Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə49/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   43   44   45   46   47   48   49   50   51

- Məndən soruşmayın, Petras. Özünüzdən soruşun. Niyə yalan danışmısınız?  
Təbəssüm yoxa çıxır.  
Gedirsiniz, yenə qayıdıb gəlirsiniz, niyə? – Petras Devidə meydan oxuyarcasına baxır. – Burda işiniz 
yoxdur. Bura uşağınızın qayğısına qalmaq üçün gəlirsiz. Mən də öz uşağımın qayğısına qalıram.   
Sizin uşağınız? İndi də uşağınız oldu Petras?  
Hə. Mənim oğlumdu. Mənim ailəmdən, mənim xalqımdandı.  
Deməli, belə Petras daha yalan danışmır. “mənim xalqımdandı”. Bundan açıq cavab ola bilməzdi. Olsun, 
Lüsi də onun xalqındadır.  
Deyirsiniz ki, pis hərəkət edib - Petras sözünə davam edir. – mən də deyirəm ki, pisdir. Pisdir. Amma olub 
qurtarıb. – qəlyanı ağzından çıxarıb, havada silkələyir. – Qurtarıb.  
Qurtarmayıb. Guya nə demək istədiyimi başa düşmürsünüz? Qurtarmayıb, əksinə, təzə başlayır. Siz və 
mən öləndən uzun illər sonra belə davam edəcək.  
Petras özünü heç nə başa düşməmiş kimi göstərmədən fikirli-fikirli ona baxır.  
Oğlan onunla evlənər, - nəhayət, Petras dillənir. – Lüsi ilə evlənər, amma hələ ailə qurmaq üçün çox 
cavandır. Hələ uşaqdır.  
Təhlükəli uşaq, Gənc quldur. Çaqqal.   
Petras təhqirlərə fikir vermir.  
Hə, hələ çox cavandır, çox. Bəlkə nə vaxtsa evlənə bilər, amma indi yox. İndi mən evlənərəm.  
Kiminlə evlənərsiniz?  
Lüsi ilə  
Qulaqlarına inana bilmir. Deməli, hər şey, bütün bu kölgə döyüşü, bu təklifə, bu zərbəyə görə imiş! Və 
budur təmiz vicdanlı Petras boş qəlyanı tüstülədə-tüstülədə onun qarşısında dayanıb. 
- Lüsi ilə evlənəcəksiniz? – o, sözlərini ehtiyatla seçməyə çalışaraq deyir. -  İzah eləyin, nə demək 
istəyirsiniz? Yox, lazım deyil, izah eləməyin. Heç nə eşitmək istəmirəm. Biz belə eləmirik.  
“Biz”... Az qalır desin ki, biz qərblilər. 
 Petras: - Başa düşürəm, başa düşürəm, -deyib bığaltı gülür. – amma mən sizə dedim. Siz də Lüsiyə 
deyərsiniz. Sonra pis nə varsa, hamısı keçmişdə qalar.  
Lüsi ərə getmək istəmir. Heç kimə. Bu onun heç ağlına da gəlmir. O öz həyatını yaşamaq istəyir.    
Bilirəm, - Petras deyir. Bəlkə də doğrudan da bilir. Petrasa ciddi yanaşmamaq axmaqlıq olardı.  


Amma burda, - Petras sözünə davam edir- təhlükəlidir, çox təhlükəlidir. Qadının əri olmalıdır.    
Onunla sakit danışmağa çalışdım- bir müddət sonra o, Lüsiyə deyir. – Hərçənd qulaqlarıma inana 
bilmirdim. Bu açıq-aşkar şantajdır.  
Şantaj deyil. Səhv eləyirsən. Ümid eləyirəm, özündən çıxmamısan?  
Yox özümdən çıxmadım. Dedim ki, təklifini sənə çatdıraram, vəssalam. Dedim ki, təklifin səni 
maraqlandıracağını güman eləmirəm.  
Özünü alçaldılmış hiss elədin?  
Petrasın qayınatası olmaq ehtimalıma görə? Yox. Heyrət elədim, karıxdım, amma yox, əmin ola bilərsən 
ki, alçaldığımı hiss eləmədim.  
Birinci dəfə deyil. Petras artıq neçə vaxtdır, eyham vurur ki, onun ailəsinin üzvü olmaq mənim üçün daha 
təhlükəsiz olar. Bu nə zarafat nə də təhdiddir. Müəyyən mənada o tamamilə ciddidir.  
Ciddi olduğuna şübhəm yoxdu. Bəs o bilirmi ki, sən...?  
 Hamilə olduğumu bilib-bilmədiyini soruşursan? Heç nə deməmişəm. Amma o da arvadı da nəyin nə 
olduğunu anlamağa qadirdilər.   
 Bu onu fikrini dəyişməyə vadar eləməz?   
 Niyə ki? Bu məni daha da tez ailənin üzvünə çevirər. Hər halda ona mən yox, ferma lazımdı. Ferma 
mənim cehizimdi.  
  Axı bu absurddur, Lüsi! O artıq evlidir. Üstəlik sən özün mənə onun iki arvadı haqqında danışmısan. Belə 
bir şeyi ağlına necə gətirə bilirsən?  
Hələ də heç nə başa düşməmisən, Devid. Petras mənə kilsədə nikah mərasimi, Vayld Kostda bal ayı təklif 
eləmir. O, ittifaq, sövdələşmə təklif edir. Mən torpağı verirəm, o isə əvəzində qanadlarının altına girməyə 
icazə verir. Əks halda, o xatırlatmaq istəyir ki, mən köməksiz qalır, asan ova çevrilirəm.   
Səncə, bu şantaj deyil? Bəs məsələnin şəxsi tərəfi? Yoxsa təklifin şəxsi tərəfi heç yoxdur?  
Petrasın mənimlə yatmaq istəyib –istəməyəcəyini soruşursan? Hesab eləmirəm ki, Petras niyyətinin 
ciddiliyini göstərmək arzusu xaricində mənimlə yatmaq istəsin. Amma açığı Petrasla yatmaq istəmirəm. 
Yox, qətiyyən.  
Deməli, daha bu məsələni müzakirə eləməyə ehtiyac yoxdur. Qərarını Petrasa çatdırım? Təklif heç bir 
izahat veirlmədən rədd edilir?  
Yox. Dayan. Petrasın qarşısında lovğalanmamışdan əvvəl bircə saniyə mənim vəziyyətimi düşün. Mən 
tənha qadınam. Qardaşım yoxdur. Atam uzaqdadır, ümumiyyətlə buranın meyarlarına görə çox zəifdir.  
Müdafiə olunmaq, himayə üçün kimə müraciət edə bilərəm? Ettingerə? Bir azdan o kürəyində güllə 


yarası ilə tapılacaq, vaxt məsələsidir. Qalır bircə nəfər - Petras. Dünyanın ən böyük adamı olmasa da, 
mənim kimi asan qənimət üçün kifayət qədər böyükdür. Bir də Petrası heç olmasa tanıyıram. Onunla 
bağlı xəyallara qapılmıram. Məni nə gözlədiyini yaxşı bilirəm.     
Lüsi Keyp-taundakı evi satıram. Səni Hollandiyaya göndərməyə hazıram.  Burdan daha təhlükəsiz bir yerə 
köçmək nə lazım olsa verməyə hazıram. Yaxşı fikirləş.   
Elə bil, Lüsi onu eşitmir.  
Petrasın yanına qayıt, - qızı deyir, - ona təklifimi çatdır. De ki, onun himayəsini qəbul edirəm. De ki, 
münasibətlərimiz haqqında istədiyi nağılı uydura bilər, etiraz eləməyəcəyəm. Məni üçüncü arvadı kimi 
tanıtmaq istəyirsə, qoy olsun. Nikahsız evində yaşamağımı istəyirsə, ona da razıyam. Amma bu halda 
uşaq da onun uşağı, onun ailəsinin bir üzvü olacaq. O ki qaldı torpaq məsələsinə... de ki evi özümə 
saxlamaq şərtilə torpağı onun adına keçirərəm. Mən onun torpağında icarədar olacağam.  
Bayvoner  kimi 
Bayvoner kimi. Amma evim özümdə qalacaq. Heç kim ora icazəsiz girə bilməyəcək. Petras da. İt damını 
da özümə saxlayacağam.  
Bu mümkün deyil, Lüsi. Hüquqi cəhətdən mümkün deyil. Özün də bilirsən.  
 Bəs sənin təklifin nədir?  
Lüsi axşam qəzetini dizinin üstünə qoyub xələtdə və çəkələkdə atasının qarşısında oturub. Saçının telləri 
sallanır, köklüyü süst, xəstə təsir bağışlayır. Lüsi getdikcə qocalar evinin dəhlizində öz-özlərinə pıçıldaya-
pıçıldaya gəzən qadınlara bənzəyir. Nəyə görə Petras onunla dil tapmaq üçün özünü bu qədər əziyyətə 
salır? Onsuz da çox davam gətirə bilməyəcək. Bir müddət dəyib dolaşma, vaxtı gələndə çürük meyvə kimi 
öz-özünə düşəcək.  
Mən təklifimi dedim. Özü də iki təklif.  
Yox, mən burdan getməyəcəyəm. Petrasın yanına get, dediklərimi ona çatdır. De ki, torpaqdan imtina 
edirəm. De ki, torpağı götürə bilər, lazım olan sənədləri imzalayacağam və sair. Xoşuna gələcək.  
Susurlar. 
Rüsvayçılıqdı, - nəhayət, o dillənir. – O cür ümidlər bəsləyəsən, axırı da belə ola.  
Hə, razıyam, rüsvayçılıqdı. Amma bəlkə də bu yaxşı başlanğıc nöqtəsidir. Bəlkə də mən vəziyyətimlə 
barışmağı, sıfırdan, heç nədən başlamağı öyrənməliyəm. Yox, heç nədən yox. Heç nəsiz. Kartsız, silahsız, 
mülkiyyətsiz, heysiyyətsiz.  
İt kimi  
Hə, it kimi.     


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə