Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə50/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   43   44   45   46   47   48   49   50   51

 
 
 
XXIII 
 
 
Səhərdən keçir.  O, Buldoq Ketini gəzintiyə çıxarıb. Qəribədir ki, Keti ondan geri qalmır. Ya o, əvvəlkindən 
yavaş yeriməyə, ya da Keti daha cəld hərəkət eləməyə başlayıb. Buldoq əvvəlki kimi yenə də fısıldayıb, 
tövşüsə də, nədənsə bu artıq onu qıcıqlandırmır.    
Evə yaxınlaşanda o, Petrasın “mənim xalqımdandı” dediyi oğlanın üzünü evin arxa divarına çevirib 
dayandığını görür. Əvvəl Devidə elə gəlir ki, oğlan işəyir, amma sonra başa düşür ki, o, vanna otağının 
pəncərəsindən Lüsini güdür.  
Keti mırıldamağa başlayıb, lakin oğlanın başı həddən artıq qarışıq olduğundan heç nəyə fikir vermir. 
Nəhayət, çevriləndə isə, artıq ikisi də oğlanın üstünə atılmışdılar. Devid ovcunun içi ilə oğlanı şillələyir.  
Donuz! – o, qışqırıb ikinci şilləni elə vurur ki, oğlan yerində silkələnir. – Murdar donuz!   
Oğlan ağrıdan çox qorxudan qaçmağa çalışsa da, ayaqları dolaşdığından elə o dəqiqədə yerə sərilir. İt 
dərhal Polluksun üstünə atılır, dişlərini oğlanın dirsəyinə keçirir, ön ayaqlarını torpağa dirəyib mırıldayır. 
Oğlan ağrıdan qışqırıb Ketini əlindən qurtulmağa çalışır. İti yumruqlayır, lakin zərbələri kifayət qədər ağır 
deyil. Keti onun yumruqlarına fikir vermir.  
“Donuz!” sözü hələ də havadan asılı qalıb. Devid birinci dəfədir, belə hiddətlənir O, böyük 
məmnuniyyətlə oğlanı layiq olduğu kötəyə qonaq eləyərdi. Ömür boyu işlətməkdən çəkindiyi sözlər indi 
ona tamamilə ədalətli və düzgün görünürdü: “Dərsini ver. Yerini göstər”. Deməli, amansızlıq belə 
olurmuş!         
Devid Polluksa var gücü ilə elə təpik vurur ki, oğlan böyrü üstə iki qatlanır. Polluks! Ada bax! İt yerini 
dəyişib, pəncələrini oğlanın bədəninə söykəyib amansızca əlini gəmirir, köynəyini cırır. Oğlan nə qədər 
itələməyə çalışsa da, it yerindən tərpənmir.   
- Ay, ay, ay, ay, ay! – Polluks ağrı içində qışqırır. – Səni öldürəcəm!  
   Sonra Lüsi səhnəyə çıxır 
Keti! – o qışqırır.  
İt Lüsiyə çəpəki baxır, amma tabe olmur.  


Lüsi dizi üstə çöküb buldoqun xaltasından yapışır, nəvazişlə nəsə deyə-deyə iti geri dartır. Keti həvəssiz-
həvəssiz dişlərini aralayır.   
- Yaxşısan? – Lüsi soruşur.  
Oğlan ağrı içində inildəyir. Burnunun suyu axır.  
Öldürəcəyəm! – deyib içini çəkir. Deyəsən az qala ağlayacaq.  
Lüsi oğlanın köynəyinin qolunu qatlayır. Qolunda itin dişlərinin izi qalıb, qara dərisində qan damcıları var.  
- Gedək, qolunu yuyaq, - Lüsi deyir. Oğlan burnunu çəkib başını yırğalayır.  
Lüsinin əynində yalnız gecə köynəyi var. Ayağa qalxanda, köynəyin kəməri açılır, döşləri görünür.  
O, qızının döşlərini axırıncı dəfə Lüsi altı yaşında olanda görmüşdü. O vaxt çəhrayı gül tumurcuqlarına 
bənzəyən döşlər indi ağır, yumru, demək olar, süd kimi ağappaq idilər. Səssizlik çökür. O baxır, oğlan da 
həyasızcasına gözlərini zilləyib. İçində qaynayan qəzəb yenə gözlərini dumanlandırır. Lüsi çevrilib onların 
baxışlarından gizlənərək köynəyini bağlayır. Oğlan cəld bir hərəkətlə ayağa qalxıb təhlükəsiz məsafəyə 
qədər uzaqlaşır.   
- Hamınızı qırıb-çatacağıq! – o qışqırır. Arxasını çevirib qəsdən kartof sahəsini tapdayır, məftil hasarın 
altından keçib Petrasın evinə tərəf uzaqlaşır. Hələ də qolunu ehtiyatla tutsa da, yerişi yenidən 
ötkəmləşir.  
Lüsi haqlıdır. Oğlanın nəsə çatışmazlığı, əqli geriliyi var. Cavan oğan bədənində vəhşi uşaq. Amma onun 
başa düşə bilmədiyi başqa bir qəribəlik də var. Lüsi nə fikirləşir, niyə bu oğlanı müdafiə edir?  
Lüsi danışır: - Devid, belə davam eləyə bilməz. Mən Petrasla onun ailəsi ilə yola gedərəm, səninlə yola 
gedə bilərəm. Amma eyni vaxtda hamının öhdəsindən gələ bilmərəm.  
O, pəncərədən səni güdürdü. Xəbərin var?  
O, anormal uşaqdır. Ruhi xəstədir.  
Bu ona bəraət qazandırır? Sənə elədiklərinə haqq qazandırır? 
Lüsinin dodaqları tərpənir, lakin Devid onun nə dediyini eşitmir.  
Ona etibar eləmirəm, - Devid sözünə davam edir. – O hiyləgərdir,  yan-yörəsini iyləyə-iyləyə bədbəxtlik 
axtaran çaqqal kimidir. Keçmişdə belələrinə zədəli deyirdilər. Ağlı zədəli. Ruhu zədəli. Onun yeri 
xəstəxanadır.  
Düşüncəsiz hərəkət edirsən, Devid. İstədiyini fikirləşə bilərsən, amma düşündüklərini ucadan deməyinə 
ehtiyac yoxdur. Hər halda onun haqqında düşündüklərin heç nəyi dəyişdirmir. O burdadır, tüstü topası 
kimi bir anın içində yoxa çıxmayacaq. O, həyatın həqiqətidir. - Lüsi günün altında gözlərini qıyıb düz onun 
üzünə baxır. Keti özündən, öz nailiyyətlərindən razı halda astadan fısıldaya-fısıldaya Lüsinin ayaqlarının 


yanında yumaq kimi qıvrılıb. – Devid, belə yaşamaq olmaz.   Hər şey düzəlmişdi, sən qayıdana qədər bura 
sakit, dinc bir yer idi. Mənə dinclik lazımdı. Dinclik xatirinə hər şeyə, hər cür qurban verməyə hazıram.  
Qurban verməyə hazır olduqlarından biri də mənəm?  
Özün dedin, mən yox.  
Yaxşı gedim, çamadanımı yığım.  
Artıq bir neçə saat keçsə də, əli hələ də sızıldayır. Oğlanın hədələrini xatırlayanda həm qəzəbindən 
boğulur, həm də utanır. Özünü qınayır. Heç kimə xüsusi ilə də oğlana heç bir dərs verə bilməyib. Özünü 
Lüsidən bir az da uzaqlaşdırmaqdan başqa heç nəyə nail olmayıb. Onun qarşısında qəzəblənib özündən 
çıxdı. Sözsüz ki, bu Lüsinin xoşuna gələ bilməzdi.  
Üzr istəmək lazımdı. Amma üzr istəyə bilmir. Daha özünü idarə edə bilmir. Polluksun eybəcər, bulanıq 
gözləri, həyasızlığı, bir də alaq otu kimi kökləri ilə Lüsiyə birləşməyi onu hövsələdən çıxarır.     
Əgər Polluks yenə qızını incitsə, onu yenə vuracaq. Du musst dein Leben andern! – Öz həyatını 
dəyişməlisən. Lüsi tufan qarşısında geri çəkilə bilər. O isə yox. Ləyaqətini itirmək bahasına yox.  
Elə buna görə də Terezaya qulaq verməlidir.  Tereza onu xilas edə biləcək axırıncı insandır. Tereza 
ləyaqət anlayışından yüksəkdə dayanır. O, döşlərini açıb, günəşin altına tutur, gülüşmələrə məhəl 
qoymadan xidmətçilərin yanında banjo çalır. Terezanın ölümsüz arzuları var. O bu arzularını vəsf edir. O 
ölməyəcək.  
Devid  klinikaya çatanda,  Bev Şou artıq getməyə hazırlaşırdı. Çəkinə-çəkinə yad adamlar kimi 
qucaqlaşırlar. Nə vaxtsa bir-birlərinin çılpaq bədənlərini qucaqlayıb uzandıqlarına inanmaq çətindir.   
- Tez gedəcəksən, yoxsa bir az qalmaq fikrin var? – Bev soruşur? 
- Nə qədər tələb olunarsa, o qədər da qalmaq üçün qayıtmışam. Amma Lüsinin evində yox. Onunla yaxşı 
yola gedə bilmirik. Gərək şəhərdə bir otaq tutam.  
- Təəssüf eləyirəm. Nə olub ki? 
- Mənimlə Lüsi arasında? Ümid eləyirəm ki, heç nə. Yoluna qoyula bilməyəcək heç nə. Məsələ Lüsinin 
ətrafındakı adamlardadır. Mən də əlavə olunanda, sayımız həddən artıq çox olur. Çox kiçik bir yerdə 
həddən çox insan. Bankanın içindəki hörümçəklər kimi.  
O, cəhənnəmdən bir səhnə xatırlayır, nəhəng Stiks bataqlığında ruhlar göbələk kimi qaynayır. «Vedi 
l'anime di color cui vinse l'ira». Qəzəbə təslim olmuş ruhlar bir-birləri ilə didişirlər. Günaha layiq cəza.  
- Petrasın evinə köçən oğlanı deyirsən? Düzünü desəm, o mənim də xoşuma gəlmir. Amma nə qədər ki 
Petras ordadır, Lüsiyə heç nə olmayacaq. Görünür, geri addım atıb, Lüsiyə öz qərarlarını qəbul etməyə 
icazə verməyin vaxtı çatıb, Devid. Qadınlar hamıyla asa yola gedirlər. O isə hələ cavandır. Torpağa da 
bizim hamımızdan yaxındır.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə