Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə47/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   43   44   45   46   47   48   49   50   51

yanaşmadığı qadınlar, hətta uğursuzluqları belə onu zənginləşdirmişdi. Sanki sinəsində gül açılır, ürəyi 
minnətdarlıqla dolur.  
Bu cür anlar haradan yaranır? Yuxu qabağı görmələrdir bəli. Bəs mənası nədir? Əgər ona yol göstərilirsə, 
onda yol göstərəni kimdir?  
Tamaşa uzandıqca uzanır. Bu da Melaninin süpürgə ilə elektrik naqillərinə ilişdiyi səhnə. Birdən qığılcım 
çıxır və səhnəyə qaranlıq çökür. “Aman Allah,” – bərbər ciyildəyir, - sarsağın biri!”  
Aralarında iyirmi cərgə olsa da, Devid Melaninin bu uzaq məsafədən onun iyini duyduğuna, fikrilərini 
oxuduğuna ümid edir. 
Nə isə yüngülcə boynunu ardına toxunub, onu dünyaya qayıtmağa səsləyir.    
Bir saniyə sonra yenə nəsə yanından ötüb qarşısındakı oturacağın söykənəcəyinə dəyir: əzilmiş saqqız 
kağızı. Üçüncü kağız yumrusu boynuna dəyir. Hədəfin o olduğuna şübhəsi qalmır.  
Görünür, arxaya çevrilib baxmalı, “kimiydi?” – deyə bağırmalıdır. Bəlkə irəli baxmağa davam edib, özünü 
o yerə qoymasın? Dördüncü yumru çiyninə dəyib havaya qalxır. Yanında oturan kişi təəccüblə Devidə 
baxır.  
Səhnədəki tamaşa davam edir. bərbər Sidni nəhs zərfi açıb, ev sahibinin ultimatumunu ucadan oxuyur. 
Ay sonuna qədər icarə haqqını ödəməsələr “Qlobus” bağlanmalı olacaq. “Bəs indi neyləyək?” 
müştərilərin saçlarını yuyan qadın, Miriam zarıyır.   
- Sss – arxada oturanlardan kimsə astadan lakin, ön cərgədə eşiləcək səslə pıçıldayır. – Sss.  
Devid başını çevirir, bu dəfə yumru gicgahına dəyir. Arxa qapıda Rayan, Melaninin sivri uclu saqqal 
saxlayan, qulağı sırğalı dostu dayanıb. Baxışları toqquşur.  Xırıltılı səslə “Professor Luri!” – deyə  
pıçıldayan Rayan biabırçı hərəkət eləmiş olsa da, deyəsən özünü son dərəcə sərbəst hiss eləyir. 
Dodaqlarında xəfif bir təbəssüm oynayır. 
   Tamaşa davam eləyir, Devidin yan-yörəsində əsəbiləşənlərin sayı artır. “Sss” – Rayan yenə pıçıldayır. 
“Sakit!” səsini çıxartmamış olsa da, iki cərgə qabaqda əyləşmiş qadın ona müraciətlə qışqırır. Çıxışa çatıb, 
qapıya gedən yolu tapmaq, küləkli aysız gecəyə çıxmaq üçün beş cüt dizin qarşısından ötmək lazım gəlir: 
“Bağışlayın, bağışlayın”, çəpəki baxışlar, əsəbi mırıldanmalar.   
Arxasınca səs eşidir. Çevrilib baxır, siqaretin ucu parlayır: Rayan maşınların saxlandığı yerə qədər onu 
təqib edib.  
İzahat vermək istəmirsiniz? – Rayan çımxırır. – Özünüzü nə üçün uşaq kimi apardığınızı izah 
eləməyəcəksiniz? – deyib qullab vurur. - Sizə yaxşılıq elədim, professor. Hələ dərsinizi almamısınız?  
Nə dərs? 
Öz tay-tuşlarınızla oturub-durmaq dərsi.  


“Öz tay-tuşu”... Bu oğlan kimdir, ona tay-tuşunun kim olduğunu deyir? O, ağlın diktə elədiyinin əksinə, 
tamamilə yad insanları bir-birlərinin ağuşuna itələyən, onları doğma adamlara çevirən qüvvəni haradan 
tanısın? Bütün varlıqlar mükəmmələ can atırlar.   
Rayan danışır: 
- Melanidən əl çəkin! O sizi görən kimi üzünüzə tüpürəcək!  
Siqareti yerə atıb bir addım irəli çıxır. Ulduzların işığı o qədər parlaq idi ki, kənardan baxanlar üz-üzə 
dayanmış kişiləri alov bürüdüyünü zənn edərdilər.  
Özünüzə başqa həyat tapın, professor. Doğru sözümdü. Mənə inanın.    
O, Qrin Pointdəki magistral yolla yavaşca geri qayıdır. “Üzünüzə tüpürəcək”. Bax bunu qətiyyən 
gözləmirdi. Sükandan yapışmış əlləri titrəyir. Mövcudluğun bu vaxta qədər  çoxdan öyrəşməli olduğu 
zərbələri.  
Küçədə çoxlu piyada var. İşıqforda onlardan biri, qısa yubkalı hündür boylu qız diqqətini cəlb edir. “Niyə 
də yox?” – o fikirləşir. – Axı bu gecə yeni kəşflərin gecəsidir.    
Maşını siqnal təpəsinin ətəyindəki dalanda saxlayır. Qız ya sərxoşdur, ya da narkotik qəbul edib.  Rabitəli 
bir cümlə deyə bilməsə də,  işinin öhdəsindən Devidin gözləməyə haqqı olmadığı qədər yaxşı gəlir. Sonra 
üzünü onun qasığına söykəyib uzanır. Qız küçənin işıqları altında göründüyündən, hətta Melanidən daha 
cavandır. Əlini onun boynunun ardına keçirib, titrəmələri dayanıb. O bir tərəfdən süstlük və məmnunluq, 
digər tərəfdən isə qızı bütün bəlalardan qorumaq ehtiyacı hiss edir.    
“Vəssalam, başqa heç nə lazım deyil!” – o fikirləşir. “Mən bunu necə unuda bilmişəm? ” 
Nə yaxşı, nə pis insan. Nə soyuq, nə də ən ehtiraslı anlarda belə atəşli. Terezanın həm də  Bayronun 
meyarlarına görə hərarətli insan deyil. Alovdan məhrumdur. Kainatım ona kəsdiyi hökm budurmu?    
Qız yerində qımıldanıb oturur.  
Məni hara aparırsan?- burnunun altında mızıldanır. – Hardan tapmışamsa, ora”.  
 
 
XXII 
 
 
Vaxtaşırı Lüsiyə zəng edir.  Lüsi onu fermada işlərin yaxşı getdiyinə,  o isə qızını dediklərinə şübhə 
etmədiyinə inandırmağa çalışır. Lüsi deyir ki, artıq baharın ilk tumurcuqları peyda olduğundan güllərə çox 
vaxt sərf edir. İt damı da yavaş – yavaş canlanır. İki it artıq himayəsinə verilib və  damın sakinlərinin 


sayının daha da artacağına ümid edir. Petras evi ilə məşğul olduğundan kömək eləməyə vaxtı olmur. 
Şoular tez-tez qonaq gəlirlər. Yox, pul lazım deyil.   
Lüsinin səsində nəsə narahatlıq duyulur. Bev Şouya zəng vurur.  
- Sən soruşa biləcəyim yeganə insansan – o deyir. – Lüsi necədir? Amma düzünü de.  
Bev Şou ehtiyatlıdır. “Sənə nə deyib?”  
Deyir ki, yaxşıdır. Amma səsi elədir, elə bil ruhla danışıram. Elə bil sakitləşdiricilərin hesabına yaşayır. 
Elədi?  
Bev cavabdan yayınır. Hər halda, - O deyir, sanki sözləri ehtiyatla seçməyə çalışır – təzə xəbərlər var.  
Nə xəbər?  
Deyə bilmərəm, Devid. Məcbur eləmə. Lüsi özü sənə deməlidir 
Lüsiyə zəng vurur.  
Durbana getmək istəyirəm, -  yalandan deyir – İş tapmaq ehtimalım var. Bir neçə günlüyə fermada qala 
bilərəm?”  
Bev Şou ilə danışmısan?  
Bevin bu məsələyə dəxli yoxdur. Gələ bilərəm?  
Port Elizabetə uçub maşın kirayələyir. iki saat sonra Lüsinin fermasına - onun torpaq sahəsinə aparan 
şose yoluna dönür.  
Bəlkə bu onun da torpaq sahəsidir? Yox, torpağa bağlı olduğunu hiss etmir. Fermada xeyli vaxt 
keçirdiyinə baxmayaraq, torpaq ona yaddır.   
Bəzi dəyişikliklər var. O qədər də ustalıqla çəkilməmiş məftil hasar Lüsi ilə Petrasın torpaq sahələri 
arasında sərhədi göstərir. Petrasın tərəfində iki arıq düyə otlayır. Petrasın evi reallığa çevrilib. Köhnə 
fermadan şərqə doğru təpənin üstündə yerləşən boz, heç nə ilə fərqlənməyən bu tikili gərək ki, səhərlər 
yerə çox uzun kölgə salır.    
Lüsi asanlıqla gecə köynəyi kimi istifadə edilə biləcək biçimsiz bir xələtdə qapını açır. Əvvəlki sağlamlıq 
saçan, gümrah üz ifadəsindən əsər-əlamət qalmayıb. Qızının üzü solğun, saçı çirklidir. Lüsi heç bir 
mehribanlıq nümayiş etdirmədən onu qucaqlayıb:    
İçəri keç, —  deyir. — Mən də çay dəmləyirdim. 
Mətbəx stolunun arxasında əyləşirlər. Lüsi çay süzüb kiçik bir paket zəncəfilli peçenyeni ona uzadır.  
Durbandan nə təklif almısan? – Lüsi soruşur?  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə