Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə42/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   38   39   40   41   42   43   44   45   ...   51

Sizin yanınızda “Allah” sözünü tələffüz edə bilərəmmi? Sizi Allahın adını çəkəndə özündən çıxanlardan 
deyilsiniz ki? Söhbət Allahın sizdən peşmançılıqdan başqa nə istədiyindən gedir. Bununla bağlı hər hansı 
fikriniz varmı, mister Luri? 
İsaaksın ortada o yan bu yana getməsi diqqətini yayındırsa da, Devid sözlərini ehtiyatla seçməyə çalışır:   
Əvvəlki vaxtlar olsaydı, deyərdim ki, insan müəyyən yaşa çatdıqdan sonra baş verənlərdən dərs çıxarmaq 
qabiliyyətini itirir və bir-birinin ardınca cəzalara dözməkdən başqa əlacı qalmır. Amma bəlkə də belə 
deyil, yəni həmişə belə olmur. Mən başa düşmək ümidilə gözləyirəm. Allaha gəldikdə isə mən inanan 
insan deyiləm, ona görə də sizin dediyiniz sözləri öz təsəvvürlərimin dilinə çevirməli oluram. 
Təsəvvürlərimə görə, mən qızınızla aramda baş verənlərin cəzasını çəkirəm. Mən rüsvayçı bir vəziyyətə 
düşmüşəm. Bu vəziyyətdən çıxmaq isə asan deyil. Məsələ bunda deyil ki, mən cəzadan boyun qaçırmaq 
istəyirəm. Buna etirazım yoxdur. Əksinə, mən rüsvayçılığı öz mövcudolma üsulum kimi qəbul edib onunla 
yaşamağa çalışıram. Sizcə, mənim sonu görünməyən bir rüsvayçılığın içində yaşamağım Allah üçün 
kifayətdirmi?    
Bilmirəm, Mister Luri. Başqa vaxt olsa deyərdim, məndən yox, Allahdan soruşun. Amma madam ki, dua 
eləmirsiniz, deməli ondan heç nə soruşa da bilməzsiniz. Deməli, Allah sizinlə ünsiyyətə girə bilmək üçün 
başqa vasitələr axtarmalıdrı. Mister Luri, sizcə, sizi bura gətirib çıxaran nədir?   
Devid susur. 
Qoy mən deyim. Corcdan keçirdiniz, ağlınıza gəldi ki, burda tələbənizin ailəsi yaşayır və fikirləşdiniz: 
“Niyə də yox?”. Əvvəlcədən planlaşdırmadığınıza baxmayaraq, bizim evə gəlib çıxdınız. Bu sizə təəccüblü 
gəlir, elə deyil? 
Yox. Mən sizə bütün həqiqəti danışmamışam. Mən sadəcə şəhərinizdən keçmirdim. Mən Corca yeganə 
bir məqsədlə- sizinlə danışmaq üçün gəlmişəm. Mən çoxdandır, bu haqda düşünürdüm. 
Hə, deyirsiniz ki, mənimlə danışmaq üçün gəlmisiniz. Bəs niyə mənlə? Mənimlə danışmaq asan, çox 
asandı. Bunu çalışdığım məktəbdəki bütün uşaqlar bilir. İsaaksdan canını qurtarmaq asandı – onlar 
deyirlər. – İsaaks yenə də həmin əyri təbəssümü ilə gülümsəyir. – Deməli, doğrudan mənimlə danışmaq 
üçün gəlmisiniz?   
İndi Devid bu adamdan və çıxardığı hoqqalardan xoşu gəlmədiyinə şübhə eləmir. O, ayağa qalxır, 
tərəddüdlə qonaq otağını keçib dəhlizlə addımlayır. Yarıörtülü qapıdan səslər eşidilir. Devid qapını 
taybatay açır. Çarpayıda əyləşmiş Dezire və anası yun yumağı ilə əlləşirlər. Onlar Devidin gəlişindən 
təəccüblənib susurlar.    
O, dizi üstə çöküb alnını döşəməyə toxundurur.  
“Bu qədəri kifayətdirmi?” – Devid düşünür. – “Daha nə?”  
O, başını döşəmədən qaldırır. Qadınlar hələ də yerlərində hərəkətsiz donub qalıblar. Devid əvvəl ananın 
sonra qızın gözünün içinə baxır və yenə də içində ehtiras baş qaldırır.  


Devid istədiyindən artıq cırıltı salaraq, ayağa qalxır.- Gecəniz xeyrə qalsın, - deyir. – Xeyirxahlığınıza görə 
minnətdaram. Şam yeməyinə görə təşəkkür edirəm.   
Gecə saat 11-də mehmanxana otağındakı telefon zəng çalır. Danışan İsaaksdır. 
- Sizə gələcək həyatınızda möhkəm olmağı arzulamaq üçün zəng vurmuşam. – Pauza. – Bir də mister Luri, 
sizə vermək istədiyim bir sual var. Universitetdə sizin xeyrinizə vasitəçilik edəcəyəmizə ümid etmirdiniz 
ki?    
— Vasitəçilik? 
- Bəli. Məsələn, vəzifənizə bərpa edilmək üçün.  
- Heç ağlıma də gəlməyib.  
- Çünki bu yol sizin üçün Allah tərəfindən seçilib, bizim qarışmağa haqqımız yoxdur.  
- Aydındır.  
 
 
XX 
 
 
O, N2 şosesi ilə Keyptauna daxil olur. Şəhərdən çıxdığı günün üstündən heç üç ay keçməyib, lakin, bu 
müddət ərzində qəsəbədəki daxmalar şose yoldan ötüb, hava limanından şərqə doğru səpələniblər. Kiçik 
bir uşaq sürüdən ayrılmış inəyi əlindəki çubuqla şosse yolundan çıxarmağa çalışarkən, maşınların 
hərəkəti yavaşıyır. “Kənd amansızca şəhərə soxulur” – o düşünür. Tezliklə, Rondeboş-kommonda yenə 
heyvan sürüləri otlayacaq. Tezliklə tarix tam bir dövrə vurub əvvəlki vəziyyətinə qayıdacaq.   
Beləliklə, evinə qayıdıb. Amma qayıtdığına sevinmir. O, yenidən Terras- Rodda universitetin kölgəsində, 
küçələrdə köhnə iş yoldaşları ilə qarşılaşmamaq üçün cinayətkar kimi oğrun-oğrun yeriyə-yeriyə yaşaya 
biləcəyini təsəvvür eləmir.  O, evi satıb ucuz məhəllələrdən birindən özünə yeni mənzil almalıdır.  
Maliyyə vəziyyəti qarmaqarışıqdır. Kəndə köçəndən fakturaları ödənməyib. O, kredit hesabına yaşayır, 
həmin məbləğsə hər dəqiqə tükənə bilər.  
Köçəri həyatın sonu. Bəs bundan sonra nə olacaq? Gözü önündə ayaqlarını sürüyə-sürüyə tindəki 
mağazadan yarım litr süd, yarım kömbə çörək almağa gedən beli bükülmüş, uzun ağ saqqalı bir qoca 
canlanır. O, saralmış kağızlarla dolu otaqdakı stolun arxasında üzündə anlaqsız bir ifadə ilə əyləşib 
nəhayət ki, şam yeməyinin, sonra isə yatmaq vaxtının çatması üçün havanın qaralmağını gözlədiyini 
təsəvvür edir. Qocalıb əldən düşmüş alimin məqsədsiz-məramsız, pesrpektivsiz həyatı. Buna hazırdırmı?  


Ön darvazanı açır. Bağı ot basıb, poçt qutusu elanlarla, reklam broşurları ilə doludur. Əksər standartlara 
əsasən, talana qarşı yaxşı mühafizə sisteminə malik olduğuna baxmayaraq, ev aylarla boş qalıb. Bu isə 
çağırılmamış qonaqların evə baş çəkmədiyinə inanmaq üçün həddən artıq uzun müddətdir. Doğrudan 
da, qapını açıb evdəki iyi hiss eləyən kimi, başa düşür ki, nəsə olub. Ürəyi həyəcandan əsməyə başlayır.     
 Səs-səmir gəlmir. Evə girən kim imişsə, artıq gedib. Bəs içəri necə giriblər? Ayaqlarının ucunda 
addımlaya-addımlaya otaqları gəzib, tezliklə işin nə yerdə olduğunu başa düşür.  
Arxa pəncərənin barmaqlıqlarından biri geriyə doğru əyilib, şüşəsi sındırılıb. Pəncərədə əmələ gəlmiş 
dəlikdən kiçik bir uşaq, hətta sısqa bir kişi də keçə bilər. Küləyin sovurub içəri atdığı yarpaq və qum 
döşəmədə nazik bir örtük əmələ gətirib.  
O, evi dolanıb itmiş əşyaların siyahısını tutur. Yataq otağının altı-üstünə çevrilib, divar şkafları 
bomboşdur. Audio avadanlıqlar, vallar, lent yazıları, kompüter yoxa çıxıb. İş otağındakı yazı stolu, 
qovluqlar üçün şkaf sındırılıb, kağızlar hər tərəfə səpələnib. Mətbəx tamamilə talan edilib: çəngəl-bıçaq 
dəstləri, boşqablar, nisbətən kiçik məişət avadanlıqları oğurlanıb. Bütün şərab şüşələri yoxa çıxıb. Hətta 
konservləşdirilmiş ərzağın saxlandığı şkaf da boşdur.       
Adi oğurluq deyil. Bir qrup talançı evə soxulub, evi dib-dəhnədən təmizləyir, sonra isə yeşik, kisə və 
çamadanlarla yüklənib hadisə yerindən uzaqlaşırlar.  Qənimətlər, hərbi təzminat, böyük yenidən 
paylaşdırma hərəkatının bir hissəsidir. İndi onun ayaqqabılarını kim geyinir? Bethoven və Yanaçek yeni 
sığınacaq tapıblarmı, yoxsa eləcə zibil qalağının içinə tolazlanıblar?    
Vana otağında üfunət iyrənc iy gəlir. Evə girmiş göyərçinin əcəli əl-üz yuyanda çatıb. O, sümük və lələk 
qarışığını ehtiyatla qaldırıb, kağız kisəyə qoyaraq, ağzının bərk –bərk bağlayır.   
İşıq kəsilib, telefondan səs gəlmir. Heç bir tədbir görməsə, gecəni qaranlıqda keçirə bilər. Amma 
hərəkətə keçmək üçün həddən artıq dilxordur. O: “cəhənnəm olsunlar” deyə düşünüb, kresloya çökür və 
gözlərini yumur.  
Alatoran vaxtı özünü ayağa qalxmağa məcbur edib evdən çıxır. Artıq ilk ulduzlar peyda olmağa başlayıb. 
Nərgiz və minaçiçəyi ətri yayılmış parkların, boş küçələrin arası ilə universitet şəhərciyinə sarı gedir. 
Kommunikasiya korpusunun açarı hələ də özündədir. Əsl ruhların peyda olmaq vaxtıdır: dəhlizdə heç kim 
yoxdur. O, liftlə beşinci mərtəbədəki otağına qalxır. Adının yazıldığı kiçik lövhə iş otağının qapısından 
çıxarılıb. Yeni lövhəcikdə: “Dr. S. Otto” yazılıb. Qapının altından zəif işaq süzülür.      
Devid qapını döyür. Səs gəlmir. O, qapını açıb içəri keçir.   
Otaq dəyişib. Onun kitabları və şəkilləri yoxa çıxıb. Divarda komiks kitabından götürülmüş, Lois Leyn 
tərəfindən məzəmmət olunarkən başını aşağı əymiş supermenin plakat ölçülü şəklindən başqa heç nə 
yoxdur.   
Alaqaranlıqda kompyuterin arxasında, birinci dəfədir gördüyü cavan bir oğlan əyləşib. Oğlan narazılıqla 
qaş-qabağını sallayıb.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə