Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə46/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   43   44   45   46   47   48   49   50   51

Araya səssizlik çökür.   
— Rəfiqəni gördüm, - Rozalinda mövzunu dəyişərək deyir.  
Rəfiqəmi?  
Sənin gözəlini. Adı Melani İsaks deyildi? “Dok” teatrında bir tamaşada oynayır. Bilmirdin? İndi başa 
düşürəm, ona nəyə görə ilişmisən. Böyük tünd rəngli gözlər. Balaca dələninki qədər zərif bədən.  Əsl 
sənin tipindi. Elə bilirdin, o da sənin qısa müddətli əyləncələrindən biri, növbəti günahın olacaq? İndi gör, 
nə gündəsən. Həyatını küçəyə atmısan. Özü də nədən ötrü?   
Həyatımı atıb eləmişəm, Rozalinda. Boş-boş danışma.  
Düz deyirəm də! İş yox, ad ləkəli. Dostların səndən qaçırılar, Torrans-rodda başını çanağından çıxartmağa 
qorxan tısbağa kimi gizlənirsən. Çəkmələrini təmizləməyə layiq olmayan adamlar səni ələ salırlar. 
Köynəyin ütülənməyib, saçını, allah bilir, kim belə qırxıb. Sən... – Rozalinda coşduqca coşur. – əvvəl-axır 
zibillikdə eşələnən qocaların gününə düşəcəksən.    
Əvvəl-axır məni torpaqda qazılmış bir çuxur gözləyir, - o deyir. – Səni də. Hamımızı.       
Bəsdi, Devid, onsuz da dilxoram, səninlə mübahisə eləmək istəmirəm.  
Rozalinda torbalarını götürür.  
- Çörək və cemdən bezəndə, xəbər ver, sənin üçün yemək bişirim.  
Melani İsaksın adını eşidən kimi dincliyi pozulur. Heç vaxt qadınlarla uzunmüddətli münasibət 
saxlamayıb. Eşq macərası bitən kimi, asanlıqla arxasını çevirib gedirdi. Lakin Melani ilə münasibətlərində 
nəyinsə yarımçıq qaldığını hiss edir. Yaddaşının hansısa dərinliklərində Melaninin ətri, qadın ətri qalıb. 
Bəs o Devidin ətrini yadında saxlayıbmı? “Əsl sənin tipin”- Rozalinda dedi. Əlbəttə, ondan yaxşı kim 
biləcək? Birdən Melani ilə yolları yenidən kəsişsə necə? Keçmiş hisslər yenidən alovlanıb aralarındakı 
məhəbbətin hələ bitmədiyini göstərəcəkmi?  
Yenidən Melaninin qarşısına çıxmaq əsl dəlilik olardı. Nəyə görə Melani onu təqib etdiyinə görə 
mühakimə olunmuş bir insanla söhbət eləməli idi? Üstəlik onun haqqında yaxalığı əzilmiş ütüsüz 
köynəkli, eybəcər qulaqlı axmaq haqqında nə düşünəcəkdi?   
Hronos və Harmoniyanın kəbini təbii deyil. Gözəl sözləri bir kənara qoyası olsa, onun məhkəməsi də elə 
buna görə qurulmuşdu. Həyat tərzinə görə. Təbiətə zidd hərəkətlərinə: qoca, yorğun, dölə çevrilməyə 
qadir olmayan toxumlar səpdiyinə görə. Qocalar gənc qadınları qamarlasalar, insan irqinin gələcəyi necə 
olar? İttihamın əsl məğzi bundan ibarət idi. Ədəbiyyatın yarısı da elə bu mövzuya həsr olunub: gələcək 
nəsillər naminə qocaların əzici ağırlığından xilas olmağa çalışan gənc qadınlar.       
Ah çəkir. Bir-birlərinin ağuşunda hisslərin musiqisinə qərq olmuş qayğısız gənclər. Bu ölkə qocalar üçün 
deyil. Deyəsən, ah çəkməyə həddən artıq vaxt sərf edir.  Heyfslənmə - hər şey həmişə bu notda bitir.  


İki il əvvələ qədər Dok teatrının yerində donuz və inək cəmdəklərinin asıldığı soyuq anbar yerləşirdi. İndi 
bura dəbli əyləncə məkanına çevrilib. Tamaşaya gecikib, zaldakı yerini işıqlar artıq söndükdən sonra 
tutur. “Tamaşaçıların istəyi ilə bərpa olunmuş tamaşanın heyrətamiz uğuru!” – “                                                                                                                                                                                                                                                           
çağında Qlobus salonu” tamaşasının yeni quruluşunun afişasında yazılıb. Dekorasiya daha dəbli, rejissura 
daha peşəkardır, baş rolun ifaçısı dəyişib. Lakin Devidin fikrincə, siyasətə meylliyi açıq nəzərə çarpan 
kobud yumorlu pyes hələ də əvvəlki qədər dözülməzdi.    
 Melani naşı saç ustası Qloriyanın rolunda qalıb. Qızılı, zərxara uzunboğaz corabların üstündən çəhrayı 
balaxon geyinmiş, üzü zövqsüzcə boyanmış, saçları burulub yuxarı daranmış Melani hündür daban 
ayaqqabılarla səhnədə axsaya-axsaya yeriyir. Replikalarında yeni heç nə olmasa da o, sözləri dəqiq 
hesablanmış vaxtda iniltili kaaps ləhcəsi ilə deyir. Ümumiyyətlə, Melani əvvəlkinə nisbətən özündən çox 
əmindir. O, bu rolda çox gözəl və istedadlı təsir bağışlayır. Melani onu görmədiyi bir neçə ay ərzində 
böyümüş, özünü kəşf etmiş ola bilərdim “Məni öldürməyən nə varsa məni daha da güclü edir”. Bəlkə 
Devidin məhkəməsi  Melani üçün də sınaq rolunu oynayıb? Bəlkə o da cəzasını çəkib günahını başa 
düşüb?      
Kaş ona bir işarə veriləydi. İşarəni aldıqdan sonra nə edəcəyini dəqiq bilərdi. Məsələn, Melanin əynindəki 
yöndəmsiz libas soyuq gizli bir atəşlə alovlansaydı. Melani yalnız onun qarşısında, Lüsinin keçmiş 
otağında olduğu qədər gözəl və çılpaq halda dayansaydı!    
Aralarında əyləşdiyi, istirahət gününü xoş keçirmək üçün teatra gəlmiş, ağır bədənlərində özlərini rahat 
hiss edən qırmızısifət insanlar pyesdən zövq alırlar. Qloriya- Melani onların xoşlarına gəlir, ikimənalı 
zarafatlara gülür, personajlar bir-birlərini şərləyib söyməyə girişəndə qəhqəhə çəkirlər.   Həmvətənləri 
olsa da, Devid onların arasında özünü yad bir adam, fırıldaqçı kimi hiss edir. Lakin onlar Melaninin 
replikalarına güləndə, ürəyi fərəh hissi ilə dolur. Melani qızı imiş kimi tamaşaçılara tərəf dönüb: 
“mənimkidir!” – demək istəyərdi.    
İllər əvvələ aid bir xatirə gözlənilmədən qayıdıb gəlir. O, N1 şosesində maşınına mindirdiyi, tənha səyahət 
edən, günün altında qaralıb toz-torpağa bulaşmış iyirmi yaşlı alman turisti xatırlayır. Tous çayına qədər 
getdikdən sonra qadını mehmanxanaya aparmış, yedirtmiş, onunla yatmışdı. Qadının uzun, elastik 
ayaqlarını, barmaqlarının arasından lələk kimi süzülən saçlarının yumşaqlığını xatırlayır.  
Qəfildən ayaq üstə yuxu görürmüş kimi iki qitədə tanıdığı bütün qadınları xatırlamağa başlayır. Bəziləri 
zaman baxımından ondan o qədər uzaqdırlar ki, üzlərini çətinliklə xatırlayır. Qadınların simaları küləkdə 
sovrulan yarpaqlar kimi gözünün önündən ötüb keçirlər. İnsanlarla dolu gözəl bir tarla: yüzlərlə 
yabançının həyatı onun həyatı ilə birləşir. O, nəfəsini tutub gördüyü xəyalı uzatmağa çalışır... 
O qadınlar indi haradadırlar? Onlar da, ya da aralarından bəziləri gözlənilmədən xatirələr dənizinə baş 
vururlarmı? Bəlkə həmin alman qadın elə bu dəqiqə Afrika yolunda onu maşına mindirmiş kişini 
xatırlayır?    
“Zənginləşdirdi” - qəzetlər bu sözdən yapışmışdılar. Həmin anda ağzından qaçırdığı axmaq sözü indi 
müdafiə etməyə hazır idi. Melani, Tous çayının kənarındakı turist, Soraya və digərləri, hətta ciddi 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə