Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə15/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   11   12   13   14   15   16   17   18   ...   51

Devid, daha sizi özünüzdən müdafiə eləməyə davam etməyəcəyəm. Komissiyanın bütün üzvləri kimi mən 
də yorulmuşam. Bir daha düşünmək üçün vaxt istəyirsinizmi?  
Yox.  
Çox yaxşı. O halda yalnız bunu deyə bilərəm: Rektordan xəbər gözləyin.  
 
 
VII 
 
 
Devid çıxıb getməyi qət edib, onu Keyptaunda saxlaya biləcək səbəblər, demək olar, yox dərəcəsindədir. 
O, soyuducusunu təmizləyir, evinin qapısını qıfıllayıb yola düşür. Günorta artıq şose yolu ilə irəliləyir. 
Gecələmək üçün Oudshurnda dayanıb, səhər gün doğumunda yenidən yola çıxır. Səhər saatlarında Şərqi 
Keypdə, Qrehemstaun- Kenton yolunda yerləşən Seylem şəhərinə yaxınlaşır. Devidin qızının kiçik ferması 
şəhərdən bir neçə mil uzaqda əyri-üyrü kənd yolunun qurtaracağında yerləşir: əksər hissəsi şumluq beş 
hektarlıq ərazi, tövlə, həyət içindəki tikililər və sarı rəngdə boyanmış alçaq, şüşəbəndli, məftil çəpərli ev. 
Fermanın sərhədləri məftil çəpər, ətirşah və ərikgülü kolları ilə çəkilib. Bu sərhəddən kənarda qalan ərazi 
isə toz və çınqılla örtülüb. Magistrala çıxan yolda köhnə “Volksvagen-kombi” dayanıb. Devid öz maşınını 
kombinin yanında saxlayır. Lüsi şüşəbəndin kölgəsində peyda olur. O, bir anlıq qızını tanımır. Axırıncı 
görüşlərindən bir il ötüb, Lüsi kökəlib. İndi onun ombaları və döşləri... (Devid münasib söz axtarır) 
genişlənib. Lüsi qollarını geniş açıb ayaqyalın ona tərəf gəlir, yanağından öpüb qucaqlayır. “Nə yaxşı 
qızdı!” – Devid Lüsini qucaqlayıb düşünür. ”Uzun yolun sonunda nə gözəl qarşılamadır!”.  
Geniş, günorta saatlarında belə qaranlıq, sərin ev böyük ailələr dövründə, insanların furqonlarla bir-
birinə qonaq getdikləri vaxtlarda tikilib. Lüsi bura altı il əvvəl Qrehemstaunda dəri məmulatları satıb 
qarğıdalıların arasında hind çətənəsi əkən bir dəstlə gənclə birlikdə gəlmişdi. Dəstə dağıldıqdan sonra, 
yoldaşları Nyu- Betesdaya getsələr də, o, rəfiqəsi Helenlə birlikdə fermada qaldı. Lüsi bu yerlərə aşiq 
olduğunu, halal fermer əməyi ilə məşğul olmaq istədiyini deyirdi. O, qızına torpaq sahəsini almağa 
kömək eləmişdi. Və budur təzə çörək ətri verən Lüsi güllü donda, ayaqyalın qarşısında dayanıb. O, artıq 
fermerlik oyunu oynayan kiçik bir qız yox, əsl kəndli qadındır.  
— Helenin otağında qalarsan – Lüsi deyir. –  Səhərlər ora günəşin işığı düşür. Təsəvvür eləyə bilməzsən, 
qışda səhərlər bura necə soyuq olur.  
Helen necədir? – o soruşur 
Yaşca Lüsidən böyük olan Helen iri bədənli, səsi döşdən gələn, kobud dərili, qaraqabaq bir qadındır. O, 
başa düşə bilmirdi, qızı Helendə nə tapıb. Dilinə gətirməsə də, Devid istəyərdi ki, qızı daha yaxşı birini 
tapaydı, yaxud da daha yaxşı bir adam Lüsini özünə rəfiqə seçəydi.  


Helen aprel ayından Yohannesberqdədir. İşçimi saymasaq, burda tək yaşayıram.  
Mənə heç nə deməmisən. Tək yaşamaqdan qorxmursan?    
Lüsi çiynini çəkir İtlərim var. İtlərdən hələ də qorxurlar. İt nə qədər çox olsa, o qədər çox qorxurlar. Həm 
də kimsə evə soxulmaq istəsə, bir ya iki nəfər olmağın fərqi yoxdur.    
- Çox fəlsəfi yanaşmadır. 
Hə. Çıxış yolun yoxdursa, filosofluq elə. 
Amma yəqin silahın var.  
Tüfəngim var. Sənə göstərərəm. Qonşumdan almışam. Heç vaxt istifadə eləməmişəm, amma varımdı. 
Çox yaxşı. Silahlı filosof. Bax bu, xoşuma gəlir.  
İtlər və silah; sobada çörək, torpaqda buğda. Qəribədir ki, ziyalı və şəhərli ana-atadan belə bir atavist , 
cavan, möhkəm əyalət qadını dünyaya gəlib. Bəlkə də Lüsinin formalaşmasında onlardan çox, tarixin rolu 
olub.  
Lüsi Devidə çay təklif edir. O acdır, kərpic şəklindəki, üstünə evdə hazırlanmış maldili mürəbbəsi çəkilmiş 
iki çörək tikəsini acgözlüklə yeyir. Yeyərkən qızının diqqətlə ona baxdığını hiss edir. Ehtiyatlı olmaq 
lazımdır: uşaqlar üçün valideyninin bədəninin çirkinliklərinə şahid olmaqdan daha xoşagəlməz mənzərə 
yoxdur.  Hərçənd Lüsinin öz dırnaqlarının arası da təmiz hesab oluna bilməz. Kəndin toz-torpağı: 
hörmətə layiqdir, o düşünür. 
Devid Helenin otağında çamadanını boşaldır. Siyirtmələr boşdur: nəhəng köhnə şkafdan isə yalnız mavi 
bir kombinezon asılıb. Görünür, Helen müvəqqəti getməyib.  
Lüsi ona evi göstərir, suyu boşa xərcləməməyi və septiktank ı çirkləndirməməyi tapşırır. Devid Bütün 
bunları artıq bilsə də, mütiliklə qulaq asır. Sonra Lüsi ona itlərin yerini göstərir. Axırıncı dəfə o, burada 
yalnız bir it damı görmüşdü. İndi cavan evkaliptlərin kölgəsində beton özüllü, sinklənmiş dirəkləri olan, 
qalın məftilli şəbəkə ilə əhatələnmiş beş volyer  var. İtlər - dobermanlar, çoban itləri, ricbeklər, 
bulteryerlər, rotveylerlər Lüsini görəndə həyəcanlanırlar. Hamısı keşik çəkən itlərdi- qızı deyir. – 
İşləyirlər. Onları iki ya bir həftəliyinə, bəzənsə yalnız şənbə və bazar günləri üçün məndən alırlar. Yay 
məzuniyyətləri zamanı isə ev heyvanlarını mənə saxlamağa verirlər.  
Bəs pişiklər? Pişikləri də götürürsən? 
- Gülmə. Pişiklərə də keçəcəyəm. Hələlik saxlamağa yerim yoxdur.  
Hələ də bazarda yer kirayələyirsən?  
Hə, şənbə səhərləri. Səni də özümlə aparacağam.  
Bax belə qızı dolanışığını bunlarla: itlərlə, çiçək və tərəvəz satmaqla təmin edir. Bu qədər sadə.  


İtlər darıxmırlar? - O, ayrıca volyerdə saxlanan, tükləri qızılı rəngə çalan, yerindən qalxmaq zəhmətinə 
belə tablaşmadan, qaşqabaqla onlara baxan dişi buldoqu barmağı ilə göstərib soruşur. 
Keti? Onu atıblar. Sahibləri aradan çıxıblar. Aylardı, haqqımı ödəmirlər. Bilmirəm, onu neynəyim. Yəqin 
ki, onun üçün təzə ev tapmağa çalışmalıyam. Çox qaşqabağını sallayır, qalan bütün işləri qaydasındadır. 
Hər gün onu gəzintiyə çıxarırıq. Mən ya da Petras. Razılaşmamızın şərtlərindən biri də budu.  
Petras? 
Onunla tanış olacaqsız, mənim yeni köməkçimdi. Əslində, mart ayından etibarən yeni şərikim. Pis oğlan 
deyil.  
Devid qızı ilə birlikdə ördəklər ailəsinin dinc ömür sürdüyü dəhnənin, arı pətəyinin, bağ-bostanın – 
güllərin, qış tərəvəzlərinin: gül kələmlərinin, kartofların, çuğundurların, soğanların yanından ötür. Onlar 
Lüsinin fermasının qurtaracağındakı nohur və nasosa da baş çəkirlər. Son iki ildə yağış çox olub, suyun 
səviyyəsi qalxıb.         
Lüsi öz işləri haqqında məmnuniyyətlə danışır. Yeni nəslin müstəmləkəçi fermeri. Keçmişdə mal-qara və 
qarğıdalı. Bu gün itlər və nərgizlər. Hər şey nə qədər dəyişsə də, olduğu kimi qalır. Tarix təkrarlansa da, 
indi daha təvazökar görünür. Olsun ki, tarix də öz dərsini alıb.  
Suvarma kanalı boyunca geri qayıdırlar. Lüsinin çılpaq ayaqları qırmızı torpağın üzərində iz qoyur. Yeni 
həyatı ilə ahəng içində yaşayan möhkəm qadın! Əla! Ondan geriyə qalan bu qız, bu qadın olacaqsa, 
deməli utanmağa dəyməz. 
Məni əyləndirməyə ehtiyac yoxdur- geri qayıdarkən o qızına deyir. – Kitablarımı gətirmişəm. Mənə yalnız 
bir stol və stul lazımdı.  
Nə üzərində işləyirsən? – Lüsi ehtiyatla soruşur. Qızı ilə işi barədə nadir hallarda danışırlar. 
Planlarım var. Bayronun ömrünün son dövrü haqqında yazmaq istəyirəm. Kitab yox, daha doğrusu əvvəl 
yazdıqlarımdan fərqli bir əsər. Bəlkə də səhnə əsəri. Sözlər və musiqi, danışan və oxuyan xarakterlər.  
Hələ də buna həvəsin olduğunu bilmirdim.       
Fikirləşdim ki, artıq bunu özümə rəva görə bilərəm. Məsələ təkcə bunda da deyil. İnsan istəyir ki, 
özündən sonra bir iz qalsın. Hər halda kişilər istəyirlər. Qadın üçün bu daha asandı.  
Niyə qadın üçün daha asandı?  
Yəni onlar üçün özlərindən bir parça daşıyan nəsə yaratmaq asandı.   
Bəs atalıq?  
Atalıq... Məncə, analıqla müqayisədə atalıq kifayət qədər abstrakt bir anlayışdır. Gəl gözləyək, görək nə 
olur. Ortaya nə isə çıxarda bilsəm, birinci sən eşidəcəksən. Yəqin ki, elə birinci də axırıncı da sən 
olacaqsan.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə