Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə48/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   43   44   45   46   47   48   49   50   51

O haqda sonra danışarıq. Lüsi, bura səndən narahat olduğuma görə gəlmişəm. Yaxşısan?  
Hamiləyəm.  
Nəsən?  
Hamiləyəm.  
Kimdən? O gündən?  
O gündən. 
Başa düşmürəm, elə bilirdim, həkimin bütün tədbirləri görüb.  
Yox.  
 Necə? Demək istəyirsən, heç bir tədbir görməmisən? 
Tədbir görmüşəm. Sənin nəzərdə tutduğundan başqa mümkün olan bütün tədbirləri görmüşəm. Amma 
abort elətdirmək fikrim yoxdu. Bir daha bunu yaşamağa hazır deyiləm.   
Belə düşündüyünü bilmirdim. Aborta münasibətinin pis olduğunu mənə heç vaxt deməmisən. Amma 
mən abortu nəzərdə tutmuram. Elə bilirdim “ovral” atırsan.  
Bunun aborta münasibətlə heç bir əlaqəsi yoxdu. Mən sənə “ovral” qəbul etdiyimi də heç vaxt 
deməmişəm.  
Bu vaxta qədər mənə niyə deməmisən? Niyə gizlətmisən?  
Çünki yenə qəzəblənib özündən çıxmağına tamaşa eləməyə gücüm yoxdur, Devid. Həyatımı sənin 
istəklərinə əsasən qura bilmərəm. Bəsdi. Özünü elə aparırsan, elə bil, mənim bütün hərəkətlərim səndən 
bəhs edən bir hekayənin hissəsidir. Sən baş qəhrəman, mənsə pyesin yarısı oynanıldıqdan sonra ortaya 
çıxan ikinci dərəcəli personajam.  Başa düş, sənin özün haqqında hansı fikirdə olduğundan asılı 
olmayaraq, insanlar əsas və ikinci dərəcəli aktyorlara bölünmürlər. Mən ikinci dərəcəli deyiləm. Mən 
həyatımı ən az sənin öz həyatını saydığın qədər əhəmiyyətli sayıram və öz qərarlarımı özüm verirəm.   
Qəzəblənib özündən çıxmaq. Bəs bu özündən çıxmaq deyil  
Bəsdi, Lüsi- o, qızını əlindən tutub deyir.- Deyirsən ki, uşağı saxlamaq istəyirsən?   
Hə.  
O üç kişidən birinin uşağını?  
Hə.  
Axı niyə?  


Niyə? Devid, mən qadınam. Elə bilirsən, uşaqlara nifrət edirəm? Sırf atası alçağın biri olduğuna görə 
uşağı rədd etməliyəm?   
Belə də olur. Doğum nə vaxtdır?  
Mayda. Mayın axırında.  
Yaxşı fikirləşmisən?  
Hə.  
Lap yaxşı. Etiraf edim ki, bu mənim üçün böyük sarsıntıdır, amma nə qərar verirsən ver mən sənin 
yanında olacağam. Başqa cür ola bilməz. İndi bir az gəzintiyə çıxacağam. Sonra da danışa bilərik.  
Niyə indi yox, sonra? Çünki özündə deyil. Çünki o da qəzəblənə bilər.   
Lüsi dedi ki, bir daha abort olunmaq istəmir. Deməli daha əvvəl də abort elətdirib. Heç vaxt ağlına 
gəlməzdi. Nə vaxt? Hələ onun evində yaşayanda? Rozalinda bilirdimi? Ona heç nə deməyiblər?  
Üç quldur. Bir uşağın üç atası. Soyğun yox, zorlama dəstəsi – Lüsi onlar haqqında demişdi, - 
vəhşiliklərindən həzz ala-ala yaxın ərazilərdə qadınlara hücum edib, vergi yığanlar. Yox Lüsi yanılırdı. 
Onlar zorlamırdılar,  cütləşirdilər. Onları hərəkətə gətirən həzz almaq istəyi yox, öz vəzifəsini yerinə 
yetirməyə can atan toxumların təsiri ilə şişmiş yumurtacıqları idi. Və birdən-birə, möcüzə: uşaq! Hələ 
qızının bətnində gizlənmiş kiçik bir soxulcandan artıq olmasa da, indidən ona uşaq deyir. Qadının bətninə 
onu ləkələmək, it sidiyinin çirkləndirdiyi kimi çirkləndirmək üçün sevgi yox, nifrət anında keçən 
toxumdan necə bir uşaq doğula bilər?    
Uşağı heç ağlına da gətirməyən ata. Onun nəslinin aqibəti belə olacaqmış, torpağın dərinliklərinə sızan su 
damcısı kimi. Kimin ağlına gələrdi! Açıq səmalı, mülayim günəşli adi günlərdən biri və gözlənilmədən hər 
şey dəyişir, tamamilə dəyişir!    
Devid bayır tərəfdən mətbəxin divarına söykənib, üzünü əlləri ilə örtüb ağır-ağır nəfəs alır və nəhayət, 
ağlayır. 
Qızının hələ də qayıtmadığı otağına köçür. Yersiz bir söz deməkdən qorxaraq Günün qalan hissəsini Lüsi 
ilə rastlaşmamağa çalışır.   
Şam zamanı onu yeni bir kəşf gözləyir.  
Yeri gəlmişkən, - Lüsi deyir – oğlan qayıdıb.  
Oğlan?  
Hə, Petrasın məclisində tutaşdığın oğlan. Petrasın evində yaşayır, ona kömək edir. Adı Polluksdur.  
Mncedizi yox? Nqabayaxe yox? Tələffüz edilə bilməyən heç nə yoxdur, eləcə Polluks?  
P-o-l-l-u-k-s. Bir də ki Devid bəlkə qorxunc ironiyana bir az dinclik verəsən?  


Başa düşmürəm. Nə demək istəyirsən?  
Əlbəttə, başa düşürsən. Uşaq vaxtı məni sındırmaq üçün ironiyandan çox istifadə eləmisən. Məgər 
yadından çıxıb? Yeri gəlmişkən, Polluks Petrasın arvadının qardaşıdır. Doğma yoxsa yox bilmirəm, amma 
Petrasın onun qarşısında ailə öhdəlikləri var.  
İndi başa düşməyə başlayıram. Gənc Polluks cinayət yerinə qayıdır, bizsə özümüzü elə aparmalıyıq, guya 
heç nə olmayıb.  
Özündən çıxma, Devid. Bu heç nəyi dəyişdirməyəcək. Petrasın dediyinə görə, Polluks məktəbi atıb, iş 
tapa bilmir. Deyirəm ki, xəbərin olsun, o burdadır. Yerində olsam, ona yaxın getməzdim. Məncə, nəsə 
çatışmazlığı var. Amma onu burdan qovmaq mənim əlimdə deyil.  
Üstəlik... – Devid sözünü bitirmir.  
Üstəlik nə? Hə, de.  
Üstəlik o sənin bətnindəki uşağın atası ola bilər. Lüsi sənin vəziyyətin getdikcə gülüncləşir, hətta ondan 
da betər faciəyəyə çevrilir. Yalvarıram, hələ ki çox gec deyil, fermanı at. İndi mümkün olan yeganə ağıllı 
addım budur.  
Nə ferma, Devid! İkimiz də bilirik ki, bura ferma deyil, nəsə əkib-becərməyə çalışdığım kiçik bir torpaq 
parçasıdır. Amma ondan imtina etmək fikrində deyiləm.  
Çarpayıya ürəyi ağrıya-ağrıya uzanır. Lüsi ilə münasibətlərində heç nə dəyişməyib, yara az da olsa, 
sağalmayıb. Elə didişirlər, elə bil Devid heç getməyibmiş.    
Səhər. O, yeni hasarın üstündən aşır. Petrasın arvadın köhnə at tövlələrinin arxasında yuduğu camaşırları 
asır.  
- Sabahınız xeyir, - o deyir. – Molo. Petrası axtarıram.    
Qadın onun üzünə baxmadan həvəssiz-həvəssiz, əli ilə tikinti meydançasını göstərir. Qadının hərəkətləri 
ləng, ağırdır. Vaxt yaxınlaşır, bunu hətta Devid də başa düşür.   
Petras pəncərələri pardaqlayır. Petrasla mehribanlıqla salamlaşmaq, ordan-burdan söhbət eləmək lazım 
idi, amma buna qətiyyən həvəsi yox idi.  
Lüsin deyir ki, oğlan qayıdıb, - Devid sözə başlayır. – Polluks. Qızıma hücum edən.  
Petras əlindəki bıçağı tərtəmiz silib bir kənara qoyur.  
O, mənim qohumumdu. – Petras şəstlə deyir. – Baş verənlərə görə onu qova bilmərəm ki.  
Demişdiniz ki, onu tanımırsınız. Yalan deyirdiniz.   
Petras qəlyanını ağzına qoyub, sarıya çalan dişləri ilə sıxır, var –gücü ilə sümürür. Sonra qəlyanı çıxarır, 
ağzını geniş açaraq gülümsəyir. - Yalan deyirdim- yenə sümürür. – Amma niyə?   


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə