Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə23/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   19   20   21   22   23   24   25   26   ...   51

Nə olub?  
Doğur.  
Bacısı doğur?  
Hardansınız?  
Erazmuskraaldan   
Devid və Lüsi bir- birlərinə baxırlar. Erazmuskraal - elektrik və telefon xətləri olmayan ucqar meşə 
kəndidir.  
- Niyə meşəbəylikdən zəng vurmursunuz?  
— Orada telefon yoxdur. 
Burda qal – Lüsi burnunun altında atasına deyir və yenə oğlanla danışır. – Kim zəng vuracaq?  
Oğlan ucaboylu gözəl kişini göstərir.   
Lüsi: - Gedək- deyib arxa qapını aralayır və içəri keçir. Hündürboylu kişi onun ardınca gedir. Bir azdan 
ikinci kişi də onların ardınca içəri keçir. Devid bir anlıq təhlükə hiss edib, özünü itirmiş halda, nə 
edəcəyini bilməyərək qışqırmağa başlayır: - Lüsi, çıx ordan! - Kişilərin ardınca içəri getsin, yoxsa oğlanı 
gözdən qoymamaq üçün həyətdə qalsın?   
Evdən səs-səmir gəlmir.  
- Lüsi – o yenə qızını çağırır, artıq içəri keçməyə hazırlaşanda, qapının qıfılı bağlanır.  
- Petras! - o var gücü ilə qışqırır.  
Oğlan ön qapıya tərəf qaçmağa başlayır. Devid buldoqu zəncirdən açır. “Tut onu” – deyə qışqırır. İt ağır-
ağır oğlanın dalınca qaçır. 
Evin girişində Devid onlara çatır. Oğlan yerdən çubuq götürüb, iti özünə yaxın qoymamağa çalışır. “Şşş.. 
Şşş..Şşş!”- tövşüyə-tövşüyə deyir, çubuğu endirib qaldırır. İt astadan mırıldaya-mırıldaya gah sağdan, gah 
soldan oğlanın üstünə atılır.   
Devid mətbəx qapısına tərəf qaçır. Qapının aşağı qanadı yaxşı bərkidilməyib: bir neçə zəif zərbədən 
sonra açılır. O, iməkləyə-iməkləyə mətbəxə girir.  
Qəfildən Devidin boynunun ardına güclü yumruq zərbəsi enir. O, bir anlıq düşünməyə macal tapır: 
“Şüurum yerindədirsə, deməli sağam”. Amma bu vaxt əlləri ayaqları boşalır və döşəməyə sərələnir. 
Devid mətbəxdə harasa sürütləndiyini hiss edir, sonra huşunu itirir.   
O, üzü üstə soyuq kafel lövhələrin üstündə uzanıb. Ayağa qalxmağa çalışsa da, nədənsə ayaqları sözünə 
qulaq asmır. Yenə gözlərini yumur.  


Tualetdədir. Lüsinin evinin tualetində.  
 Devid başı fırlana-fırlana ayağa qalxır. Qapı bağlıdır, açar yerində yoxdur. 
O, tualetdə oturub nə olduğunu xatırlamağa çalışır. Evdən səs gəlmir, itlər hürürlər. Amma  sanki 
qəzəbdən yox, vəzifə borcları olduğu üçün hürürlər.  
- Lüsi – o, xırıltılı səslə deyir, sonra bərkdən qışqırır- Lüsi! Qapını sındırmağa çalışsa da, gücü çatmır. 
Tualet dardır, qapı isə köhnə və möhkəm.   
Deməli, imtahan günü xəbərdarlıq eləmədən gəlib çatıb. Devidin ürəyi sinəsində elə döyünür, elə bil o 
dilsiz-ağızsız da nə baş verdiyini bilir. Bəs onlar – o və ürəyi bu sınağa necə davam gətirəcəklər? 
Qızı yadların əlindədir. Bir dəqiqə, bir saat sonra çox gec olacaq; indi Lüsinin başına gətirilənlər daşlara 
həkk olunacaq, keçmişə çevriləcək. Hələliksə, çox gec deyil. İndi nəsə eləmək lazımdır.   
O, nə qədər diqqətlə qulaq assa da, heç bir səs eşidə bilmir. Heç şübhəsiz, əgər balası, hətta səssizcə onu 
çağırsaydı, Devid səsini eşidərdi!  
Qapını döyəcləyib qışqırır: Lüsi! Cavab ver!  
Qapı taybatay açılır, Devid özünü yıxılmaqdan güclə saxlayır. Alçaqboylu kişi əlində bir litrlik boş  şüşə ilə 
onun qarşısında dayanıb. 
- Açarlar-  kişi deyir.  
- Yox  
Kişi Devidi sinəsindən itələyir. O, müvazinətini saxlaya bilməyib geriyə doğru bir neçə addım atıb, 
unitazın üstündə oturur. Kişi şüşəni yuxarı qaldırır. Onun sakit üzündə heç bir qəzəb əlaməti yoxdur. O, 
sadəcə öz işini görür, insanları istədiyini verməyə məcbur edir. Əgər bu vaxt kiminsə başına şüşə il zərbə 
vurmaq lazım gəlirsə, vurur. Neçə dəfə lazım olsa, o qədər. Şüşəni başda sındırmaq lazım gəlirsə, sındırır.   
Götürün, - Devid deyir. – Hər şeyi götürün. Təki qızıma toxunmayın.  
Kişi sakitcə açarları götürüb, yenidən qapını bağlayır.  
Devid titrəyir. Niyə vaxtında başa düşmədi? Amma ona hələ xətər yetirməyiblər. Bəlkə evdə tapdıqları ilə 
kifayətlənəcəklər? Bəlkə Lüsiyə də heç nə eləməyəcəklər?  
Evin arxasından səs gəlir. İtlər daha möhkəm, daha həyəcanla hürməyə başlayıblar. Devid unitazın 
üstünə çıxıb pəncərənin şəbəkələri arasından baxır.  
Alçaqboylu kişi əlində Lüsinin silahı və ağzınacan dolu zibil torbası ilə tini burulur. Maşının qapısı çırpılır. 
Səsindən tanıyır, onun maşınıdır Kişi geriyə əliboş qayıdır. Bir anlıq kişi ilə göz – gözə gəlirlər. Kişi: -“Hai” 
deyib qəddarcasına gülümsəyir, sonra qışqıra-qışqıra bir neçə anlaşılmaz söz deyir.   


Qəhqəhə səsi eşidilir. Bir saniyə keçmiş oğlan da ona qoşulur, birlikdə dustaqlarına baxıb gələcək taleyini 
müzakirə edə-edə pəncərənin altında dayanırlar.  
Devid italyan və fransız dillərini bilir. Amma indi burada – Afrikanın ən qaranlıq yerində ona nə italyan, 
nə də fransız dili kömək edə bilər. O acizdi – komikslərin personajı, əlləri sındırılmış cübbəli missioner 
Salli xala gözlərini yerə dikib, çərən-pərən dillərində tələsmədən nəyisə müzakirə edən vəhşilərin onu 
qaynar su qazanına atmağını gözləyir. Missionerlik işi: bu əzəmətli ruhi aydınlatma əqidəsi özündən 
sonra hansı izləri qoydu? Hər halda Devid bu işin heç bir nəticəsini görə bilmirdi.    
İndi isə hündürboylu kişi əlində silah fasadda peyda olur. O, böyük təcrübədən xəbər verən ustalıqla 
gülləni patrona keçirib tüfəngi it volyerinə tərəf tutur. Çoban itlərinin, qəzəbdən ağzı köpüklənən ən irisi 
tüfəngin ağzından yapışır. Qulaqbatıran atəş səsi, itin qanı beyninə qarışıb volyerin hər yerinə dağılır. Bir 
anlıq hürüşmə səsləri kəsilir. Hündürboylu kişi daha iki dəfə atəş açır. Sinəsindən atılan itlərdən biri 
dərhal keçinir, çiynindən yaralanan digəri isə ağır-ağır aşağı çökür, qulaqlarını qısıb, ona sonuncu zərbəni 
vurmaq zəhmətinə belə qatlaşmayan məxluqun hərəkətlərini izləyir.    
Hər yerə səssizlik çökür. Gizlənməyə yeri olmayan qalan üç it volyerin uzaq küncünə çəkilib dövrə vura –
vura zingildəyir. Hündürboylu kişi tələsmədən onları da atır. 
Dəhlizdə səslər eşidilir, tualetin qapısı taybatay açılır. İkinci basqınçı Devidin qarşısında dayanıb; arxada 
kiçik çəlləkdən dondurma yeyən güllü köynəkli oğlan görünür  
Devid çiyni ilə özünə yol açıb kişinin yanından keçməyə çalışır, elə o dəqiqə döşəməyə sərilir. Usta 
fənddir – görünür, futbol oynayarkən öyrəniblər. Yerdə uzanıb qalan Devidin üstünə nəsə maye tökürlər. 
Maye gözlərini qamaşdırır, gözlərini silməyə çalışır. Tanış iydir- denaturat. Kibrit çəkilir, onu soyuqtəhər 
mavi bir alov çulğayır. Deməli, yanılıb! Nə o, nə də qızı yaxalarını asanlıqla qurtara bilməyəcəklər! O 
yana, ölə bilər. Deməli Lüsi də! Lüsi birinci növbədə!    
Devid əllərini dəli kimi üzünə çırpır; alov alan saçı çırtıldayır. O, ağrı içində qışqıra-qışqıra başını tualetin 
divarına çırpır. Bir anlıq görmə qabiliyyəti geri qayıdan Devid üzündən beş-on santimetr uzaqlıqda mavi 
bir kombinezon və qadın ayaqqabısı görür. Ayaqqabının ucu yuxarı burulub, altına bir neçə ot yapışıb.     
Alov əlinin üstündə səssizcə rəqs edir. O, çətinliklə dizi üstə çöməlib əllərini unitaza salır. Tualetin qapısı 
bağlanır, açar burulur. Devid dizi üstə çöküb unitazın suyunu üzünə çırpır, başını suya salır. Ütülmüş 
saçlarından iyrənc iy gəlir. Sonra  ayağa qalxıb paltarındakı sonuncu alovları söndürür. Hər yeri ağrıyır, 
hər yeri yanıb.  
- Lüsi – o qışqırır. – Lüsi burdasan?  
Devidin gözlərinin önündə eyni vaxtda iki mavi kombinezonlu kişi ilə mübarizə aparan, onlardan müdafiə 
olunmağa çalışan qızı canlanır. O, əzab içində qıvrılıb, bu fikri özündən uzaqlaşdırmağa çalışır. Nəhayət, 
Devid maşının işə salındığını eşidir, təkərlərin altında çınqılların xışıltısı eşidilir. Qurtardı? Doğrudanmı, 
gedirlər?   
- Lüsi!- o, səsində dəlilik nidaları eşidənədək təkrar-təkrar qışqırır.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə