Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə41/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   37   38   39   40   41   42   43   44   ...   51

O: - buyurun, buyurun - deyib Devidi qonaq otağına aparır. Nə ikinci qız, nə də anası gözə dəymir.   
Devid: - Kiçik bir hədiyyə gətirmişəm, - deyib şərab şüşəsini İsaaksa uzadır. Ev sahibi təşəkkür eləsə də, 
deyəsən, şüşə ilə nə edəcəyini bilmir. 
- Sizin üçün bir az süzüm? Gedim açım.   
İsaaks otaqdan çıxır, mətbəxdən pıçıltı eşidilir. İsaaks otağa qayıdır.  
- Probkaaçanı tapa bilmədim. Eybi yox. Dezi qonşulardan borc alar.  
Aydın məsələdir, bu ailədə içən yoxdur. Başqa cür ola da bilməzdi. Ciddi qaydaları olan, qənaətcil, səliqəli 
kiçik burjua evi. Maşın təmiz yuyulub, həyətdəki otlar biçilib, qənaət edilib yığılmış pul bankda saxlanılır. 
Valideynlər həyatlarını qızıldan dəyərli qız övladlarının - teatrla bağlı arzuları olan ağıllı Melani və gözəllər 
gözəli Dezirenin gələcəyini təmin etməyə həsr ediblər. 
Devid yaxın tanışlıqlarının ilk gecəsində divanda yanında əyləşib, içinə azca viski əlavə edilmiş qəhvə içən 
Melanini, onun səliqəli kiçik bədənini, insanı həyəcana gətirən libasını, ehtirasdan parlayan gözlərini 
xatırlayır. Kiçik bir qız vəhşi canavarın vurnuxduğu meşəyə addım atır.      
Əlində probkaaçan və şərab şüşəsi ilə gözəl Dezire otağa daxil olur. Qız ona doğru yaxınlaşarkən qəfildən 
qonaqla salamlaşmaq lazım olduğunu xatırlayıb bir anlıq tərəddüd edir.   
O, güclə nəzərə çarpan pərtliklə: - ata? – deyib şüşəni uzadır.   
Deməli, Dezire artıq Devidin kim olduğunu bilir. Valideynləri onun haqqında danışıblar, ola bilsin 
mübahisə ediblər: arzu edilməyən qonaq.  
Ata qızın ovcunu əlindən saxlayır.  
— Dezire, - o deyir, - Bu mister Luridir.  
— Salam, Dezire. 
Qız başı ilə salam verib, üzünə tökülən saçları geri itələyir. O hələ də çaşqın görünsə də, artıq atasının 
qanadları altında güc toplayıb.  
— Salam, - Dezire deyir “Aman allah, aman Allah!”- Devid fikirləşir:  
Dezire isə ağlından keçən fikirləri Deviddən gizlədə bilmir. “Deməli, bacımın birlikdə çılpaq uzandığı kişi 
budur! Deməli, Melani o işi bununla görüb! Bu qoca ilə!” 
Evdə mətbəxə bitişik, nisbətən kiçik, daha bir qonaq otağı var. Dörd nəfərlik süfrə açılıb –stolun üstünə 
ən yaxşı qab-qacaq düzülüb, şam qoyulub.  
- Əyləşin, əyləşin! – İsaaks deyir. Ana hələ də gözə dəymir. – İsaaks- bir dəqiqəyə gəlirəm- deyib mətbəxə 
keçir.   


Devid düz qarşısında əyləşmiş Dezire ilə otaqda tək qalır. Qız əvvəlki cürətini itirib başını aşağı əyir.  
Nəhayət ki, valideynlər qayıdırlar. Devid ayağa qalxır.  
—Yoldaşımla tanış deyilsiniz. Dorin, qonağımız Mister Luri.  
Dəvətə görə sizə minnətdaram xanım İsaaks.  
Xanım İsaaks orta yaşlarında kökəlməyə başlamış, əyri ayaqlarına görə aşa-aşa yeriyən bəstəboy 
qadındır. Lakin onun gəncliyində çox gözəl olduğu şübhəsizdir. 
Ev sahibəsinin üzü hərəkətsizdir. O, Devidin gözünün içinə baxmasa da, demək olar nəzərə çarpmayacaq 
bir şəkildə başını tərpədir. İtaətkar, xeyirxah qadın və köməkçi. Qızları da ona bənzəyəcəkmi?   
— Dezire, zəhmət olmasa, yeməkləri gətirməyə kömək elə. – xanım İsaaks deyir.   
Qədirbilən uşaq ayağa qalxır.  
— Mister İsaaks aranıza inciklik salıram, - Devid deyir. – Çox böyük xeyirxahlıq göstərib məni evinizə 
dəvət eləmisiniz, amma getsəm yaxşıdır. -  Nə qədər təəccüblü də olsa, İsaaks ona şən əhval ruhiyyədən 
xəbər verən bir təbəssümlə cavab verir.   
Əyləşin, əyləşin! Hər şey əla olacaq! – İsaaks ona tərəf əyilir. – Möhkəm olmalısınız. 
Dezire və anası əllərində sinilərlə geri qayıdırlar: zəncəfil və zirə ətri saçan tomat souslu toyuq, düyü, 
salatlar və həftəbecər. Lüsi ilə yaşayarkən ən çox darıxdığı yeməklər.  Şərab şüşəsi və yeganə qədəh 
Devidin qarşısına qoyulur.  
— Məndən başqa heç kim içmir? – o soruşur.  
— Buyurun, - İsaaks deyir. – Utanmayın!   
Devid qədəhini doldurur. O, şirin şərab xoşlamasa da, ev sahiblərinin zövqüncə olacağını düşünərək 
“Late Harvest” alıb. İndi isə qalır süfrə duasına dözmək. İsaakslar əl-ələ tutuşurlar. Devidin sol əlini qızın 
atasına, sağ əlini anaya uzatmaqdan başqa əlacı qalmır.  
İndi nuş edəcəyimiz nemətlərə görə şükür edirik. Tanrı minnətdarlığımızı qəbul eləsin! – İsaaks deyir. 
Amin –qız və anası deyirlər. Devid də burnunun altında:- Amin - mırıldanıb atanın ipək kimi soyuq, 
ananın gördüyü işlərin təsirindən isinmiş, yumşaq, kiçik əlini buraxır.    
Xanım İsaaks yeməkləri boşqablara çəkir.   
Ehtiyatlı olun, qaynardır, - o, boşqabı Devidə verərkən deyir. Bunlar ev sahibəsinin ona müraciətlə dediyi 
yeganə sözlər olur.   
Yemək zamanı Devid yaxşı qonaq olmağa çalışır, gülməli əhvalatlar danışıb, süfrəyə sakitlik çökməsinin 
qarşısını almaq istəyir. O, Lüsi, it damı, arılar, bağbanlıq planları, şənbə günü bazara çıxmağı haqqında 


danışır. Evə hücumla bağlı əhvalatı yumşaldıb yalnız maşının oğurlandığını deməklə kifayətlənir. Devid nə 
Heyvanları Müdafiə cəmiyyəti, nə də Bev Şou ilə xəlvəti axşam görüşləri haqqında danışır.  Bütövlükdə 
onun danışdıqlarından sadə kənd həyatı mənzərəsi yaranır. Devid bunun həqiqət olmasını çox istəyərdi. 
O, Lüsini çox sevsə də, bəzən qızı daha sadə, daha başa düşülən bir insan olmadığı üçün təəssüflənir. Onu 
zorlayan dəstə başçısı da məhz belə bir insan idi.    
Devid özünü əməliyyat stolunda görür. Cərrah bıçağı parlayır. Onu boğazından belinə qədər yarırlar. 
Xəstənin üstünə əyilmiş saqqallı cərrah qaşlarını düyünləyir: - Bu nədir?- deyərək öd kisəsini çıxarıb bir 
kənara atır, sonra isə barmağını ürəyə sancır. “Bəs bu?” 
Qızınız fermanı təkbaşına idarə edir? – İsaaks soruşur. 
Orda bəzən ona kömək edən bir insan var. Petras. Afrikalıdır. - Və Devid Petras haqqında iki arvadı olan 
təvazökar, işgüzar, etibarlı bir adam kimi danışır.   
O, güman elədiyi qədər də ac deyilmiş. Söhbət zəifləsə də, şam yeməyinin sonuna qədər danışmağa söz 
tapırlar. Dezire üzr istəyib süfrədən qalxır: hələ dərslərinə hazırlaşmalıdır. Xanım İsaaks süfrəni yığışdırır.  
- Getməliyəm, -Devid deyir. - Sabah tezdən yola düşməliyəm.  
— Bir az da oturun, - İsaaks deyir.  
Otaqda baş-başa qalırlar. Devid daha izahatdan yayına bilməz.  
—Melani barədə, - o deyir.  
-Hə?  
- Son bir neçə söz. Mən inanıram ki, yaş fərqinə baxmayaraq, aramızda tamamilə fərqli bir münasibət 
yarana bilərdi. Lakin ona verə bilmədiyim nəsə var idi – Devid münasib sözü axtarır – lirika. - Sevginin 
öhdəsindən həddən artıq ustalıqla gəlirəm. Və buna görə üzr istəyirəm. Qızınıza görə yaşamalı olduğunuz 
iztirablara görə sizdən üzr istəyirəm. Çox gözəl ailəniz var. Sizə və xanım İsaaksa verdiyim əzablara görə, 
məni bağışlayın.    
“Çox gözəl” sözü düzgün seçilməyib, “nümunəvi ailə” demək daha doğru olardı 
Nəhayət ki, - İsaaks deyir, - Üzr istədiniz. Mənsə artıq ümidimi itirməyə başlayırdım.  
İsaaks fikrə gedir, qonaq otağında irəli geri addımlayır.  
- Üzr istəyirsiniz, deyirsiniz ki, münasibətlərinizdə lirika çatışmayıb. Əgər lirika olsaydı, bu vəziyyətə 
düşməzdik. Mənsə deyirəm ki, hamımız günahımız üzə çıxanda, üzr istəyirik. Əməlimizə görə peşman 
oluruq. Söhbət peşmançılıqdan yox, baş verənlərdən çıxardığımız dərsdən gedir.   
Devid cavab vermək üçün ağzını açsa da, İsaaks əlini qaldırıb mane olur. 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə