Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə31/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   27   28   29   30   31   32   33   34   ...   51

- Petrasın məclisini fikirləşirəm. Ümumiyyətlə, mən ora getməməyə üstünlük verərdim. Kobudluq eləmiş 
olmaram?  
- Bu qərarının qurbanlıqlarla bir əlaqəsi var?   
- Hə. Yox. Öz mövqeyimi dəyişməmişəm, əgər bilmək istədiyin budursa. Hələ də heyvanların əsl 
fərdiyyətə malik olduqlarına inanmıram. Bəziləri sağ qalacaq, bəziləri öləcək. Məncə, bütün bunlara görə 
kədərlənməyə dəyməz. Amma...   
- Amma?  
- Amma bu dəfə nə isə narahatam. Səbəbini deyə bilmərəm.   
- Hər halda Petrasın sənə və həssaslığına hörmət naminə kotletlərdən imtina etmək ehtimalı çox azdır.  
- Heç mənim istədiyim də bu deyil. Sadəcə bu dəfə qonaqlar arasında olmamağa üstünlük verərdim. Heç 
ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sözləri deyəcəyəm. 
- Allahın işini bilmək olmur, Devid. 
- Məni ələ salma.     
Şənbə günü, bazara getmək vaxtı yaxınlaşır. 
Bazara gedəcəyik? – atası Lüsidən soruşur.  
Lüsi çiyinlərini çəkir: 
- Özün bil.   
Devid bazara getmək qərarına gəlir.  
O, qızının imtinasının səbəbini soruşmur, əksinə nə isə anlaşılmaz bir yüngüllük hiss edir.  
Petrasın bayramına hazırlıq şənbə günü günortadan sonra, Devidin fikrincə, kilsə üçün münasib geyimdə, 
sağlam bədənli beş-altı qadının gəlişi ilə başlayır. Onlar tövlənin arxasında ocaq qalayırlar. Tezliklə külək 
oradan özü ilə bərabər qaynayan içalatın pis qoxusunu gətirir, bununla da Devid başa düşür ki, artıq iki 
qoyunun da işi görülüb.   
Yas saxlamalıdırmı? Bir-birlərinə görə heç vaxt yas tutmayan heyvanlara görə kədərlənmək doğrudurmu? 
Ürəyinin dərinliklərinə nəzər salanda, o yalnız qeyri-müəyyən bir kədər duyur.  
Çox yaxın, - o düşünür, biz Petrasa çox yaxın yaşayırıq. Bu, evini, səsləri, iyləri yad adamla bölüşmək 
kimidir.  
Devid Lüsinin otağının qapısını döyür.  
– Gəzintiyə çıxmaq istəyirsən? – o soruşur.  


Sağ ol, amma yox. Ketini apar.  
Devid Ketini özü ilə götürsə də, tezliklə itin ləngliyi və ölüvaylığından qıcıqlanaraq onu geriyə fermaya 
qovub özünü yormaq üçün yeyin addımlarla on səkkiz kilometrlik yolu təkbaşına qət edir.   
Saat beşdə qonaqlar maşınla, taksi ilə, ya da piyada gəlib çıxmağa başlayırlar. O, mətbəx pərdələrinin 
arasından baxır. Qonaqların əksəriyyəti ev sahibi ilə eyni yaşlarda, təmkinli, sanballı adamlardır. Yaşlı bir 
qadın xüsusi vurnuxmaya səbəb olur. Mavi kostyum və parlaq çəhrayı rəngli köynək geyinmiş Petras onu 
qarşılamaq üçün magistral yola çıxır.    
Nisbətən cavan qonaqlar hava qaranlıqlaşanda, peyda olmağa başlayırlar. Yüngül külək özü ilə bərabər 
bir – birləri ilə söhbətləşən qonaqların pıçıltısını, gülüş və musiqi səslərini gətirir. Bu musiqi Devidə 
Yohannesberqdə keçən gənclik illərini xatırladır. Dözmək olar – o düşünür- hətta demək olar şən 
məclisdir.  
- Vaxtdı – Lüsi deyir. – Gəlirsən?  
Lüsi öz vərdişinin əksinə, uzun don, dik daban ayaqqabı geyinib,  muncuq dənələrindən boyunbağı və 
sırğa taxıb. Qızının bu görkəmi Devidin o qədər də xoşuna gəlmir.  
Yaxşı gedək. Mən hazıram.  
Kostyumun yoxdur?  
Yox. Gətirməmişəm.  
Heç olmasa, qalstuk tax.  
Elə bilirdim kənddəyik. 
Elə ona görə də geyinib keçinmək lazımdır. Petras üçün çox vacib gündür.  
Lüsinin əlində kiçik bir fənər var. Ata və qızı qol-qola cığır boyunca Petrasın evinə sarı gedirlər. Lüsi yolu 
işıqlandırır, o, hədiyyələri daşıyır. Üzlərində təbəssüm açıq qapının qarşısında dayanırlar. Petras gözə 
dəyməsə də, ziyafət geyimindəki kiçik qız onları içəri aparır.   
Köhnə tövlənin tavanı və düz-əmməli döşəməsi yoxdur, lakin ən azı genişdir və elektrik enerjisi ilə təmin 
olunub. Abajurlu lampalar və divardakı rəsmlər (Van Qoqun günəbaxanları, Tretçikovun mavi libaslı 
qadını, Barbarella obrazında Ceyn Fonda və qol vuran Doktor Kumalo) ümumi mənzərənin tutqunluğunu 
bir qədər azaldır.  
Tövlədə onlardan başqa ağ adam yoxdur. Qonaqlardan bəziləri köhnədəbli Afrika cazının sədaları altında 
rəqs edirlər. Maraq dolu baxışlar onun və Lüsinin üzünə tuşlanıb. Bəlkə də məsələ yalnız onun başındakı 
sarğıdadır.  


Lüsi qadınlardan bəzilərini tanıyır. Başqaları ilə onu tanış edirlər. Sonra Petras onların yanında peyda 
olur. O, qonaqpərvər ev sahibi rolunu oynamır, onlara içki təklif eləmir, əvəzində - daha itlər yoxdur. 
Mən it baxıcısı deyiləm – deyir.  
Lüsi bunu zarafat kimi qəbul etmək qərarına gəlir. Deməli, hər şey qaydasındadır.  
Sizin üçün gətirmişik – Lüsi deyir – bəlkə də xanımınıza vermək daha düzgün olar. Ev üçündür. 
Petras mətbəxə (əlbəttə belə demək mümkünsə) tərəf dönüb arvadını çağırır. Devid birinci dəfədir, onu 
yaxından görür. Gənc- Lüsidən gənc bu utancaq və heç şübhəsiz hamilə qadını gözəldən çox, xoşagəlimli 
adlandırmaq olar. O, Lüsinin əlini sıxsa da, Devidə tərəf baxmır.    
Lüsi kosa dilində bir neçə söz deyib, bağlamanı qadına təqdim edir. Onların ətrafına artıq beş-altı 
tamaşaçı toplanıb.  
Açmaq lazımdır – Petras deyir.  
Hə, açmalısınız – Lüsi deyir.  
Petrasın gənc qadını naringi və dəfnə yarpaqları təsvir olunmuş hədiyyə kağızını cırmamağa çalışaraq, 
ehtiyatla bağlamanı açır. Bağlamadan kifayət qədər gözəl aşant  ornamentləri ilə bəzənmiş parça çıxır. 
- Sağ olun – qadın ingilis dilində pıçıltı ilə deyir.   
- Yataq örtüyüdür, - Lüsi Petrasa izah edir.  
- Lüsi bizim himayədarımızdır – Petras ucadan elan edir, sonra isə Lüsiyə müraciətlə: - Siz bizim 
himayədarımızsınız – deyir.  
Devidin fikrincə, zövqsüz, ikibaşlı bu söz anı korlayır. Bununla belə, Petrası qınamaq olarmı? Onun bu cür 
lovğalıqla istifadə etdiyi dil – bircə Petras bunu bilsəydi – çoxdan köhnəlib, süstləşib, daxildən aşınıb. 
Yalnız tək hecalı sözlərə etibar etmək olar, onların da yalnız bir qisminə.    
Neyləmək olar? Bir vaxtlar informasiyanın ötürülməsinin metodları haqqında mühazirə oxuyan Devid heç 
bir çıxış yolu görmürdü. Lap əvvəldən əlifbadan başlamaqdan başqa yol yox idi. Lakin çoxhecalı sözlər 
təmizlənib, bərpa olunub dilə qayıdana qədər o, çoxdan ölmüş olacaqdı.   
Uşaq... Uşaq nə vaxt doğulmalıdır? – o, Petrasın arvadından soruşur. 
Qadın üzündə anlaqsız ifadə ilə Devidə baxır.   
Oktyabr... – Petras söhbətə qarışır. – Uşaq oktyabrda doğulacaq. Ümid edirik ki, oğlan olacaq.  
Oho! Niyə qızların əleyhinəsiniz?  
Dua eləyirik ki, oğlan olsun, - Petras deyir. – İlk uşaq oğlan olsa yaxşıdır. Onda o bacılarına izah edə 
bilər... özünü necə aparmağı izah edər. Hə. - Petras susur, sonra: - qız baha başa gəlir- deyib baş 
barmağını şəhadət barmağına sürtür. – Həmişə pul, pul, pul.   


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə