Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə43/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   39   40   41   42   43   44   45   46   ...   51

Siz kimsiniz?  
Devid Luri  
Hə? Sonra?  
Məktublarımı götürməyə gəlmişəm. Bura mənim otağım idi. “Keçmişdə”- o az qala əlavə edəcəkdi.  
Hə, Devid Luri. Üzr istəyirəm, fikirliyəm. Hamsını yeşiyə yığmışam. Burda tapdığım digər əşyalarınız da 
onun içindədir. - əllini yelləyir. – bax, orda.  
Bəs kitablarım?  
Aşağıda anbarda.  
Təşəkkür edirəm. – O, yeşiyi yerdən qaldırır.  
Dəyməz, - gənc professor Otto deyir. – Tək daşıya biləcəksiniz?    
Poçtunu yerbəyer eləyə bilmək üçün ağır qutunu kitabxanaya aparır. Amma kitabxananın girişindəki 
nəzarət qurğusu daha onun kartının tanımır. Poçtuna vestibüldəki skamyada əyləşib baxmalı olur.     
Yata bilmək üçün həddən artıq narahatdır. Gündoğumunda uzun gəzintiyə çıxmağı qət edib, dağların 
ətəyinə sarı getməyə başlayır. Yağış yağıb, novlardan hələ də su axır. O, şam ağaclarının bihuş edən ətrini 
içinə çəkir. Bu gün özündən başqa heç kimin qarşısında cavabdehlik daşımayan azad bir insandır. Vaxt öz 
ixtiyarındadır, nə istəsə edə bilər. Səksəkə oyadan bir hiss olsa da, güman ki, tezliklə buna da öyrəşər.    
Lüsi ilə keçirdiyi qısa müddət onu kəndçiyə çevirə bilməyib. Amma bəzi şeylər üçün darıxır: məsələn, 
ördək ailəsi. Fəxrdən sinəsi şişmiş ana ördək dənlikdə tez-tez istiqamətini dəyişə-dəyişə yeriyir. Eni, 
Meni, Mini və Mo isə anaları yanlarında olduqca başlarına heç nə gəlməyəcəyindən əmin halda 
yanlarının basa-basa tələsik onun ardınca gedirlər.  
İtlər haqqında isə düşünmək istəmir. Klinikanın divarları arasında həyatdan azad edilmiş itlər bazar 
ertəsindən etibarən nəzərə çarpmadan, yas tutulmadan etinasızlıqla oda atılacaqlar. Bu xəyanətinə görə, 
nə vaxtsa bağışlanacaqmı?  
Banka baş çəkir, bir qucaq camaşırı yuyulmağa aparır. İllərlə qəhvə aldığı mağazanın satıcısı özünü elə 
göstərir ki, guya onu tanımır. Bağçasını sulayan qonşu qadın arxasını çevirib, ciddi-cəhdlə başını ona tərəf 
döndərməməyə çalışır.   
O, ilk dəfə Londona gəlib pontamima teatrına baş çəkən, sinəsindəki “gözəgörünməz” yazısı ilə müdafiə 
olunduğu üçün qılıncını sağa-sola yellədə-yellədə səhnədə qayğısızca gəzişən Div Qatili Ceklə rastlaşan 
Vilyam Vordsvortu xatırlayır.  
Axşam avtomat telefondan Lüsiyə zəng vurur.  


Zəng vurdum ki, məndən nigaran qalmayasan, - o deyir. – yaxşıyam. Görünür, təzədən bura öyrəşmək 
üçün bir az vaxt lazımdı. Evdə şüşənin içində dığırlanan noxud dənəsi kimi dolanıram. Ördəklər üçün 
darıxıram.   
Evin soyulduğunu demir. Öz qayğıları ilə Lüsini narahat etməsə, yaxşıdır.  
Petras necədir? – o soruşur. – Sənə kömək eləyir, yoxsa ev tikməkdən hələ başı açılmayıb?   
Petras mənə çox kömək eləyir. Hamı kömək eləyir. 
Lazım olsam, dərhal qayıtmağa hazıram.   
Sağ ol, Devid. İndi yox, amma bir azdan bəlkə.  
Kim deyə bilərdi ki, gün gələcək o, iməkləyə-iməkləyə balaca körpəsinin qapısına gedib içəri keçmək 
üçün yalvaracaq?  
Super marketdə keçmiş kafedra müdirinin özündən qabaqda növbə gözlədiyini görür. Elayn alış-veriş 
arabasını ağzınacan doldurub, onun isə əlində kiçik bir zənbil var. Elayn əsəbi halda onun salamına cavab 
verir.   
 - mənsiz kafedrada içlər necə gedir? – o soruşur.  
“Əla”- az-çox səmimi cavab bu olmalı idi. – sizsiz əla keçinirik”  
Amma Elayn belə bir cavab üçün həddən artıq nəzakətlidir:  
- Həmişəki kimi çarpışırıq. – o, sönük cavab verir.  
 - Yerimə adam tapmısınız? 
- Hə, müqavilə ilə cavan bir oğlanı işə götürüblər.  
“Artıq tanış olmuşuq”, - o deyə bilərdi, sonra isə əlavə eləyərdi: “Əsl balaca axmaq”. Amma o özü də 
həddən artıq tərbiyəlidir.  
İxtisası nədir? – əvəzində soruşur.  
Tətbiqi dilçilik. Dilləri tədqiq edir.  
Bu da şairlərin, ölmüş ustadların axırı. Ottoya yaxşı müəllimlik edə bilməyənlərin, başqa sözlə onun 
kifayət qədər diqqətlə dinləmədiklərinin sonu.   
Onlardan qabaqda dayanan qadın tələsmədən pulu ödəyir. Elaninin “Sizin işləriniz necə gedir, Devid 
deyib növbəti sualı verməyə və Devidin “Çox yaxşı, Elayn, çox yaxşı” cavabını eşitməyə hələ də vaxtı var”.  
-  
Qabağa keçmək istəyirsinizmi? – Elayn Devidin zənbilinə işarə edib deyir. -  o qədər az bazarlıq 
eləmisiniz ki.  


Devid: - heç ağlınıza da gətirməyin, Elayn – deyib, köhnə iş yoldaşlarının aldıqlarını piştaxtaya yığmasına 
böyük bir zövqlə tamaşa edir: təkcə çörək yox, həm də yağ, tənha yaşayan qadının özünə rəva bildiyi 
kiçik ləzzətlər- əsl qaymaqlı dondurma (üstündə əsl badam, əsl üzüm), idxal edilmiş italyan peçenyeləri, 
şokolad plitkaları və gigiyenik bez.      
Elayn mağazaya borcunu kredit kartı ilə ödəyir. Qarşısında maneə olduğuna görə o Devidlə əlini yelləyib 
sağollaşır və bu zaman özünü nə qədər yüngülləşmiş hiss etdiyi aydın görünür.    
Xudahafiz! – Devid kassir qadının başı üstündən qışqırır. – Hamıya salam söyləyin!   
Elayn çevrilib baxmır.  
Əvvəl operadakı hadisələrin Lord Bayron və sevgilisi qrafinya Qviççiolinin ətrafında cərəyan edəcəyini 
düşünürdü. Ravennanın boğucu bürküsündə Qviççiolilərin villasında qapalı qalmış, Terezanın qısqanc əri 
tərəfindən təqib olunan sevgililər tutqun otaqlarda gəzib, əngəl tanımayan ehtirasları haqqında oxumalı 
idilər. Tereza özünü məhkum kimi hiss edir, qəzəbindən boğulur, Bayrona yalvarıb onu buradan başqa 
bir həyata aparmağı xahiş edir. Bayron isə tərəddüd içində olsa da, bu hisslərini büruzə verməyəcək 
qədər ağıllıdır. O, əvvəlki həyəcanın daha heç vaxt təkrarlanmayacağından şübhələnir. Bayron dinc 
həyata meyl etməyə başlayıb. Hələ ki, qeyri-şüuri olsa da, sakitlik, tənha ömür, əgər bu mümkün olmasa, 
apofeoz, ölüm onu özünə cəlb edir. Terezanın təntənəli ariyalarına baxmayaraq, onun qəlbində 
qığılcımlar parlamır. Bayronun fərəhsiz, çaşqın səsi isə Terezaya təsir eləmir.     
Əvvəl belə fikirləşmişdi: hərarətli gənc qadın və vaxtilə atəşli məşuq olsa da, zamanla ehtirası nisbətən 
sönmüş qoca kişi arasında məhəbbət və ölüm haqqında kamera operası. Tamaşa mürəkkəb, təlaşlı daim 
ehtiraslı italyan dilinə keçməyə meyllənən ingilis dilində oxunan musiqi ilə müşayiət olunmalı idi.       
Forma cəhətdən pis fikir deyildi. Personajlar bir-birlərini yaxşı tamamlayırlar. Dustaq cütlük, pəncərəni 
döyəcləyən rədd edilmiş məşuqə, qısqanc ər. Çılçıraqlarında Bayronun əl meymunlarının yelləndiyi, 
həddən artıq bəzəkli neopolitan mebellərinin arasında tovuz quşlarının gəzdiyi villa zamansızlıq və 
tənəzzülün lazımi ahəngini yaradırdı.  
Bununla belə, nə Lüsinin fermasında, nə də indi bu ideya onun ruhuna hakim kəsilə bilmirdi. Layihədə 
düşünülməmiş, ürəkdən gəlməyən nə isə var. Casus xidmətçilərin ucbatından məşuqu ilə ehtiraslarını 
kiçik anbarda, çovğunun ağzında söndürməli olduqları üçün ulduzlara şikayət edən bir qadın. Nə olsun? 
O, Bayronun sözlərini asanlıqla tapır. Tarixi məlumatlara görə, gənc, ehtiraslı, həmişə öz bildiyini oxuyan, 
dalaşqan Terezanın xasiyyəti isə Devidin hansısa daxili qulağı ilə eşitdiyi, harmoniyaları payız sayağı 
təntənəli olsa da, ironiya ilə cilalanmış musiqi ilə uyuşmur.   
O, başqa yol seçməyə çalışır, not yazılmış vərəqələri, əsir edilmiş ingilis milorda məhəbbətinin ilk 
çağlarını yaşayan özbaşına qadını bir kənara qoyub orta yaşlı Terezanı canlandırmağa çalışır. Yeni Tereza 
qoca atası ilə birlikdə Hamba villasında yaşayan, şəkər oğurlamasınlar deyə daim xidmətçilərə göz qoyan 
simic, bəstəboylu dul qadındır. Yeni variantda Bayron çoxdan ölüb; Terezanın əlində qalan yeganə 
ölümsüzlük iddiası, tənha gecələrinin yeganə təsəllisi, çarpayının altında saxladığı, müqəddəs saydığı 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə