məktəbinin müəllimidir.  
- Professor Luri, - Matabane iclası açır. - Komissiya üzvlərinin qərar vermək səlahiyyəti yoxdur. Biz yalnız 
tövsiyə verə bilərik. Bundan başqa, komissiyanın tərkibinə etiraz etmək hüququnuz var. Odu ki, 
soruşuram: Komissiya üzvləri arasında qərəzsizliyinə şübhə ilə yanaşdığınız kimsə varmı?  
 - Komissiyanın tərkibinə qarşı etiraz etmək üçün hüquqi nöqteyi- nəzərdən əsasım yoxdur. Fəlsəfi 
baxımdan bəzi qənaətlərim olsa da, gərək ki, indi onların yeri deyil.  
Dinləmənin iştirakçıları narahatlıqla yerlərində qurdalanırlar. 
- Məncə, hüquqi çərçivə ilə məhdudlaşsaq, daha yaxşı olar. – Matabane deyir. – Deməli, Komissiyanın 
tərkibinə qarşı heç bir etirazınız yoxdur. Ayrı-seçkilik Komitəsinin nümayəndələrinin, müşahidəçi 
tələbələrin iştirakına etiraz eləmirsiniz?  
- Komitədən qorxmuram. Müşahidəçilərdən qorxmuram.  


 - Çox yaxşı. Keçək mətləbə. Birinci şikayətçi teatr fakültəsinin tələbəsi xanım Melani İsaaks. Onun 
bəyanatının nüsxəsi hamıya paylanıb. Bəyanat barədə icmal verməyə ehtiyac varmı? Professor Luri?  
- Cənab sədr, bu o deməkdir ki, xanım İsaaks şəxsən iclasda  iştirak etməyəcək?  
- O, dünən Komissiya qarşısında çıxış edib. İcazə verin, xatırladım ki, prosedurlarımız məhkəmə qaydaları 
ilə üst-üstə düşmür. Buna etirazınız yoxdur ki? İkinci ittiham da birinci ilə əlaqəlidir – Matabane sözünə 
davam edir. - Bu şikayət tələbə davamiyyətinin qeydiyyatı şöbəsindən daxil olub. İttiham xanım İsaaksın 
davamiyyətlə bağlı qeydlərinin qeyri-dəqiqliyi ilə bağlıdır. Siz hər gün davamiyyəti qeyd eləsəniz də, 
xanım İsaaks bütün dərslərdə iştirak etməyib, yazı işlərini təqdim eləməyib, bütün imtahanları verməyib.  
- Vəssalam? Başqa ittiham yoxdur?  
 - Vəssalam.  
Devid dərindən nəfəs alır. – Əminəm ki, komissiya üzvlərinin aralarında heç bir mübahisə doğurmayacaq 
bir əhvalatı təkrar eşitməkdən daha vacib işləri var. Hər iki ittihamın haqlı olduğunu etiraf edirəm. Öz 
hökmünüzü verin və həyatımıza qaldığımız yerdən davam edək.  
Hakim Matabaneyə tərəf əyilir, aralarında pıçıldaşırlar.  
 - Professor Luri, - Hakim dillənir. – Təkrar eləyirəm: Komissiyanın yeganə vəzifəsi hər iki tərəfi dinləyib 
rəy verməkdən ibarətdir. Komissiyanın qərar vermək hüququ yoxdur. Bir daha soruşuram, sizi 
prosedurlarla daha yaxşı tanış olan bir adam təmsil etsəydi, daha yaxşı olmazdımı?  
-Məni təmsil etmək lazım deyil. Mən özüm özümü çox yaxşı təmsil edə bilərəm. Deməli, günahımı artıq 
etiraf etdiyimə baxmayaraq, dinləmə davam edəcək?  
- Öz mövqeyinizi bildirmək üçün sizə imkan yaratmaq istəyirik.  
-Öz mövqeyimi artıq bildirdim. Günahkaram.  
-Nədə günahkarsınız?  
- İttiham edildiyim bütün əməllərimə görə günahkaram. 
- Posfessor Luri, yenə başladığımız nöqtəyə qayıtdıq.  
- Xanım İsaaksın bəyan etdiyi və davamiyyət qeydləri ilə bağlı bütün ittihamları qəbul edirəm.  
Farodia Rassul söhbətə müdaxilə edir: 
- Xanım İsaaksın bəyanatını qəbul etdiyinizi deyirsiniz, Professor Luri. Heç olmasa, bəyanatı 
oxumusunuzmu?  
- Xanım İsaaksın bəyanatını oxumağa qətiyyən həvəsim yoxdur. Bəyanatla razıyam. Xanım İsaaksın yalan 
danışması üçün heç bir səbəb görmürəm.  


- Bəs razılaşmamışdan əvvəl, bəyanatı oxumaq daha ağıllı hərəkət olmazdımı?  
- Yox, həyatda ağıldan daha vacib dəyərlər var.  
Farodia Rasul arxaya söykənir: - Don Kixot sayağı sözlərdi, Professor Luri? Doğrudanmı, bunu özünüzə 
rəva biləcək vəziyyətdəsiniz? Sizi özünüzdən müdafiə etmək lazım gələcək- deyib soyuq təbəssümlə 
Hakimə baxır.  
 - Hüquqi məsləhət almaq istəmədiyinizi dediz. Bəs başqa kiminləsə, məsələn, ruhani ilə və ya psixoloqla 
məsləhətləşmisinizmi? Psixoloji kömək almağa hazırsınızmı? – bu sualı Biznes Məktəbindən gələn gənc 
qadın verir.  
Devid tüklərinin biz – biz dayandığını hiss edir.  
- Yox, nə keçmişdə, nə də indi psixoloji kömək almaq fikrim olmayıb. Mən çoxdan həddi-buluğa 
çatmışam, psixoloji terapiyaya qarşı həssaslığımı da çoxdan itirmişəm. Psixoterapiya mənə kömək edə 
bilməz. – Matabaneyə tərəf dönür – Günahımı etiraf elədim. Müzakirənin davamı üçün heç bir səbəb 
görmürəm.  
Matabane və Hakim öz aralarında pıçıltı ilə danışırlar.  
- Təklif olunur ki, - Matabane deyir. – Professor Lurinin dediklərinin müzakirəsi üçün iclasa bir qədər 
fasilə verilsin.  
Hamı başı ilə razılığını bildirir.  
- Professor Luri, sizdən və xanım Vendən bir qədər bayırda gözləməyi xahiş edirik.  
O, müşahidəçi tələbə ilə birlikdə Hakimin otağında gedir. Bir-birləri ilə danışmırlar. Qızın özünü narahat 
hiss elədiyi aydın görünür. “Axırın çatıb, Kazanova”. Görəsən, qız indi Kazanova ilə üz-üzə gəldiyi bu 
dəqiqədə nə düşünür?  
İclas otağına qayıdırlar, içəridəki ab-hava gərgindir. Devidə elə gəlir ki, komissiyanın üzvləri üzlərini 
turşudublar.  
- Belə, - Matabane deyir- Professor, deməli, sizə qarşı qaldırılan ittihamın doğruluğunu təsdiq edirsiniz? 
Xanım İsaaksın bütün ittihamlarını qəbul edirəm. 
Doktor Rasul, sözünüz var?  
Bəli.  
Professor Lurinin mahiyyət etibarilə, mənə qeyri-səmimi təsir bağışlayan davranışına qarşı etirazımın 
protokola daxil edilməsini xahiş edirəm. Professor Luri ittihamları qəbul etdiyini desə də, məhz hansı 
günahını etiraf etdiyini soruşanda, istehzadan başqa cavab ala bilmirik. Bu isə o deməkdi ki, o ittihamları 
yalnız sözdə qəbul edir. İctimaiyyətin hüququ var ki, bu cür nüansları olan...  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə