Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə45/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   41   42   43   44   45   46   47   48   ...   51

verir. “Niyə, niyə belə deyirsən?” – Tereza məzəmmət dolu səsini uzadır. “Danq-dun-danq” – banjonun 
səsi eşidilir.  
Tereza sevilmək, əbədi sevilmək istəyir. O, əvvəlki kimi Laura və Flor zirvəsinə qalxmaq istəyir. Bəs 
Bayron? Bayron son gününə qədər ona sadiq qalacaq, amma başqa heç nə vəd eləmir: “Ölüm ayırana 
qədər bir-birimizə bağlı qalacağıq”  
“May lav” – Tereza şairin yatağında öyrəndiyi təkhecalı şirin ingilis sözünü uzada-uzada oxuyur. “Dinq” 
banjodan səs gəlir. Aşiq, məhəbbətin içində batıb qalmış qadın; damda inildəyən pişik; qanda qaynayıb, 
cinsi orqanları şişirdən, ovucları tərlədən, ruhumuz göylərə can atarkən səsi xırıldamağa vadar edən 
mürəkkəb proteinlər. Soraya və digərləri də elə buna görə, qandakı mürəkkəb proteinləri ilan zəhəri kimi 
sormaq, soyuq ağılla düşünməyinə kömək etmək üçün var idilər. Bədbəxtlikdən  atasının Ravennadakı 
evində Terezanın damarlarından zəhəri sora biləcək heç kim yox idi.    
“Yanıma gəl, Bayronum” – o, fəryad edir, - gəl, məhəbbətim! Həyatdan qovulmuş, ruh kimi solğun bənizli 
Bayron istehza ilə cavab verir: “Əl çək məndən, əl çək, qoy yaşayım!”  
O, illər əvvəl İtaliyada yaşayanda, Adriatik dənizi ilə Ravennanın arasındakı vaxtilə Bayron və Terezanın 
atla gəzintiyə çıxdıqları meşəyə getmişdi. Orda  ağaclardan birinin altında Bayron təzəcə başqasına arvad 
olmuş on səkkiz yaşlı dilbərin yubkasını yuxarı qaldırıb. Devid elə ertəsi gün Venesiyaya uça, Ravennaya 
gedən qatara əyləşə, atla gəzinti üçün nəzərdə tutulan qədim cığırlarla addımlaya, həmin yerin yanından 
ötə bilərdi. O, musiqini özü bəstələsə də, tarixi özündən uydurmurdu. Şam ağacının iynəyarpaqlarının 
üzərində Bayron öz Terezasına sahib olmuş, paltarlarını əzib qumla doldurarkən onu “ahu kimi ürkək” 
adlandırmışdı. (Bu zaman atlar heç bir maraq nümayiş etdirmədən yaxınlıqda dayanmışdılar). Terezanı 
ölənə qədər boynunu yuxarı uzadıb qızdırma içində ulamağa, Bayronu bir az fərqli olsa da, eyni fəryadı 
qoparmağa məcbur edən ehtiras belə yaranmışdı.    
Tereza yol göstərir, Devid bir səhifədən o birinə keçirdi.  Və elə bir gün çatır ki, qeybdən bu günə qədər 
eşitmədiyi, ağlına belə gəlməyən bir səs gəlir. Tanış sözlərdən başa düşür ki, bu, Bayronun qızı Alleqranın 
səsidir. Bu səs Devidin ruhunun hansı gizlinlərindən qopmuşdu? “Niyə məni qoyub getdin? Gəl, məni də 
apar!”- Alleqra oxuyur. “Bura elə istidir, elə istidir!” - o şikayət edir. Şikayətlərin ritmi sevgililərin səsini 
batırır.  
Heç kimə lazım olmayan beş yaşlı qızcığazın səsinə hay verən olmur. Çirkin, atası tərəfindən unudulmuş, 
heç kimin sevmədiyi Alleqra əldən-ələ keçmiş, nəhayət rahibələrin himayəsinə verilmişdi.  “İstidir, 
istidir!” – o,  monastr çarpayısında qızdırma içində inildəyir. – “Niyə məni unutmusan?” 
Niyə atası ona cavab vermir? Çünki o, həyatdan doyub, aid olduğu yerə ölümün o biri sahilinə qayıtmaq, 
öz qədim yuxusuna qərq olmaq istəyir.  
“Mənim yazıq körpəm!” Bayron qeyri-ixtiyari, tərəddüd içində, qızının eşidə bilməyəcəyi qədər astadan 
oxuyur. Qaranlıq bir küncdə əyləşmiş trio əyri-üyrü yuxarı qalxıb enən bir hava çalır.   
    


 
 
XXI 
 
 
 
Rozalinda zəng vurur: 
Lüsi deyir, şəhərə qayıtmısan. Niyə zəng vurmursan?  
Hələ ki, ünsiyyətə yaramıram. 
Nə vaxt yaramısan ki? - Rozalinda soyuq tərzdə soruşur.  
Klaremondakı kafedə görüşürlər.  
Arıqlamısan, — Rozalinda deyir. – Qulağına nə olub?  
Devid “boş şeydir” deyib əlavə izahat vermək istəmir  
Söhbət ərzində Rozalindanın gözü tez-tez eybəcər hala salınmış qulağa sataşır.   Rozalinda onun qulağına 
toxunmalı olsaydı, mütləq diksinərdi. O həmişə köməyə qaçmağa hazır olanlardan deyil. Onunla bağlı 
yeganə yaxşı xatirələri birgə yaşayışlarının ilk aylarına aiddir: Durbanda bürkülü yay gecələri, tərdən 
islanmış mələfələr, Rozalindanın həzz içində o tərəf bu tərəfə vurnuxan uzun, solğun bədəni.   İki 
şəhvətpərəst: davam etdiyi müddət ərzində aralarındakı münasibətlərin yeganə söykənəcəyi bu ortaq 
cəhət idi. 
  Lüsi və ferması haqqında danışırlar.  
Elə bilirdim, rəfiqəsi ilə birlikdə yaşayır – Rozalinda deyir. – Qreyslə.  
Helen. Helen Yohanesberqə qayıdıb. Məncə, həmişəlik ayrılıblar.  
Bəs elə ucqar yerdə tək yaşamaq təhlükəli deyil?  
Təhlükəlidir. Yalnız dəli özünü orda təhlükəsiz hiss edə bilər. Amma orda qalmaq istəyir. Bu onun üçün 
şərəf-ləyaqət məsələsinə çevrilib.  
Deyirdin, maşınını oğurlayıblar.  
Öz günahımdı, ehtiyatlı olmaq lazım idi.  
Az qala yadımdan çıxmışdı. Məhkəmən haqqında eşitmişəm. Özü də ilk mənbədən.  


Məhkəməm?   
Araşdırma istintaq, nə deyirsən de.  
Hardan eşitmisən? Elə bilirdim, məxfi saxlanmalıdır.  
Nə fərqi var? Eşitdiyimə görə, özünü heç də yaxşı aparmamısan. Çox susqun hətta aqressiv.  
Onlar üzərində xoş təəssürat yaratmaq fikrim heç yox idi də. Mən öz prinsiplərimə sadiq qalmalı idim.  
Ola bilər, Devid. Amma axı bilirsən ki, belə məhkəmələrdə əsas prinsiplər yox, özünü yaxşı təqdim eləyə 
bilməkdir. Mənbəmin dediyinə görə özünü pis təqdim eləmisən. Hansı prinsipi gözləyərdin elə? 
 Söz azadlığı. Susmaq azadlığı.  
Çox təntənəli sözlərdi. Özünü aldatmağı həmişə yaxşı bacarmısan, Devid. Həm özünü, həm başqalarını. 
Bəlkə nəhayət sadəcə şalvarın aşağı çəkilmiş vəziyyətdə yaxalandığını başa düşəsən?   
Devid tələyə düşmür. 
- Hər halda prinsipin hər nə imişsə dinləyicilərin üçün başa düşülən olmayıb. . Onlara elə gəlib, sadəcə 
fikirlərini dolaşdırmağa çalışırsan. Əvvəldən sənə məşq keçəcək bir adam tapmaq lazım idi. Pul 
məsələsini neynəyəcəksən? Təqaüdünü ləğv elədilər?   
- Evi satacağam. Mənim üçün hədən artıq böyükdür.  
- Vaxtını necə keçirəcəksən? İş axtaracaqsan?   
Çətin ki. Məşğulam. Yazıram.  
Kitab?  
Əslində opera.  
Opera! Ümid edirəm sənə çoxlu pul qazandırar. Lüsinin yanına köçəcəksən?  
Opera elə-belə hobbidir, baş qatmaq üçün. Qazanc gətirməyəcək. Lüsinin yanına isə, yox, 
köçməyəcəyəm. O qədər də yaxşı fikir deyil.  
Niyə də yox? Onunla həmişə yaxşı yola getmisiniz. Nə olub ki?  
Rozalindanın sualları zəhlə tökür, amma o, başqalarının işinə qarışmaqdan heç vaxt çəkinməyib. “On il 
mənimlə eyni yataqda yatmısan” – bir dəfə o demişdi, - məndən nə sirrin ola bilər?”   
Lüsi ilə yenə yaxşı dolanırıq. – o cavab verir- Amma bir evdə yaşayacaq qədər yox.  
Həmişəki əhvalat  
Hə.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə