Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə39/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   35   36   37   38   39   40   41   42   ...   51

Bu lap ağ oldu, Lüsi. Fermanı sat. Fermanı Petrasa sat, çıxaq gedək.  
- Yox.  
Söhbət bu yerdə bitsə də, Lüsinin sözləri onun qulaqlarında əks-səda verir. “Qan içində”. O nə demək 
istəyirdi? Devid əbəs yerə yuxusunda qana bulanmış çarpayı, qanla dolu vanna görmürdü?  
“Onların peşəsi – zorlamaqdır” Devid hələ köhnəlməmiş “toyota”da çıxıb gedən çağırılmamış qonaqları 
haqqında düşünür: arxa oturacaqlar evin əşyaları ilə doludur, silahları -  isti və məmnun edilmiş cinsi 
orqanları ayaqlarının arasında pişik kimi mırıldanır. Gün ərzində gördükləri işlərlə fəxr etmək üçün 
səbəbləri var, vəzifələrini yerinə yetirdikləri üçün özlərini xoşbəxt hiss edirlər.   
Lüsi qorxurdu, çox qorxurdu. Səsi tutulub, güclə nəfəs alır, əlləri və ayaqları keyiyib. - Ola bilməz, – iki kişi 
zorla onu uzandırmağa məcbur edərkən o öz-özünə deyib – bu yuxudur, kabusdur. – Quldurlar isə 
qurbanlarının qorxusundan həzz alır, onu daha da dəhşətə gətirmək üçün əllərindən gələni edirlər. - 
İtlərini çağır, – onlar deyirlər. – “İt yoxdur? Qoy onda biz sənə göstərək, it necə olur!    
“Başa düşmürsünüz, siz axı orda deyildiniz” – Bev Şou deyirdi. Bəli o yanılırdı. Lüsi isə öz intuisiyasında 
haqlı idi, Bəli o başa düşürdü, diqqətini toplayıb özünü o kişilərin yerinə qoya bilərdi. Bəs onun təxəyyülü 
özünü qadının yerinə qoymağa kifayət edərdimi?  
Devid öz otağına çəkilib qızına məktub yazır: 
“Əziz, Lüsi. Səni dünyalar qədər sevdiyimə görə, bunları deməyə məcburam. Sən böyük bir səhvin 
astanasındasan. Tarixin qarşısında boyun əymək istəyirsən, lakin tutduğun yol düzgün deyil. Bu yol səni 
ləyaqətdən məhrum edəcək,  özünə hörmət eləyə bilməyəcəksən. Yalvarıram, mənə qulaq as.  
Atan. ”  
Bir saat sonra  Lüsi Devidə yazdığı məktubu qapının altından içəri itələyir:  
“Əziz Devid,  
Sən yenə mənə qulaq asmamısan. Mən sənin tanıdığın insan deyiləm. Mən ölüyəm, nəyin məni həyata 
qaytarmağa qadir olduğunu isə hələ bilmirəm. Bircə onu bilirəm ki, burdan gedə bilmərəm. Sən bunu 
başa düşmürsən. Bilmirəm, səni necə başa salım. Sən mənə pəncələrini bərk-bərk gözlərinə sıxan üç 
meymunu xatırladırsan. Bəli, bəlkə də səhv yoldayam. Amma mən indi fermanı tərk edib məğlub bir 
şəkildə burdan getsəm, həyatım boyu bu məğlubiyyətin dadını hiss eləyəcəyəm.  
Mən həmişə uşaq qala bilmərəm. Sən də həmişə ata ola bilməzsən. Bilirəm ki, mənim yaxşılığımı 
istəyirsən. Amma bu məsələdə sənin bələdçiliyin mənə kömək eləməz, bu dəfə yox  
Sənin Lüsin”.  
Bu da onların yazışması. Bu, Lüsinin son sözüdür. 


İtlərin bugünkü qətli bitib. İçində ruhların və bədənlərin gizləndiyi qara kisələr qapının yanında 
qalaqlanıb. Devid və Bev bir-birlərini qucaqlayıb, cərrahiyə otağının döşəməsində uzanıblar. Yarım saat 
sonra Bev öz Billinin yanına qayıtmalı, o isə kisələri kombiyə yükləməyə başlamalıdır.  
Birinci arvadın haqqında mənə heç danışmamısan, - Bev deyir. – Heç Lüsi də onun haqqında danışmır.  
- Lüsinin anası holland idi. Bunu sənə deməmiş olmaz. Evelina. Evi. Boşanmadan sonra o, Holandiyaya 
getdi. Sonra təzədən ailə qurdu. Lüsi ögey atasına öyrəşə bilməyib, onu Cənubi Afrikaya göndərməyi 
xahiş edib. 
Yəni səni seçdi. 
Müəyyən mənada. İndi isə mən onu müvəqqəti də olsa, geri qayıtmağa məcbur etməyə çalışıram. Onun 
Hollandiyada ailəsi, dostları var. Hollandiya yaşamaq üçün ən gözəl yer olmasa da, hər halda insanı gecə 
kabusları ilə mükafatlandırmır.    
Və? 
Devid çiyinlərini çəkir.  
İndi Lüsi mənim məsləhətimə qulaq asmağa meylli deyil. Deyir ki, ona lazım olan bələdçi mən deyiləm.  
Axı sən Universitet müəllimi idin.  
 Tamamilə təsadüf nəticəsində. Heç vaxt xüsusi bir müəllimlik istedadım olmayıb. Kiməsə yaşamağı 
öyrətməyə də heç vaxt həvəsim olmayıb. Mən elm adamı deyilən insanlardanam. Çoxdan ölmüş insanlar 
haqqında kitablar yazırdım. Bax, buna çox həvəsim var. Müəllimliyə isə yalnız dolanışıq naminə 
dözürdüm.   
Bev söhbətin davamını gözləyir, onun isə həvəsi yoxdur. 
Gün batır, hava soyuyur. Devid Bayron haqqında düşünür. O, Yunanıstana yola düşmək üzrədir. Otuz beş 
yaşlı Bayron nəhayət, həyatın dəyərini anlayıb.   
Sunt Iacrimae rerum, et mentem mortalia tangunt: O artıq Bayronun deyəcəyi sözləri dəqiqləşdirib, 
musiqi isə hardasa uzaqlardadı, hələ yaxınlaşmaq istəmir.   
Narahat olma, - Bev Şou deyir. O, başını Devidin sinəsinə qoyub, görünür, ürəyinin necə döyündüyünü 
eşidir. – Biz Billə onun qayğısına qalarıq. Fermaya tez-tez baş çəkərik. Petras da ona göz qoyar.  
Petras və onun ata qayğısı.  
Hə.   
Lüsi deyir ki mən həmişə ata olaraq qala bilmərəm. Mənsə Lüsinin atası olmadığımı təsəvvür eləyə 
bilmirəm.  
Bev barmaqlarını Devidin saçlarında gəzdirir.  


Hər şey yaxşı olacaq, - Bev pıçıldayır. – Görərsən. 
 
 
XIX 
 
 
Ev bu yerlərin ümumi abadlaşdırılması zamanı tikilib. On beş – iyirmi il əvvəl hələ yeni olanda, bu ev 
olduqca darıxdırıcı görünürdü, lakin zamanla ot basmış cığırlar, beton divarlar boyunca uzanan ağaclar və 
bitkilər onun görkəmini xeyli yaxşılaşdırdı. Devid Rostholm Kersentdəki səkkiz nömrəli evin zəngini basır.  
Gənc bir səs deyir:     
— Salam? 
Mister İsaaksı axtarıram. Familyam Luridi. 
Hələ qayıtmayıb.  
Nə vaxt gələr?  
Bir dəqiqə.  
Qıfıl çıqqıldayır, Devid qapını itələyib açır, cığırla ön qapıya tərəf gedir. Qapının qarşısında onu arıq bir qız 
gözləyir. Əynində məktəbli geyimi var: tünd mavi rəngli kofta, ağ corab, yaxası açıq köynək. Onun gözləri, 
iri almacıq sümükləri, tünd saçları eynilə Melanini xatırladır. Onun bacısından yeganə fərqi hədsiz 
dərəcədə gözəl olmasıdır. Deməli, Melaninin artıq haqqında eşitdiyi kiçik bacısı budur, amma Devid nə 
qədər çalışsa da, onun adını xatırlaya bilmir.  
Hər vaxtınız xeyir. Atanız nə vaxt qayıdacaq?  
Məktəbdə dərslər saat üçdə qurtarır, amma o adətən yubanır. Buyurun, içəri keçə bilərsiniz.   
Qız qapını qonağı üçün açıq saxlayıb, Devid yanından ötəndə divara qısılır.  
Qız zərifcə əlində tutduğu keks dilimini yeyir. Keksin qırıntıları dodağına yapışıb. Devid əlini uzadıb 
qırıntıları təmizləmək istəyir və elə həmin an qızın bacısı haqqında isti xatirələr onu öz ağuşuna alır. – 
Tanrım, məni hifz elə, - o düşünür. – burda nə işim var? 
İstəyirsiniz, əyləşin, - qız deyir.  
Devid əyləşir. Mebellər parıldayır, otaq son dərəcə səliqəlidir. “Adın nədir?” - o soruşur.    
Dezire.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə